Axtarış

The search found 105771 results in 0.079 seconds.

Search results

  1. Pedaqoji təhsili olmayanlar da tədrisə cəlb oluna bilər - LAYİHƏ

    Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.
    Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, artıq "Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları" adlı layihə hazırlanıb.
    Onun sözlərinə görə, bu qaydalar "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.
    Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib:

    Muxalifet - 2-04-2019

  2. ​Vətəndaşlara pulsuz tinglər paylanılacaq

    Bu gün Bakının Nəsimi, Binəqədi və Yasamal rayonlarında vətəndaşlara pulsuz tinglər paylanılacaq.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək keçiriləcək.

    Muxalifet - 2-04-2019

  3. Ramal İsrafilov video qalmaqalında adı hallanan qardaşından danışdı: "Mənim reaksiyam da sizinki kimi oldu..."

    "Mənim üçün çox əziz, dəyərli olan Azərbaycan xalqı, məni sevən, həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan "insanlar" və "xəbər saytlarə"... Məlum "3 qız"  videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı.

    Muxalifet - 2-04-2019

  4. Azərbaycanda DƏHŞƏT: Evi yandırıb sonra intihar etdi

    Samuxda yaşayış evində yanğın olub.
    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir.  H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-04-2019

  5. Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT - Tutulanlar var

    Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticə­sində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

    Muxalifet - 2-04-2019

  6. ƏN NÜFUZLU "QANUNİ OĞRU" AZADLIĞA ÇIXIR – "Lotu Quli" kimi dəstəkləyəcək?

    Bir neçə gündən sonra həbs müddətini başa vuran Tariyel Oniani (Taro) Rusiyadan deportasiya ediləcək və ölkədə «oğru tacı» uğrunda müharibə kəskinləşəcək.

    Ən nüfuzlu «qanuni oğru» Tariyel Oniani (Taro) artıq gələn həftə azadlığa çıxır – onun cəza müddəti azaldılıb.

    Muxalifet - 2-04-2019

  7. Türk hərbi ekspertlər Ermənistan torpaqlarını təftiş edəcək!

     Türk hərbi ekspertlərin 1-4 aprel tarixləri arasında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində 2011-də imzalanmış Vyana Sənədi çərçivəsində Ermənistan ərazisində təftiş aparacağı bildirilib.
     
    Ermənistan Müdafiə Nazirliyindən dünən edilən açıqlamada, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində 2011-də imzalanmış Vyana Sənədi çərçivəsində Türk hərbi ekspertlərin bu gündən etibarən Ermənistan ərazisində təftiş edəcəkləri qeyd edilib.

    Muxalifet3 - 2-04-2019

  8. ​Almaniyanın axtarışa verdiyi Bolqarıstan vətəndaşı Azərbaycanda tutuldu

    Almaniya dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.
    “Report” xəbər verir ki, Almaniyada 7 maddə ilə axtarışda olan Bolqarıstan vətəndaşı Süleyman Yıldızhan Necat Astara gömrük keçid məntəqəsində saxlanılıb. O, hüqüq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

    Muxalifet - 2-04-2019

  9. ABŞ-dan Türkiyəyə qarşı üsyan çağırışı: “Küçələrə çıxın”!

    ABŞ-ın qara qutularından sayılan keçmiş Pentaqon rəsmisi və FETÖ-nun 15 iyul dövlət çevrilişi cəhdindən təxminən 4 ay əvvəl yazdığı bir məqaləylə Türkiyədə çevriliş ola biləcəyini deyən Maykl Rubin, Türkiyədəki 31 mart seçki mübahisələrini fürsət bilib, üsyan çağırışı edib.
     
    31 mart seçkilərindən sonra etiraz prosesi davam edərkən FETÖ havadarlarının təxribat çağırışları intensivləşib.
    FETÖ-ya verdiyi dəstəklə tanınan Maykl Rubin “Gəzinti” təxribat hadisələrini xatırladaraq seçkidən sonra vətəndaşlara küçəyə çıxmaq çağırışı edib.

    Muxalifet3 - 2-04-2019

  10. ​Aprel döyüşlərində əlil olanların təqaüdləri 100 faiz artırıldı

    Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad edərək, həmçinin strateji cəhətdən mühüm ərazilərə sahib oldu.

    Muxalifet - 2-04-2019

  11. İsgəndər Həmidov Tural Abbaslını VURMAQ İSTƏDİ: - Şok görüntülər - VİDEO

    Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub.
    Musavat.com xəbər verir ki, toplantı xeyli gərgin atmosferdə keçib. İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

    Muxalifet - 2-04-2019

  12. Venesuelada saxta prezidentə həbs yolu görsəndi: Guaidonun toxunulmazlığı ləğv edildi

     Venesuelanın Ali Məhkəməsi özünü dövlət başçısı elan edən Milli Məclisin sədri Xuan Guaidonun parlament toxunulmazlığının qaldırılmasını qəbul edib. Konstitusiya Məhkəməsinin sədri Maike Moreno müxalifət lideri əleyhinə alınan qərarın Kolumbiyaya etdiyi icazəsiz səyahətlə bağlı olduğunu açıqlayıb.
     
    Nikolas Maduro özünü müvəqqəti prezident elan Xuan Guaidonu həbs edə bilmək üçün yeni bir addım atıb. Venesuela Yüksək Ədalət Divanı (TSJ) Chavista Milli Qurucu Məclisinə (ANC) müxalifət liderinin məclis toxunulmazlığını ləğv etməsini qəbul edib.

    Muxalifet3 - 2-04-2019

  13. DƏHŞƏTLİ HADİSƏ: 30 yanğınsöndürən yanaraq öldü

    Çində bir neçə gündür başlayan meşə yanğınlarını söndürməyə çalışan yanğınsöndürənlər alovların arasında qalıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 30 yanğınsöndürən yanaraq ölüb.

    Muxalifet - 2-04-2019

  14. Türkiyənin Ali Seçki Komissiyasının sədrindən daha bir açıqlama

    Türkiyənin Yüksək Seçki Komissiyasının sədri Sədi Güvən seçki nəticələri ilə bağlı daha bir açıqlama verib.
     
    YSK sədri Sədi Güvən açıqlamasında bu sözləri deyib:
    “Keçici nəticələr siyasi partiyalarla bölüşdürülüb. Dünəndən etibarən də etiraz(şikayət) prosesi başlayıb, davam edir. Etirazı olmayan yerlərdə qərarlar veriləcək.
    Müxalifət.az

    Muxalifet3 - 2-04-2019

  15. Palatada yoxlama aparacaq şirkət məlum oldu - 26 min manat ödəniş olunub

    Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) auditini aparacaq şirkətin adı məlum olub.
    Palata tərəfindən 15.02.2019-cu il tarixində keçirilmiş “Palatanın 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun illik maliyyə hesabatlarının audit olunması” xidməti üzrə “kotirovka sorğusu” üsulu ilə satın alınmaya dair müsabiqədə “Praysvoterhauskupers Audit Azərbaycan” MMC ƏDV daxil olmaqla 25 min 960 manat məbləği ilə qalib elan olunub və qalib gələn təşkilatla 27 mart 2019-cu il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.

    Muxalifet - 2-04-2019

  16. Prezident "Facebook"da Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb - VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Facebook" səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.
    “Report”un xəbərinə görə, videoçarx “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri ilə paylaşılıb.
    Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.

    Muxalifet - 2-04-2019

  17. Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gənc öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırıldı

    Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb.
    Muxalifet.az-ın Report-a istinadən xəbər verir ki, qətl hadisəsi Masallı rayonunda baş verib.
    Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.

    Muxalifet - 2-04-2019

  18. “Rusiya Ukrayna tərəfindən hücum gözləyir ki, onu tam məhv etsin” - JİRİNOVSKİ

    Rusiya Ukrayna tərəfindən hücum gözləyir ki, onu tam məhv etsin.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyovla Bazar Axşamı” verilişində çıxışı zamanı Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib. O, Moskvanın müharibə elanına görə məsuliyyəti üzərinə götürmək istəmədiyini və buna görə də Kiyevin provokasiyasına ümid etdiyini bildirib:

    Muxalifet - 2-04-2019

  19. BU MÜƏSSİSƏLƏR 5 DƏFƏ ƏL, 4 DƏFƏ AD DƏYİŞDİRİB – Məqsəd nədir? + ŞOK faktlar

    Şirkətlər kredit qarşılığında Beynəlxalq Banka girov qoyulub, sonra “Aqrarkredit”in nəzarətinə keçib, daha sonra iş adamına ötürülüb, ən axırda “ASK”a verilib Prezidentin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasında məqsəd dövlət əmlakının idarə edilməsində səmərəliliyi artırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratmaq, istehsal potensialının artırılmasına nail olmaq, ixracı stimullaşdırmaq, qeyri-neft sektorunun inkişaf sürətini yüksəltmək, regionlarda və bütövlükdə respublika

    Muxalifet - 2-04-2019

  20. ​Bakıda avtobus mağazaya çırpıldı: yaralılar var - VİDEO

    Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. 
    Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. 
    Bildirilib ki, 62 saylı sərnişin avtobusu metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında mağazaya çırpılıb. 
    Qəzanın səbəbləri məlum deyil. Hadisə zamanı yaralıların olduğu qeyd edilib. 

    Muxalifet - 2-04-2019

Pages