Axtarış

The search found 105771 results in 0.074 seconds.

Search results

  1. Putin Qarabağla bağlı yekun QƏRARINI VERDİ – Vacib AÇIQLAMA

    Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
    Muxalifet.az xəbər verir ki, Putin danışıq zamanı Rusiya Federasiyasının bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:
    “Vladimir Putin Rusiyanın bundan sonra da münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib”.
    Bundan başqa tərəflərin danışığında ikitərəfli münasibətlər də müzakirə edilib.
     

    Muxalifet3 - 1-04-2019

  2. Bəzi qəzetlər dövriliyini azaldır - SİYAHI

    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin şərtləri ilə əlaqədar bir sıra qəzetlərin dövriliyi dəyişəcək, bəzi qəzetlər fəaliyyətini dayandıracaq.
    Gündəlik nəşr olunan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ONA-ya açıqlamasında deyib ki, qəzeti həftədə 2 dəfə - çərşənbə və şənbə günləri A3 formatında 24 səhifə olmaqla, nəşr etməyi düşünürlər.

    Muxalifet4 - 1-04-2019

  3. Putin Ərdoğana zəng etdi: Təbrik...

    Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefon zəngi edib.
    Muxalifet.az xəbər verir ki, telefon danışığında Putin həmkarını AKP-nin bələdiyyə seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
    Kreml sözçüsü Dmitri Peskov liderlərin telefon danışığını təsdiqləyərək bunları deyib: "Liderlər Suriya məsələsi barədə də danışdılar".
     

    Muxalifet3 - 1-04-2019

  4. ​Tonoyan və onun kimi sərsəm, məsuliyyətsiz... - Professor

    Ermənistanın müdafiə naziri D.Tonoyanın Nyu Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi beynəlxalq hüquqa qarşı həqarətdir. Bu çıxış təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin və bəd niyyətinin nümayişidir. Sülhsevər dünya ictimaiyyəti bundan artıq daha hansı hədəni eşitməlidir ki, nəhayət hərəkətə gəlsin?
    Muxalifet.az xəbər verir ki, bu fikirləri azərtac -a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar deyib.

    Muxalifet3 - 1-04-2019

  5. DGK-dan iş adamı barədə yayılan xəbərlərə - Münasibət

    Dövlət Gömrük Komitəsi (DGK) bir sıra kütləvi informasiya vasitələrində DGK və onun səlahiyyətli şəxslərinin fəaliyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
    DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  bildirilib ki, Komitənin səlahiyyətli şəxslərinin kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

    Muxalifet3 - 1-04-2019

  6. Türkiyənin Bolqarıstanda məqsədi... - İddia

    Türkiyə bolqar cəmiyyətini parçalamağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın millətçi partiyası VMRO-nun vəkili Angel Cambazki bildirib.
    Cambazki Türkiyənin Bolqarıstanın daxili işlərinə müdaxilə etdiyini, eləcə də Ankaranın Bolqarıstanda milli azlıqlara status verilməsinə çalışdığını iddia edib.
    Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın təzyiqi ilə Sofiyanın dinlə bağlı qanunda dəyişiklik etdiyini bəyan etmişdi.

     

    Muxalifet3 - 1-04-2019

  7. Rusiyada həmyerlilərimiz arasında silahlı atışma: Hadisə ANBAAN GÖRÜNTÜLƏNDİ - VİDEO

    Rusiyada həmyerlilərimiz arasında qanlı atışma hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıldıqdan dərhal sonra hadisənin real görüntüləri, gizli çəkiliş videosu yayımlanıb.
    Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə diaspora baş vermiş hadisədən məlumatlıdır və ən qısa zamanda ətraflı məlumat veriləcəkdir.
    Sözügedən görüntüləri oxucularımıza təqdim edirik:
     

    Muxalifet3 - 1-04-2019

  8. Yıldırım: "İstanbulda seçki nəticələri dəyişə bilər" - YENİLƏNDİ

    İstanbulun bələdiyyə sədri seçkilərində səslərin yenidən hesablanması hazırkı nəticəni dəyişə bilər.
    Bunu bələdiyyə sədri postuna namizədliyi Ədalət və İnkişaf Partiyasından irəli sürülən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.
    “Səslərin hesablanması prosesi davam edir və elə görünür ki, Cümhuriyyət Xalq Partiyasından olan rəqibim Əkrəm İmamoğlu məndən 25 min çox səs toplayıb. Lakin 320 minə yaxın etibarsız səs var. Əgər səslər yenidən hesablansa, nəticə dəyişə bilər”, - deyə Binəli Yıldırım bildirib.

    Muxalifet3 - 1-04-2019

  9. "Qarabağ" rəqibini darmadağın etdi: 6-0...

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu baş tutub.
    Muxalifet.az xəbər verir ki, "Qarabağ" "Sumqayıt"a 6 cavabsız qolla qalib gəlib.
    "Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib. Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.
    Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubir deyib.
    Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub.
     

    Muxalifet3 - 1-04-2019

  10. ATƏT-dən Ukraynadakı seçkilərlə bağlı - Bəyanat

    Martın 31-də Ukraynada keçirilən prezident seçkiləri beynəlxalq müşahidəçilərin rəyincə azad və ədalətli olub.
    Muxalifet.az xəbər verir ki, bu fikri ATƏT-in xüsusi əlaqələndiricisi və Ukraynada prezident seçkilərini müşahidə edən missiyanın rəhbəri İlkka Kanerva bildirib. Onun sözlərinə görə, seçkilər ciddi rəqabət şəraitində keçib və seçicilərin namizədlər arasında geniş seçim imkanları olub. Həmçinin bu seçkilərlə Avropa İttifaqına can atan ölkə öz demokratik inkişafını davam etdirə biləcək.

    Muxalifet3 - 1-04-2019

  11. ABŞ dəstək verməsəydi, kürd qüvvələr... - Zinin

    Suriyanın şimalındakı kürd qüvvələr ABŞ-ın hərbi, siyasi və mənəvi dəstəyini hiss edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yuri Zinin ötən gün bələdiyyə seçkilərindəki qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya məsələsinin meydanda mütləq həll ediləcəyi barədə mesajını şərh edərkən bildirib.
    "Kürd qruplar ABŞ-ın dəstəyinə güvənir. Kürdlər ABŞ-ın dəstəyini hiss edir və bundan istifadə edir. Əks halda, müəyyən səviyyədə hərbi potensiala sahib ola bilməzdilər", - Zinin deyib.
     

    Muxalifet3 - 1-04-2019

  12. Sumqayıtın bir hissəsi işıqsız qalacaq

    Sabah Sumqayıtın bəzi ərazilərinə elektrik enerjisi fasilələrlə veriləcək.
    Bu barədə “Azərişıq” ASC-dən bildirilib.
    Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi ilə əlaqədar Sumqayıt şəhərinin 6-cı, 10-cu və 12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
     

    Muxalifet3 - 1-04-2019

  13. Aprel döyüşləri ilə bağlı yeni VİDEO YAYILDI

    Muxalifet.az oxu24.com-a istinadən xəbər verir ki, aprel döyüşləri gedən zaman döyüş əməliyyatından çıxan əsgərlərin yemək yediyi kadrlar sosial şəbəkələrdə yayılıb. Qeyd olunan videoda əsgərlərin ərazidə yemək yeməsi və yüksək əhval ruhiyyədə olması əks olunub.
    Xatırladaq ki, aprel döyüşləri 2016-ci ilin aprelin 2-də başlayıb. Tarixə 4 günlük müharibə kimi düşən əməliyyat zamanı düşmən xeyli itki verərək geri sıxışdırılıb. Bir sıra yüksəklikdən Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 
     

    Muxalifet3 - 1-04-2019

  14. Ərdoğandan seçki sonrası vacib təyinat

    Ötən gün keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan önəmli qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, Ərdoğanın qərarına əsasən, Türkiyə Toplu İqamətgah İdarəsi rəhbərliyinə Ömər Bulud təyin edilib.
     

    Muxalifet3 - 1-04-2019

  15. ​Bolqarıstanın Türkiyə ilə bağlı iddialarına – Cavab / YENİLƏNDİ

    Bəzi pis niyyətli dairələrin Türkiyə-Bolqarıstan dostluğunu zədələmək məqsədilə bu yola əl atdıqları güman edilir. Ancaq sağlam təməllər üzərində qurulan Bolqarıstan ilə dostluğumuz bu oyunları pozacaq.
    Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
    Aksoy hər iki ölkənin XİN rəhbərinin bir çox məsələdə bir-biri ilə konstruktiv və dostcasına dialoq qurduğunu bəyan edib.
     

    Muxalifet3 - 1-04-2019

  16. Cəlilabadda oğul atasını samovara görə qətlə yetirdi

    Martın 30-da Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib. Keçmiş məhkum 83 yaşlı atasını qətlə yetirib. Hadisə rayonun Göytəpə kəndində baş verib.
    Bu gün qətl hadisəsinin təfərrüatı məlum olub.
    Belə ki, 1936-cı il təvəllüdlü Feyzulla Dadaşovu öz oğlu, 1976-ci il təvəllüdlü Oktay Dadaşov döyərək qətlə yetirib. 

    Muxalifet3 - 1-04-2019

  17. Səudiyyə İngiltərə ilə "savaş oyunu"na başladı

    Səudiyyə Ərəbistanı İngiltərə ilə birgə hərbi təlimə başlayıb.
    Muxalifet.az xəbər verir ki, iki ölkənin quru qüvvələrinin iştirak etdiyi hərbi təlim "Birgə Səhra Əsgərləri 3" adı altında keçirilir.
    Hərbi təlim Səudiyyə Ərəbistanının Şimal-Qərbi hərbi bazasında start götürüb. Tərəflər bigə təlim keçirməklə iki ölkə arasındakı hərbi əlaqələri gücləndirmək niyyəti güdür.
    Təlimin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.
     

    Muxalifet3 - 1-04-2019

  18. Şansımız varsa, niyə yararlanmayaq? - Qurbanov

    Futbolçularımı təbrik edirəm. Həqiqətən, istəkli idilər. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXII turunda "Sumqayıt"ı səfərdə 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

    Muxalifet3 - 1-04-2019

  19. Elza Seyidcahan hava xəbərlərinin aparıcısı oldu - VİDEO

    Əməkdar artist Elza Seyidcahan ARB televiziyasında bu günə olan hava xəbərlərinin aparıcısı  olub.
    Muxalifet.az xəbər verir ki, Seyidcahan 1 aprel Ümumdünya gülüş günü ilə bağlı olaraq hava haqqında məlumatları fərqli və yumoristik şəkildə təqdim edib.
    Həmin görüntüləri sizə təqdim edirik:
     

    Muxalifet3 - 1-04-2019

  20. Türkiyəli hərbçilər Ermənistana gedir - İrəvandan bəyanat

    Türkiyənin hərbi ekspertləri bu gündən etibarən Ermənistanda təftiş aparacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb.
    Məlumatda türkiyəli hərbçilərin 2011-ci ildə imzalanmış Vyana sənədi çərçivəsində təftiş aparacaqları bəyan edilib:
    "Türkiyə Cümhuriyyətindən çoxmillətli müfəttişlər qrupu 1-4 aprel arasında öncədən qeyd olunan regionlarda təftiş aparacaq".
     

    Muxalifet3 - 1-04-2019

Pages