Axtarış

The search found 105771 results in 0.077 seconds.

Search results

  1. Azərbaycanlı qızların polisdə ŞOK İFADƏSİ: "Soyunsaq da cinsi əlaqədə olmamışıq..."

    Qızların çılpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.

    Muxalifet.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən “qafqazinfo”ya daxil olan məlumata görə, hazırda hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat verirlər.

    Muxalifet4 - 1-04-2019

  2. DİQQƏT: indi də “İt qripi” gəlir - Alimlərdən XƏBƏRDARLIQ

    ənubi Koreya Universitetinin alimləri 10 illik araşdırmalarımı yekunlaşdırıb. Nəticələr İngiltərədə keçiriləcək mikrobiologiya cəmiyyətinin konfransında elan ediləcək.
    Muxalifet.az medicina.az-a istinadən bildirir ki, 2000-ci ildən qrip virusunun bir bioloji formadan digərinə keçməsi, çevrilməsi halları aşkarlanıb.
    Daha çox H3N2 ştamlı quş qripi mutasiya olaraq, itləri də yoluxdurub və itlərdə yeni CİV ştamlı İt qripi adlı yeni növ yaradıb.

    Muxalifet - 1-04-2019

  3. Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır

    Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə yaxın vaxtlarda başlanılacaq.
    Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
    Onun sözlərinə görə, müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq və yerli tələbatın ödənilməsi ilə yanaşı, qonşu ölkələrə ixracı da nəzərdə tutulur. 

    Muxalifet - 1-04-2019

  4. ​“Üsyankar müstəntiq”in ölkədən çıxışına qadağa qoyulub – Eldar Sabiroğlu: “Guya Rüfət Səfərov xaricdən iqtidarın əleyhinə müxalifətçilik edəcək...”

    “Keçmiş siyasi məhbus Rüfət Səfərovun müalicəyə ciddi ehtiyacı olduğuna görə Türkiyəyə aparmaq istəsək də, dövlət səviyyəsində maneçilik törədilir”.

    Muxalifet4 - 1-04-2019

  5. Hindistanın qırıcı təyyarəsi düşdü

    Hindistanın Hava Qüvvələrinə məxsus MiG-27 qırıcı təyyarəsi Rajasthan vilayətində qəzaya uğrayıb.
    Hindistan Hava Qüvvələrinə məxsus MiG-27 döyüş təyyarəsinin Rajasthan əyalətinin Jodhpur şəhərinə düşdüyü bildirilib. Hindistanın rəsmi xəbər agentliyinin verdiyi xəbərə görə, pilot xilas olub. Hindistan Hava Qüvvələrinin etdiyi açıqlamada, qəza mühərrikin sıradan çıxması səbəbilə baş verib.
    Müxalifət.az

    Muxalifet3 - 1-04-2019

  6. ​Mələkxanım Əyyubova SUSDU - 3 qızın videosuyla xalq artistini nə bağlayır?

    Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu Valeh İSrafilovun polis tərəfindən saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirmək istəməyib. "Ölkə.Az"ın əməkdaşının "Qardaşınız oğlunun 3 qızla bağlı yayılan məlum videoya görə saxlanılması xəbəri nə dərəcədə doğrudur" sualını dinləyən xanəndə dəstəyi asıb və növbəti zəgnləri cavabsız qoyub. Qeyd edək ki, sözügedən qalmaqala görə saxlanılan şəxslərdən biri də xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşı Valeh İsrafilovdur. Bildirilir ki, Cahid adlı şəxsə qızları Valeh İsrafilov yollayıb.

    Muxalifet - 1-04-2019

  7. ABŞ bu ölkələrə yardımı dayandıracaq

    ABŞ administrasiyası El Salvador, Qvatemala və Hondurasa qeyri-qanuni miqrant konvoylarının mənbəyi olduğuna görə yardımları dayandıracaqları bəyan edib.
     
    ABŞ mətbuat orqanlarının məlumatına görə, dövlət katibi Mayk Pompeo qərarların icrası üçün aidiyyatı qurumlara müvafiq təlimat göndərib.
    Prezident Donald Trampdan gələn təlimatla hərəkətə keçən Xarici İşlər Nazirliyinin əlaqədar yardımların kəsilməsi mövzusunda Konqresi dərhal məlumatlandıracağı ifadə edilib.

    Muxalifet3 - 1-04-2019

  8. Qızların çılpaq videosu ilə bağlı RƏSMİ MƏLUMAT – DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi dünənki video ilə bağlı açıqlama yayıb.

    Muxalifet.azn xəbərinə görə, məlumatda qeyd olunur ki, dünən - martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

    Muxalifet4 - 1-04-2019

  9. İran XİN rəhbəri Trampı tənqid atəşinə tutdu

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampun İran siyasətini "uğursuz" hesab edib.
     
    Cavad Zərif Trampun İran siyasətinin müvəffəqiyyətsiz olduğunu söyləyərək sosial şəbəkə hesabında etdiyi açıqlamada, "Tramp İrana yönəlik siyasəti müvəffəqiyyətsiz olduğu üçün hər cür boş bəhanələrə müraciət edir" deyib.
    Trampın sıravi İran vətəndalarına narahatlıq verməkdən məmnuniyyət duyduğunu yazan Zarif, "ABŞ-ın köhnə prezidentləri kimi Tramp da İranlıların təzyiqlərə baş əyməyəcəyini öyrənəcək” deyib.

    Muxalifet3 - 1-04-2019

  10. 211 nəfərə "pul atan" şirkət rəhbərləri ələ keçdi - RƏSMİ

    Daxili işlər orqanları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə, aldatma yolu ilə onların əmlaklarının ələ keçirilməsi hallarına qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

    Muxalifet4 - 1-04-2019

  11. Oğul atasını döyə-döyə öldürdü - Azərbaycanda

    Cəlilabadda qətl törədilib.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.
    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.
    Faktla əlaqədar cinayət işi başlanıb.

    Muxalifet - 1-04-2019

  12. Danışıqlarda Qarabağın iştirakı - PAŞİNYAN TƏKİD EDİR

    Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da birbaşa yayımda Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edib.

    Virtualaz.org-un məlumatına görə, erməni baş naziri deyib: "Mən və Azərbaycan Prezidenti görüşü müsbət qiymətləndirdik".

    Muxalifet - 1-04-2019

  13. Kim Çenin qardaşının qatili həbs olunub

    Malayziya məhkəməsi aprelin 1-də Şimali Koreyanın lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı Doan Txi Xınonqu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
    Məlumatı TASS yayıb.
    Qeyd edək ki, 2017-ci il fevralın 13-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq hava limanında Kim Çen Nam öldürülüb. Mart ayında isə onun ölümündə şübhəli bilinən İndoneziya vətəndaşı, 26 yaşlı Siti Aysia məhkəmə zalından azad edilmişdi. 

    Muxalifet - 1-04-2019

  14. Çavuşoğlundan ABŞ-ı qəzəbləndirəcək açıqlama

    Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu Venesuelanı bundan sonra da dəstəkləməyə davam edəcəklərini bildirib.
    Xarici işlər naziri Cavusoğlu, "Venesuelada hər hansı bir xoşagəlməz vəziyyət bütün Latın Amerikasına, hətta Karibilərə təsir edə bilər" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 1-04-2019

  15. "Bu şərhlər görüşün ciddiliyinə kölgə salır" - PAŞİNYAN

    “Əliyevlə görüşümüzdə hansısa qalib və ya məğlubun axtarılmasına ehtiyac yoxdur”.
     
    Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan bu özünün “Facebook” səhifəsi vasitəsilə etdiyi canlı yayımda səsləndirib.
     
    “Əgər biz həqiqətən də bu məsələnin həllini istəyiriksə, bu məntiq olmalıdır”, - deyən Paşinyan bunun danışıqlar masasına gətirilən yeni yanaşma olduğunu vurğulayıb.
     

    Muxalifet4 - 1-04-2019

  16. AK Partiyadan açıqlama: “Ankaradakı seçki nəticələri doğru deyil”

    AK Partiyanın baş katibi Fatih Şahin, 'Seçki məntəqələrimizdəki nümayəndələrimizdən gələn hesabatlar üzərində apardığımız araşdırma Ankarada seçki nəticələrinin ictimaiyyətə əks olunduğu şəkildə olmadığını göstərir' deyib.
     
    Şahin, "Etdiyimiz etirazlar nəticəsində Ankara seçicilərinin iradəsi sağlam və dəqiq bir şəkildə nəticələrə əks olunacaqdır" deyə bildirib.
    AK Partiyanın Ankara təşkilatının sədri Hakan Xan Özcan isə bunları qeyd edib:

    Muxalifet3 - 1-04-2019

  17. 4.7 milyardlıq cinayət - Cahangir Hacıyevlə birlikdə mühakimə olunan şəxslər dindirildi

    Sabiq bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın sabiq filial rəhbəri olmuş İlqar Abdullayev dindirilib.

    Muxalifet4 - 1-04-2019

  18. AĞDAMDA DƏHŞƏT: 19 yaşlı qız özünü asdı

    Ağdam rayonunda 19 yaşlı qız özünü asıb. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndinə qeydə alınıb. 2000-ci il təvəllüdlü Şəbnəm Elşən qızı Xəlilova özünü yaşadıqları evin zirzəmisində asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 1-04-2019

  19. Azərbaycanın 16 neft yatağının sahibi ölkədən qaçıb? - "Bu çirkin iftiranın sifarişçilərini tapıb açıqlayacağıq"

    Rusiyanın “Rusneft” şirkətinin sahibi, “Safmar” sənaye-maliyyə qrupunun əsas səhmdarı, inquşetiyalı maqnat Mixail Qutseriyevin ölkədən qaçdığı haqda xəbərlər yayılıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Qutseriyevin hakimiyyətlə problemlərinin yarandığı, vergiləri gizlətdi və bu üzdən həbs olunmaq təhlükəsi qarşısında qalaraq ölkədən qaçdığı haqda xəbərləri jurnalist-teleaparıcı Kseniya Sobçak və “Bilmək haqqı” proqramının aparıcısı Dmitri Kulikov yayıb.

    Muxalifet4 - 1-04-2019

  20. PUTİN PAŞİNYANA ZƏNG VURDU - Qarabağ danışıqları haqda məlumat aldı...

    Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

    Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon söhbət zamanı N.Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada ötən həftə aparılmış danışıqlar barədə Putini məlumatlandırıb. Habelə N.Paşinyan və V.Putin Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlərin gündəmini müzakirə ediblər.

    Muxalifet4 - 1-04-2019

Pages