Axtarış
The search found 105772 results in 0.025 seconds.
Search results
Qaşıqçını öldürən qrupu bu ölkədə hazırlayıblar - DƏHŞƏTLİ DETALLAR
Səudiyyə jurnalist Camal Qaşıqçının qətlinə cəlb olunan "sürətli reaksiya göstərmə qrupu"nun bir çox üzvləri ABŞ-da Dövlət Departamentinin lisenziyasına malik olan "Tier 1 Group" şirkətində hazırlıq keçiblər.
Bu haqda şirkətlə bağlı mənbəyə istinadən "Vaşinqton Post" nəşri yazıb.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Onun cəsədinin yeri indiyə kimi məlum deyil.
Muxalifet4 - 31-03-2019
Zükerberqin paylaşımları Feysbukdan silindi
Feysbukun sahibi Mark Zükerberqin sosial şəbəkə hesabından bir neçə paylaşımı silinib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” informasiya yayıb.
Məlumata görə, sözügedən paylaşımlar bir neçə il əvvəl texniki səhv səbəbindən silinib. Silinən məlumatların qaytarılmasına cəhd göstərilsə də uğurla nəticələnməyib.
Muxalifet3 - 31-03-2019
İlham Əliyevdən Ərdoğana seçki təbriki
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Muxalifet.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.Muxalifet3 - 31-03-2019
Зеленский и Порошенко выходят во второй тур - экзит-пол ТСН
Согласно данным экзит-полла, проведенного ТСН, во второй тур выборов президента Украины выходят Владимир Зеленский и Петр Порошенко. Данные экзит-пола ТСН:
Владимир Зеленский - 30,1%
Петр Порошенко - 18,5%
Юлия Тимошенко - 14,0%
Юрий Бойко 9,1%
Анатолий Гриценко - 7,6%
Игорь Смешко 6,6%
Олег Ляшко - 5,0%
Александр Вилкул - 3,7%
Руслан Кошулинский - 1,9%
Александр Шевченко - 0,6%Muxalifet4 - 31-03-2019
Ərdoğandan seçki sonrası ilk açıqlama: Çox önəmli...
31 mart seçkisi ölkəmiz, millətimiz üçün xeyirli-uğurlu olsun.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu seçkidə də AKP olaraq birinci olduq. Bununla yanaşı, kürd qardaşlarımız terrorçulara dəstək vermədiklərini bir daha nümayiş etdirdilər. Gündəmimizdə çox önəmli islahatlar proqramı var.
Birazdan Ankaraya gedib balkon çıxışımı həyata keçirəcəyəm", - o bildirib.
Muxalifet3 - 31-03-2019
Гриценко заявил, что ни при каких условиях не поддержит Порошенко во втором туре
По предварительным данным, во второй тур выборов президента проходят Порошенко и Зеленский
Во втором туре выборов президента лидер «Гражданской позиции» Анатолий Гриценко ни при каких условиях не будет голосовать за действующего главу государства Петра Порошенко.
Об этом Гриценко сказал на брифинге, сообщает его пресс-служба.Muxalifet4 - 31-03-2019
MOLLA REJİMİNİN YENİ HƏDƏFLƏRİ - İranda prezidentlik üsul-idarəsi ləğv edilə bilər
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının mədəniyyət müşaviri bu yaxınlarda İslam Respublikasının icra strukturunda əhəmiyyətli islahatlardan söz açıb: prezidentliyin ləğv edilməsi və baş nazir vəzifəsinin bərpası ideyası. Məhəmməd Hüseyn Səffar Hərəndi belə bir dəyişiklik edildikdə, İran parlamentinin hökumət başçısını istefaya göndərmək və yeni şəxslə əvəz etmək səlahiyyətindən istifadə edəcəyini bildirib.
Muxalifet4 - 31-03-2019
Türkiyə tarixində ilk - Kommunist Partiyasının üzvü əyalət başçısı seçildi
Türkiyə tarixində ilk dəfə olaraq Kommunist Partiyasının namizədi vilayət bələdiyyəsinin rəhbəri seçilib.
Virtualaz.org Türkiyə Yüksək Seçim Kurulunun (TSK) məlumatlarına istinadən xəbər verir ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Tunceli vilayətində Türkiyə Kommunist Partiyasının namizədi Fatih Mehmet Maçoğlu 32,24% səs toplayaraq qalib gəlib.
Fatih Mehmet Maçoğlu 1968-ci ildə Ovacıkda anadan olub, həkim-laborantdır.
Muxalifet4 - 31-03-2019
Rusiyada dəhşətli yanğın: 5 ölü
Rusiyanın Nijni Novqorod şəhərinin Strokin küçəsində yerləşən mənzildə yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin əyalət nümayəndəliyi informasiya yayıb.
Məlumata görə, yanğın nəticəsində 5 nəfər həlak olub. Fövqəladə Hallar Xidmətindən yanğının yerli vaxtla 09:30-da söndürüldüyü bildirilib.
Muxalifet3 - 31-03-2019
13 saylı həbsxanada məhbuslar döyülüb? - RƏSMİ AÇIQLAMA
Məhbuslar Fətulla Əlimədətov və Şamo Cəfərov Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 13 saylı islah müəssisəsinin saxlanma rejimini pozublar və cərimə təcridxanasına yerləşdiriliblər. İşgəncələr və həmin məhbusların döyülməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Bunu virtualaz.org-a müsahibəsində Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıxov bildirib.
***
19:11Muxalifet4 - 31-03-2019
Türkiyədə bələdiyyə seçkiləri: nəticələr açıqlanır - İSTANBULDA 0,05%-LİK FƏRQ - YENİLƏNİR
Ölkə üzrə seçki qutularının təxminən 91%-i açılıb.
İlkin nəticələrə görə, ümumi Türkiyə üzrə partiyalara görə nəticə aşağıdakı kimidir: AKP – 45%, CHP – 30%, İyi parti – 7%, MHP – 7%.
İstanbulda “Cümhur ittifaqı”nın (AKP+MHP) namizədi Binali Yıldırım hələlik 48,71% səslə liderdir. Onun rəqibi olan “Millət ittifaqı”nın (CHP+İyi parti) namizədi Əkrəm İmamoğölu 48,65% səs toplayıb.
Ankarada da “Millət ittifaqı”nın (CHP+İyi parti) namizədi Mansur Yavaş hələlik 50,6% səslə liderdir.
* * *00:04
Muxalifet4 - 1-04-2019
"Bunu bəyan etmələri ümidvericidir" - Avropa İttifaqı Vyana görüşü ilə bağlı bəyanat yayıb
Avropa İttifaqı (Aİ) Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü ümidverici hesab edir.
Muxalifet4 - 1-04-2019
Ukraynada vəziyyət qarışır: Timoşenko çağırış etdi
Batkivşina Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko tərəfdarlarına müraciət edərək, bütün gecəni seçki məntəqələrində qalmağa və seçkilərin nəticələrini qorumağa çağırıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, partiyasının bütün üzvlərinə, tərəfdarlarına səslənib:
“Seçki məntəqələrinə gedin və səsvermənin nəticələrini qoruyun. İndi çoxsaylı provokasiya olacaq, prezidentin tərəfdarları tərəfindən güc tətbiq ediləcək və onlar protokolları sıradan çıxarmağa çalışacaqlar. Güclü olun. Bütün gecəni seçki məntəqələrini tərk etməyin”.
Muxalifet4 - 1-04-2019
Azərbaycanda yumurtanın qiyməti kəskin dəyişdi
Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb. Qiymətin aşağı düşməsi4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir. Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.
Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.
Son bir həftədə yumurtanın qimyəti 5 qəpikaşağı düşüb. Satıcılar deyir ki, əvvələr 12-13 qəpiyə satılan yumurtaindi 7-8 qəpiyə təklif edilir.
Qiymətin ucuzlaşması alıcıların da ürəyincə olub.
Muxalifet4 - 1-04-2019
Ukrayna MSK-sı seçkilərin ilkin nəticələrini açıqladı
Protokolların 0,12%-nın yekunlarına əsasən Ukraynanın hazırkı rəhbəri Pyotr Poroşenko prezident seçkilərində irəlidədir.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, P. Poroşenko 28,69% səs toplayıb.
İkinci yerdə 24,27% səs ilə “Xalqın nökəri” partiyasının namizədi Vladimir Zelenskiy qərarlaşıb.
“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 15,12% səs ilə üçüncüdür.
Muxalifet4 - 1-04-2019
AK Partiyadan açıqlama: İstanbulda qalib gəldik
AK Partiyanın İstanbul təşkilatının sədri Bayram Şenocak seçkinin nəticələriylə əlaqədar əhəmiyyətli açıqlama verib. Şenocak, 'Bizim hesablamalarımıza görə, İstanbulda 3870 artıq səslə seçkidə qalib gəldik' deyib.
Bayram Şenocak Binali Yıldırımın seçkilərdə qalib gəldiyini söyləyib.
Şenocak, "290 mindən çox etibarsız səs olub. Etibarsız səslərin böyük əksəriyyəti bizim qialib gəldiyimiz məntəğələrdə olub. İstanbulda 3870 səs üstünlüyü ilə seçkidə qalib gəldik".
Müxalifət.azMuxalifet3 - 1-04-2019
Türkiyədə hansı partiya neçə bələdiyyə qazandı? - SİYAHI
Yerli seçkilərin qeyri-rəsmi nəticələrinə görə, AK Partiya və MHP-nin ittifaq etdiyi “Cumhur İttifaqı” bloku seçkilərin 51,74 fazini əldə edərək qalib olub.. Seçkidə CHP-İP-Səadət və HDP-nin birləşdiyi “Millət İttifaqı” isə səslərin yalnız 37,64 faizini ala bilib.
P
Anadolu Agentliyinin müxbirinin tərtib etdiyi məlumatlara görə, AK Partiya 778, CHP 242, MHP 236, HDP 68, İYİ Partiya 22 və digər partiyalar 42 bələdiyyədə seçkiləri qazanıb.
Qalib gəlinən şəhər sayları:
AK Partiya: 40 (17 metropol)
MHP: 12Muxalifet3 - 1-04-2019
Üç şəhərdə etibarsız səslər yenidən sayılacaq
AK Partiyanın Ankara seçki bölgəsində bəzi seçki nəticələrinə etiraz edəcəyi öyrənilib. Yerli seçkilərin qeyri-rəsmi nəticələrinə görə, İstanbul, Ankara və İğdır şəhərlərində etibarsız sayılan səslərin yenidən araşdırılması gözlənilir. AK Partiya baş katibi Şahin mövzuyla əlaqədar Ankaradakı bir çox seçki mətqələrində qeyri-qanuni səsvermə və qanun pozuntularına etiraz edəcəklərini söyləyib.
Müxalifət.azMuxalifet3 - 1-04-2019
“Diqlas”ın yanmış binasının aqibəti necə olacaq?
Mütəxəssis: “Bəzən binanı yenidən tikmək bərpa etməkdən ucuz başa gəlir...”
Martın 26-da “Diqlas” Ticarət Mərkəzində güclü yanğın baş verdi. Məlumatlara görə, Binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.Muxalifet - 1-04-2019
Sabah Hüseyn Abdullayev hakim qarşısına çıxarılacaq
İş üzrə 30 zərərçəkən, 10 təqsirləndirilən şəxs var
Aprelin 2-də Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Cinayət işinin baxılması üçün Hərbi Məhkəməyə göndərilməsi təsadüfi deyil. İş üzrə sabiq deputatla birgə ittiham edilən 9 nəfərdən 8-i Dövlət Sərhəd Xidmətinin əməkdaşları, digər 1 şəxs isə Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevadır.Muxalifet - 1-04-2019