Axtarış

The search found 105772 results in 0.034 seconds.

Search results

  1. Ankaradakı seçkilərdə saxtakarlıq olub - AKP İDDİA EDİR Kİ...

    AK Partiyanın baş katibi Fatih Şahin Ankarada səs verilən seçki məntəqələrinin bir çoxunda etibarsız səslər və qanunsuzluqlar təsbit etdiklərini bildirib.
     
    Fatih Şahin Twitter hesabından etdiyi paylaşmada bunları qeyd edib:
    "Ankarada səs verilən 12158 səsvermə qutusunun bir çoxunda etibarsız səslər ve saxtakarlıq aşkar etmişik. Qanuni haqlarımızı sonuna qədər tələb edəcək, Ankaralı seçicilərin iradəsinin oğurlanmasına izin verməyəcəyik". 
    Müxalifət.az

    Muxalifet3 - 1-04-2019

  2. Deputat ​video ilə bağlı Ramil Usubova rəsmi müraciət etdi

    Millət vəkili Fazil Mustafa Daxili İşlər naziri, general- polkovnik Ramil Usubova “Kazbekə şey basım fırranım” adlı mahnı və video ilə bağlı rəsmi müraciət edib.
    Muxalifet.az xəbər verir ki, deputat sosial şəbəkələrdə vidioçəkiliş formasında paylaşılan “mahnı”nın yayılmaqda olduğunu, ifa edilən “mahnı”nın sözlərində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyaya açıq şəkildə çağırış edildiyini, onun yayılmasının təbliğ olunduğunu bildirib: 

    Muxalifet - 1-04-2019

  3. ​“S7 şirkətlər qrupu” rəhbəri təyyarə qəzasında həlak olub

    “S7 şirkətlər qrupu” Qapalı Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, 55 yaşlı rusiyalı iş adam Natalya Fileva Almaniyada təyyarə qəzasında həlak olub.
    RİA Novosti-nin məlumatına görə, martın 31-də N.Filevanın olduğu “Epic-LT” şəxsi təyyarəsi Almaniyanın Egelsbax hava limanında eniş edərkən qəzaya uğrayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
    N.Fileva 2018-ci ildə “Forbs” jurnalının tərtib etdiyi Rusiyanın ən zəngin qadınları siyahısında 4-cü yeri tutub. Onun var-dövləti 600 milyon dollar məbləğində qiymətləndirilir.

    Muxalifet - 1-04-2019

  4. Yeni Zelandiyadakı terror qurbanlarına 139 ölkədən yardım

    Yeni Zelandiyanın Christchurch şəhərindəki Al Nur və Linwood məscidlərinə terror hücumu nəticəsində zərərçəkmiş terror qurbanlarının yaxınları, qohumlarına 139 ölkədən yardım ianələri olaraq 9.4 milyon dollar bağışlandığı açıqlanıb.
     
    Yeni Zelandiya Qurbanlarının Dəstək Qrupları Şurası adına açılan “Christchurch Attack Funds” adı altında açılmış hesaba bağışlanan vəsaitin miqdarı 9 milyon dolları keçib.

    Muxalifet3 - 1-04-2019

  5. 1 aprel Gülüş günüdür

    Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş günü keçirilir. 
    Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd edilir. Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. 

    Muxalifet - 1-04-2019

  6. ​Bakıda axundu qətlə yetirdilər

    Martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.
    Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngi ilə güllələyib. Qətl törətdikdən sonra Hüseynbala Şamilov hadisə yerindən qaçıb.
    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun saxlanılması üçün operativ-axtarış tədbirlərini həyata keçirirlər.
    Qeyd olunur ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub. /Virtualaz.org

    Muxalifet - 1-04-2019

  7. Azərbaycanı yeni torpaq işğalı ilə hədələyən erməni nazirə Bakıdan sərt cavab

    Təxribatçı və sərsəm bəyanata XİN, Müdafiə Nazirliyi, hərbi və siyasi ekspertlərdən kəskin reaksiyalar gəldi...

    Muxalifet - 1-04-2019

  8. “Amay Abdulla”nın adı yeni QALMAQALDA

    40 nəfərin Abdulla Abdullayevdən şikayətçi olmasının ilginc səbəbləri var; işdə Göygöl məhkəməsi sədrinin də adı keçir...
    “40 nəfərdən artıq mənzil sahibinin mülkiyyət hüququnu pozaraq onlara satılmış mənzilləri sonradan qanunsuz olaraq təkrarən başqa şəxslərə satıb. Ancaq hələ ki, bu cinayətlərinə görə cəzasız qalır”. Şikayətçi Müşkinaz Məhəmməd qızı Əhmədli “Yeni Müsavat”a ünvanlandığı məktubda belə yazır.

    Muxalifet - 1-04-2019

  9. Türkiyə DƏHŞƏTLİ FƏLAKƏTİN bir addımlığında: professorun proqnozları DOĞRU ÇIXIR

    Türkiyənin Dənizli şəhərinin Acıpayam bölgəsində zəlzələ olub.
    Yeraltı təkanların maqnitudası 4,5 olub.
    Yerli saatla 04:49-da qeydə alınana zəlzələnin yerin 7 km dərinliyidə olduğu bildirilir.
    Qeyd edək ki, daha öncə Malatya İnönü Universitetinin professoru, geologiya üzrə mütəxəssis Məhməd Önal son günlər Malatya və Dənizli sahillərində baş verən ardıcıl zəlzələlərlə bağlı heç də ürək açmayan açıqlama vermişdi.

    Muxalifet - 1-04-2019

  10. ŞAD XƏBƏR: Aprelin 1-dən doğulan körpələrə...

    Bu gündən Azərbaycanda doğulan körpələrə 200 manat sosial müavinət veriləcək.
    Bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında fevralın 25-də imzaladığı sərəncamda qeyd olunub. Sərəncam bu gündən qüvvəyə minir.
    Həmçinin beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılıb. Bu məbləğ də əvvəllər 33 manat təşkil edib./Unikal

    Muxalifet - 1-04-2019

  11. Azərbaycanda polis zabiti faciəvi şəkildə öldü

    Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.
    Hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun ucqar kəndlərindən olan Osnakəranda baş verib.
    Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi "Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.
    Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib. 
    Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.
    Faktla bağlı araşdırma aparılır./ONA

    Muxalifet - 1-04-2019

  12. “Ucuz sensasiya dalınca qaçırlar” - Əflatun Amaşovdan çılpaq qızlar məsələsinə reaksiya

    "Bu gün sosial şəbəkələrdə yayılmış əxlaqsız video-görüntünün geniş müzakirə predmetinə çevrilməsi diqqətimizdən yayınmadı”.
    Bunu Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

    Muxalifet - 1-04-2019

  13. Tovuzda partlayış – Dağıntılar altından 2 nəfər çıxarıldı

    Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.

    Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 1-04-2019

  14. SON DƏQİQƏ: Qızların çılpaq videosunu yayan biznesmeni BU HALA SALDILAR - Foto

    Dünən sosial şəbəkələrdə lüt qızlarla videosu yayılan Əliyev Səddam Qüdrət oğlu ilə bağlı yeni məlumat yayılıb. Oxu24.com -un məlumatına görə, sosial şəbəkələrdə qeyd olunur ki, S.Əliyevin döyülərək ağır xəsarət alıb. Bununla bağlı görüntülər də yayılıb. Bildirilir ki, S.Əliyevin həyat yoldaşının qohumları tərəfindən bu cür hərəkətə yol verdiyi üçün döyülüb. Başqa bir məlumatda isə bildirilir ki, videoda dövlət nömrə nişanı görünən maşını etibarnamə ilə idarə edən Kərimov Cahid Qismət oğlu Əliyev Səddama niyə maşını videoya çəkməsini irad tutub.

    Muxalifet - 1-04-2019

  15. ​İran məğlubiyyətə uğradı: onlarla ölü və yaralı var...

    “İran İslam Respublikasının alkoqollu içkilərə qadağa siyasəti məğlubiyyətə uğradı”.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İranın sabiq daxili işlər nazirinin müavini Mustafa Taczadə deyib.

    Muxalifet - 1-04-2019

  16. Qarabağ danışıqları rəsmən ənənəvi formatına qayıtdı - sonun başlanğıcı, yoxsa...

    Vyana görüşündə əsas nəticə, Ermənistan müdafiə nazirinin görüş sonrası verdiyi təxribatçı bəyanat və...; politoloq: “Paşinyan anladı ki, işğal edilən torpaqlar azad edilməyincə heç bir irəliləyiş olmayacaq...”

    2019-cu ilin ilk 3 ayı arxada qaldı. Bu 3 ayın yekununda, martın 29-da Azərbaycan və Ermənistan rəhbərləri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Vyanada ilk rəsmi görüş reallaşdı. Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş 2 saatdan çox çəkdi.

    Muxalifet - 1-04-2019

  17. 3 qızın lüt videosunu yayan şəxs SAXLANILDI

    3 qızı lüt çəkib, sosial şəbəkədə yayan Cahid adlı şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə xeberchi.az saytı İnstaqram səhifəsində məlumat yayıb. Məlumata görə, Cahid adlı şəxs hazırda Nəsimi rayon polis idarəsindədir. Saxlanılan şəxsin ifadəsinə görə ona bu qızları müğənni Valeh İsrafilov yollayıb. Bu məlumatı o öz ifadəsində qeyd edib.
    Videoda göstərilən 90 SA 888 dövlət nişanlı Range Rover avtomobili isə Cahidin yox, qohumu Əliyev Səddam Qüdrət oğluna aiddir..

    Muxalifet - 1-04-2019

  18. ​Məcburi köçkünlərin aylıq müavinəti artdı

    Bu gündən Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam qüvvəyə minib.
    Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb.
    Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq./Qaynarinfo 

    Muxalifet - 1-04-2019

  19. Braziliyadan Qüdslə bağlı YENİ QƏRAR

    Braziliya Qüds şəhərində diplomatik ofisini açıb.
    Bu barədə İsrailin nəqliyyat naziri və xarici işlər nazirinin nümayəndəsi Yisrael Katz deyib.
    Nazir sosial media hesabından verdiyi açıqlamada Braziliyanın dövlət başçısı Yair Bolsonaronun İsrailə səfəri əsnasında Qüdsdə açılan diplomatik ofis üçün təşəkkür etdiyini bildirib.
    Katz diplomatik ofisin məzmununa dair heç bir məlumat verməyib.

    Muxalifet - 1-04-2019

  20. İmamoğlu qalib gəlir, qələbə plakatlarını Yıldırım asır... - BÖYÜK İSTANBUL MÜƏMMASI

    Türkiyədə dünən martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ölkənin ən böyük şəhəri olan İstanbulda əsl müəmmaya çevrilib.

    Muxalifet - 1-04-2019

Pages