Axtarış

The search found 105772 results in 0.124 seconds.

Search results

  1. Seçki pozuntusu ilə bağlı 950 ŞİKAYƏT VAR - Ukraynada gərginlik artır

    Bu gün Ukraynada keçirilən prezident seçkilərində qanun pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə 950 müraciət daxil olub.

    Yerli media xəbər verir ki, qanun pozuntuları Kiyev, Dnepr, Odessa, Donetsk, Xarkov, Luqansk və Vinnitsa şəhərlərində qeydə alınıb.

    Müraciətlər əsasən qanunsuz təbliğat-təşviqat, seçicilərə rüşvət verilməsi, bülletenlərə ziyan vurulması, bülletenlərin fotosunu çəkmə və bülletenləri seçki məntəqəsində çıxarmağa cəhdlə bağlıdır.

    Muxalifet4 - 31-03-2019

  2. "Orduya göstəriş vermişəm ki..." - NETAHYAHU

    Qəzza zolağında hadisələrin istənilən inkişaf ssenarisinə uyğun olaraq hərəkət etmək üçün hərbçilərimizin gücləndirilmiş iştirakını saxlamaq barədə göstəriş vermişəm.

    Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.
     
    Netanyahu İsrailin təhlükəsizliyinin qorunması üçün tank, artilleriya birləşmələrinin, quru qoşunları və aviasiyanın tam hazır vəziyyətdə olduğunu bildirib./axar.az
     

    Muxalifet4 - 31-03-2019

  3. Kim Çen Inın qardaşı oğlu əmisinə qarşı çıxdı - Şimali Koreyada inqilab... / FOTO

    Şimali Koreyanın İspaniyanın paytaxtı Madriddəki səfirliyinə hücumda Kim Çen Inın qardaşı oğlunun da əli varmış. Kim Xan Sol "Cheollima Civil Defense" adlı gizli əks-inqilabı mübarizə təşkilatının əsas fiqurlarındandır. Onun inqilabçılara bir müddət əvvəl qoşulduğu deyilir.

    Muxalifet4 - 31-03-2019

  4. Türkiyədə ilkin nəticələr açıqlandı – Həyəcanlı anlar

    Türkiyədə az öncə başa çatan bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

    Muxalifet3 - 31-03-2019

  5. Telefonunu seçki qutusuna saldı - Qəribə olay

    Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı qəribə olay baş verib.
    Muxalifet.az xəbər verir ki, Qars şəhərinin Arpaçay mahalında vətəndaşlardan birinin mobil telefonu seçki qutusuna düşüb.
    Məlumata görə, yalnız seçkilər bitdikdən sonra həmin şəxsin telefonu özünə qaytarılıb.
     

    Muxalifet3 - 31-03-2019

  6. Artıq hər kəs evinə rahat “kupça” ala BİLƏCƏK: Yeni qaydalar - ƏTRAFLI VİDEO

    Dövlət başçısının çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra 10 minlərlə insan öz mənzilinə çıxarış ala biləcəklər. Bu isə çıxarış alma presedurları vərüsum məsələsini aktuallaşdırır. Növbəti süjetdə əməkdaşlarımız bu məsələni araşdırıb. Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi daşınmaz əmlaka dair çıxarışların rüsumunu və prosedurları aktuallaşdırıb. Əmlak məsələləri üzrə üzrə ekspert Nüsrət İbrahimov deyir ki, çıxarışın alınması bir neçə mərhələdən keçir.

    Muxalifet3 - 31-03-2019

  7. Türkiyə buraya ordu yığır: zirehli maşınlar...

    Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə növbəti dəfə hərbi dəstək göndərib.
    Muxalifet.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən yola çıxan hərbi birliklər və zirehli maşınlar Hatay vilayətinə çatıb.
    Hərbi birliklərin vilayətin Qırxxan mahalına göndərildiyi, buradan isə sərhədə yerləşdiriləcəyi bildirilib.
     

    Muxalifet3 - 31-03-2019

  8. ​Yıldırım çətin durumda: İstanbul kimin olacaq? - İlkin nəticə

    Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanarkən yüksək faizlə irəlidə olan AKP hazırda sürətlə geriləyir.
    Muxalifet.az xəbər verir ki, bu vaxta qədər seçki bülletenlərinin 11%-ə qədəri sayılıb. Bu nəticə ilə AKP İstanbulda 52,48% ilə öndədir. Onu CHP 44,76 faizlə təqib edir.
    Ankarada AKP 54,14%, CHP 41,36%, Aydında AKP 44,12%, CHP 5232%, İzmirdə AKP 37,70%, CHP 57,63% səs toplayıb.
     

    Muxalifet3 - 31-03-2019

  9. CHP-nin namizədi saxlanıldı - Əlbəyaxa dava

    Türkiyədə keçirilən seçkilərdə Şanlıurfanın Siverek mahalında namizədliyini irəli sürmüş Fatih Bucaq saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, o, Ədalət və İnkişaf Partiyasının bu mahaldakı namizədi Nüsrət Qayanı vurmaqda şübhəli bilinib.
    Məlumata görə, əlbəyaxa dava zamanı F.Bucaq Nüsrət Qayaya fiziki xəsarət yetirdikdən sonra AKP namizədi xəstəxanaya yerləşdirilib.
     

    Muxalifet3 - 31-03-2019

  10. DİQQƏT: Sabah Bakının bu yerlərində su OLMAYACAQ - BÖLGƏLƏR

    Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
    Bu barədə Azərsu ASC-dən bildirilib.
    Qeyd edilir ki, fasiləyə səbəb magistral su kəmərində (Ə.Rəcəbli küçəsində) baş vermiş qəzadır.
    Hazırda qəza briqadaları əraziyə cəlb olunub.
     

    Muxalifet3 - 31-03-2019

  11. Seçkilərdə ciddi qanun pozuntusu yoxdur - Bernaçkaya

    Ukraynada prezident seçkilərində ciddi qanun pozuntusu qeydə alınmayıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının katibi Natalya Bernaçkaya bildirib.
    "Səsvermə zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Azsaylı hallar var, amma onlar istənilən səsvermə və istənilən seçki kampaniyası üçün xarakterikdir", - deyə Bernaçkaya bildirib.
    O, qeyd edib ki, bəzi seçicilərin özlərinin səsvermələrinin fotosunu çəkmələri, həmçinin digər azsaylı hallar mövcuddur.
     

    Muxalifet3 - 31-03-2019

  12. İcra başçısının maşını yolu qırmızıda keçdi - Video

    Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun 60 AA 001 dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin sürücüsü yolu qırmızı işıqda keçib.
    Muxalifet.az xəbər verir ki, sözügedən anın görüntülərini rayon sakinlərindən biri qaynarinfo.az saytına təqdim edib.
    Rayon sakini bildirib ki, hadisə martın 30-da baş verib. Rayonun ərazisindəki yol ayrıcında işıqforun qırmızı işığının yanmasına baxmayaraq, icra başçısının maşını hərəkəti davam etdirib və bu anlar sakinin avtomobilinə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.

    Muxalifet3 - 31-03-2019

  13. ​Ukraynada seçkilər başa çatdı: səslər sayılır

    Ukraynada keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.
    Muxalifet.az xəbər verir ki, seçki məntəqələri bağlanılıb və səslərin sayılmasına başlanılıb.
    Qeyd edək ki, seçkilərdə 39 namizəd iştirak edir.
     

    Muxalifet3 - 31-03-2019

  14. ​Poroşenkoya sarsıdıcı zərbə: Timoşenko "liderlə" birləşir

    Pyotr Poroşenko Blokundan olan deputat Mustafa Nayem Ukraynada seçkilərin ikinci turunda Yuliya Timoşenko və Vladimir Zelenskinin qüvvələri birləşdirməklə bağlı danışıqlar apardığını təsdiqləyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə deputat Teleqram kanalında məlumat yayıb.
    Nayem bildirib ki, Timoşenko Zelenski ilə müqavilə bağlayaraq, qanunvericiliyin dəyişdirilməsini, parlament seçkilərinin iki turdan ibarət və proporsional qaydada keçirilməsini, 51% səs toplayan qüvvənin isə Nazirlər Kabinetini formalaşdırmaq haqqı qazanmasını istəyir.

    Muxalifet3 - 31-03-2019

  15. Bu nə dəhşətdir, ilahi? - Deputat

    Bu nə dəhşətdir, ilahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi?
    Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında qeyd edib.
    Deputat son vaxtlar trendə çevrilən “Kazbekə şey basım, fırlanım” mahnısının zərərli olmasını diqqətə çatdırıb:

    Muxalifet3 - 31-03-2019

  16. Nadir Qafarzadə lüt videosu yayılan qızları biabır etdi - VİDEO

    Məşhur müğənni Nadir Qafarzadə bu gün sosial şəbəkələrdə və saytlarda yayılan 3 qızın lüt görüntüləri barədə danışıb.

    Muxalifet3 - 31-03-2019

  17. Qadın seçki günü öldü: arzusu həyata keçmədi

    Ukraynanın Zaparojye şəhərində seçkilər günü pensiyaçı qadının yaşadığı mənzildə meyiti tapılıb.
    Muxalifet.az yerli “Zabor” saytına istinadən xəbər verir ki, seçki komissiyasının üzvləri evdən səsvermə hüququndan istifadə etmək istəyən qadının mənzilinə yollansalar da, onun cəsədini aşkar ediblər.
    Ehtimal edilir ki, qadın onların gəlişindən təxminən yarım saat əvvəl dünyasını dəyişib.
    Qeyd edək ki, bu gün Ukraynada prezident seçkiləri baş tutub.
     

    Muxalifet3 - 31-03-2019

  18. Hacı Kamran qardaşı tərəfindən güllələndi - Foto

    Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib. ONA-nın məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb. Hüseynbala hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir. Məlumata görə, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır.

    Muxalifet3 - 31-03-2019

  19. Saakaşvilidən Poroşenkoya seçki ittihamı

    Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkonu prezident seçkilərini kütləvi saxtalaşdırmaqda ittiham edib.
    Muxalifet.az xəbər verir ki, Saakaşvili bununla bağlı Feysbuk səhifəsində paylaşım edib.
    “Budur Poroşenko. Onlar Donetsk və Luqanskda kütləvi şəkildə saxtakarlıq edir və bu saxtakarlığı müdafiə etməyə hazırdırlar”, - deyə o bildirib.
     

    Muxalifet3 - 31-03-2019

  20. ƏRDOĞAN ŞOKDA: AKP böyük şəhərləri itirir - NƏTİCƏLƏR

    Türkiyədə bələdiyyə seçkilərində səslərin 67 faizi sayılıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki,  hazırkı nəticələr aşağıdakı kimidir.

    AKP 46,45 faiz

    CHP 30,75 faiz

    MHP 5,88 faiz
    HDP 3,59 faiz

    İYİ 6,56 faiz

    Muxalifet4 - 31-03-2019

Pages