Axtarış

The search found 105771 results in 0.108 seconds.

Search results

  1. Rusiya Tarkana sərvət qazandıracaq

    Müğənni Tarkan Rusiyada verəcəyi konsertdən 800 min dollar (1 milyon 357 min manat) qazanacaq.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan 10 il fasilədən sonra yenidən Rusiyada konsert proqramı ilə çıxış edəcək. Ulduz 14 mayda Rusiyada, Moskovadakı “Crocos City Hall”da konsert verəcək. 6 min 200 nəfərin qarşısına çıxmağa hazırlaşan sənətçi konsertdən 800 min dollar (1 milyon 357 min manat) gəlir əldə edəcək.
    Qeyd edək ki, o, sonuncu dəfə 2009-cu ildə Moskvada konsert verib.

    Muxalifet - 2-04-2019

  2. Gürcüstanda uşaq bağçasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

    Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.
    Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.
    Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar. 

    Muxalifet - 2-04-2019

  3. ABŞ-dan daha bir F-35 həmləsi: Türk təyyarəçiləri üçün qalmaqal qərar!

    ABŞ Senatındakı Silahlı Qüvvələr Komitəsinin yeni sədri Ceyms İnhofenin ABŞ-ın Türk pilotlarının indiyə qədər Florida, Texas və Arizonada həyata keçirdiyi F-35 təlim uçuşlarını və texniki dəstək təlimlərini dayandırdığını bəyan edib.
     
    Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) dünən edilən açıqlamada, "Türkiyənin S-400 mövzusundakı qəti qərarı nəzərə alınmaqla, Türkiyənin F-35 operativ qabiliyyətilə əlaqəli təhvil və fəaliyyətləri təxirə salınmışdır. Bu mühüm məsələ ilə bağlı Türkiyə ilə dialoqumuz davam edir" deyilmişdi.

    Muxalifet3 - 2-04-2019

  4. ​Narkoloji Mərkəzi yandıran şəxsə ömürlük cəza istənildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən şəxslər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Muxalifet.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Muxalifet3 - 2-04-2019

  5. İranda həyəcan təbili: 70 kənd boşaldılır

    İranda 2 həftədir ki, davam edən sel fəlakəti səbəbindən təhlükə altında olan 70-ə yaxın kənd təxliyyə ediləcək.
    Muxalifet.az xəbər verir ki, Xuzistan ostanında Dez və Xarkeh çaylarının daşması səbəbindən yerli idarəetmə orqanları təcili şəkildə kəndlərin boşaldılması əmrini verib.
    Qeyd edək ki, Türkmənsəhra və digər bölgələrdə baş verən təbii fəlakət onlarla insanın ölümünə, infrastrukturun tamamilə dağılmasına yol açıb.
     

    Muxalifet3 - 2-04-2019

  6. Qazax nazir Bakıda: Birgə layihələr müzakirə edildi

    Azərbaycanda səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib.
    Bu barədə nazirlikdən məlumat verilib.
    Görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Muxalifet3 - 2-04-2019

  7. ​Məhbusa qarşı vəhşilik kameraya yaxalandı, məhkəmə qərar verdi – Video (18+)

    ABŞ-ın Kaliforniya ştatında məhkəmə 200-ə qədər məhbusun iddiasını təmin edib. Onlar işgəncəyə görə cəzaçəkmə müəssisəsinin əməkdaşlarını günahlandırırdılar.
    Muxalifet.az xəbər verir ki, məhkəmə həbsxananı 1,4 milyon dollar cərimələyib.
    İddia 2017-ci ilin mayında qaldırılmışdı. Buna həbsxananın dörd əməkdaşının şizofreniyadan əziyyət çəkən 28 yaşlı Bo Banqerti döyməsi səbəb olmuşdu. Kamera yoldaşının dediyinə görə, Bonun bəzi hərəkətləri nəzarətçini əsəbiləşdirimiş. Psixi problemləri olan məhbus gündə bir neçə dəfə qapını döyür, kamerada fasiləsiz gəzişirmiş.

    Muxalifet3 - 2-04-2019

  8. Həbibin növbəti döyüş tarixi açıqlandı

    Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurmaqomedov bu ilin sentyabrında döyüş planını təsdiqləyib. Muxalifet.az xəbər verir ki, döyüşçü tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Dana Uayt da H.Nurmaqomedovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.

    Muxalifet3 - 2-04-2019

  9. Ölkədən çıxışına qadağa qoyulmuş şəxslərə ŞAD XƏBƏR

    Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə AZAL-ın Feysbuk səhifəsində məlumat verilib.
    Bildirilib ki, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.
    Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.
     

    Muxalifet3 - 2-04-2019

  10. ​Abxazlar azərbaycanlıların şəhərinə yerləşdirilir

    Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Abxaziyadan olan 32 məcburi köçkün ailəsi üçün qəsəbə salınacaq.
    Muxalifet.az xəbər verir ki, qəsəbə Gürcüstan və Almaniya hökumətləri arasında imzalanmış 10 milyon avro məbləğində qrant müqaviləsi çərçivəsində inşa olunacaq.

    Muxalifet3 - 2-04-2019

  11. ​XDMX-dən xəbərdarlıq: Bu saytlar zərərverici yayır

    Populyar “Vordpress” və “Joomla” platformalarında çalışan 500-dən çox müdaxilə edilmiş saytlar, arxa planda, fişinq linkləri və digər müxtəlif zərərli məzmunlu proqram təminatı da daxil olmaqla bekdor yayıb.
    Bu barədə  Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən məlumat verilib.
    Məlumata görə, bu yeni kampaniyanı “Zscaler” şirkətinin mütəxəssisləri aşkar ediblər:

    Muxalifet3 - 2-04-2019

  12. ​İstanbulda durum göründüyü kimi deyil - AKP

    Bu seçki demokratiya tariximizin ən böyük qüsurlarından biridir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasınn (AKP) sədr müavini Əli İhsan Yavuz deyib.
    “İstanbulda vəziyyət göründüyü kimi deyil”, - deyə Yavuz bildirib.
    O, seçki nəticələri ilə bağlı jurnalistlərə əlavə məlumat verməyib.
     

    Muxalifet3 - 2-04-2019

  13. ​Məmmədyarov hindli rəqibinə uduzdu

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində növbəti görüşünü başa vurub.
    Muxalifet.az xəbər verir ki, 34 yaşlı qrossmeyster III turda Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1. 3 turdan sonra Anandın 1.5, Məmmədyarovun isə 1 xalı var.
    Hazırda yalnız David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) görüşü davam edir.
    III turun digər nəticələri:
    Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5

    Muxalifet3 - 2-04-2019

  14. ​Müdafiə Nazirliyindən Əkrəm İmamoğluya xəbərdarlıq

    İstanbul Bələdiyyəsinin yeni sədri, CHP-çi Əkrəm İmamoğlunun Anıtqəbirə ziyarəti ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
    Muxalifet.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bu ziyarətin mərasim qaydalarına uyğun şəkildə həyata keçirilmədiyi bildirilib.
    Məsələ ilə bağlı qarşı tərəfə xəbərdarlığın edildiyi deyilib.
     

    Muxalifet3 - 2-04-2019

  15. ABŞ-dan F-35 açıqlaması: Türkiyə ilə olan problem...

    Ümid edirik ki, Türkiyə ilə olan problemi həll edəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan deyib.
    “Problemi həll edəcəyik, beləcə F-35-lər və Patriotlar müdafiə inventarına daxil olacaq”, - deyə o bildirib.
    Şanahan eyni zamanda ABŞ-ın Luke aviabazasında istifadə edilən F-35-in yaxın zamanda Türkiyəyə təhvil veriləcəyini bildirib.

    Muxalifet3 - 2-04-2019

  16. Görən inana bilmir - Baxın nə ilə qarşılaşdılar? - FOTOLAR

    Kastamonu Dokuzkat kəndində odunçuluq edən Osman Balta kəsdiyi bir qoz ağacının gövdə

    Muxalifet3 - 2-04-2019

  17. CHP-çi namizəd meydanda xaç inşa etdirdi

    İstanbulun Qartal səmtində Kazım meydanında inşa edilən xaç şəkilli abidə müzakirələrə səbəb olub.
    Muxalifet.az xəbər verir ki, CHP-çi namizədin Qartal bələdiyyə sədri seçilməsindən sonra belə abidənin açılışı diqqət çəkib.
    Qeyd edək ki, bundan öncə də Qartal bələdiyyəsi uzunqulağa abidə qoyulması ilə yadda qalmışdı.
     

    Muxalifet3 - 2-04-2019

  18. Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu

    İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.
    Muxalifet.az xəbər verir ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.
    Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək. 
    “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).
     

    Muxalifet3 - 2-04-2019

  19. Ata və oğulu öldürən polisə ölüm cəzası

    Misirdə xristian ata və oğulu öldürən polisi edam cəzasına məhkum ediblər.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Şimali Afrikada məskunlaşan Koptlar icmasından olan ailənin üzvlərini qətlə yetirən polis nəfəri Rabi Xəlifə Misir məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Xristian dininə etiqad edən 49 yaşlı Kamal Sadeq və onun oğlu Davidi ötən ilin dekabrında işlədikləri inşaat meydanında qətlə yetirən “qanun keşikçisi” törətdiyi ağır cinayətin səbəbini izah edə bilməyib.

    Muxalifet3 - 2-04-2019

  20. Kimya zavodunda güclü yanğın: yollar bağlandı

    ABŞ-ın Texas ştatının Harris dairəsində yerləşən kimya zavodunda güclü yanğın baş verib.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2 əməkdaşın xəsarət aldığı ehtimal edilir.
    Zavodun yerləşdiyi əraziyə gedən yollar bağlanılıb.
    Yanğının səbəbləri araşdırılır.
     

    Muxalifet3 - 2-04-2019

Pages