Axtarış
The search found 105771 results in 0.023 seconds.
Search results
Pakistanlılar Bakıda DALAŞDI: - Əl-ayağını “skoç”la bağlayıb...
Azərbaycana gələn pakistanlı turistlər həmyerlilərinə işgəncə verdikləri üçün saxlanılıblar.
Muxalifet - 3-04-2019
Ərdoğan Binəli Yıldırıma yeni VƏZİFƏ VERƏCƏK
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində uduzan Binəli Yıldırıma yeni vəzifə verəcək.
Ərdoğan sabiq baş nazirə prezident köməkçisi səlahiyyətlərini etibar edəcək.
Bu barədə “Cümhuriyyət” qəzeti informasiya yayıb. Xəbərə görə, Ərdoğan 31 mart bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası namizədlərinin, xüsusilə, İstanbul və Ankarada üstünlüyü əldən verməsi ilə bağlı partiydaxili araşdırma başladıb. Araşdırma nəticələndikdən sonra partiyanın idarəetməsində bir sıra islahatlar aparılacaq.Muxalifet - 3-04-2019
Ermənistan səhiyyə nazirinin müavini həbs edilib
Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub.
“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan “”Sputnik Armeniya”ya bildirib.
Yerevan məhkəməsi nazir müavini barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.
A.Davtyan böyük məbləğdə rüşvət almaqda ittiham olunur.
“Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətiimkan tədbiri seçilib”, – deyə S.Qalstyan vurğulayıb.Muxalifet - 3-04-2019
BP Amerika şirkətlərinin “Azəri-Çıraq-Günəşli”dəki paylarını ala bilər - ROBERT DADLİNİN BƏYANATI
BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarının alınması məsələsinə baxmağa hazırdır. “İnterfax” xəbər verir ki, bunu BP qrupunun baş icraçı direktoru Robert Dadli bildirib.
“AÇG-dəki iştirakımızı bəyənirik. Hesab edirəm ki, payımızın artırılması imkanı yaranarsa, bu, bizim üçün təbii seçim olar, lakin hər şey qiymətdən asılı olacaq”, - Dadli deyib.
Muxalifet - 3-04-2019
Ərdoğan Moskvaya gedir: Putin ilə 3-cü dəfə bir araya gələcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Moskvaya edəcəyi səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə bir araya gələcək. Görüş iki liderin 2019-un ilk dörd ayında keçirdiyi üçüncü üz-üzə görüş olacaq.
Məlumata görə, Ərdoğan Rusiya-Türkiyə Mədəniyyət və Turizm İlinin açılışı və Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) Toplantısı üçün 8 apreldə Rusiyanın paytaxtı Moskvaya gedəcək.
Müxalifət.azMuxalifet3 - 3-04-2019
İnsanlar sakura çiçəklərinə görə imperator sarayına axın etdi - VİDEO
aponiyada İmperator sarayının qarşısından keçən xiyabanın qapıları xalqın üzünə açılıb.
Hökumət insanların çiçəkləyən sakura ağaclarından zövq almasına şərait yaradıb.
Elə ilk gün xiyabanı 40 min nəfərin ziyarət etdiyi bildirilir.
İmperator sarayının qapıları bu münasibətlə ilk dəfə 2014-cü ildə xalqa açılıb.
Artıq 5 ildir baharda sakura çiçəklərini görmək istəyənlər bu fürsəti qaçırmırlar.
Muxalifet - 3-04-2019
"Azərbaycanda ən varlı aktyorlar onlardır" - VİDEO
Azərbaycanda ən varlı aktyorların adları bilinib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı Elgiz Əkbər İnstaqram səhifəsində paylaşım edib. O bildirib ki, bu açıqlamanı əməkdar artist Dilarə Əliyeva, aktyor Nicat Rəhimov və digər qonaqlar bildirib.
Elgiz paylaşımında dörd aktyorun adını qeyd edib:
"Aktyor dostlarımızın bildirdiyinə görə, Azərbaycanda ən zəngin aktyor xalq artisti Ramiz Novruz, əməkdar artistlər Coşqun Rəhimov, Rafael İsgəndərov, aktyor Elməddin Cəfərovdur. Allah, bu siyahını daha uzun etsin".Muxalifet - 3-04-2019
İstanbulun 7 rayonunda səslərin sayılması yenidən başladı
İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçki ilə bağlı 7 rayondakı səslərin yenidən sayılması CHP-nin etirazı ilə dayandırılmışdı. Yüksək Seçki Komissiyası bu qadağını ləğv edərək səslərin yenidən sayılmasının yolunu açıb. İstanbulun 7 rayonunda səslərin sayılma prosesi saat 10.00 etibarilə yenidən başlayıb.
Muxalifet3 - 3-04-2019
Aprel şəhidinin anası FƏRYAD ETDİ: "İcra Hakmiyyəti oğlumun ildönümündə müğənni Damlanın..."
Masallı rayonunda yaşayan şəhid anası fəryad edir.
Muxalifet.az xəbər verir ki, unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, Masallı rayon İcra Hakmiyyəti oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil edib. Bundan başqa rayon rəhbərliyi oğlumun yas məclisinə gələnlərə qadağa qoydu:Muxalifet - 3-04-2019
BAKIDA TÜKÜRPƏDİCİ OLAY: ana və qızının asılmış meyitləri tapıldı - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Azərbaycanda tükürpədici hadisə baş verib.
BakuPost-un əldə etdiyi məlumata görə, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.
Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar.Muxalifet - 3-04-2019
Bu şəhərlərdə əhaliyə ağac paylanılacaq
Sabah Bakı, Xırdalan, Sumqayıt və Qubada vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.
Muxalifet - 3-04-2019
Elariz ABŞ vətəndaşı oldu
Müğənni Elariz Məmmədoğlu ABŞ vətəndaşlığı alıb.
Bu barədə müğənni özü “Instagram” səhifəsində məlumat verib.
O bildirib ki, artıq ABŞ vətəndaşıdır.
Qeyd edək ki, Elariz bir müddət əvvəl “Greencard” udub.
Muxalifet - 3-04-2019
İran ABŞ-ı yalanladı
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İrandakı Aypara cəmiyyəti vasitəsilə ölkədəki daşqın qurbanlarına kömək göstərəcəyinə dair iddialarını rədd edib.
Zərif sosial media hesabından paylaşdığı mesajında, seldən zərərçəkənlərə köməyə hazır olduqlarını bəyan edən ABŞ xarici işlər naziri Mayk Pompeo'ya təpki göstərib.
ABŞ sanksiyalarından ötəri xaricdən kömək ala bilmədiklərini deyən Zərif mesajında bunları qeyd edib:Muxalifet3 - 3-04-2019
“İFRİTƏ” LƏQƏBLİ pulemyotçu qadın separatçılarla döyüşdə həlak oldu
Ukraynanın şərqində, Donbassdakı təmas xəttində aprelin 2-də baş vermiş döyüşlər zamanı separatçılara qarşı döyüşən məşhur pulemyotçu qadın, “İfritə” ləqəbli Yana Çervona həlak olub.
Bu barədə pulemyotçu qadının xidmət etdiyi “Donbass” batalyonunun komandiri Vyaçeslav Vlasenko bildirib.
Onun sözlərinə görə, Yananın olduğu döyüş mövqeləri üzərində separatçıların pilotsuz aparatı fəaliyyət göstərirdi. “Bizim mövqelərdən təxminən min metr yüksəklikdə işləyirdi. Görünür atəşi o korrektə edib”-komandir bildirib.
Muxalifet - 3-04-2019
“Bu şəxsləri təcili psixoloqa aparmaq lazımdır” - Həkimdən XƏBƏRDARLIQ
Yəqin ki, çoxlarınız həyatınız boyu, heç olmasa, bir dəfə də olsa, vas-vası, hər şeydən iyrənən insanlarla qarşılaşmısınız. Bu cür insanlar öz həyatlarını çətinləşdirməklə yanaşı, ətraflarında olan insanlara da bir çox problemlər yaradırlar.
Bəs görəsən, bu hal normaldır, yoxsa hər hansı bir psixoloji problemdən xəbər verir?Muxalifet - 3-04-2019
Daha bir universitetdə rektor-müəllim qalmaqalı – Prezidentə müraciət edildi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Hüseynov Vidadi Fərzəli oğlu ilə bağlı prezidentə müraciət edilib.
Muxalifet.az “Yeni Sabah”a istnadən xəbər verir ki, iddia edilir ki, heç bir səbəb göstərilmədən, 07.02.2017-ci il tarixində başqa işə keçiriləcəyini vəd verməklə ondan ərizə alan rektor Cəfər Cəfərov iki ildən artıq bir müddət ərzində Vidadi Hüseynovu işsiz qoyub. Müraciətdə qeyd olunub ki, iki ildən çoxdur, işsiz qalan Vidadi müəllimin ailə vəziyyəti olduqca ağırdır:Muxalifet - 3-04-2019
Əsir İsrail əsgərlərindən İbranicə mahnı mesajı
Həmasın silahlı qanadı olan İzzeddin əl-Qəssam Tugayları əsir olan İsrail əsgərləri ilə əlaqədar bir video yayımlayıb.
Fələstindəki Qassam Briqadalarının rəsmi saytında dərc olunan ərəb dilinə tərcümə olunmuş İvrit mahnı videoları "Əsirlərdən gələn mesaj" adlanır.
Mahnı, "Dövlət üçün çox şey etdim. İllərcə əsarət altında şaşdım, qaldım. Dövlət mənə və əsgərlərinə qarşı vəzifəsini yerinə yetirəcəkmi? Gözyaşlarım bir dənizi doldurur. Qəlbim kömək istəyir, baxın mənə. Əsarət altında anama soruşuram. Azadlığa çıxa biləcəyəmmi"” sözlərini ehtiva edir.Muxalifet3 - 3-04-2019
Sabiq nazirə yeni vəzifə verildi - PREZİDENT SƏRƏNCAMI
Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
Muxalifet4 - 3-04-2019
Makgregor Həbib və həyat yoldaşını təhqir etdi
Məğlubiyyəti qəbul edə bilməyən İrlandiyalı boksçu Makgregor bu dəfə çeçen boksçu Həbibi həyat yoldaşı ilə vurmağa çalışıb.
Dünyaca məşhur Makgregorla qəfəs döyüşündə görüşən Həbib Nurmagomedov dünyaya adını tanıtdırıb. Rusiya idmançısı matçda qələbə qazandıqdan sonra qəfəsdən atlayaraq İrlandiyalı boksçuya hücum edib. Matçdan sonra Həbib deyib: "Hər kəs qəfəsdən atladığımı söyləsə də, heç kim mənim dinimə və ailəmə söyənləri danışmır".Muxalifet3 - 3-04-2019
Bayram Məmmədov işgəncəyə məruz qaldığını bildirib
"Məni rezin kameraya salıb, bir sutka əllərim və ayaqlarım bağlı vəziyyətdə, üzü üstə saxladılar. Yumruq-təpiklə döyürdülər. Mən işgəncəyə öyrəşmişəm, amma görünür, bunlar təcrübəsiz idilər, üzümə vururdular."
Bu barədə Bayram Məmmədov aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində deyib.Muxalifet3 - 3-04-2019