Axtarış

The search found 105771 results in 0.037 seconds.

Search results

  1. Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verildi

    Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) istifadəyə verilib.

    Muxalifet3 - 3-04-2019

  2. ​Türkiyə ilə S-400 sazişi ləğv edilir? - Rusiyadan açıqlama

    Türkiyə S-400 sazişi ilə bağlı öhdəliklərini yerinə yetirib, müqavilənin pozulma riski yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.
    "Bu günə qədər Türkiyə müqavilənin öhdəliklərinə sadiqliyini göstərir və razılaşmanı nizami şəkildə yerinə yetirir. Bunlardan savayı hər bir şey şayiədən ibarətdir", - Borisov deyib.
     

    Muxalifet3 - 3-04-2019

  3. Poroşenkonu stadiona çağıran şoumenə - Şou cavabı

    Prezident seçkilərinin ikinci turuna keçən şoumen Vladimir Zelenskinin Poroşenkonu Kiyev stadionunda debata çağırmasına cavab gəlib.
    Muxalifet.az xəbər verir ki, Pyotr Poroşenko Blokunun deputatı Mariya İonova Prezident Poroşenkonun stadionda debat təklifini qəbul etməyəcəyini deyib.
    “Poroşenko stadionda görüşməyəcək, o, telestudiyada, normal və peşəkar debata hazırdır. Zelenski ilə stadiona isə Pavelko (Ukrayna Futbol Federasiyasının prezidenti) gedə bilər və futbol oynayarlar”, - İonova deyib.

    Muxalifet3 - 3-04-2019

  4. Yıldırım: Atatürkü hər kəs ziyarət edə bilər, ancaq...

    İstanbul böyükşəhər bələdiyyəsinin başqanı yazaraq sağa-sola getməyin, qürrələnməyin nə mənası var? Görürəm ki, biri səbirsizlik göstərir.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə parlamentinin keçmiş spikeri Binəli Yıldırım CHP-nin özünü qeyri-qanuni bələdiyyə sədri elan edən Əkrəm İmamoğlu barədə danışarkən deyib.
    "Atatürkü hər kəs ziyarət edə bilər, amma mavzoleyin dəftərinə İBB sədri yazmaq ağıla ziyanlı bir şeydir", - Yıldırım bildirib.
     

    Muxalifet3 - 3-04-2019

  5. AMEA maygülünün adını dəyişdirdi

    Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.
    Muxalifet.az xəbər verir ki, Zooloji Muzeyin direktoru Səbinə Bünyatova bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.

    Muxalifet3 - 3-04-2019

  6. NATO-dan Hitler, Stalin və İŞİD açıqlaması

    NATO Baş katibi Yens Stoltenberq nasist lider Adolf Hitler, SSRİ diktatoru İosif Stalin və İŞİD arasında eyniləşdirmə aparıb.
    Muxalifet.az xəbər verir ki, Stoltenberq onları azadlığın düşmənləri adlandırıb.
    “Onları dayandırmaq lazımdır. Əgər saxlamaq mümkün deyilsə, mübarizə aparmaq lazımdır. Hitleri sülh nümayişləri ilə dayandırmaq mümkün deyildi. Stalinin də sözlərlə qarşısını kəsə bilməzdik. İŞİD-ə isə dialoqla qalib gələ bilməzdik”, - deyə baş katib bildirib.
     

    Muxalifet3 - 3-04-2019

  7. ABŞ Türkiyəni seçim qarşısında qoydu: S-400, yoxsa NATO?

    Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil.

    Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün "Twitter" səhifəsində yazıb.

    Muxalifet4 - 4-04-2019

  8. NATO baş katibi terrorçuları “qorxaq” adlandırdı - "Qadınları və uşaqları..."

    NATO-nun baş katibi Jens Stoltenberq, "Bəzi terrorçular dini, bəziləri siyasi ideologiyadan sui-istifadə edir. Bir-birindən fərqli olduğunu iddia edib, fərqli səbəblərlə döyüşürlər, ancaq hamısı eynidir. Hamısı nifrətə, zora, günahsız kişiləri, qadınları və uşaqları öldürməyə inanır. Qorxaqdan başqa bir şey deyillər", - deyib.
     
    Sttoltenberg bu sözləri NATO Xarici İşlər Nazirlərinin Toplantısı çərçivəsində olduğu Vaşinqtonda, ABŞ Konqresində təşkil olunan sessiyada söyləyib.

    Muxalifet3 - 4-04-2019

  9. Azərbaycan polisi qaydasız döyüşün qalibi oldu - FOTO

    Azərbaycanlı polis mayoru İlkin Səfərov qaydasız döyüşdə növbəti qələbəsini qazanıb.
     

    Muxalifet.az oxu.az-a istinadən bildirir ki, 38 yaşlı Səfərov Belarus Döyüş Çempionatında (Belarusian Fighting Championship) yerli idmançı Pavel Tryatikovla qarşılaşıb.
     
    93 kq çəki dərəcəsində gedən döyüşdə idmançımız qalib gəlib.
     
    Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşı olan İlkin Səfərov MMA-da dörd döyüş keçirib. Onlardan üçündə qalib gəlib.

    Muxalifet4 - 4-04-2019

  10. "Türkiyənin S-400 komplekslərindən imtina etməsindən narahat deyilik" - RUSİYADAN AÇIQLAMA

    Rusiya baş nazirinin müavini Borisov Rusiyanın Türkiyənin S-400 komplekslərindən imtina etməsindən narahat olmadığını söyləyib.
     
    Rusiya baş nazirinin müavini Yuriy Borisov “Rusiyanın kontraktın pozulmasından narahat olub olmadığına” dair suala, "Hələlik Türkiyə imzalanan kontraktın öhdəliklərinə sadiqdir və bunları qəti şəkildə yerinə yetirir. Qalan hər şey dedi-qodudur. Bu üzdən hələlik bir narahatlığımız yoxdur", - deyə cavab verib.

    Müxalifət.az

    Muxalifet3 - 4-04-2019

  11. “Onlar müharibənin bu növünün əsas şərikləridir” - MADURO

    Venesuela ölkənin həyat təminatı sistemlərinə qarşı elektromaqnit və kibernetika silahından istifadəylə müharibənin yeni forması üçün poliqona çevrilib.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro bildirib.
    Onun sözlərinə görə, bütün bunlar Venesuelanın inqilab illərində malik olduğu “ən pis müxalifət”in iştirakıyla hazırlanır.
    “Onlar müharibənin bu növünün əsas şərikləridir”, - prezident deyib.

    Muxalifet4 - 4-04-2019

  12. ​Daşqınlarda ölənlərin sayı 62 nəfər çatdı

    İranda güclü yağışlar nəticəsində başlayan daşqınlarda ölənlərin sayı 62 nəfər çatıb.
     
    Muxalifet.az trend-ə istinadən bildirir ki, bu barədə Məhkəmə Tibbi Təşkilatının nümayəndəsi Mehrdad Əli Bəxşi bildirib. Daha əvvəl 57 nəfərin öldüyü, 478 nəfərin isə xəsarət aldığı bildirilirdi.
     
    Ə.Bəxşi deyib: "İndiyədək məhkəmə tibbi mərkəzlərinə daşqınlar nəticəsində həlak olan 62 nəfərin cəsədi gətirilib".
     

    Muxalifet4 - 4-04-2019

  13. ​Səudiyyə kralı 1 milyard dollar hədiyyə etdi

    Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud İraqa bir milyard dollar hədiyyə edib.
     
    "RİA Novosti" xəbər verir ki, vəsait Bağdadda idman şəhərciyinin tikintisinə xərclənəcək.
     
    Məlumata görə, Səudiyyə Ərəbistanının ticarət və sərmayələr naziri Məcid əl-Kasabi İraq prezidenti Bərham Salehin Ər-Riyada səfəri zamanı ona kralın hədiyyəsi haqqında məlumat verib.
     

    Muxalifet4 - 4-04-2019

  14. “İstanbulda Binalı Yıldırımın önə keçməsinə az qaldı” – AKP rəsmisi

    İstanbulda maddi səhvlərlə bağlı düzəlişlər və etibarsız səslərin yenidən sayılması davam edərkən, AKP sədrinin müavini Həmzə Dağ əhəmiyyətli bir açıqlama verib. Dağ səslər arasındakı fərqin daraldığını, Binalı Yıldırımın önə keçməsinə çox az qaldığını bildirib.
    Qeyd edək ki, İstanbulda son gələn məlumatlara görə, 18 rayonda etibarsız səslər, 4 rayonda də səslərin hamısı sayılır.
    Həmzə Dağ şəxsi Twitter hesabından bu ifadələri paylaşıb:

    Muxalifet3 - 4-04-2019

  15. "Rasim Məmmədov harada olursa, orada yanğın baş verir" - “Diqlas”da zərər çəkənlərdən ŞOK AÇIQLAMA

    “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından artıq 10 günə yaxın zaman keçir. Zərərçəkən sahibkarların, ticarətçilərin vəziyyəti necədir, hazırda nə edirlər ? Suala cavab tapmaq üçün “Yeni Müsavat”ın reportyor qrupu ticarət mərkəzinin qarşısına yollanım. Müşahidə olunub ki, zərərçəkən ticarətçilərin bir qismi hələ də “Diqlas”ın qarşısını tərk etməyiblər. Zərərçəkənlərin tələblərinə keçməzdən öncə son rəsmi məlumatlara diqqət edək. Belə ki, aprelin 2-də İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, yanğından zərərçəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur.

    Muxalifet4 - 4-04-2019

  16. Türk səfirdən ABŞ-a sərt cavab - "2016 və 2018-ci il seçkilərində səslərin təkrar sayılması..."

    Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç ABŞ Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Robert Palladinonun Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı açıqlamasına cavab verib.
     

    Muxalifet3 - 4-04-2019

  17. Müqaviləsiz “Brexit”in qarşısını alacaq layihə təsdiqləndi

     İngiltərədə bir qrup deputatın hazırladığı ölkənin Avropa Birliyindən müqaviləsiz ayrılmasını qarşısını almağa yönəlmiş qanun layihəsi İcmalar Palatasında qəbul edilib
     
    Ana müxalifətdəki Fəhlə Partiyasının deputatı Yvette Cooper-in rəhbərliyi altında hazırlanan və ölkənin Aİ-dən müqaviləsiz ayrılmasının qarşısını almağa yönəlmiş qanun layihəsi İngilis Parlamentinin alt qanadı Avam Palatasında 312 səsə qarşı 313 səslə qəbul edilib.

    Muxalifet3 - 4-04-2019

  18. ABŞ Türkiyəni açıq şəkildə təhdid etdi: “Dağıdıcı nəticələri olacaq”

    ABŞ-ın xarici işlər naziri Pompeo Türkiyənin Rusiyadan S-400 almasının dağıdıcı nəticələri olacağını bildirərək, Türkiyəni açıq şəkildə təhdid edib.
     
    Türkiyənin Rusiya ilə əməkdaşlıq etməsini həzm edə bilməyən ABŞ təzyiq göstərməyə çalışır.
    ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Robert Palladino etdiyi açıqlamada qeyd edib: "Nazir Pompeo bölgədəki birtərəfli Türk hərbi hərəkatının potensial olaraq dağıdıcı nəticələri olacağına dair xəbərdarlıq edərkən, şimal-şərqi Suriya ilə bağlı davam edən danışıqlara dəstək verdiyini bildirib”.

    Muxalifet3 - 4-04-2019

  19. “Azərbaycan bu dəfə axıra kimi gedəcək...” - Bakının yeni müharibə doktrinası

    Rusiyalı tanınmış siyasi və hərbi analitiklər savaş variantında işğalçı Ermənistana labüd kapitulyasiya “biçdilər”; “Azərbaycanda artıq döyüşən hücum ordusu yaradılıb...”

    Muxalifet - 4-04-2019

  20. Havada təhlükəli gərginlik! İngilis və Rus təyyarələri qarşı-qarşıya gəldi

     İngiltərəyə aid Typhoon reaktivləri İngiltərə hava sahəsinə yaxınlaşmaqda olan Rus döyüş təyyarələrinin qarşısını almaq üçün havaya qalxıb.
     
    İngilis Kral Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, radarlar 2 Rus Tupolev Tu-160 bombardman təyyarəsini İngiltərənin şimal-şərq sahilləri yaxınlığında beynəlxalq hava məkanında müəyyən edib. Bundan sonra Kral Hava Qüvvələrinə aid Typhoon reaktivləri Rus təyyarələrinin Britaniya hava məkanına daxil olmasının qarşısını almaq üçün havaya qalxıb.

    Muxalifet3 - 4-04-2019

Pages