Axtarış
The search found 105768 results in 0.084 seconds.
Search results
Türkiyədən sərt təpki: “ABŞ həddini biləcək”
ABŞ-ın Xarici İşlər Nazirliyi Türkiyənin daxili işlərinə qarışaraq 31 mart yerli seçkiləri ilə bağlı açıqlamalar verib. “Azad və ədalətli seçkilər demokratiyanın mühüm bir hissəsidir. Qanuni nəticələrin qəbul edilməsi də bura daxildir. Bu məzmunda uzun və etibarlı bir seçki ənənəsi olan Türkiyədən daha azını gözləmirik "şəklində ABŞ-dan veriləb açıqlamaya Türkiyədən sərt cavab verilib.
Muxalifet3 - 4-04-2019
Alman mətbuatından Türkiyədə üsyana çağırış
Alman qəzeti “Spiegel” Partiyaların seçki protokollarına qanuni etirazlarına qarşılıq bir üsyan çağırışı edib. Türkiyə siyasətinə yön verməyə çalışan dünya mətbuatının son nümunəsində, "Ərdoğan İstanbul və Ankaradakı məğlubiyyəti qəbul edəcəkmi, yoxsa seçimi ləğv edərək bir üsyan başlamaq riskinimi gözə alacaq" deyə yazıb.
Alman mətbuatı seçki protokollarına edilən qanuni etirazlar nəticəsində yenidən sayma prosesinə açıq qarşı çıxaraq Türkiyə və Ərdoğan düşmənçiliyi ilə xalqı üsyana çağırıb.Muxalifet3 - 4-04-2019
YPG terror təşkilatı Türkiyənin əməliyyatından qorxur
Afrində ABŞ tərəfindən hazırlanan YPG/PKK terrorçuları Türkiyənin başlayacağı növbəti hərbi əməliyyatda da nə baş verəcəyini bilirlər.
Fəratın şərqindəki PYD / YPG / PKK terror təşkilatı ABŞ-ın dəstəyi ilə dayanır. Ancaq terrorçular Türkiyənin bölgəyə edəcəyi bir əməliyyatdan sonra “yox” olma qorxusunu yaşayır.
Afrində baş verənləri unutmayan YPG terrorçuları yeganə xilas yolunu ABŞ-ın qucağında oturmaqda görür.Muxalifet3 - 4-04-2019
Bakıda məktəbdə ŞOK hadisə - 8-ci sinifdə oxuyan qız ağır vəziyyətdə...
Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.(Report)Muxalifet - 4-04-2019
Milli Şura aprelin 20-nə mitinq təyin edib
Milli Şuranın aprelin 6-da mitinq qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edib.
“Mitinqin tələbləri dəyişdirilməyib. Milli Şura siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblər irəli sürüb," Milli Şuradan Amerikanın Səsinə bildiriblər.Muxalifet3 - 4-04-2019
AXCP-nin dörd fəalı həbs edilib
Martın 30-da və 31-də Azərbaycan Xalq Cəbhəsinin dörd fəalı, Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinqin təşkilatçısı olan Paşa Umudov, Ramid Nağıyev, Yalçın Abdullayev və Nicat Nizamov inzibati qaydada həbsə məhkum edilib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, həbs edilənlərin hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb.Muxalifet3 - 4-04-2019
"Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına son qoymalıdır" – “Freedom House”
Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı siyasi fəallara və LGBT+ fərdlərinə qarşı yeni təqib dalğasını pisləyir.
"Freedom House Azərbaycan hökumətini keçmiş siyasi məhbusların təqib edilməsinə, qorxudulmasına, LGBT+ fərdlərinə qarşı yeni saxlanma dalğasına son qoyulmasına çağırır", Freedom House-da Avropa və Avrasiya proqramları üzrə direktor Mark Berendt bildirib.
Muxalifet3 - 4-04-2019
Üç azyaşlı uşaqla Miçiqan Universitetində təhsil alan azərbaycanlı xanım
Çox bacarıqlı, işgüzar xanımdır. Yorulmadan, əzmlə məqsədə doğru irəliləyir. Zarafat deyil, üç azyaşlı övladı olmasına baxmayaraq, doktoranturada təhsil alır. Yaşadığı Holland şəhərinin rəhbərliyi onu yaxşı tanıyır. Hər il bu şəhərdə keçirilən "Beynəlxalq mədəniyyət günü"ndə Azərbaycanı təqdim etmək üçün bu dəfə ona çadır da ayrılıb. Avqust ayında baş tutacaq bu tədbirə ciddi hazırlaşır. İstəyir ki, ən yaxşı mədəniyyət nümunəsi kimi, ölkəmizi təmsil edən çadır keçiriləcək müsabiqənin qalibi olsun…
Muxalifet - 4-04-2019
Poroşenko rəqibinin çağırışını qəbul etdi – Debat stadionda keçiriləcək
Pyotr Poroşenko prezident yarışı uğrunda rəqibinin çağırışını qəbul edib.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, seçkinin birinci turundan lider çıxmış Vladimir Zelenski Poroşenkonu Kiyevin Olimpisyki stadionunda debata dəvət etmişdi. Stadionun tutumu 70 min nəfərdir. Zelenski rəqibinə bir neçə şərt də qoyub. Debatın canlı yayım hüququ bütün kanallara verilməlidir. Namizədlər alkoqol və narkotikdən istifadə ilə bağlı həkim müayinəsindən keçməlidirlər.Muxalifet - 4-04-2019
Karlos Qona həbs barədə dördüncü order təqdim edilib
Tokio prokurorluğu “Nissan” şirkətinin sabiq direktorlar şurasının sədri Karlos Qonu etibardan sui-istifadə maddəsi ilə dördüncü dəfə həbs edib. Tokio prokurorluğu üçün girov müqabilində azad edilmiş şəxsin həbsi nadir hadisə hesab olunur.
Muxalifet - 4-04-2019
Eldar Əzizovun töhmət verdiyi məmur işdən çıxarıldı - Zibilliklərə görə
Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovun töhmət verdiyi icra nümayəndəsi işdən çıxarılıb.
Muxalifet - 4-04-2019
Mərkəzi Bankdan İNFLYASİYA açıqlaması
İl ərzində Azərbaycanda inflyasiya sabit qalacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Bakıda “Fitch Ratings” agentliyinin illik konfransında deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar balansı ÜDM-in 13 faizini təşkil edir:
“Azərbaycan cari əməliyyatlar balansı ikirəqəmli olan nadir ölkələrdəndir”.Muxalifet - 4-04-2019
Zakir Həsənovdan Ermənistanı silkələyəcək MÜHARİBƏ ANONSU: Hər an döyüşlərə...
“Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir”.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: “Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.Muxalifet - 4-04-2019
Britni Spirs “ağlını itirdi” - Xəstəxanaya yerləşdirilib
Amerikalı pop-diva Britni Spirs atasının səhhəti ilə bağlı problemlər fonunda ruhi-əsəb pozuntularının müalicəsi üzrə ixtisaslaşmış klinikaya müraciət edib.
Bu barədə TMZ portalı yazır.
Müğənniyə yaxın mənbələr jurnalistlərə verdikləri açıqlamada, B.Spirsin son həftələr ərzində iki dəfə bıçaq altına uzanmış atası Cemyi Spirslə bağlı narahatlığına görə “ağlını itirdiyini” bildiriblər. Belə ki, atasının yoğun bağırsağında aparılan ikinci əməliyyatdan sonra onda fəsadlaşmalar başlayıb.Muxalifet - 4-04-2019
PUTİN NAZARBAYEV KİMİ İSTEFAYA GETMƏK İSTƏYİRMİ? – İki ölkənin çox oxşarlıqları var, amma…
Rusiya və Qazaxıstan arasında ümumi çox şeylər var. Bəs onda nəyə görə onların prezidentlərinin hakimiyyəti ötürmək planları fərqlənməlidir?
Muxalifet - 4-04-2019
Bu yolda hərəkət məhdudlaşdırılır
Aprelin 4-dən 5-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.Muxalifet - 4-04-2019
"Diqlas" sahibkarlarına kompensasiya verilməsinə başlanacaq - VAXT AÇIQLANDI
“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara kompensasiya çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq.
Muxalifet.az-ın ONA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.Muxalifet - 4-04-2019
Baş Prokurorluqdan Qaradağdakı yol qəzası ilə bağlı AÇIQLAMA
Baş Prokurorluq Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub.Muxalifet - 4-04-2019
Bakıda qız üstündə kütləvi DAVA - VİDEO
Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup gəncin davası əks olunub. Məlumata görə, video dünən Bakıxanov qəsəbəsi,Stansiya razin deyilən ərazidə qeydə alınıb. Davaya səbəb qız olduğu deyilir./Oxu24
Muxalifet - 4-04-2019
Ərəblər Azərbaycandan niyə “küsüb”?
Dövlət Turizm Agentliyi son zamanlar Azərbaycana gələn ərəb turistlərin sayının azalmasına münasibət bildirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Oxu.Az-a açıqlamasında bildirib ki, 2019-cu ilin iki ayı ərzində Azərbaycana gələn ərəblərin sayında 7 faiz azalma var:
“Bu, müvəqqətidir. Çünki ərəb ölkələrindən Azərbaycana turistlərin gəlmə istiqamətində müəyyən şərtlər dəyişib. Son zamanlar həmin ölkələrdən Azərbaycana birbaşa uçuşların sayı azalıb. Ümumiyyətlə, tək ərəb ölkələri deyil, Yaxın Şərq regionundan gələn turistlərin sayı azalıb.Muxalifet - 4-04-2019