Axtarış
The search found 105768 results in 0.021 seconds.
Search results
"Tonqal” restoranının sahibi HƏBS EDİLDİ - Kütləvi zəhərlənməyə görə
Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı həbs edilən “Tonqal” restoranın direktoru İlham Qasımovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə İlham Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İlham Qasımov apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və bəraət istəməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan İlham Qasımov Ali Məhkəməyə müraciət edib.Muxalifet - 4-04-2019
Ekrem İmamoğlu “Türkiyənin növbəti prezidenti siz olacaqsınızmı” sualına İNGİLİSCƏ CAVAB VERDİ
CHP-nin (Cumhuriyyət Xalq Partiyasının) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Ekrem İmamoğlu jurnalistin “Türkiyənin növbəti prezidenti Ekrem İmamoğlu olacaqmı” sualına gülərək, ingilis dilində "God knows" - “Tanrı bilir” deyə cavab verib.
Sualı BBC News kanalının Türkiyə müxbiri Mark Louen verib./HurriyyetMuxalifet - 4-04-2019
Vəzifəyə gələn kimi otağının qapısını sökdürdü - VİDEO
Amasiya şəhərinin bələdiyyə rəhbəri seçilən MHP-li Mehmet Sarı yeni postunda gördüyü işlə gündəmə gəlib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi rəhbər olduğuna dair möhürlü sənədi MSK-dan aldıqdan sonra ilk iş olaraq bələdiyyədə otağının qapısını sökdürüb. O, bu addımını xalqa daha yaxın olmaq üçün atdığını söyləyib: "Seçki öncəsi vətəndaşlara "bizdə qırmızı işıq yoxdur, gözləmək yoxdur, sanksiya yoxdur" demişdik. Qohum-qardaşınızın evinə necə gəlirsinizsə, bura da elə gələcəksiniz".
Muxalifet - 4-04-2019
İçindən qum çıxan “Malyutka”nı ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Malyutka-2” uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb.
Xəbər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub, ayaşlı uşağı olan ailələr isə təlaşa düşüblər.
Muxalifet.az bildirir ki, oxu.az məsələ ilə bağlı məhsulu ölkəyə gətirən, “Nutrica” şirkətinin rəsmi distribüteri olan “İDC-2000” MMC ilə əlaqə saxlayıb.
Muxalifet - 4-04-2019
ABŞ-ın Türkiyə təhdidindən sonra NATO-dan kritik çıxış!
NATO təşkilatının 70-ci ildönümü münasibətilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO xarici işlər nazirlərinin toplantısı başlayıb.
Toplantının açılışında çıxış edən NATO-nun baş katibi Jens Stoltenberq Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasına toxunaraq, “Silahın alınması ilə bağlı qərarları hər NATO üzvünün öz milli qərarlarıdır" deyə söyləyib.Muxalifet3 - 4-04-2019
Növbəti veloyürüş keçiriləcək
Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil çox həyat” devizi altında veloyürüş keçiriləcək. Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən veloyürüş Veloparkda təşkil olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Yürüşün keçirilməsində məqsəd insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.Muxalifet - 4-04-2019
140 dövlət müəssisəsinin 10 mln. manatadək vergi borcu silinə bilər
Azərbaycanda 140 dövlət müəssisənin əmlak və torpaq vergisi üzrə borcu silinəcək.
Muxalifet.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib ki, ümumilikdə 10 mln. manatlıq vergi borcu nəzərdə tutulur.
Məlumata görə, bu Prezident İlham Əliyevin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə imzaladığı fərmanla qüvvəyə minib.Muxalifet - 4-04-2019
Aqil Abbas qalmaqallı filmdən DANIŞDI: “Açıq-saçıq səhnələr niyə də olmasın?...” - VİDEO
Dünən nümayişi keçirilən “Dalan” bədii filmini çox bəyəndim, amma təbii olaraq, bəzi kiçik nöqsanlar da gözümdən qaçmadı.
Muxalifet.az xəbər verir ki, bu sözləri kult.az -a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O, acı həyat həqiqətlərindən bəhs edən bu filmdə rejissor və aktyor işinin çox yaxşı qurulduğunu bildirib:Muxalifet3 - 4-04-2019
Bakıda 6 avtobus qəzası: ölənlər var – Siyahı
Son 5 gün ərzində paytaxt Bakının yollarında 6 avtobus qəzası baş verib.
Muxalifet.az sözügedən qəzaların siyahısını təqdim edir:
Martın 31-i saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daevo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.Muxalifet3 - 4-04-2019
Zaxarova Paşinyanın bəyanatını şərh etdi
Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunmasına tərəfdardır.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanatları şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.Muxalifet3 - 4-04-2019
Vəkillər Kollegiyasından prezidentin fərmanı ilə bağlı - Bəyanat
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə bağlı bəyanat yayıb.
Muxalifet3 - 4-04-2019
Baxçalıdan İmamoğluya: oyuncağı alınmış uşaq kimi...
CHP namizədinin (Əkrəm İmamoğlu) seçkidən sonra etdikləri ağıla ziyandır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
Partiya sədri bildirib ki, seçki ilə bağlı etiraz fundamental haqlardan sayılsa da, sonradan ortaya çıxan həqiqətlər məsələnin məğzini dəyişib:
“Oyuncağı əlindən alınan uşaq kimi mızıldanması, şüursuzca açıqlamalar verməsi anlamsızdır”.
Muxalifet3 - 4-04-2019
AB və London arasında vacib saziş
Avropa Parlamenti Breksitdən sonra AB və Böyük Britaniya arasında vizasız rejimlə bağlı qanun layihəsini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti informasiya yayıb.
Vizasız rejimin lehinə 502, əleyhinə isə 81 parlamentari səs verib. 29 nəfər bitərəf mövqe nümayiş etdirib. Sənədə əsasən, Breksitdən sonra qısa müddətlik (istənilən 180 gün ərzində 90 gün) Şengen zonasına gedən Böyük Britaniya vətəndaşlarına vizasız səfər imkanı yaradılacaq.Muxalifet3 - 4-04-2019
ABŞ Türkiyə qarşısında geri addım atdı: F-35-lə bağlı qərar
Türkiyəli pilotlara F-35 proqramı çərçivəsində təlim verilməsi proseduru davam etdiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilib.
Məsələ ilə bağlı əlavə açıqlama verilməyib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-da türkiyəli pilotların F-35 qırıcıları üzrə təlimləri dayandırılmışdı.
Qardaş ölkənin Rusiya istehsalı S-400 raketlərini satın alması səbəbindən amerikalıların belə qərar verdiyi ehtimal edilirdi.
Muxalifet3 - 4-04-2019
Bütün dünyanın gözü 10 aprelə dikildi - Alimlərdən ŞOK AÇIQLAMA
Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.
Muxalifet.az xəbər verir ki, Avropa Cənub Rəsədxanası bu barədə informasiya yayıb.
Xəbərə görə, dünya miqyasında təşkil olunacaq konfransda əhəmiyyətli bir elan veriləcək.
Avropa Cənub Rəsədxanası elanın “Event Horizon Telescope” tərəfindən əldə edilən nəticələrlə bağlı olduğunu deyib. Hələ ki, rəsmi açıqlama verilməsə də, ilk dəfə qalaktikada yerləşən bir qara dəliyin fotosunun ictimaiyyətlə paylaşılacağı ehtimal olunur.Muxalifet3 - 4-04-2019
Almanların Türkiyə qorxusu: Bu ölkəyə hücum olarsa...
Şimali Atlantika blokunun 70 illik yubileyi dövründə Avropa əhalisinin bu alyansa soyuq münasibəti müşahidə olunur.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, 2017-ci ildən bəri avropalıların NATO-da üzvlük məsələsinə münasibəti dəyişib, öz ölkələrinin NATO-da qalmasını dəstəkləyənlərin sayı azalıb. Ölkənin alyansda üzvlüyünün tərəfdarlarının sayı Böyük Britaniyada 73 faizdən 59 faizə, Almaniyada 68 faizdən 54 faizə, Fransada 54 faizdən 39 faizə, Hollandiyada 88 faizdən 79 faizə, Danimarkada 80 faizdən 70 faizə, Norveçdə isə 75 faizdən 66 faizə düşüb.Muxalifet3 - 4-04-2019
Cənubi Qafqazda iki “geosiyasi dalan”
“Nyustayms.az” portalında “NATO-Rusiya münasibətləri: Cənubi Qafqazda iki “geosiyasi dalan” sərlövhəli məqalə dərc edilib.
Muxalifet.az həmin məqaləni təqdim edir:Muxalifet3 - 4-04-2019
Ekspert: Rusiya Poroşenkonun qələbəsinə üstünlük verir
Muxalifet.az-ın “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitaliy Arkovla müsahibəsini təqdim edirik:
- Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Danışıqlardan sonra vasitəçilər bəyanatla çıxış edərək, dövlət başçılarının danışıqlar prosesini davam etdirməyə hazırlıq ifadə etmələrini alqışladı. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində yaxın zamanda hər hansı irəliləyiş gözlənilir?Muxalifet3 - 4-04-2019
Talibandan gözlənilməz dəhşətli hücum: 20 əsgər öldü
Taliban qüvvələri Bağdis əyalətində yerləşən hərbi bazaya silahlı hücum təşkil ediblər.
Muxalifet.az xəbər verir ki, bu barədə əyalət nümayəndəliyi məlumat yayıb.
Hücum zamanı 20 hərbçinin öldüyü, xeylisinin də yaralandığı deyilir.
Ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, ABŞ-la Taliban arasında sülh müzakirələrinin aparıldığı ərəfədə belə hücumun baş verməsi hökumət qüvvələri üçün gözlənilməz olub.
Muxalifet3 - 4-04-2019
İranda sel fəlakəti: 6 mərtəbəli bina belə çökdü - Video
İranda sel fəlakəti zamanı 6 mərtəbli binanın çökməsi görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, videonun Loristan əyalətində lentə alındığı deyilir.
Həmin görüntüləri təqdim edirik
Muxalifet3 - 4-04-2019