Axtarış

The search found 105768 results in 0.023 seconds.

Search results

  1. ​Ermənistan ordusunun zabiti Yerevanda güllələndi

    Yerevanda naməlum şəxsin açdığı atəş nəticəsində Ermənistan ordusunun zabiti yaralanıb.
    “news.am” xəbər verir ki, hadisə aprelin 5-də səhər saatlarında baş verib.
    Yaralı zabitin və ona atəş açan şəxsin kimliyi açıqlanmayıb. Silahlı şəxsin 57 yaşı olduğu bildirilib. O, saxlanılıb və polis bölməsinə aparılıb. 1979-cu ildə anadan olan zabit isə xəsətəxanaya yerləşdirilib.
    İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başlayıb.

    Muxalifet - 5-04-2019

  2. ​Türkiyənin Ali Seçki Şurasının sədri: “Seçki prosesi başa çatıb, məhkəmə prosesi başlayıb”

    Türkiyənin Ali Seçki Şurasının sədri Sadi Güvən yerli idarə orqanlarına seçkilər və etirazlarla bağlı açıqlama verərək deyib: “Seçki prosesi başa çatıb, məhkəmə prosesi başlayıb. Seçkinin başa çatmasından etibarən, məhkəmə ilə bağlı vəzifəmizi yerinə yetirməyə başlamışıq. Şikayətlərlə bağlı toplaşıb qərar veririk. Qərar vermə prosesindəki iclaslarımızda partiya nümayəndələri də iştirak edirlər. Bu proses davam edir. Məhkəmə prosesi davam elədiyi müddətdə hakimlər proseslə bağlı açıqlama vermirlər. Məndən hər bir dosya üçün xəbər gözləməyin. Bundan əvvəl də bildirdim.

    Muxalifet - 5-04-2019

  3. Poroşenko Zelenskiyə: Kişi ol!

    Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko siyasi opponenti Vladimir Zelenskini debatlarda qorxmamağa çağırıb.

    Bu barədə o, “Facebook”səhifəsində status yazıb.

    “Debatdan imtina etmək üçün səbəb axtarmayın və şərt qoymayın. Heç kimin arxasında gizlənməyə çalışmayın – kənardan yaxşı görünmür. Kişi olun, debata gəlin. Stadion deyirsiniz, stadion olsun. Sizi gözləyirəm”, - deyə Poroşenko yazıb.

    Poroşenko əlavə edib ki, ona keçmişdə təkcə siyasi rəqibləri yox, güclü düşmənləri meydan oxuyub və qorxub-çəkinmədən bu çağırışı qəbul edib.

    Muxalifet - 5-04-2019

  4. Teresa Mey Aİ-dən vaxt istədi

     İngiltərənin baş naziri Teresa Mey Brexit üçün Avropa Birliyindən 30 iyuna qədər vaxt istəyib.
    İngiltərənin baş naziri Teresa Mey Brexit üçün Avropa Birliyinə (Aİ) görüşün təxirə salınmasını tələb edib.
    Mey görüşün 30 iyun tarixinə qədər təxirə salınmasını istəyib. Aİ Meyin tələbini qəbul etməzsə, İngiltərə birlikdən 29 martda ayrılacaq.
    Müxalifət.az

    Muxalifet3 - 5-04-2019

  5. ​Tərtərdə ŞOK OLAY: Məktəb direktoru qızı ilə birləşib qadın müəlliməni döydü

    Tərtər rayonu Umudlu kənd orta məktəbində direktor Zabil Zeynalov və müavini Şəfa Cavadova arasında insident yaşanıb. 
    Bu barədə “Yoxsulluğun azaldılması, əlil və kimsəsizlərə kömək” İctimai Birliyinin Tərtər üzrə regional koordinatoru Günel Əliqızı bu barədə Femida.az-a məlumat verib:

    Muxalifet - 5-04-2019

  6. Keçmiş arvadını öldürən 25 yaşlı gəncə HÖKM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 25 yaşlı Mahir Qocayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
    Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Qocayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.

    Muxalifet - 5-04-2019

  7. Naməlum alıcı bitcoin-in qiymətini kəskin artırıb

    Bitcoin-in qiyməti çərşənbə axşamı demək olar beşdə bir artıb. Təhlilçilər buna səbəb olaraq anonim bir alıcının böyük məbləğdə bitcoin almasını göstərir.
     
    Bitcoin aprelin 2-də sürpriz bir şəkildə yenidən gündəmə gəlib.
    Krito valyutanın dəyəri qəflətən təxminən 20 faiz artıb.
    Bu, Bitcoinin dəyərində son bir ildə bir gün ərzində ən böyük artımdır.
    Belə ki, bu artımla elektron valyutanın dəyəri noyabr ayından bəri ilk dəfə olaraq 5 min dollara yüksəlib.
    Artımın səbəbi dəqiq bəlli deyil.

    Muxalifet3 - 5-04-2019

  8. Məşhur aktrisa SEVGİLİ AXTARIR: "10 ildir təkəm" - FOTO

    Las-Veqasda hər il keçirilən "CinemaCon" film festivalı yenidən baş tutub.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, gecəyə çox sayda məşhur sima qatılıb. Onlar arasında son günlər yeni çəkildiyi "Long Shot" filmi ilə gündəmə gələn Şarliz Teron yer alıb.
    Festival çərçivəsində keçirilən "Entertainment Tonight" adlı partiyə gələn aktrisa şəxsi həyatından danışıb. Şarliz etiraf edib ki, 10 ildir ciddi münasibəti yoxdur.

    Muxalifet - 5-04-2019

  9. Sənədsiz evlərlə bağlı məsələ artıq həll edilir

    "Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi son bir neçə ayda 30-dan çox binanın həm tikintisinə, həm istismarına icazə verib".
     
    Bunu jurnalistlərə açıqlamasında sözügedən qurumun sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

    Muxalifet3 - 5-04-2019

  10. PREZİDENTƏ QARŞI SABOTAJ, YOXSA... - Sülhəddin Əkbər: “İlham Əliyev “mühafizəkar”ları təmizləməlidir ”

    Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv fərmanı ilə azadlığa çıxan siyasi məhbus siyahısında “heykəl məhbuslar” kimi tanınan Bayram Məmmədova 30 sutka həbs cəzası verilməsi, Qiyas İbrahimovun isə iki gün öncə polisə aparılması həqiqətən də bu fərmana kölgə salmağa xidmət edir.
     
    Bayram Məmmədovun atası Fərman Məmmədovun mətbuata verdiyi məlumata görə, oğlunun həbsinin dəqiq səbəbini bilmir: “Guya yolda polisi söyüb... Ona 30 sutka həbs verildiyini deyirlər”.
     

    Muxalifet4 - 5-04-2019

  11. Paşinyanın Qarabağa səfəri təxirə salındı: Səbəb

    Aprelin 7-də Hovan kilsəsinin təqdis mərasimi planlaşdırılıb ki, bura həm Ermənistandan, həm də işğal altında olan Qarabağdan yüksək dərəcəli “rəsmilər” dəvət olunub.
     
     “Joğovurd” nəşri xəbər verir ki, son vaxtlar mərasimdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi və “Yerkrapah” təşkilatının qurultayının təxirə salınacağı ilə bağlı məlumatlar yayılır.

    Muxalifet3 - 5-04-2019

  12. Bu nazirliklərin işçiləri veloyürüş keçirəcək

    Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında Veloparkda veloyürüş keçiriləcək.
    Veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunacaq.
    Aprelin 7-si saat 12:00-da keçiriləcək veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

    Muxalifet - 5-04-2019

  13. Azad Rəhimov: "Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar"

    "Ötən il keçirilən "Formula 1" yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Bu ifaya qonaqların da reaksiyası yaxşı oldu".

    "Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

    Muxalifet - 5-04-2019

  14. Ərdoğanın partiyası İstanbuldakı seçkilərin ləğvini tələb etdi

    Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası martın 31-də baş tutan bələdiyyə seçkilərində İstanbulun nəticələrinin ləğv edilməsini və seçkilərin yenidən keçirilməsini tələb edir.
    Muxalifet.az Sozcu-yə istinadən xəbər verir ki, partiyanın Böyükçəkməcə rayon təşkilatı bu rayonda qeyri-qanuni seçici qeydiyyatı aparıldığını iddia edərək, İstanbul bələdiyyəsinə seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir. 
    Partiya bununla bağlı İstanbulun Seçki Dairəsinə müraciət edib. 

    Muxalifet - 5-04-2019

  15. "İcra başçısı Adil Vəliyev deyir ki, sizi deportasiya etdirəcəm" - EVİ SÖKÜLƏN VƏTƏNDAŞ / VİDEO

    Üç gün əvvəl Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin göstərişi ilə Zabrat qəsəbəsində yerləşən Murad Mirzəyev küçəsində polis və ağır texnika yeridilib. İcra hakimiyyətnin işçiləri və polisin müdaxiləsi ilə həmin küçədə inşa olunmuş ev sökülüb.
    Özünü şəhid qardaşı kimi təqdim edən Məhəmməd Ağayev bildirib ki, həmin tikilinin qızı üçün inşa etdirib, hətta evin tikintisinə icazə üçün müəyyən məbləğdə pul da verib:

    Muxalifet4 - 5-04-2019

  16. Türkiyədə yeni siyasi partiya yaradılır – Davudoğlunun rəhbərliyi ilə

    Türkiyədə yeni siyasi partiya yaradılacaq. Trend-in məlumatına görə, yeni partiyanın sabiq baş nazir Əhməd Davudoğlunun başçılığı altında yaradılacağı bildirilir.

    Bildirilir ki, yeni partiyanın təsisində sabiq baş nazirin müavini Əli Babacan da iştirak edəcək. Yaxın 2 ayda yaradılacağı gözlənilən partiyanın siyasi kursu barədə hələlik məlumat verilməyib.

    Qeyd edək ki, Ə.Davudoğlu 2016-cı il mayın 22-də istefa verib. (Trend)

    Muxalifet - 5-04-2019

  17. ​İranda bayrağımıza qarşı hörmətsizlik – Səfirlik susur...

    İran İslam Respublikasında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
    Azərbaycan şairi Məhəmməd Şəhriyarın adını daşıyan 5 ulduzlu beynəlxalq mehmanxananın qarşısında bayrağımızın asılmasında nöqsana yol verilib.
    Belə ki, bayrağımızdakı yaşıl rəng üfüqi istiqamətdə aşağıda olduğu halda yuxarıda, mavi rəng isə əksinə, aşağıda əksini tapıb. Eyni zamanda bayraq üzərindəki səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib. 

    Muxalifet - 5-04-2019

  18. "İslahatlar Prezident Administrasiyasından başlamalıdır" – EKSPERTLƏRDƏN AÇIQLAMA

    Əkrəm Həsənov: "Prezidentin fərmanı məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə aparacaq"
    Qubad İbadoğlu: "Fərmanla tanış olanda ilk növbədə onu hazırlayanların hüquqi savadına şübhələr yaranır"
    Nəzakət Məmmədova: "İslahat üçün indiki hakim korpusu buraxılmalı, tam obyektiv əsaslarla yeni hakimlər seçilməlidir"
    Ənnağı Hacıbəyli: "Bu fərman son illər bir neçə dəfə imzalanmış deklarativ fərmanlardan ciddi şəkildə fərqlənmir"

    Muxalifet4 - 5-04-2019

  19. “Kuryer” canlı efirdə aparıcını soydu - VİDEO

    Braziliyanın San-Paulu şəhərində bir qrup silahlı şəxs SOT radiostansiyasının studiyasına daxil olaraq, efirdə olan aparıcı və qonaqları qarət edib.
    Lenta.ru-nun verdiyi xəbərə görə, kuryoz soyğunçuluq hadisəsinin görüntüsü “YouTube” videoportalına yerləşdirilib.
    Radiostansiya sahibi Allesandro Santosun “Globo TV” telekanalına verdiyi açıqlamaya görə, binaya azı beş nəfər sifariş olunmuş yeməyi çatdıran kuryer adı altında daxil olub. Onlardan birinin üzərində odlu silah olub.
    Qapını elə “kuryerlərə” Santosun özü açıb.

    Muxalifet - 5-04-2019

  20. ​Dilqəm və Şahbazla bağlı ŞAD XƏBƏR: Yaxın günlərdə...

    Avropa Şurası erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müsbət qərarını yaxın vaxtlarda açıqlayacaq.
    Bu barədə özəl olaraq Trend-ə Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

    Muxalifet - 5-04-2019

Pages