Axtarış

The search found 105768 results in 0.04 seconds.

Search results

  1. Fərman Ceyranlı iranlı həkimlə əlbir olub azərbaycanlıların böyrəyini çıxarırmış - TAKSİ SÜRÜCÜSÜ HƏR BÖYRƏKDƏN NƏ QƏDƏR QAZANIB...

    Bakı Ağır Cinayətlər Məhkəməsində son dövrlərin ən qalmaqallı məhkəmə işlərindən biri - “qara transplantologiya” ilə məşğul olmaqda ittiham edilən 62 yaşlı Ağdam rayon sakini Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məlum olub ki, böyrək çatışmazlığından əziyyət çəkənlərlə böyrəyini satmaq istəyənlər bir-birlərini sosial şəbəkədəki elanlar vasitəsilə tapıblar.

    Muxalifet - 5-04-2019

  2. ​Bakıda liseydə dava - Xəsarət alan var

    "İdrak Liseyi"nin IX sinif şagirdi döyülüb.
    Muxalifet.az ona-ya istinadən xəbər verir ki, hadisə təhsil müəssisəsinin dəhlizində qeydə alınıb. Orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihatın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
    Liseydən ona-ya təhsil müəssisəsində kütləvi davanın baş vermədiyi, sadəcə şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib.

    Muxalifet - 5-04-2019

  3. Son dəqiqə: AK Partiya İstanbuldakı seçkilərin ləğvini tələb etdi

    Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası martın 31-də baş tutan bələdiyyə seçkilərində İstanbulun nəticələrinin ləğv edilməsini və seçkilərin yenidən keçirilməsini tələb edir.
     
    “Sozcü! qəzetist xəbər verir ki, partiyanın Böyükçəkməcə rayon təşkilatı bu rayonda qeyri-qanuni seçici qeydiyyatı aparıldığını iddia edərək, İstanbul bələdiyyəsinə seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir.
     Partiya bununla bağlı İstanbulun Seçki Dairəsinə müraciət edib.

    Muxalifet3 - 5-04-2019

  4. ​Hava yenidən pisləşir - Yağış yağacaq, külək əsəcək

    Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
    Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

    Muxalifet - 5-04-2019

  5. Prezident 4 rayonun icra başçısını İŞDƏN ÇIXARDI VƏ... - SƏRƏNCAM

    Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Prezidentin sərəncamı ilə Asif Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    O, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Muxalifet - 5-04-2019

  6. Marşal rütbəsi alınan, öz poqonunu yerə soxan, arvadı oğurlanan general – Kulikin cüllüt gününə qoyulması

    O hər gün dəmir barmaqlıqlar arasından qışqırırdı: “Stalinə deyin ki, məni burada döyürlər”. Amma özü də yaxşı bilirdi ki, qışqırığını yalnız Lefertovonun divarları eşidir. Kiçik rütbəli türmə nəzarətçiləri isə nə vaxtsa marşal rütbəsi daşıyan Qriqori Kulikə ən qorxaq hərbçi kimi baxırdılar. Qorxaq, cəsarətsiz, əlacsız... SSRİ-nin tanınmış peşəkar hərbçilərinin, general və marşallarının qənaətinə görə, Qriqori Kulik bütün sovet dövrünün ən yarıtmaz marşalı olub.

    Muxalifet - 5-04-2019

  7. ​Şabranın yeni icra başçısı kimdir? - DOSYE

    Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. Muxalifet.az Qaynarinfo-a istinadən xəbər verir ki, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

    Muxalifet - 5-04-2019

  8. 4 min nəfərə ŞAD XƏBƏR: Prezident SƏRƏNCAM İMZALADI

    Prezident İlham Əliyev aprelin 5-də “Göyçay rayonunun Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Muxalifet - 5-04-2019

  9. Rövnəq Abdullayevin qardaşı oğlu ona görə 1 milyon xərclədi

    Bir müddət gün öncə “Səbail” PFK daha bir legioner futbolçu – Maykl Essyen ilə 1,5 illik müqavilə imzalayıb. Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərir. 
    Ancaq tərəflər arasında imzalanan müqavilənin şərtləri və digər detallar barədə başqa məlumat verilməyib. 

    Muxalifet - 5-04-2019

  10. “Azərbaycanda dərmanların əksəriyyəti keyfiyyətsizdir” - Millət vəkili

    "Azərbaycana idxal olunan dərman vasitələri keyfiyyətsizdir"
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı təqdimatı zamanı ölkəyə daxil olan dərman vasitələrinin keyfiyyətsiz olduğunu bildirib. O, bir tərəfdən ölkədə müasir istehsal sahələri qurulduğunu, digər tərəfdən idxal hesabına Azərbaycan keyfiyyətsiz məhsulların poliqonuna çevrildiyini vurğulayıb.

    Muxalifet - 5-04-2019

  11. Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixi razılaşdırılıb

    "Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşün tarixi razılaşdırılıb".
    Bunu Moskvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
    “Tarixi razılaşdırmışıq. Mövcud öhdəliyimizə əsasən, bunu görüşdən bir neçə gün əvvəl, eyni vaxtda açıqlayırıq. Odur ki, bunu deyəcəyik, amma bir qədər sonra”, - nazir qeyd edib. (report)

    Muxalifet - 5-04-2019

  12. ALİMLƏRİN HAQLI TƏLƏBİ - “Plagiatçıların elmi dərəcələri və adları ləğv olunmalıdır”

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın ötən ilin noyabr ayında təqdimatını keçirdiyi və dövlət büdcəsindən xeyli vəsait sərf etdiyi "İzahlı dilçilik terminləri lüğəti"nin plagiat olduğu ortaya çıxmışdır. Sayalı Sadıqova olke.az-a açıqlamasında bildirmişdir ki, kitabın təqdimatı olub və hətta dövlət mükafatı da alıblar.

    Muxalifet - 5-04-2019

  13. “Özünə kişi deyən şəxs gəlib mənimlə söhbət etsin” - Nura Suri efirdə əsəbiləşdi - VİDEO

    ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonaqlarından biri müğənni Nura Suri olub.
    Müğənni Hava limanında öpüşən qadın və kişinin videosunu çəkib, yayan şəxsləri kəskin şəkildə qınayıb.

    Muxalifet - 5-04-2019

  14. Özünü məktəbin binasından atan qızın analiz nəticələri BƏLLİ OLDU

    Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagirdin intihara cəhd etməzdən içdiyi dərmanla bağlı analiz aparılıb. Hadisədən dərhal sonra Y.Hacıyeva əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə aparılıb və ondan analiz götürülüb. Analizin nəticəsi bu gün məlum olub.
    Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, analizlərin nəticəsinə görə o, allergiyaya qarşı olan dərman atıb və həmin dərmanın psixotrop tərkibi olmayıb. Mərkəzin həkimi hadisənin dərmana aidiyyəti olmadığını deyib.

    Muxalifet - 5-04-2019

  15. Qandonduran DƏHŞƏT! "Telefonda çılpaq fotoları görəndə..."

    İstanbul, Bahçelievlərdə gündəlik kirayə mənzildə əfqan əsilli, 25 yaşlı Najıa Arabzaiyi öldürdüyü iddiasıyla nəzarətə alınan Zivar G.R, törətdiyi vəhşi cinayəti bütün detalları ilə danışıb.

    Şübhəlinin gənc qadını boğaraq öldürdükdən sonra kimliyinin müəyyən edilməməsi üçün barmaqlarını kəsdiyi, ovuc içlərini kəsdiyi, həmçinin üzünün dərisini soyaraq tualetə atdığı müəyyənləşdirilib.

    Muxalifet - 5-04-2019

  16. Anası Tərtərdən olan qız məşhur şouda: min uşaq içindən seçildi - VİDEO

    ABŞ-ın “Fox” telekanalında yayımlanan “Master Chef Junior” yarışmasında ilk dəfə  azərbaycanlı (anası azərbaycanlıdır - red.) uşaq iştirak edib.
    Bu barədə “Amerikanın səsi” kanalı süjet yayımlayıb. 
    Videomaterialda doqquz yaşlı Şennenin anası İlahə Süleymanovanın Tərtər rayonundan, atası Ənvər Hüseynin isə Banqladeşdən olduğu bildirilib.

    Muxalifet - 5-04-2019

  17. Qudası və kürəkəni tərəfindən döyüldü - BAKIDA

    Bakıda qayınatanı döyən quda və kürəkən saxlanılıb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.

    Muxalifet - 5-04-2019

  18. Fransada imperator Napoleonun taxtı satışa çıxarıldı

    Fransada imperator Napoleonun taxtı hərraca çıxarılıb. Hərrac aprelin 7-də 1814-cü ilin baharında taxtdan imtina edən imperatorun öz qvardiyası ilə vidalaşdığı fransız monarxlarının tarixi iqamətgahında – “Fontainebleau” sarayında keçiriləcək.

    AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, imperator kürsüsünə 80 min avro start qiyməti qoyulub.

    Napoleon dövrünün əntiq əşyaları yüksək qiymətləndirilir. Bundan başqa, avqust ayında Napoleon Bonapartın (1769-1821) Korsikada anadan olmasının 250-ci ildönümü tamam olacaq.

    Muxalifet - 5-04-2019

  19. Ərinin ürəyini deşik-deşik etdi – “İki bacı birləşib, kef çəkirdilər”

    Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın məhkəməsi davam etdirilib.
    Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Narxanım Osmanova ifadə verib.
    Qadın ifadəsində deyib ki, V.Mirzəyeva onun oğlunu saymayıb: "İstədiyi vaxt rayondan Bakıya gedirdi, istədiyi qədər qalırdı. Kefi istəyəndə qayıdırdı. Bunun bacısı da o biri oğlumun arvadıdır. İki bacı birləşib, kef çəkirdilər. Oğlanlarım bunların qabağında heç kimiydilər. Oyuncaq kimi davranırdılar".

    Muxalifet - 5-04-2019

  20. ​DİQQƏT: Azərbaycanda magistral yolda sürət həddi dəyişdi

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir.
    AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
    Qeyd edək ki, beton yolun böyük bir hissəsi son illərdə yararsız vəziyyətə düşüb.

    Muxalifet - 5-04-2019

Pages