Axtarış

The search found 105768 results in 0.042 seconds.

Search results

  1. ​Azərbaycan Ermənistana beşqat ZƏRBƏ ENDİRƏCƏK - Professor AÇIQLADI

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni çətinliklər yaradır. Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər uğrunda yeni müharibə” fikrinə toxunan nazir qeyd edib ki, bu cür yanaşma çaşqınlıq yaradır:

    Muxalifet - 5-04-2019

  2. İSGƏNDƏR XƏLİLOVUN ŞİRKƏTİ BATIR? – “Atəşgah Sığorta” iki ildir ziyandan çıxa bilmir

    Azərbaycanın sığorta bazarında yığımların həcminə görə ilk beşliyə daxil olan “Atəşgah Sığorta Şirkəti” ardıcıl olaraq iki ildir ki, hesabat dövrünü ziyanla başa vurduğunu elan edir. Şirkətin hesabatlarından belə məlum olur ki, “Atəşgah Sığorta Şirkəti” ASC 2018-ci ili 770 min 375 manat zərərlə başa vurub. Sözügedən şirkət 2017-ci ili isə 1 milyon 27 min manat ziyanla yekunlaşdırmışdı. Azərbaycanda kifayət qədər reklam olunan bu şirkətin səhmlərinin 63 faizi biznesinin əsas hissəsi Rusiyada olan milyarder İsgəndər Xəlilova aid “İSR Holdinq”ə məxsusdur.

    Muxalifet - 5-04-2019

  3. Türkiyə F-35 proqramından çıxarsa, nə olar? ABŞ-lı komandan cavab verdi!

     ABŞ F-35 Lightning II döyüş təyyarələrinin istehsalı məsələsində Türkiyənin bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Türkiyəni proqramdan çıxarmaq təhdidləri sovurarkən, dünən Vaşinqtonda yeni bir gəlişmə baş verib.
     
    Hava və dəniz qüvvələrinin modernləşməsi mövzusunda keçirilən sessiyada, ABŞ-ın daxil olduğu proqramlarla əlaqədar olaraq Nümayəndələr Palatasının üzvlərinə brifinq verilib.
     
    F-35 MƏSƏLƏSİNDƏ TÜRKİYƏ SUALI
     
     F-35 proqramının rəhbəri admiral Mathias W. Winter proqramın son

    Muxalifet3 - 5-04-2019

  4. BAKI TÜRMƏSİNDƏ KÜTLƏVİ QARŞIDURMA: Dustaqlardan xəsarət alanlar var - SİYAHI

    Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.
     
    Muxalifet.az “report”-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
     
    Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.
     
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet4 - 5-04-2019

  5. ​Sürücülük vəsiqələri ilə bağlı XƏBƏR - Dəyişikliklər olacaq

    "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
    Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.
    Həmçinin traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.

    Muxalifet - 5-04-2019

  6. "Moskvaya tankların üzərində daxil olacağıq" - UKRAYNALI NAZİR RUSİYANI TƏHDİD ETDİ

    Ukraynanın infrastruktur naziri Vladimir Omelyan Rusiya Nəqliyyatçılar İttifaqının vahid nəqliyyat məkanını müzakirə etmək üçün nümayəndə göndərmək təklifinə sərt reaksiya verib.

    Muxalifet.az  xəbər verir ki, nazir öz “Facebook” səhifəsində Rusiya Nəqliyyatçılar İttifaqının dəvətinə cavabında Moskvaya tankda daxil olacağını yazıb: ”

    Muxalifet4 - 5-04-2019

  7. Kartofla kələmi bahalaşdıran səbəblər

    KTN rəsmisi: “Kartofun bahalaşması mövsümi amillərlə bağlıdır”; Müstəqil mütəxəssis: “İranda qadağa yenicə qüvvəyə minir, amma bizdə...”

    Muxalifet - 5-04-2019

  8. İki dəqiqədə 1,1 milyard dollar itirdi - "TESLA"NIN SƏHMLƏRİ UCUZLAŞIR

    Amerikalı milyarder İlon Mask “Tesla”nın səhmlərinin ucuzlaşması səbəbindən hərracların ilk iki dəqiqəsində 1,1 milyard dollar itirib.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Qeyd edilir ki, indeksə əsasən, Nyu-York vaxtı ilə səhər saat 9:32-da hərraclar başlayandan iki dəqiqə sonra “Tesla”nın səhmlərinin qiyməti kəskin ucuzlaşıb. Nəticədə sahibkarların gəlirləri 22,3 milyard dollara qədər azalıb.

    Muxalifet4 - 5-04-2019

  9. "Ermənistan müdafiə naziri müzakirələrin üzərindən xətt çəkmiş oldu" - SABİQ NAZİR

    Muxalifet.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun azpolitika.info-ya müsahibəsini təqdim edir:
     
    - Tofiq müəllim, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü başa çatsa da, müzakirələr davam edir. Siz, bu fonda konfliktin həlli imkanları necə qiymətləndirirsiniz?
     

    Muxalifet4 - 5-04-2019

  10. ABŞ-ı silkələyən hadisə! “İçəri girərsə bombalayarıq”

     Amerika Birləşmiş Ştatları Konqresinin ilk hicablı Müsəlman üzvü Elxan Omarın bombalı hücumla hədələndiyi bəlli olub.
     
    ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü Elxan Omarın bir proqram üçün getdiyi Los Ancelesdə qaldığı otelə bombalı hücum təhdidi edildiyi ortaya çıxıb.

    Muxalifet3 - 5-04-2019

  11. ​“Gecə Vaqif Axundov zəng etdi ki, Elçibəy...” – Rəsul Quliyev SİRLƏRİ AÇIR

    “Əbülfəz Elçibəy Kələkiyə getməmişdən öncə bəlkə də Etibar Məmmədov və Heydər Əliyevlə görüşüb. Belə bir görüş olubsa, mən o görüşdə iştirak etməmişəm. Amma düşünürəm ki, ümumiyyətlə belə bir görüş olmayıb, bu uydurulmuş növbəti fantaziyadır”. Bunu eks-spiker Rəsul Quliyev sosial şəbəkədə izləyicinin sualına cavab verərkən deyib. Sual bundan ibarət olub: “Elçibəy Kələkiyə getməzdən əvvəl onun kabinetinə Siz, Əliyev və Etibar Məmmədov gedibsiniz . Orada həqiqətənmi Elçibəyin dediyi kimi daxili işlər naziri seçmə söhbəti olub?

    Muxalifet - 5-04-2019

  12. Paşinyanın yaxın qohumuna qarşı cinayət işi açıldı - HƏBSƏ ATILIR

    Ermənistan baş naziri Nikol Paşinyanın göstərişi ilə onun yaxın qohumuna qarşı cinayət işi açılıb.
     
    News.am portalının məlumatına görə, Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat verib.
     
    Onun sözlərinə görə, həmin şəxs vəzifəsindən sui-istifadədə ittiham edilir.
     
    “Mazoxist kimi görünmək istəmirəm, ancaq bildirim ki, göstərişimlə yaxın qohumuma qarşı vəzifəsindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Şübhəsiz ki, iş tam araşdırılacaq və günahkarlar qanun çərçivəsində cəzalandırılacaq.
     

    Muxalifet4 - 5-04-2019

  13. Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Muxalifet - 5-04-2019

  14. Bakıda metronun üstündə DƏHŞƏTLİ QƏZA: Hadisə yerindən görüntülər - FOTO

    Ötən gecə Bakının mərkəzində ağır yol qəzası baş verib.
    Nərimanov rayonu ərazisində - metronun “Nəriman Nərimanov” stansiyasının üzərində “Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.
    Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində - “Mado” restoranının önündə baş verən hadisə zamanı “Mercedes”in sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 5-04-2019

  15. “İkinci Qəzzafi”nin ordusu sürətlə paytaxta yaxınlaşır - ŞOYQU, “AŞBAZ” VƏ RUS MUZDLULARI BU İŞDƏ VARMI...

    Liviyada bir neçə ildir Benqazi şəhərini və ətrafını nəzarətdə saxlayan feldmarşal Xəıif Haftarın komandanlıq etdiyi “Liviya Milli Ordusu” paytaxt Tripolini tutmaq üçün sürətlə irəliləyir.

    Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, feldmarşal Haftarın ordusunun Tripoliyə dünən başlayan hücumunun nəticəsində artıq paytaxtdan 80 kilometr cnubdakı strateji əhəmiyyətli Qaryan şəhəri ələ keçirilib.

    Muxalifet - 5-04-2019

  16. ​Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü - Müəmmalı şəkildə

    Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.
    Nərimanov rayonunda yerləşən "Golden Shayn” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.
    60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib./Qafqazinfo

    Muxalifet - 5-04-2019

  17. "Çukur"da gözlənilməz ayrılıq - FOTO

    "Çukur" serialında gözlənilməz ayrılıq yaşanıb. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, ekran işində Sena obrazına həyat verən Dilan Çiçek Deniz serialdan ayrılıb. O, ekran işinin növbəti bölümündə ölərək, seriala vida edəcək.

    Muxalifet - 5-04-2019

  18. DYP-nin saxladığı şəxs Polis Şöbəsində öldü - RƏSMİ AÇIQLAMA

    DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama yayıb.

    Muxalifet - 5-04-2019

  19. ​Türkiyə NATO-dan çıxır? - Ağır nəticələri olacaq

    İki ölkə arasındakı böhranın nəticəsi nə olursa-olsun, Türkiyənin NATO-dan xaric edilməsi mümkün deyil.
    Bunu Rusiyanın paytaxtı Moskvada Valday Müzakirə Klubu çərçivəsində keçirilən “Rusiya-Türkiyə münasibətlərində Suriya faktoru” toplantısında iştirak edən türkiyəli mütəxəssislər deyib.
    SETA-dan Strateji Araşdırmalar direktoru Həsən Bəsri Yalçın NATO-nun öz qurumlarına sahib bir təşkilat olduğunu və Türkiyənin bu təşkilatda veto haqqına sahib olduğunu xatırladıb. Onun sözlərinə görə, Türkiyənin üzv olub-olmadığına ABŞ qərar verə bilməz.

    Muxalifet - 5-04-2019

  20. ​Elmar Məmmədyarovun erməni qadınlarla söhbəti - VİDEO

    Dünən Brüsseldən Moskvaya uçan təyyarədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbəti olub.  
    Söhbət zamanı Qarabağ mövzusuna da toxunulub. Rusiyadan olan stüardessa söhbətin davamına imkan verməyib.
    Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasından qayıdan Elmar Məmmədyarovun rəhbərlik nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək.

    Muxalifet - 5-04-2019

Pages