Axtarış
The search found 105768 results in 0.024 seconds.
Search results
Hülya Avşardan ovsunlayıcı rəqs şousu - VİDEO
Ekranlardan bir müddətdir ki, uzaq qalan Hülya Avşar rəqs şousu ilə diqqət toplayıb.
Türkiyə mətbuatı xəbər verir ki, 55 yaşı olmasına baxmayaraq, gənc qızlara meydan oxuyan aktrisa İnstaqramda rəqs videosunu paylaşıb. Hülya Avşarın videosu qısa müddət ərzində 200 mindən çox insan tərəfindən izlənib.
İzləyiciləri müğənninin enerjisinə heyran qaldığını gizlətməyib./PublikaMuxalifet - 5-04-2019
Turşuluğu azaldan dərmanlardan uzun müddət istifadə etməyin - Xərçəng yaradır
Genetik faktorlardan əlavə daha nələr mədə xərçənginə yol açır? Plastik butulkalar, dispenser suları, qəhvə-çay həqiqətən zərərlidirmi?
Medicina.az bu suallara cavab axtarıb:
Mədə xərçəngi ağciyər, bağırsaq və prostat xərçəngindən sonra ən çox yayılmış xərçəng növüdür. Daha çox 50-70 yaşlı insanlar arasında daha çox kişilər arasında rast gəlinir. Mədə xərçəngi 80 faiz hallarda heç bir əlamət vermədən inkişaf edir. Əsas əlamətləri həzimsizlik, şişkinlik, ürək bulantısı, qusma, iştahsızlıq və qarın ağrısıdır.Muxalifet - 5-04-2019
İlham Əliyev Kürdəxanıda məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin açılışında
Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin aprelin 5-də açılışı olub.
Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.Muxalifet - 5-04-2019
“İnsanları incidirlər, rüşvət istəyirlər...” - DEPUTAT
“Bu islahatlar davamlı olacaq. Çünki cənab prezidentin cəmiyyətə mesajı ondan ibarət oldu ki, islahatlar davamlı olacaq. İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Əsas bu 3 məsələdən söhbət gedir”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında deputat Vahid Əhmədov Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.Muxalifet - 5-04-2019
Bu telefonlarda İnstaqram işləməyəcək
Foto və video paylaşım şəbəkəsi olan İnstaqram “Windows 10” versiyalı telefonlarında dəstəklənməyəcək.
Şirkət rəsmilərinin yaydığı açıqlamaya görə, aprelin 30-dan etibarən bu yenilik qüvvəyə minəcək.
Lakin bu, sürpriz qərar deyil. Belə ki, şirkətin bu qərarı verməsinə səbəb bu telefonların sayının dünyada az olmasıdır. Ona görə də həmin telefonlar üçün sistemi inkişaf etdirmək istəmirlər.
Artıq növbəti aydan “Windows 10” versiyalı telefonlar instaqramı dəstəkləməyək. Lakin istifadəçilər brauzer vasitəsilə instaqramdan paylaşımları izləyə biləcək.Muxalifet - 5-04-2019
Penitensiar Xidmət dustaqlar arasındakı dava ilə bağlı məlumat yaydı
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib:Muxalifet - 5-04-2019
AYB Musa Yaqubun müalicəsinə pul ayıracaq - "Yenə də deyirəm, Musa Yaqub Azərbaycanın böyük şairidir"
"Musa Yaqub bizim sevimli şairimizdir. Ona Yazıçılar Birliyi müxtəlif mükafatlar təqdim edib. Anar müəllimin də ona münasibəti yaxşıdır. Tədbirini də keçirmişik. Amma Türkiyə ilə bağlı Anar müəllim də dediyi kimi, mənim xəbərim yoxdur. Məncə, bu, yanlış informasiyadır”.
Bu sözləri BakuPost-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. O, şair Musa Yaqubun AYB ilə bağlı səsləndirdiyi "mənə kömək etmədilər” ittihamına münasibət bildirib.Muxalifet - 5-04-2019
“Kirayə puluna görə satdım” - Azərbaycanda böyrəyini satanlar danışır
Bir il öncə Azərbaycanda böyrək alverinə görə həbs olunan taksi sürücüsü Vahib Xudadatov hakim qarşısına çıxarılıb.
Ağdam sakini olan 1957-ci il təvəllüdlü V.Xudadatov imkansızlıqdan böyrəyini satanlarla resipientlər (orqanın köçürüldüyü insanlar) arasında vasitəçilik edərək pul alıb. V.Xudadatovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baxılır.Muxalifet - 5-04-2019
Generalın oğurluqda suçladığı qaynına cəza istəniləcək
Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.
Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.Muxalifet - 5-04-2019
“Tarqovı”da hasarlanan sahə Füzuli Ələkbərovundur... - Sabiq nazirin mülklərinin SİYAHISI
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar yayılıb.Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. Söhbət hansı mülk və torpaqlardan gedir?Muxalifet4 - 5-04-2019
“Real” hospitalda ölüm hadisəsi - 47 YAŞLI KİŞİNİN ÖLÜM SƏBƏBİ ARAŞDIRILIR
Bakıda özəl klinikalardan birində ölüm olub.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Real” hospitalda qeydə alınıb. Orada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb.
Daxil olan məlumat əsasında rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Muxalifet4 - 5-04-2019
“MEYXANAYA QƏTİYYƏN QADAĞA QOYMAQ OLMAZ” – Akademik Muxtar İmanov - Müsahibə
Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun ONA-ya müsahibəsini təqdim edir:
- Son günlər meyxana janrı çox geniş müzakirə mövzusuna çevrilib: sənət olub-olmaması, bir folklor janrı kimi varlığı təftiş olunur. Maraqlıdır, meyxana nə zaman meydana çıxıb, yalnız Azərbaycandamı təşəkkül tapıb?
Muxalifet - 5-04-2019
ŞOK: Bu cütlüyün boşanması 35 milyarda başa gəldi - FOTO
Dünyanın ən zəngin insanı sayılan Ceff Bezosun həyat yoldaşı Makkenzi Bezosdan ayrılması ona azı 35 milyard dollara başa gəlib.
BBC-nin məlumatına görə, onlar bununla bağlı artıq öz aralarında razılığa gəliblər.
Muxalifet4 - 5-04-2019
Ər özünü yandırdı, arvadı dözmədi intihara cəhd etdi - Abşeronda dəhşət
Abşeron rayonunda intihar hadisəsi olub.
Rayonun Qobu qəsəbəsində 39 yaşlı M.Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. O, vəfat edib.
Bundan sonra M.Məmmədovun həyat yoldaşı 27 yaşlı P.Məmmədova intihar etmək məqsədi ilə çox sayda dərman həbləri qəbul edib. Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 5-04-2019
Məhkəmə müsəlmanların qatili ilə bağlı QƏRAR VERDİ
Yeni Zelandiyanın Kraystçerç şəhərində martın 15-də məscidlərə silahlı hücum edən cinayətkar Brenton Tarrant məhkəmə qarşısına çıxarılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, məhkəmədə cinayətkarın 2 müxtəlif psixi sağlamlıq testindən keçirilməsinə qərar verilib.
Prosesdə Tarranta hakim və vəkillərin qərarlarına etiraz etmək haqqı verilməyib. O da bu vəziyyətə dair hər hansı bir söz deməyib.
Cinayətlə bağlı növbəti məhkəmə prosesi iyunun 14-də keçiriləcək.Muxalifet - 5-04-2019
İcra başçısı 8 min manatlıq quyuya 85 min “silir” - ŞOK İTTHAMLAR
Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
Muxalifet4 - 5-04-2019
Ramil Usubov iki rayona rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.Muxalifet - 5-04-2019
Çılpaq videosu yayılan QIZLARDAN BİRİ: “Məni təhqir edən oğlanlar…”
Bir neçə gün əvvəl çılpaq videosu ilə gündəm olan 3 qızdan biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. "Instagram” səhifəsində paylaşım edən qız rəylərdə onu təhqir edən oğlanları hədələyib.
Muxalifet.az azxeber.com-a istinadən qızlardan birinin yazdığı həmin paylaşımı təqdim edir:
"Səhifələrin şərh bölməsində məni təhqir edən oğlanlar direktdə mənə "sənə qarşı fikrim ciddi” deyir. İndi açım tökmüyüm hər şeyi.
Unutmayın, kişilər olmasaydı fahişə deyilən anlayış da OLMAZDI”Muxalifet - 5-04-2019
DYP əməkdaşı qadın sürücü tərəfindən şərləndiyi üçün işdən çıxarıldığını İDDİA EDİR – “Guya mən ona əxlaqsız təklif etmişəm...”
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi, ev 35-də yaşayan Dünyamalıyev Mahir Yaqub oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qanunsuz olaraq işdən çıxarıladığınıd eyən şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir: “Cənab Ali Baş Komandan!
Muxalifet4 - 5-04-2019
Problemli kreditlərlə bağlı siyahıda adı olmayanların NƏZƏRİNƏ - Rəis AÇIQLADI
“Problemli kreditlərə verilən güzəştlərlə bağlı vətəndaşlar tərəfindən hər hansı bir mübahisəli halın yaranması varsa, həmin halların Palata nəzdində yaradılmış apellyasiya komissiyası tərəfindən baxılması və həmin komissiyada yekun qərarın verilməsi nəzərdə tutulur”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov deyib.
Onun sözlərinə görə, 10 min dollardan aşağı kredit götürən, amma siyahıda adı çıxmayan şəxslərlə bağlı qərarlar qəbul ediləcək.Muxalifet - 5-04-2019