Axtarış
The search found 105768 results in 0.042 seconds.
Search results
Azərbaycan-İran-Rusiya zirvə görüşü bu tarixdə keçiriləcək
Avqustun 14-də Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü keçiriləcək.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.
“Rəsmi nota alsaq da, biz tərəfdən rəsmi cavab verilib-verilmədiyini hələ bilmirəm. Bunu yoxlamaq üçün Bakıya qayıtmalıyam”, - deyən nazir Rusiya tərəfinin qarşıdakı sammiti hansı şəhərdə keçirilməsini dəqiqləşdirəcəyini də qeyd edib.
Muxalifet3 - 5-04-2019
Timoşenko geri çəkildi: debata çıxmayacaq
Ukraynanın müxalifyönümlü “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko prezidentliyə namizədlərlə debat aparmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turundan qalib çıxmış Vladimir Zelenski siyahıda onu təqib edən hazırki prezident Pyotr Poroşenko ilə debata çıxacaq. Timoşenko həmin seçkilərdə topladığı səs faizləri ilə 3-cü yerdə qərarlaşmışdı.
Muxalifet3 - 5-04-2019
Bakıda gəlin maşını qəzaya düşdü: "Çayka" nasaz imiş...
Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.
Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir.
Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.
Muxalifet3 - 5-04-2019
Ya həbsxanaya get, ya İrandan qaç - Əhmədinejad
İranda siyasət yürütmək imkanı qalmayıb. Ölkənin iqtidarını əlində saxlayanlar hər siyasi düşüncəyə bir etiket yapışdırır. Siyasətçilərə təklif edilən variantlar bunlardır: ya həbsxanaya get, ya İrandan qaç, ya da evdə oturub səsini çıxarma.
Muxalifet.az teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri İranın sabiq prezidenti Mahmud Əhmədinejat deyib.
Onun sözlərinə görə, İran dünyanın ən azad ölkəsi olmalıdır:Muxalifet3 - 5-04-2019
Avropadan Liviya xəbərdarlığı: Miqrasiya başlayacaq
Liviyada hökumətə qarşı hücumlar yeni miqrasiya dalğası yaradacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin rəhbəri Antonio Tajani deyib. O, Avropa Birliyi ölkələrinə müraciət edərək, təcili tədbirlərin görülməsinin vacibliyini bildirib:
“Hərbi hücumlar böhrandan çıxış yolu deyil. Münaqişə böyük insan itkilərinə və ölkənin dağılmasına yol açacaq”.
Qeyd edək ki, Liviya Milli Ordusu paytaxt Tripolinin ətrafındakı bir neçə rayona nəzarəti ələ keçirib.
Muxalifet3 - 5-04-2019
İmamoğludan AKP-yə: Uduzmağı bacarın!
Seçki bitib, bunlar nəyi iddia edirlər? Uduzmağı bacarsalar, başqa cür davranardılar.
Muxalifet.az xəbər verir ki, bu sözləri İstanbul bələdiyyə seçkilərində qeyri-rəsmi nəticələrə görə qalib gələn CHP-çi Əkrəm İmamoğlu deyib.
“Hazırda aramızdakı fərq 18 min 445 səsdir. Bizə də, rəqibimizə də səs çıxır. Ən pis halda fərq 17 minə enəcək”, - deyə İmamoğlu bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki prosesinin başa çatdığını, yalnız səs sayı ilə bağlı məhkəmə prosesinin getdiyini bildirmişdi.
Muxalifet3 - 5-04-2019
SON DƏQİQƏ: Azərbaycanda gediş haqqı iki dəfə azaldıldı
Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqı iki dəfə endirilib.
Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Qurumdan bildirilib ki, aprelin 8-dən gediş haqqı 2 dəfə azaldılaraq 50 manatdan 25 manata endiriləcək.
Standart və Birinci klass yerlərə isə gediş haqqı dəyişdirilməyib.
Muxalifet3 - 5-04-2019
İstanbuldan yola düşən blok qatarı Bakıya çatdı
İstanbuldan yola düşən ilk blok qatarı Bakıya çatıb.
Muxalifet.az xəbər verir ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Bakı-Tiflis-Qars (BTQ) dəmir xətti üzərindən həyata keçirilib.Muxalifet3 - 5-04-2019
Marşal Tripoli aeroportunu ələ keçirdi - YENİLƏNDİ
Liviya Milli Ordusu Tripoli hava limanını nəzarətə götürüb.
Bu barədə orduya yaxın mənbələr məlumat yayıb.
“Tripoli Beynəlxalq Hava Limanı ələ keçirildi. Ətrafında silahlı atışmalar davam edir”, - deyə bildirilib.
Muxalifet3 - 5-04-2019
Nazir soğanın bahalaşmasından danışdı
Ölkədə pərakəndə bazarlar daim nəzarətdədir və monitorinqlər aparılır. Gündəlik tələbata daxil olan məhsullara daha çox ciddi nəzarət olunur.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.Muxalifet3 - 5-04-2019
Rusiya ordusuna adekvat cavaba hazırıq - ABŞ-dan şok
Venesueladakı Rusiya hərbçilərinə adekvat cavab verməyə hazırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo NATO ölkələri xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
“Biz bu məsələni Rusiyanın dünya miqyasındakı digər addımları ilə birgə müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı mənfi səpkidə olan fəaliyyətini, Azov dənizində etdiklərini müzakirə etdik. Hər olayda kollektiv şəkildə cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün veriləcək cavab hazırdır”, - deyə ABŞ rəsmisi bildirib.
Muxalifet3 - 5-04-2019
Rusiyadan Liviyaya çağırış: Çıxılmaz yoldasınız!
Rusiya Xarici İşlər Nazirliyi Liviyada münaqişə tərəflərinə çağırış edib.
Muxalifet.az xəbər verir ki, XİN tərəfləri təmkini olmağa və sabitliyi qorumağa çağırıb.
“Hərbi gücdən istifadə ölkədə qeyri-sabit vəziyyəti daha da çıxılmaz duruma salacaq. Yeni itkilərə, böhrana yol açacaq. Bu proses BMT himayəsindəki əhatəli siyasi keçidin baş tutması ehtimalına olan ümidi zəiflədəcək”, - deyə XİN-in bəyanatında deyilib.
Nazirlik Liviyadakı son vəziyyətin yalnız siyasi həll yolunun olduğunu bəyan edib.Muxalifet3 - 5-04-2019
AKP 13.969 səsi geri aldı - Nə qədər fərq qaldı? - YENİLƏNDİ
AKP sədrinin müavini Əli İhsan Yavuz indiyə qədər AKP-nin lehinə 13 min 969 səs əlavə edildiyini və fərqin 18 minin altına düşdüyünü açıqlayıb.
Qüsurlar olan sandıqların 2 min civarında olduğunu, indyə qədər sayılanların isə bu rəqəmin 3-də 1-ni əhatələdiyini bildirən Yavuz rəqəmlərin dəyişə biləcəyini bildirib.Muxalifet3 - 5-04-2019
ABŞ F-35-i bu 5 ölkəyə satır
ABŞ daha 5 ölkəyə F-35 hərbi təyyarələrini sata bilər.
Muxalifet.az "Röyter"ə istinadən xəbər verir ki, Pentaqonun F-35 ofisinin rəhbəri Matias Vinter Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşaya təyyarələrin satışını nəzərdən keçirir.
Qeyd edək ki, ABŞ aprelin 1-də Türkiyəyə F-35 hərbi təyyarələrinin satışını təxirə salıb.
Muxalifet3 - 5-04-2019
Yaxın Şərqi külə döndərmək planı - TRAMPIN GİZLİ NİYYƏTİ ORTAYA ÇIXIR
ABŞ prezidentinin fəaliyyətləri planetin ən mürəkkəb regionunu hər keçən gün daha dərin böhrana sürükləyir
ABŞ hakimiyyətinin, konkret olaraq prezident Donald Trampın Yaxın Şərqdəki addımları regionda onsuz da uzaq olan sülh ümidlərini azaldır. Şəksizdir ki, hazırda planetin ən mürəkkəb və ən çox münaqişənin olduğu region Yaxın Şərqdir. Xüsusən də son 8 ildə bu regionda onsuz da gərgin vəziyyət daha da pisləşib.
Muxalifet4 - 6-04-2019
Professor Merzlovun bu resepti minlərlə insanı XƏRÇƏNGDƏN XİLAS ETDİ
Rusiyanın tibb elmləri namizədi, professor Merzlovun bir çox xəstəlikləri, o cümlədən xərçəngi müalicə edən xüsusi resepti yüzlərlə xəstəyə şəfa verib.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, professor özü də xəstələrini bununla sağaldıb. O, hesab edir ki, bu vasitə bütünlükdə bədəni möhkəmlədir.
Muxalifet4 - 6-04-2019
Mobil telefonların dəhşətli fəsadları - GƏNCLƏRİN BEYNİNİ POZUR VƏ...
Rays Universitetinin alimləri artıq çəki, piylənmə ilə gənclərin telefona bağlılığı arasında əlaqə üzərində araşdırma aparıblar.
Muxalifet4 - 6-04-2019
Çılpaq görüntüləri yayılan qızlar ölkəni tərk edir? - AÇIQLAMA
Videodakı qızlar ictimai qınağın təsirindən və təhlükələrdən uzaqlaşmaq üçün ölkədən gedə bilərlər. Muxalifet.az xəbər verir ki, bunu buta.media-ya "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakıda içki içib, çılpaq mahnı oxuyub, video çəkdirən qızlarla bağlı rəyində bildirib. Onun sözlərinə görə, görünür, kifayət qədər ailədə nəzarət mexanizmi olduqca zəif olub, yaxud hədsiz avtoritar münasibət olub. "Bəzən qızlar belə avtoritar mühitdən azad olmağı belə görür. Bütün məsuliyyət hissini unudur, öhdəliklər yaddan çıxır və ya azadlığı bu formada görür.
Muxalifet4 - 6-04-2019
ALİMLƏRDƏN ŞOK ARAŞDIRMA - Oruc olmaq xərçəngi yox edirmiş...
Yeni aparılan araşdırmalara görə, 8 saat yemək yeyib 16 saat ərzində ac qalmaq döş xərçənginin yaranmasının qarşısını alır.
Bu barədə araşdırma Kaliforniya Universitetində tibb mütəxəssisi Manası Das tərəfindən aparılıb. Alimlər qadınların metabolik sağlamlığının döş xərçəngi riskinə necə təsir edəcəyi araşdırıb.
Yemək yediyiniz saatların miqdarı önəmlidir
Muxalifet4 - 6-04-2019
Çılpaq görüntüləri yayılan qıza evlilik təklifi etdi – “Fikrim ciddidir"
“Bir neçə gün əvvəl çılpaq videosu ilə gündəm olan 3 qızdan biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. "Instagram" səhifəsində paylaşım edən qız rəylərdə onu təhqir edən oğlanları hədələyib. Milli.Az azxeber.com-a istinadla qızlardan birinin yazdığı həmin paylaşımı təqdim edir: "Səhifələrin şərh bölməsində məni təhqir edən oğlanlar direktdə mənə "sənə qarşı fikrim ciddidir" deyir. İndi açım tökmüyüm hər şeyi. Unutmayın, kişilər olmasaydı, fahişə deyilən anlayış da olmazdı".
Muxalifet4 - 6-04-2019