Axtarış
The search found 105768 results in 0.027 seconds.
Search results
Çin alimlərinin bu araşdırması SİZİ ŞOKA SALACAQ - Bir damlası belə zəhər imiş
Az və ya orta ölçülü spirtli içki iflic riskini artırır.
Çində 10 il ərzində 500 mindən çox sakinin etdikləri idman və qəbul etdikləri içkinin miqdarı ilə sağlamlıq göstəriciləri araşdırılıb.
Çin və İngilis alimlərinin apardıqları araşdırma zamanı gündə 1-2 qədəh spirtli içkinin iflic riskini 10-15 faiz, 4 qədəhdən çox qəbul etməyin isə 35 faiz artırdığı bildirilib.
Oxford universitetinin professoru Riçard Petonun sözlərinə görə, artıq şərab və piyvənin qorucuyu təsirləri barədə iddiaları elmi cəhətdən əhəmiyyətsizdir.Muxalifet - 6-04-2019
Yol polisindən maşına gerb yapışdıranlara xatırlatma - “OLMAZ!”
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
BDYPİ-dən Muxalifet.az-a bildiriblər ki, son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin təsvirinin yapışdırılması halları tez-tez müşahidə olunur. Bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməyə ziddir.
Muxalifet - 6-04-2019
İrandan ABŞ-ın SERAH addımına qarşı həmlə
ABŞ-ın İran İnqilab Mühafizəçiləri Ordusunu "xarici terror təşkilatları" siyahısına salınacağı xəbərlərinə dair bəyanat verən İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmetullah Felahetpişe, belə bir hadisə yaşandığı təqdirdə ABŞ ordusunu terror təşkilatları siyahısına salacaqları ilə təhdid edib.
Muxalifet3 - 6-04-2019
Gürcüstanla NATO-nun Qara dənizdə birgə hərbi təlimi
NATO fəaliyyətləri çərçivəsində Gürcüstanın sahil təhlükəsizlik gəmiləri ilə NATO Daimi Dəniz Vəzifə Grubu-2 (SNMG-2) tərəfindən Qara dənizdə birgə təlim keçirilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Nazirlik Sərhəd Polisi Sahil Təhlükəsizlik Departamenti nəzdindəki gəmilər ilə NATO Daimi Dəniz Vəzifə Grubu-2 (SNMG-2) gəmilərinin iştirakı ilə Gürcüstan quru sularında birgə təlim keçirildiyi qeyd olunub.
Muxalifet3 - 6-04-2019
Mübariz Mənsimovdan şəhid övladları üçün növbəti örnək addım: Daha 100 tələbəyə təqaüd veriləcək
Türkiyədə təhsil alan və “Palmali” Şirkətlər Qrupunun təqaüd proqramına cəlb edilən azərbaycanlı tələbələrin sırası genişlənəcək.
Bu barədə məlumat “Palmali” Şirkətlər Qrupu tərəfindən verilib.
Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu çoxsaylı müraciətləri nəzərə alaraq, Türkiyədə təhsil alan daha 100 azərbaycanlı tələbəyə təqaüd vermək qərarına gəlib.
Məlumata görə, “Palmali”nin növbəti təqaüd proqramına cəlb olunacaq tələbə seçimində yenə əsasən 3 kateqoriyaya aid tələbələrə üstünlük veriləcək:
– Şəhid ailələriMuxalifet3 - 6-04-2019
Qızqaçırmaya görə cəza sərtləşdirildi: 10 ilə qədər həbs
Keçmiş ənənələrə əsaslanaraq, evlənmək üçün qız qaçırmağın cəzası ağırlaşdırıldı.
Qırğızıstanda zorla evlənmək üçün qız qaçırmağa görə müəyyən edilmiş cəza bir qədər də sərtləşdirilib.
Bu barədə məlumatı açıqlayan Qırğızıstanın “Dünya qadın bankı” hüquq-müdafiə təşkilatının lideri Gülsana Abıtovanın sözlərinə görə, qız qaçıranları artıq 7-10 ilə qədər həbs cəzası gözləyir.
Bundan başqa, həmin işə qol qoyanlar 200 min som (3 min dollar) məbləğində cərimə ödəməli olacaqlar.Muxalifet3 - 6-04-2019
Paşinyanla Putinin telefon danışığı ilə bağlı qalmaqal
Erməni KİV-i xəbər verir ki, baş nazirin aparatının yaydığı məlumatda onun martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanadakı görüşü barədə Rusiya Prezidentinə “məlumat verməsi” yazılıb. Sonradan isə bu mətn dəyişdirilib və “məlumat verib” sözləri “bəhs edib” ilə əvəz olunub.
Muxalifet3 - 6-04-2019
Medvedyev İrəvana gedir: 102-ci bazanı ziyarət edəcək
Rusiya baş naziri Dmitri Medvedyev Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak üçün aprelin 29-da Ermənistana gedəcək.
Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
Medvedyevin İrəvanla bərabər Gümrü şəhərində olacağı bildirilib. O, burada Rusiyanın 102-ci bazasının hərbçiləri ilə görüşəcək.Muxalifet3 - 6-04-2019
UFC tarixinin ən “təmiz” döyüşçüsü açıqlandı
İrlandiyalı qarışıq döyüş növləri (MMA) ustası Konor Makqreqor dopinq testlərdə mənfi nəticələrin sayına görə UFC-də liderdir.
Bu barədə təşkilatın vitse-prezidenti Ceff Novitski öz “Twitter” səhifəsində yazıb.
Qurumun ali rəsmisi ABŞ-ın anti-dopinq agentliyinin məlumatlarını paylaşıb. 30 yaşlı irlandiyalı döyüşçü 49 dopinq testindən keçib və hər birində mənfi nəticə çıxıb. Onlardan 11-i amerikalı boksçu Floyd Meyuezerlə döyüşdən öncə olub.Muxalifet - 6-04-2019
Savaş qızışır: Haftarın mövqeləri bombardman edildi
Liviya hökumətinin hərbi dəstələrinə məxsus döyüş aviasiyası Liviya Milli Ordusuna aviazərbələr endirib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" televiziyası məlumat yayıb. Aviazərbələr Liviya Milli Ordusunun Tripolidən 80 kilometr cənubdakı mövqelərinə endirilib.
Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib. Hücum nəticəsində Tripolinin cənub-qərbi və Qaryan şəhəri ələ keçirilib.Muxalifet - 6-04-2019
Beriyanın adamlarını pulemyotla qarşılayan, bir evdə iki arvad saxlayan sovet marşalı
Onu əfsanəvi marşal adlandırıblar. O, çevikliyi, qoçaqlığı, fiziki gücü, yetərincə hərbi biliyə malik olması ilə fərqlənib. Sözsüz ki, marşal həm də dəlisov bir adam olması ilə də yaddaşlarda qalıb.
Muxalifet3 - 6-04-2019
Dəhşətli yol qəzası: 20 ölü, 38 yaralı
Nigeriyanın şimalında yerləşən Kasina ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“RİA-Novosti” agentliyi xəbər verir ki, avtobusun yoldan çıxaraq çevrilməsi nəticəsində ən azı 20 nəfər ölüb, 38 nəfər yaralanıb.
Hadisəyə səbəb yüksək sürət göstərilir./ PublikaMuxalifet - 6-04-2019
Türkiyənin yeni hava limanından ilk uçuş baş tutdu
Bu gün günorta saatlarında Türkiyənin yeni açılan İstanbul Hava Limanında ilk uçuş baş tutub.
Muxalifet.az xəbər verir ki, ilk təyyarənin Ankaraya getdiyini deyən Türkiyə Hava Yollarının baş direktoru Bilal Ekşi Atatürk Hava Limanındakı təyyarələrin köçürülməsinin planlaşdırıldığından da tez başa çatdığını bildirib.
Qeyd edək ki, Türkiyənin Atatürk Hava Limanından sonucu sərnişin reysi ötən gecə İstanbuldan Sinqapura yola salınıb.
Muxalifet3 - 6-04-2019
AB demokratiyanın təşviqi üçün maliyyəni artırır
Avropa Birliyi 2020-ci ildə demokratiyanın təşviqi proqramı üçün xərcləri artırmaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
AB bu təşəbbüslərin maliyyələşdirilməsini 1,120 milyard avrodan 1,335 milyard avroya qədər artırmağı planlaşdırıb.
Bu pulların demokratiyanın təşviqi ilə bərabər, üçüncü ölkələrin parlament potensiallarının gücləndirilməsinə yönəldiləcəyi də bildirilib.
Vəsaitin bir qismi isə bəzi ölkələrdə gənc siyasi liderlərin hazırlanması proqramlarına ayrılacaq.
Muxalifet3 - 6-04-2019
"Sumqayıt"dan qələbə, "Neftçi" "Zirə"yə qarşı
Sumqayıtdakı “Kapital Bank Arena”da Topaz Premyer Liqasının 23–cü turunun ilk oyununda yerli komanda “Keşlə”ni qəbul edib. Oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb.
Muxalifet.az xəbər verir ki, qarşılaşma Ayxan Abbasovun yetirmələrinin xeyrinə bitib - 2:1. Beləliklə, “Sumqayıt” turnir cədvəlində bir pillə yüksələrək 7-ci yerdə qərarlaşıb.
Günün digər qarşılaşmasında "Neftçi" "Zirə"ni qəbul edir.
Muxalifet3 - 6-04-2019
"Boinq" şirkəti qərarını verdi: Say azaldılır
"Boinq" şirkəti 737 Maks-8 (Boeing 737 Max-8) tipli sərnişin təyyarələrinin istehsalını azaltmağa qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkətin CEO-su Dennis Muilenburq məlumat yayıb. O, aprel ayının ortalarından etibarən müvvəqqəti olaraq sözügedən sərnişin təyyarələrinin istehsalının hər ay 52-dən 42-yə qədər azaldılacağını bildirib.
Şirkət rəsmisi idarə heyətindən "Boinq" təyyarələrinin dizaynı və təkmilləşdirilməsinə nəzarət edəcək komitə yaradılmasını istədiyini bildirib.Muxalifet3 - 6-04-2019
Artıq uşaqlarınıza bu adları qoya BİLMƏYƏCƏKSİNİZ - SİYAHI
"Son bir neçə ay ərzində yeni doğulan uşaqlara Arena, Jozef, Mənsə, Lavin, Dina, İmeda, Lekat, Mənasarə, Sürü, Casim, Romas, Miran, Adrenalin, Kumeyl kimi adların qoyulmasının qarşısı alınıb” Muxalifet.az xəbər verir ki, bu barədə ONA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova məlumat verib. Onun sözlərinə görə, Lavin adı İsveç mənşəlidi, mənası "uçurum” deməkdir: "Bu adın uşağa verilməsinin qarşısını aldıq. Başqa bir şəxs isə Rasim, Asim adları ilə həmqafiyədir deyə üçüncü oğluna da Casim adını vermək istəyirdi.
Muxalifet3 - 6-04-2019
İmamoğlu son nəticələri açıqladı: Fərq bir qədər də azaldı
CHP-çi Əkrəm İmamoğlu etibarsız səslərin sayılması ilə bağlı son vəziyyəti paylaşıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Yeni Akit yayıb. Məlumata görə, hazırda iddia edilən səslərin 57.5 faizinin təkrar sayımı başa çatıb və İmamoğlu B.Yıldırımdan 17.719 səs çox toplayıb.
Belə ki, bu saata olan nəticələrə görə, Əkrəm İmamoğlunda 4 milyon 171 min 492, Binəli Yıldırımda isə 4 milyon 153 min 773 səs var.
Qeyd edək ki, namizədlər arasındakı fərq səslər təkrar sayılmazdan öncə 29 min idi.
Muxalifet3 - 6-04-2019
İngiltərə "Breksit"lə bağlı bunu da etdi: AB-dən çıxış...
Böyük Britaniyanın vətəndaş pasportlarından “Avropa Birliyi” sözü çıxarılıb.
Muxalifet.az xəbər verir ki, hökumətin bu addımı pasportunu yeniləyən İngiltərə vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb.
Bəzi vətəndaşlar AB üzvü olmalarına baxmayaraq, “Avropa Birliyi” sözünün çıxarılmasını "Breksit"in baş tutacağına bir işarə kimi qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi 30 martdan etibarən pasportlardan “Avropa Birliyi” sözünün çıxarılacağını açıqlamışdı.
Muxalifet3 - 6-04-2019
ŞOK: Türkiyədə Atatürkə qarşı bu cür hörmətsizlik OLMAMIŞDI
Türkiyə lideri Mustafa Kamal Atatürkə aid olduğu iddia edilən 3 ədəd alt paltarı, 1 köynək və 4 ədəd cib dəsmalı İstanbulda 1 lirəyə satışa çıxarılıb.
Muxalifet.az xəbər verir ki, türk liderin əşyalarının ucuz qiymətdən satışa çıxarılması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
İstanbul Hərrac Evi tərəfindən verilən açıqlamada onlayn satışa çıxarılan əşyaların dəyərinin yanlışlıqla 1 lirə qeyd edildiyi bildirilib.
Muxalifet3 - 6-04-2019