Axtarış
The search found 105768 results in 0.081 seconds.
Search results
Məşhur türk futbolçu karyerasını bitirib, kitab yazacaq
"Fənərbaxça" ilə 20-ci çempionluğu qazandıqdan sonra karyeramı bitirəcəyəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri məşhur türk futbolçu Volkan Dəmirəl deyib.
"Haqqımda çox şey yazıldı, deyildi. Karyeramı bitirdikdən sonra hamısını bir kitabda yazmağı düşünürəm", - Volkan bildirib.
Muxalifet3 - 7-04-2019
Liviya savaşı: tərəflər BMT-nin çağırışını rədd etdi
Liviya paytaxtı uğrunda savaşan hər iki tərəf BMT-nin iki saatlıq atəşkəs müraciətini rədd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA-ya Tripoli Təcili Yadım təmsilçisi Üsamə Əli deyib.
Onun sözlərinə görə, BMT xəsarət alanlara yardım göstərilməsi üçün yerli vaxtla saat 16:00-dan 18:00-a qədər atəşkəs müraciəti edib.
“Tərəflər BMT-nin humanitar fasilə müraciətini qəbul etmədi”, - Ü.Əli deyib.
4 apreldə X.Haftar Tripolini “terrorçulardan azad etmək üçün” orduya əmr verib. Artıq Haftarın ordusu paytaxtın cənubundakı Qaryan və Surman şəhərlərini ələ keçirib.Muxalifet3 - 7-04-2019
Qələbəyə həsrət qalmışam - Məmmədyarov
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində VII tura yekun vurulub.
Muxalifet3 - 7-04-2019
Ukraynada təşviqat kampaniyası başlayır - II tur
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı aprelin 8-dən namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanıla bilər.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk məlumat verib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən aprelin 8-dən namizədlərin seçki kampaniyasına başlanılacaq. Seçki qanunvericiliyinin tələbələrinə uyğun olaraq, seçki öncəsi kampaniyanın bütün növlərindən istifadə etmək olar.Muxalifet3 - 7-04-2019
Azərbaycanda yeni yaşayış massivləri salınacaq
Tovuzda şəhərcik tipli yeni yaşayış binaları tikiləcək. Yaşıllıqlar salınıb, yeni məktəb binaları inşa olunacaq.
Muxalifet.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bu yeniliklər Nazirlər Kabinetinin Tovuz rayonu üçün təsdiq etdiyi baş planda əksini tapıb. Rayonda yeddi ədəd beşmərtəbəli yaşayış binası və məktəb də tikiləcək. Şəhərin baş planında nəzərdə tutulan tikinti işləri regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçiriləcək.Muxalifet3 - 7-04-2019
Liftdə qorxulu anlar yaşandı - ANBAAN VİDEO
Liftə manekenləri yığan gənc növbəti mərtəbədə çıxıb. İki maneken liftdə qalıb. Az sonra isə onlar canlanıblar.
Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, olay Livanın paytaxtı Beyrutda yaşanıb. Üç pranker zarafat edərək baş verənləri videoya çəkiblər. Onların ikisi "maneken" olublar və liftdəki insanları qorxudublar.Muxalifet3 - 7-04-2019
Koalisiya məktəbi vurdu: 5 şagird öldü, 34 yaralı
Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənaya aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, mərmilərdən bir neçəsinin məktəbin yaxınlığına düşməsi nəticəsində 5 qız şagird həlak olub, 34 nəfər yaralanıb.
Yaralananların əksəriyyətinin məktəbli olduğu vurğulanıb.
Səudiyyə rəsmiləri isə hücumun husilərin düşərgəsinə təşkil edildiyini bildirib.
Muxalifet3 - 7-04-2019
Qadın cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Azərbaycan cüdo yığması Qran-pridə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 75 ölkə arasında 2-ci yeri tutub
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.
78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda braziliyalı rəqibi Beatris Souzanı məğlub edib.
Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.Muxalifet3 - 7-04-2019
Müdafiə nazirindən PKK açıqlaması
Türkiyənin milli müdafiə naziri Akar Qəndildəki terrorçubaşları məhv etmək üçün keçirilən “Pəncə” əməliyyatı ilə bağlı kritik bir mesaj verib. General Akar, “Pəncə əməliyyatı davam edərkən keçən həftə davam edən hava qüvvələrimiz böyük bir əməliyyat təşkil edib, nəticədə terror təşkilatına ağır zərbə vurulub” deyib.
Müxalifət.azMuxalifet3 - 8-04-2019
Netanyahu bölgəni yanğına çevirəcək
ABŞ və Körfəzdəki ərəb ölkələrinin dəstəyini alan İsrailin baş naziri Netanyahu bölgəni yanğına çevirəcək addımlatır atır. Netanyahu 9 aprel seçkilərində qalib gəldiyi təqdirdə, Qərbi Şeriadakı qeyri-qanuni yəhudi məskunlaşmalarını "İsrailə ilhaq" edəcəyini bildirib.
Muxalifet3 - 8-04-2019
Trampın komandasından daha bir nazir istefaya getdi
ABŞ prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nielsenın vəzifəsindən istefa edəcəyini açıqlayıb.
Ağ Evdə Kirsten Nielsenlə görüşdən sonra tvitter hesabından açıqlama verən Tramp "Daxili təhlükəsizlik naziri Kirsten Nielsen vəzifəsindən istefa verəcək, ona verdiyi xidmətinə görə, təşəkkür edirəm", - deyə bildirib.Muxalifet3 - 8-04-2019
Türkiyədə seçki apellyasiya marafonunda son gün
Bu gündən etibarən Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) ilə bağlı proses başlayır. İstanbul və Ankara da daxil olmaqla, seçki nəticələri ilə bağlı tərəflər və namizədlər şəhər, rayon seçki qurumlarının qərarlarını YSK-ya daşıya biləcəklər. YSK-ya etiraz müraciətləri 8-9-10 aprel tarixlərində təqdim edilə biləcək. Etirazlar qəbul edildikdən sonra YSK bu etirazlar barədə 11-12-13 aprel tarixlərində qərar verəcək.
Muxalifet3 - 8-04-2019
ABŞ-dan kritik açıqlama: “Hərbi əməliyyat dərhal dayandırılmalıdır”
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ölkəsinin general Hafterin Liviyanın Tripoli şəhərinə yönəlik hərbi hərəkatına qarşı olduğunu ifadə edərək "hərəkatın dərhal dayanması" çağırışı edib.
Pompeo açıqlamasında, "ABŞ Tripoli yaxınlarındakı qarşıdurmalardan dərin narahatlıq keçirir. General Hafter güclərinin hərbi hücumuna qarşı olduğumuzu açıq şəkildə söylədik və Liviyanın paytaxtına yönəlik hərbi əməliyyatların dərhal dayanması çağırışı edirik. Qüvvələr hücumdan əvvəlki öz mövqelərinə qayıtmalıdırlar.Muxalifet3 - 8-04-2019
SON DƏQİQƏ: Azərbaycanlı avtoritetlərə ŞOK - Daxili İşlər Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşları cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslərin cinayət cəzası haqqında qanunun icrası üzərində işləməyə başlayıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, artıq aprelin 5-də Daxili İşlər Nazirliyinin regional bölmələri rəhbərlik tərəfindən göstərişlər alıb.
Bununla əlaqədar olaraq, son zamanlar Rusiya “qanuni oğru”ları görüşməyi və bir-biri ilə ünsiyyət saxlamağı dayandırıblar.Muxalifet - 8-04-2019
İngiltərə İsraili qınadı
İngiltərənin İsrailin işğal etdiyi Qərbi Şeriadakı yeni yəhudi yaşayış məntəqələri inşa etmək qərarını qınayıb.
Böyük Britaniyanın Yaxın Şərq üzrə naziri Mark Field yazılı bir bəyanatda, İngiltərənin İsrail hökumətinin daha çox yaşayış məntəqələri inşa etməklə bağlı planlarını qətiyyətlə pislədiyini söyləyib.
Bu addımın beynəlxalq hüquq normalarını pozduğunu və iki dövlətli həll planına zərər verdiyi bilidirilən bəyanatda, İsrailin zərərli hərəkətlərini dayandırmağa çağırış edilib.Muxalifet3 - 8-04-2019
Kremlin qaz şantajı, İrəvanın “Axilles dabanı” - Qarabağ...
Putin əsas adamını Ermənistana göndərir; “mehriban düşmənlər”i doğmalaşmağa qoymayan səbəblər; ekspert: “Paşinyan həm NATO və ABŞ-ın, həm də Rusiyanın dostu olmaq istəyir...”
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Gümrüdə olub və orada 102 saylı Rusiya hərbi bazasına baş çəkib. Paşinyan müdafiə naziri David Tonoyanın, hökumətin digər üzvlərinin müşayiəti ilə sovet döyüşçülərinin heykəllərinə əklil və gül dəstələri qoyub.
Muxalifet - 8-04-2019
“GÜCLÜ MÜQAVİMƏTLƏ QARŞILAŞACAQ” – Baş nazir Tripoliyə hücum edən marşala xəbərdarlıq edib
Liviyanın baş naziri Fayez Sarac Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xəftarı xəyanətdə günahlandırıb və bəyan edib ki, onun ordusu güclü müqavimətlə qarşılanacaq. «Biz, əlimizi sülhə uzatdıq, ancaq Xəftarın əlində olan gücün təcavüzündən və bizim şəhərlərə, o cümlədən, paytaxta müharibə elan etməsindən sonra o, güc və əzmkarlıqdan başqa heç nə tapmayacaq» – deyə, «Əl Ərəbiyyə» telekanalı Baş nazirin yerli televiziyada səsləndirdiyi fikirlərindən sitat gətirib. Sarac həm də «qalibi olmayan müharibə» barədə xəbərdarlıq edib.
Muxalifet - 8-04-2019
Düşmən atəşkəsi yenidən pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Muxalifet - 8-04-2019
MHP-li başqana silahlı sui-qəsd
Avtomobili ilə Qarsdan Arpaçay istiqamətinə gedən MHP-nin Qars təşkilatının sədri Uğur Boy'a arxadan onu təqib edən avtomobildəkilər tərəfindən silahlı hücum təşkil edilib.
Şəhər mərkəzindən 15 km məsafədə oyerləşən Mezra kəndinə gəldikdə, arxadan gələn avtomobilin siqnal verdiyini və işıqlarını yandırıb söndürüdüyünü görüb.Muxalifet3 - 8-04-2019
ŞOK HADİSƏ: Yerə meteroit DÜŞDÜ - Video
Rusiyanın Samara şəhərində göydə parlaq alışma müşahidə olunub və videoya düşüb.
Muxalifet.az RİA Novosti-ya istinadən xəbər verir ki, video “VKontakte” sosial şəbəkəsində yerləşdirilib.
Samara sakinləri parlaq işıq gördüklərini, sonra partlayışa bənzəyən güclü səs eşitdiklərini bildiriblər.
Yerli astronomiya həvəskarları meteorit düşdüyünü ehtimal edirlər.
Samara vilayəti üzrə FHN-dən isə bildiriblər ki, dünən gecə bölgənin mərkəzi və cənub zonalarında güclü səs eşidilib.
Muxalifet - 8-04-2019