Axtarış
The search found 105768 results in 0.023 seconds.
Search results
"Cabir 012" ləqəbli "avtoş"un ölümü ilə bağlı məhkəmə başladı: həbs edilən şəxs özünü günahkar bilmir
"Cabir 012" ləqəbli avtoşu öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Ehtiram Şərifovun barəsindəki cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. E.Şərifov özünü təqsirli bilmədiyini, günahsız olduğunu deyib və bildirib ki, hadisə baş verən yerdə olmayıb, hadisəni törətməyib. Şərifov istintaqdakı ifadələrin ona məxsus olmadığını deyib və bildirib ki, imzalar da onun deyil.
Muxalifet - 8-04-2019
СƏLİLABAD SAKİNLƏRİ AYAĞA QALXDI - Nazirliyin qərarı etiraza səbəb olub / FOTO,VİDEO
Hazırda Cəlilabad rayonunun Muğan kəndində yerli əhali etiraz aksiyası keçirir.
Muxalifet4 - 8-04-2019
85 min nəfərə ŞAD XƏBƏR - Prezident 14 milyon manat ayırdı
Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 8-04-2019
Azərbaycan Xalq Hərəkatı PARÇALANDI
Azərbaycan Xalq Hərəkatı parçalanıb.
Bu gün hərəkatın 2 fərqli yerdə iclası keçirilir.
İclaslardan biri Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında, digəri isə Gələcək Azərbaycan Partiyasının qərargahında baş tutub. Buna səbəb isə sabiq daxili işlər naziri İsgəndər Həmidovun hərəkatın ayrı iclasının keçirilməsini istəməsidir.
Qeyd edək ki, Azərbaycan Xalq Hərəkatının aprelin 1-də keçirilən iclasında İsgəndər Həmidovla Tural Abbaslı arasında qalmaqal baş verib. Tərəflər arasında mübahisə zamanı İ.Həmidov T.Abbaslıya əl qaldırmağa cəhd edib./ONAMuxalifet - 8-04-2019
Rusiyada polisə rüşvət vermək istəyən azərbaycanlı saxlanıldı
Rusiyanın Tver vilayətinin Krasnıy Xolm şəhərində polis əməkdaşına rüşvət verməyə çalışan 45 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 14-də həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.Muxalifet - 8-04-2019
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Muxalifet - 8-04-2019
“Yalan danışdılar, həqiqətləri deyəcəyəm” - Səddam Hüseynin nəvəsi
İraqın keçmiş rəhbəri Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil deyib: “Ölkəmin ən yeni tarixinin çox hissəsi təhrif edilib. Həqiqəti çatdırmaq üçün kitab yazmağı seçdim”.
Bundan əvvəlki açıqlamalarında ABŞ-ın işğal elədiyi İraq torpaqlarını piyada tərk elədiklərini bildirən Harir Hüseyn Kamil, İraqda babasının devrilməsi dövrünü və ondan sönra baş verənləri qələmə alıb.
Yazdığı kitab ilə bağlı Rusiya mətbuatına açıqlama verən Harir Hüseyn Kamil deyib: “Həqiqəti demək üçün kitab yazmağı seçdim. Ölkəmin tarixi əksəriyyətlə təhrif edilib”.Muxalifet - 8-04-2019
Paşinyanın Qarabağ siyasətini Azərbaycanda kim və niyə dəstəkləyir? - SENSASİON MƏQSƏD
Ermənistan Dağlıq Qarabağda heç vaxt müharibə istəməyib, çünki “uzadılan danışıqlar” mövcud status-kvonun davam etməsi deməkdir. Bu, Levon Ter-Petrosyanın da, Robert Koçaryanın da, Serj Sarkisyanın da dövründə belə idi, Nikol Paşinyanın da dövründə belədir. İşğalçı üçün müharibə məğlubiyyətin başlanğıcı və Qarabağda mövcud status-kvonun dəyişməsidir. Sələflərindən dərs çıxardan Nikol Paşinyan özünü sülhpərvər göstərərək, bu xətti israrla izləyir.
Muxalifet - 8-04-2019
ŞOK İDDİA: 30 sutka iş verilən "heykəl məhbusu"na həbsxanada işgəncə verilir
Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əfv fərmanından sonra azadlığa çıxan, siyasi məhbus kimi tanınan Bayram Məmmədova işgəncə verildiyi ilə bağlı xəbərlər yayılıb.
Bayram Məmmədovun hüquqlarını müdafiə edənlərdən biri, siyasi fəal Samir Əsədli BBC News Azərbaycancaya deyib ki, "onda olan məlumata görə Bayram Məmmədovun səhhəti pisdir".
Muxalifet4 - 8-04-2019
Səfərbərlik elan olundu: İki ölkənin ordusu Türkiyə ilə sərhədə yerləşdirildi
Bolqarıstan Türkiyə ilə sərhəd xəttində hərbi qüvvələrini yerləşdirib.
Muxalfet.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb bir qrup əfqanıstanlı və iranlı miqrantın Yunanıstana və Bolqarıstana getmək üçün Ədirnə şəhərinə toplanması olub.Muxalifet - 8-04-2019
Burnunda qüsur olanların diqqətinə - 5 dəqiqədə problemi həll etmək mümkündür
Amerikalı tədqiqatçılara görə, kiçik iynələrdən və elektrik cərəyanından istifadə edərək burun üzərində bir neçə dəqiqə çəkən sürətli "qeyri-cərrahi" əməliyyat aparmaq mümkündür.
Qulaq və ya burunun ucunda yerləşən və müəyyən dərəcədə elastikliyi olan qığırdaq strukturlarının forması EMR deyilən elektromexaniki üsulla dəyişdirilə bilər, alimlər bildirib.
ABŞ-ın Florida ştatında keçirilən elmi konfransda bildirilib ki, lokal keyləşdirmə vasitəsilə keçirilən bu cür əməliyyat xəstəni kəsik, tikiş və çapıqlardan qoruya bilər.
Muxalifet4 - 8-04-2019
Bakıda qəbiristanlıqda CİNAYƏT – Ata və oğlu tutuldu
Bakıda oğurluq etmiş ata və oğlu tutulub
Muxalifet.az xəbər verir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.
Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.Muxalifet - 8-04-2019
Rüfət Axundova daha bir CƏZA
Müğənni Rüfət Axundov Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib. Müğənninin işdən çıxarılmasına səbəb “Space” TV-nin “Hər səhər” verilişində ədəbsiz söz və ifadələr işlətməsi səbəb olub. Xatırladaq ki, aprelin 7-də Space TV-nin “Hər səhər” verilişində efirə ədəbsiz söz və ifadələr gedib. Buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələyib. Müğənni Rüfət Axundova isə efir qadağası tətbiq edilib./oxu.az
Muxalifet - 8-04-2019
“Deməli, həmin sərvətlərdə kimlərinsə gözü var…” – Lukaşenko
“Belarus balanslaşdırılmış xarici siyasət yeridərək dünyada məhəlli münaqişələrin yaranması və vüsət almasının qəti əleyhinədir”.
“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Muxalifet - 8-04-2019
16 yaşlı şəhidin yaxınları 11 min manat ala bilmir - ANASI NARAZIDIR - VİDEO
Şəhid anası Şöhrət Paşayeva 11 min manat bidəfəlik müavinət ala bilmir.
Muxalifet.az unikal.org-a istinadən bildirir ki, şəhid anası bunu onlara qarşı ayrı-seçkilik kimi dəyərləndirir:Muxalifet - 8-04-2019
“Ölkədə ikihakimiyyətlilik hökm sürür, prezidentin iradəsinə qarşı...” - MÜXALİF PARTİYADAN ŞOK BƏYANAT
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycan Xarici İşlər Naziri E.Məmmədyarovun Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişinin hazır olması ilə bağlı verdiyi bəyanatı təqdir edib və hakimiyyəti Avropaya inteqrasiya istiqamətində qəti addımlar atmağa çağırıb.
Muxalifet4 - 8-04-2019
XİN: “Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir”
"Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
Muxalifet - 8-04-2019
İstanbul seçkisində son durum: YSK rəqəmləri açıqladı
31 mart bələdiyyə seçkisinin keçirildiyi İstanbuldasəslərin sayılması ilə namizədlər arasındakı fərq yenə dəyişib.
Baş başa bir yarışa səhnə olan İstanbulda CHP-li Əkrəm İmamoğlu ilə AK Partiyanın namizədi Binəli Yıldırım arasındaki səs fərqləri hər keçən saat azalır.
AK Partiya şikayət müraciətindən sonra səslərin yenidən sayılması prosesindəki Yüksək Seçki Komissiyasınim təqdim etdiyi son rəqəmlər bunlardır:
Əkrəm İMAMOĞLU: 4.170.916
Binəli YILDIRIM: 4.155.612
FƏRQ: 15.304
Müxalifət.azMuxalifet3 - 8-04-2019
Ərdoğan: “Terrorçulara qarşı Rusiya ilə birgə savaşırıq”
Bu gün Moskvada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iki ölkə arasındakı siyasi, hərbi, strateji, iqtisadi, ticari və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq, 3 yeni saziş imzalanacaq.
Muxalifet - 8-04-2019
Prezident Elçin Bağırova orden verdi
Azərbaycan Prezidenti İlham Əliyev Elçin Bağırovu ordenlə təltif edib.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilsin.Muxalifet - 8-04-2019