Axtarış

The search found 105768 results in 0.093 seconds.

Search results

  1. Çaylarda daşqın olacaq - Nazirlik

    Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprel ayının əvvəlindən başlayır və iyun ayının ortalarınadək davam edir.
    Qeyd edək ki, qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir.

    Muxalifet3 - 8-04-2019

  2. ABŞ bu ölkə ilə "döyüş oyunu"na başladı

    Andaman dənizində Tailand və ABŞ Hərbi Dəniz Qüvvələri birgə hərbi təlimə başlayıb.
    Muxalifet.az xəbər verir ki, təlimlərə gəmilərlə yanaşı, hərbi təyyarələr də cəlb edilib.
    Təlimlərdə sualtı qayıqların hücumlarından müdafiə əməliyyatları həyata keçirilir.
     

    Muxalifet3 - 8-04-2019

  3. Belçikanın bu qərarı erməni yalanına aid deyil

    Belçika soyqırımı və hərbi cinayətlərin inkarını kriminallaşdırmağa hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, ölkə parlamenti Milad tətillərindən sonra bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik edəcək. Artıq soyqırımı aktını, insanlıq əleyhinə cinayətləri, beynəlxalq tribunal tərəfindən tanınmış hərbi cinayətləri inkar etmək, miqyasını kiçiltmək və ya onlara bəraət qazandırmaq cinayət sayılacaq. Beləliklə, qanun Ruanda, Bosniyanın Srebrenitsa şəhərində törədilmiş soyqırımı aktlarının inkarını Holokostu inkar etməyə bərabər tutacaq.

    Muxalifet3 - 8-04-2019

  4. İrəvanın buna əməl etməsi üçün hansı addımlar atılır? - Seyidov

    2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul edib. Sözügedən iş erməni təcavüzü zamanı Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 2005-ci il 6 aprel tarixli iddia müraciətinə əsaslanır. Bu iş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını da təsdiqləyir. Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına riayət etməsi üçün hansı addımları atır?

    Muxalifet3 - 8-04-2019

  5. Vahid Mustafayevə ağır itki üz verdi - Foto

    "ANS" Şirkətər Qrupunun prezidenti Vahid Mustafayevin atası Fuad Mustafayev vəfat edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə V. Mustafayevin yaxınları məlumat verib.
    Məlumata görə, Fuad Mustafayev bu gün saat 18:00 radələrində dünyasını dəyişib. Onun Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn olunacağı bildirilir.
     

    Muxalifet3 - 8-04-2019

  6. Bu hava yolu şirkəti qolf ləvazimatlarını pulsuz daşıyacaq - Səbəb

    Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviasiya şirkəti Əbu-Dabi şəhərini qolf idmanı həvəskarları üçün daha cəlbedici etmək üçün qolf ləvazimatlarını pulsuz daşımağa qərar verib.

    Muxalifet3 - 8-04-2019

  7. Misirdə ilk atom elektrik stansiyası: Rəsmən təsdiqləndi

    Misirdə ilk atom elektrik stansiyanın (AES) tikintisi üçün təklif olunan yer rəsmi qaydada bəyənilib.
    Muxalifet.az xəbər verir ki, ölkənin Əl-Dabaa rayonunda tikilməsi nəzərdə tutulan birinci AES üçün ayrılan yer artıq nüvə və radiasiya nəzarəti idarəsinin yoxlamasından keçib. Nəticədə stansiyanın inşasına dair lisenziyaların alınması üçün lazımi prosedurlara başlanılacaq.
    Məlumatda qeyd olunub ki, ərazinin Misirin və MAQATE-nin tələblərinə uyğun olduğu təsdiqlənib.

    Muxalifet3 - 8-04-2019

  8. ​Çavuşoğludan İtaliyaya telefon zəngi: Liviya müzakirəsi...

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İtaliya Xarici İşlər naziri Enzo Moavero ilə telefon danışığı aparıb.
    Muxalifet.az xəbər verir ki, XİN rəhbərlərinin telefon danışığında Liviyadakı son vəziyyət müzakirə edilib.
     

    Muxalifet3 - 8-04-2019

  9. ATƏT-dən Bakı üçün mühüm qərar: Detallar açıqlanmadı

    ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bir qədər öncə Tvitter hesabında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edib.
    Muxalifet.az xəbər verir ki, Azay Quliyev yazıb:
    “Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

    Muxalifet3 - 8-04-2019

  10. Türkiyə 1 gündə 2 dəfə SİLKƏLƏNDİ

    Türkiyənin Malatya şəhərinin Arquvan rayonunda 4 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, zəlzələ təxminən 1 saat öncə qeydə alınıb.
    Xatırladaq ki, ötən gün də Malatyanın sözügedən rayonunda 3.4 bal gücündə zəlzələ baş vermişdi.
     

    Muxalifet3 - 8-04-2019

  11. Bakıda özəl klinikada ölüm hadisəsi...

    Bakının Nəsimi rayonunda yerləşən "Baku Medikal Plaza" klinikasında ölüm hadisəsi baş verib.
    Muxalifet.Az report-a istinadən xəbər verir ki, klinikada ürəyindən əməliyyat olunan Bərdə rayon sakini, 70 yaşlı Cəlilova Günəş Həmid qızı əməliyyat masasında dünyasını dəyişib.
    Hadisə ilə bağlı ailə üzvləri hüquq-mühafizə orqanlarına məlumat verib.
    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
     

    Muxalifet3 - 8-04-2019

  12. Sudanda xaos: hərbçilərlə təhlükəsizlik qüvvələri toqquşdu

    Sudanın paytaxtı Xartumda hərbçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Sudan Tribun” məlumat yayıb.
    Belə ki, Baş Qərargah binasına gələn Milli Təhlükəsizlik Qüvvələrinin və kəşfiyyatın əməkdaşları etirazçıları oradan çıxarmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
    Bu zaman ordu qüvvələri təhlükəsizlik qüvvələrinə atəş açıb və bundan sonra toqquşma yaşanıb.
    Hadisə zamanı bir neçə hərbçi ciddi xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağırdır.
     

    Muxalifet3 - 8-04-2019

  13. ABŞ-dan S.Ərəbistana sanksiya

     ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Camal Qaşıqçı cinayətində rolları olduğu səbəbilə hadisədən 6 ay sonra 16 Səudiyyə vətəndaşının ABŞ-a girişinin qadağan olunduğunu bildirib.
     

    Muxalifet3 - 9-04-2019

  14. Ərdoğandan nazirlərə “Rusiya” təlimatı

     Türkiyə və Rusiya arasında müqavilələr imzalanıb. Anlaşmadan sonra Putinlə Ərdoğan birgə mətbuat konfransında açıqlama verib. Prezident Ərdoğan nazirlərə verdiyi “Rusiya” təlimatını açıqlayıb.
    Ərdoğan "Bütün nazirlərimizə verdiyim göstəriş Rusiyaya ticari münasibətlərdə mümkün olan hər cür rahatlığın göstərilməsi istiqamətindədir" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 9-04-2019

  15. Yüksək Seçki Komissiyasından “İstanbul” qərarı

     YSK İstanbulda 31 rayonda AK Partiyanın yenidən səslərin sayılması tələbini rədd edib. AK Partiyanın YSK-dakı nümayəndəsi Rəcəb Özəl YSK-nın İstanbulda 51 seçki məntəqəsindəki bülletenlərin yenidən sayılmasına qərar verdiyini açıqlayıb. Özəl Büyükçekmecə qərarının da təxirə salındığını bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 9-04-2019

  16. Ərdoğanın Rusiya səfəri S-400-F-35 dalanını aşa biləcəkmi? - ARAŞDIRMA

    ABŞ və Türkiyə arasında inkişaf edən, ancaq nəticələri etibarilə Rusiya, Suriya, NATO kimi çox mühüm tarazlıqlara də birbaşa təsir edəcək olan F/35-S-400 dalanı prezident Ərdoğanın Rusiya səfəri ilə yeni bir ölçü qazanacaq.
     
     Daha əvvəl bir neçə dəfə ən yüksək pərdədən “geri dönüş yoxdur” deyən Türkiyənin ABŞ-dan gələn təhdid dozasının artmasından sonra necə bir yol izləyəcəyi də maraq mövzusu olub.

    Muxalifet3 - 9-04-2019

  17. İrandan ABŞ-a misli ilə cavab: ABŞ ordusunu...

     İran Milli Təhlükəsizlik Ali Şurası İnqilab Mühafizəçiləri Ordusunun xarici terror təşkilatları siyahısına daxil edilməsinə qarşılıq ABŞ Mərkəz Qüvvələrini (CENTCOM) terror təşkilatları siyahısına aldığını bildirib.
     
    İran Milli Təhlükəsizlik Şurasından edilən yazılı açıqlamada, ABŞ hökuməti "terrorizmin dəstəkçisi" kimi səciyyələndirilib, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) və onunla əlaqəli güclərin terror təşkilatları siyahısına alındığı bildirilib.
    Açıqlamada bu ifadələrə yer verilib:

    Muxalifet3 - 9-04-2019

  18. ​Ermənistan ordusu külə çevriləcək və... - Düşmən üçün DƏHŞƏTLİ SSENARİ

    "Ermənistanın siyasi və hərbi rəhbərliyi son zamanlar o qədər ziddiyyətli, bir-birini təkzib edən bəyanatlar verir ki, adamın özünün bunlara vaxt sərf etməyə heyfi gəlir".
    Muxalifet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

    Muxalifet - 9-04-2019

  19. ​“Direktorların çoxu müəllimə bənzəmir” - Fazil Mustafa

    "14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl... Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil”. 

    Muxalifet - 9-04-2019

  20. Əfqanıstanda 3 ABŞ əsgəri öldürüldü

     ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) Əfganistanın paytaxtı Kabil yaxınlığındakı Bagram Hava Bazasına yaxın bir nöqtədə təşkil olunan bombalı hücumda 3 Amerika əsgərinin öldüyü, 3 əsgərin yaralandığı bildirilib.
     
    Hücumun NATO tərkibində xidmət edən ABŞ hərbi konvoyuna bomba yüklü maşınla həyata keçirildiyi bildirilib.

    Muxalifet3 - 9-04-2019

Pages