Axtarış

The search found 105768 results in 0.111 seconds.

Search results

  1. O “Barselona”dan ayrılır? – Klub prezidenti açıqladı

    Cari mövsümün sonunda “Barselona”dan ayrılacağı deyilən İvan Rakitiçlə bağlı açıqlama verilib.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeu, xorvatiyalı yarımmüdafiəçinin gələcəyinin bəlli olmadığını deyib:
    “Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridir, baş məşqçi Ernesto Valverde də ona güvənir. Amma futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.
    31 yaşlı futbolçunun “Yuventus”la razılıq əldə etdiyi deyilir.

    Muxalifet - 8-04-2019

  2. 19 manata görə 19 il həbsdə qalacaq – FİLM KİMİ CİNAYƏT

    19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun məhkəməsi yekunlaşıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmünə görə, Pərviz Məmmədov 19 il, Rahin Hüseynovla Şamil Bayramovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 8-04-2019

  3. Vəkil Fədayə Laçına şərti cəza istədi

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet - 8-04-2019

  4. Helikopterlərimiz şərti düşmənin hədəflərini MƏHV ETDİ - VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.
    Muxalifet.az xəbər verir ki, Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

    Muxalifet - 8-04-2019

  5. Trampdan təcili SEPAH açıqlaması

     Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-ın İran İnqilab Keşikçilərini terror təşkilatı kimi tanıdığını açıqlayıb.
    Qeyd edək ki, İran da əgər belə bir şey baş verərsə, ABŞ ordusunu terror təşkiltı kimi tanıyacağı ilə xəbərdarlıq etmişdi. Artıq top İran tərəfindədir.
    Müxalifət.az

    Muxalifet3 - 8-04-2019

  6. “Qiymətli əşyalarınız oğurlana bilər…” – DİN-dən müraciət

    Daxili İşlər Nazirliyi (DİN) avtomobil sahiblərinə müraciət edib.

    DİN-in Mətbuat xidmətindən daxil olan açıqlamada nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırılır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

    Muxalifet - 8-04-2019

  7. Bakıda şagirdi intihar edən məktəbin direktoru işdən kənarlaşdırılıb- RƏSMİ

    Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.
    Muxalifet.az xəbərverir ki, bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

    Muxalifet - 8-04-2019

  8. "Diqlas" ticarət mərkəzindən malların çıxarılmasına başlanıldı

    Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş "Diqlas" ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar.

    Muxalifet - 8-04-2019

  9. Azərbaycandan AŞPA-ya çağırış: Obyektiv hesabat hazırla

    Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv Sərəncamı nəticəsində yüzlərlə məhkum azadlığa buraxılıb. Dövlət başçısı ölkədə məhkəmə sistemində islahatların aparılması ilə bağlı Fərman imzalayıb. Azərbaycanda görülən belə müsbət işlər də hesabatlarda göstərilməlidir.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

    Muxalifet3 - 8-04-2019

  10. Gimnastın hər iki ayağının qırıldığı O AN - VİDEO

    ABŞ-ın "Auburn" Universitetinin gimnastı yarışda çıxış edən zaman hər iki ayağı qırılıb.
    Muxalifet.az xəbər verir ki, hadisə ötən həftə sonu baş verib. Universitetin tələbəsi Samanta Çerio Luizianada keçirilən "Baton Rouge Regionals" turnirində iştirakı zamanı bədbəxt hadisə baş verib və o, hər iki ayağından ciddi zədə alıb.

    Muxalifet3 - 8-04-2019

  11. Asiya İnkişaf Bankı manatla bağlı danışıqlara başlayır

    Aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu istiqamətdə atılacaq addımlarla bağlı müzakirələr bu ayın 15-də aparılacaq.
    “Azərbaycanın hökümət dairələrində manat istiqrazlarının buraxılışı ilə bağlı razılıq var”, - mənbə qeyd edib.

    Muxalifet3 - 8-04-2019

  12. Ərdoğan: Rusiya firmaları üçün hər cür yardımı edəcəyik

    Türkiyəyə investisiya yatırmaq istəyən Rusiya firmalarına hər cür köməkliyi edəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.
    "Rusya ölkəmizə 10 milyard dollardan artıq sərmayə yatırıb. Əsas hədəfimiz kənd təsərrüfatı, gömrük, ticarət, eləcə də hər sahədə üçüncü ölkələrin firmalarına yaradılan imkanların Türkiyə şirkətlərinə də yaradılmasıdır", - Ərdoğan söyləyib.
     

    Muxalifet3 - 8-04-2019

  13. ​TV-lərimiz niyə tamaşaçıya hörmət etmir? - Hamısı üz qarasıdır, düşüblər ortalığa

    Televiziya kanallarımızda yayımlanan verilişlər çox vaxt izləyicilərin qınağına səbəb olur, tez-tez lağ obyektinə çevrilirlər. Proqramlarda formatın düzgün seçilməməsi, efirə çıxan qonaqların mənasız və şit zarafatları, şou verilişlərdə baş alıb gedən bayağılıq birbaşa cəmiyyətin mənəviyyatına zərbə vurur.
    İzləyici şou verilişlərə əylənmək məqsədilə baxır. Lakin bəzi aparıcılarının ədəbsiz danışığı, qoyulan mövzuların primitivliyi tamaşaçını efirdən “küsdürür”, əsəbiləşdirir. 

    Muxalifet3 - 8-04-2019

  14. Maqnus Karlsen “Shamkir Chess 2019”un qalibi oldu - FOTO

    Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.
    Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.
    Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

    Muxalifet3 - 8-04-2019

  15. SON DƏQİQƏ: Lənkəranskinin "qardaşı" güllələndi

    Məşhur “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” kimi tanınan Xəmzət Qastəmirov sui-qəsdə məruz qalıb.
    Muxalifet.az xəbər verir ki, yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi etdiyi məlumata görə, hadisə Almaniyanın paytaxtı Berlində baş verib.
    Belə ki, günorta saatlarında silahlı 4 nəfər Qastamirova və cangüdənləri Abubakar Qstamirovla Bislan Qaytukaevə avtomatdan atəş açıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onların həyatı üçün təhlükə davam edir.

    Muxalifet3 - 8-04-2019

  16. Aleksandr Lukaşenko: "Dünyanın böyük aktorları “ayır buyur” siyasəti yeridir"

    "Belarus balanslaşdırılmış xarici siyasət yeridərək dünyada məhəlli münaqişələrin yaranması və vüsət almasının qəti əleyhinədir".
    Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Anadolu" agentliyinə müsahibəsində bildirib.

    Muxalifet3 - 8-04-2019

  17. Mey Parisə gedir: "Breksit"in son dövrü...

    Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək toplantısından əvvəl Almaniyada Kansler Angela Merkel ilə görüşəcək.
    Muxalifet.az xəbər verir ki, Baş nazir daha sonra Fransa Prezidenti Emmanuel Makron ilə görüşmək üçün Parisə yola düşəcək.
    Səfərin məqsədi Avropa İttifaqı liderlərinin görüşündən əvvəl "Breksit" diplomatiyasının son dövrünə nəzər salmaqdır.
     

    Muxalifet3 - 8-04-2019

  18. Netanyahudan SEPAH-ın terrorçu elan edilməsinə - Reaksiya

    İsrail Baş naziri Benyamin Netanyahu SEPAH-ın terror təşkilatı elan edilməsinə biganə qalmayıb.
    Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp İranın SEPAH təşkilatını terror təşkilatı kimi tanıdıqlarını bəyan edib.
     

    Muxalifet3 - 8-04-2019

  19. “Qaz və işığın limitinə yenidən baxılsın...” - Deputat

    Hələlik ilin 3 ayını geridə qoymağımıza baxmayaraq, bir çox abonentlər artıq qazla bağlı tətbiq edilən 1700 kubmetrlik limiti bitirib. Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən və narazı rəylərdən də aydın görmək mümkündür. Muxalifet.az-ın modern.az-a istinadən məlumatına görə, narazı vətəndaşlardan biri də jurnalist Xaqani Səfəroğludur. X.Səfəroğlu problem barədə yazır: “Mart ayında evdə qaz limitim bitib. Absurddur. 3 aya 170 manatlıq qaz necə yana bilər? Hələ qarşıda 2019-cu ilin oktyabr-noyabr-dekabr ayları var. Belə çıxır ki, o aylarda mən 350 manatlıq qaz yandırmalıyam.

    Muxalifet3 - 8-04-2019

  20. Paşayevadan Miyatoviçə: Nə vaxta qədər səssiz qalacaqsınız?

    Azərbaycanlı iki məcburi köçkün - Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Bu mülki şəxslər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüblər. Artıq neçə vaxtdır Azərbaycan hökuməti "hamı hamıya" prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını edib. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir.

    Muxalifet3 - 8-04-2019

Pages