Axtarış

The search found 105768 results in 0.072 seconds.

Search results

  1. ​Tanışını bıçaqlayan futbolçuya hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən S.Kurdyukovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
    Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, S.Kurdyukovaya azadlığın məhdudlaşdırılması ilə bağlı cəza verilib. Belə ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

    Muxalifet - 8-04-2019

  2. ​Xəlifə Həftərin ordusu Yarmuk hərbi düşərgəsini ƏLƏ KEÇİRDİ

    General Xəlifə Həftərin başçılıq elədiyi Liviya milli ordusu paytaxt Tripoli şəhərinin cənubunda yerləşən Yarmuk hərbi lageri üzərində nəzarəti ələ keçirib. Bu barədə “RİA Novosti” saytına Liviya Milli Ordusundakı mənbə məlumat verib./Hurriyyet

    Muxalifet - 8-04-2019

  3. ​ABŞ-da azərbaycanlı kişi arvadını öldürdü - FOTO

    ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentindən bildirilib ki, Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb. Polis onun 31 yaşlı əri Fuad Paşayevi şübhəli qismində saxlayıb. İlkin məlumata görə, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb.

    Muxalifet - 8-04-2019

  4. Poroşenkonun xanımı ilə bağlı ŞOK İDDİA

    Ukrayna Prezidenti Petro Poroşenkonun həyat yoldaşı Kiyev şəhərində doğulmayıb.
    Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin arxivinə istinadən “Strana.ua” portal məlumat yayıb.
    Rəsmi məlumatlara görə isə Marina Poroşenko 1962-ci ildə Ukraynanın paytaxtında anadan olub. Ancaq arxiv mənbələrində xanım Poroşenkonun doğum yeri kimi Qazaxıstanın Semipalatinsk şəhəri göstərilir./Teleqraf

    Muxalifet - 8-04-2019

  5. ​ŞOK: "Çılpaq videosu yayılan 3 qız efirdə veriliş aparacaq"

    Xəbər verdiyimiz kimi, müğənni Rüfət Axundov Space televiziyasında yayımlanan verilişlərin birində efirə uyğun olmayan xoşagəlməz ifadələr səsləndirib. big.az-a sözügedən mövzu ilə bağlı açıqlama verən tanınmış rejissor Kənan MM bildirib ki, efirdə bizə nə edirlərsə ecəb edirlər: "Bu məsələdə günahkar tamaşaçılardır. Hələ bu nədir ki, görün nələr baş verəcək. Bu gün sabah çılpaq videosu yayılan o 3 qız da efirdə veriliş aparacaq. Bizə belə şeylər lazımdır. "Manıs"lar arasında sadəcə bunu tutuzdurmaq lazımdır.

    Muxalifet - 8-04-2019

  6. Bakıda qadınları qorxu içində saxlayan şəxs tutuldu

    Bakıda oğurluqla məşğul olan şəxs tutulub.
    Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 3-dən aprelin 5-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, bankomat kartı və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Kələfiyev saxlanılıb.

    Muxalifet - 8-04-2019

  7. Şagirdi intihar edən məktəb direktorunun SƏS YAZISI: "Pozğun ailənin övladıdır"

    Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.

    Direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

    Həmin səs yazısını oxuculara təqdim edirik./movqe.az/

    Muxalifet - 8-04-2019

  8. Bakıda xadimə işlədiyi evi SOYDU

    Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
    Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

    Muxalifet - 8-04-2019

  9. ABŞ-dan Türkiyəyə S-400-lərlə bağlı SƏRT XƏBƏRDARLIQ - Bu dəfə ÇOX PİS OLACAQ

    ABŞ mediası Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasının ağır nəticələrinin olacağı ilə bağlı növbəti iddia dərc edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “Amerikanın səsi” nəşrinin türkçə versiyasında Türkiyəyə qarşı növbəti təhdid kampaniyası başladılıb. Saytda “S-400 böhranı: Türkiyə iqtisadiyyatı böyük bir sarsıntı keçirəcək” başlıqlı məqalə dərc edilib. Daha sonra saytın sosial media hesabında həmin xəbər paylaşılıb və qeyd hissəsində Türkiyənin yenidən sərt sanksiyalara məruz qalması ilə bağlı ifadələr işlədilib.

    Muxalifet - 8-04-2019

  10. Stalini Kremldəki kabinetində söyən və sağ qalan yeganə adam - general Apanasenko

    SSRİ-yə 30 il müddətində rəhbərlik etdiyi dövrdə İosif Stalinin qarşısında heç kim səsinin tonunu qaldırmağa cürət etməyib. Hətta bir çoxları hər hansısa bir məsələnin müzakirəsində münasibət bildirməyə, fikir mübadəlisi aparmağa belə çəkiniblər. Daha dəqiq desək, Stalinin qərar və göstərişləri əksər hallarda birmənalı və müzakirəsiz qəbul edilib.

    Muxalifet - 8-04-2019

  11. ​Hökumətdən soğanla bağlı - YENİ QƏRAR

    Azərbaycan ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib. 
    Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə məlumat yayıb.
    Məlumata görə, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib.

    Muxalifet - 8-04-2019

  12. BƏƏ, Misir və Səudiyyə Ərəbistanının hiyləgər Türkiyə planı! - TƏHLİL

     ABŞ-ın Körfəzdəki kuklaları BƏƏ, Misir və Səudiyyə Ərəbistanının növbəti təxribatı olaraq hədəfi Liviya oldu. Əlcəzair və Sudanı da dizayn edərək neo-diktatorluq rejimi üçün zəmin hazırlama arzusunda olan üçlü şər cəbhəsinin məqsədi isə Türkiyənin Afrikada güclənən nüfuz dairəsini qırmaqdır.
     

    Muxalifet3 - 8-04-2019

  13. Ərdoğandan seçki haqda çox önəmli açıqlama: Mütəşəkkil cinayətkarlıq təsbit edilib

     Rusiya səfəri öncəsi hava limanında açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səslərin yenidən sayılması tələbinə dair, “Mütəşəkkil cinayətkarlığın edildiyini təsbit etmişik” deyib.
     
    SUAL: AK Partiya sədrinin müavini Yavuz İstanbulda bütün səslərin sayılması üçün YSK-y müraciət edəcəklərini söyləmişdi. Bununla bağlı dəyərləndirmə ala bilərikmi?
     

    Muxalifet3 - 8-04-2019

  14. “Müəyyən pozuntular olurdu… rəhbərliyin tapşırığı idi” - CAHANGİR HACIYEVİN MƏHKƏMƏSİ DAVAM EDİR

    Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

    Muxalifet - 8-04-2019

  15. “Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır” – Müdafiə Nazirliyi

    “Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır”.
     
    Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib: “Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir".

    Muxalifet3 - 8-04-2019

  16. “Space” efirdə baş verən xoşagəlməz hadisəyə dair açıqlama yayıb

    "Space" telekanalı canlı efirdə baş verən biabırçılıq (müğənni Rüfət Axundovun mahnı oxuyarkən biədəb kəlmələrdən istifadə etməsi) barədə açıqlama yayıb.
     
    Teleşirkətdən verilən açıqlamada bildirilir:

    Muxalifet3 - 8-04-2019

  17. Ermənilər hökumətə qarşı etiraza qalxdı: “Paşinyanı tələb edirik!”

    Ermənistanda  “Spayka” kompaniyasının direktoru David Kazaryan həbs edilib. Onunla bağlı iki aylıq həbs qətimkan tədbirinin seçilməsi şirkətin işçilərinin etirazına səbəb olub.
     

    Muxalifet3 - 8-04-2019

  18. Müdafiə naziri erməniləri təşvişə saldı: Erməni generaldan şok etiraf

    Ermənistanın Müdafiə nazir David Tonoyanın yeni əraziləri ələ keçirməklə bağlı bəyanatı doğru deyil.
     
    Bunu “Tert.am”a açıqlamasında ehtiyatda olan erməni general Arkadi Ter-Tadevosyan deyib.

    Muxalifet3 - 8-04-2019

  19. Hacıbala Abutalıbovdan yüz milyonluq ittihama MÜNASİBƏT: "Sərəncamlara özüm cavabdehəm”

    Xəbər verdiyimiz kimi, “Unikal” qəzetinin şənbə günü sayında “Hacıbala Abutalıbovdan yüz milyon istəyirlər” başlıqlı yazı ajiotaj yaradıb.  
    Muxalifet.az xəbər verir ki,  Hacıbala Abutalıbov məsələ ilə bağlı Unikal.org-a zəng edərək , barəsində yayılan informasiyaya mövqeyini bildirib:

    Muxalifet - 8-04-2019

  20. Polşada azərbaycanlı tələbələrə silahlı hücum – ARALARINDA ERMƏNİ DƏ VAR

    Ötən gecə Polşanın paytaxtı Varşavada azərbaycanlı tələbələr hücuma məruz qalıb. 
    Şəhərdəki ali məktəblərin birində təhsil alan Rəvayət və Tural adlı tələbələr gecə klubundan çıxarkən rusca danışan bir qrup gəncin təhqirləri ilə üzləşiblər. 
    Tələbələr bu təhqirlərə cavab verdikdən sonra əlbəyaxa dava düşüb. Nəticədə rusdilli gənclər həmyerlilərimizə qarşı qaz tapançasından istifadə ediblər. 
    Hadisə nəticəsində azərbaycanlı tələbələr xəsarət alıb. Məlumata görə, tələbələrə hücum çəkən rusdillilərin içərisində Artur adlı erməni gənc də olub./BakuPost 

    Muxalifet - 8-04-2019

Pages