Axtarış

The search found 105768 results in 0.085 seconds.

Search results

  1. Dövlət Komitəsinin keçmiş sədri ərəb iş adamına 1,6 milyon dollar “atıb” - “İRŞAD” OTELİ MÜƏMMASI

    Bakıda “İrşad” otelini tanımayan yoxdur. Şəhərin mərkəzindəki bu xudmani mehmanxana xüsusilə ərəb ölkələrindən gəlmiş turistlərin sevimli məkanıdır. Ola bilsin ki, burada həmin otelin sahibinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin olması da öz sözünü deyir. Əvvəllər söz-söhbət gəzirdi ki, otel bu sahənin ölkədə inkişafı üçün nəzərdə tutulmuş pullara tikilib. Lakin bu əhvalatın təfərrüatları ictimaiyyətə məlum deyildi. Onlar barədə virtualaz.org-a Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu danışıb.

    Muxalifet - 8-04-2019

  2. Şişirdilmiş faiz borcları - Problemli kreditlərlə bağlı 3 təklif

    Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdən sonra bir sıra məsələlərin yenidən nəzərə alınması vacibdir.
    Muxalifet.az xəbər verir ki, bu barədə BakuPost-a iqtisadçı Vüqar Bayramov bildirib.
    V.Bayramov həlli vacib məsələləri aşağıdakı kimi ümumiləşdirib:
    1. Kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizminin təkmilləşdirilməlidir. 

    Muxalifet - 8-04-2019

  3. ​Məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə yeni marşrut xətti açıldı

    Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə yeni marşrut xətti açılıb.
    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

    Muxalifet - 8-04-2019

  4. Türkiyə əlini masaya vurdu: ABŞ-a geri addım atdırdı

    Türkiyə sərhədlərində terror təşkilatlarının varlığına heç bir şəkildə icazə verməyəcəyini qərarlı bir şəkildə ifadə etdikdən sonra ABŞ təhlükəsiz bölgə ilə bağlı planında YPG terror təşkilatına yer verməyib.
     
    Türkiyə qətiyyətli duruş nümayiş etdirərək Fəratın şərqinə hərbi əməliyyat keçirəcəyi və terror mövqelərinin tamamilə təmizlənəcəyi mesajını verdi.
    Məhz sərhədləri boyunca terrorun yaşamasına icazə verməyəcəyi açıqlamasından sonra Birləşmiş Ştatlar planda müəyyən dəyişiklik etmək məcburiyyətində qaldı.

    Muxalifet3 - 8-04-2019

  5. ​Erməni nazir Azərbaycana SƏSLƏNDİ: “Biz müharibə istəmirik"

    Azərbaycan dövlətinin son dövrlərdəki hərbi ritorikası Ermənistanda əməlli-başlı qorxuya səbəb olub.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl müharibə bəyanatları ilə çıxış edən Tonoyan artıq sülhdən danışır. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbət zamanı Azərbaycan hökumətinin hərbi bəyanatlarına münasibət bildirib:
    “Biz müharibə istəmirik. Azərbaycanın hərbi-siyasi elitası isə öz ordusunu sülhə hazırlasın”.

    Muxalifet - 8-04-2019

  6. “Diqlas”dakı yanmamış anbarların açılmasına başlanıldı

    "Diqlas” Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb”.
    Bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
    Ş.Mustafayev deyib ki, prosesin dünəndən etibarən başlanıldığını diqqətə çatdırıb: "Təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı. Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər. Yararlı olan malları götürüb yeni mağazalara aparırlar”.

    Muxalifet - 8-04-2019

  7. Azərbaycanlı müğənninin qardaşı FACİƏVİ ŞƏKİLDƏ ÖLÜB - FOTO

    Həbsxanada yuxuda ən çox ölən qardaşımı görürdüm.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Rəhman Rəhmanovun müğənni övladı Emil Rəhmanov Tarix Əliyevin (Tolik) rəsmi Youtube kanalında aparcılığını etdiyi "Tarix ilə səmimi" verilişində deyib.
    Emil ilk dəfə gənc qardaşının faciəli ölümündən danışıb:

    Muxalifet - 8-04-2019

  8. Buraxılış imahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

    Aprelin 14-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
    Məlumatda bildirilir ki, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər

    Muxalifet - 8-04-2019

  9. Tramp qalmaqal Golan Təpələri qərarını necə verdiyini anlatdı: ABSURD

    ABŞ prezidenti Donald TrAmp Golan Təpələri ilə bağlı verdiyi qalmaqal qərarın arxasında dayanan hadısəni anladıb.
     
    Suriyaya məxsus Golan Təpələrini İsrailin ərazisi kimi tanıyan ABŞ prezidenti Donald Tramp, bu hadisənin necə ərsə gəldiyini iştirak etdiyi proqramda açıqlayıb.

    Muxalifet3 - 8-04-2019

  10. Ankara bu gün CHP-yə keçir, İstanbul uğrunda “döyüş” sona yaxınlaşır - İMAMOĞLU 16 MİNƏ YAXIN SƏSLƏ ÖNDƏDİR...

    Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri hələ də rəsmən təsdiqlənməyib.

    Virtualaz.org xəbər verir ki, İstanbulda etibarsız hesab edilmiş səslərin AKP-nin tələbi ilə yenidən sayılması yekunlaşmaq üzrədir. Son məlumatlara görə 330 minə yaxın etibarsız səslərin 90 faizdən çoxunun yenidən sayılması başa çatıb. Və CHP-nin namizədi Əkrəm İmamoğlu 15823 səs fərqi ilə öndədir.

     

    Muxalifet - 8-04-2019

  11. ​İranda soğan ucuzlaşdı, pomidor BAHALAŞDI

    İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.
    S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.
    Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.

    Muxalifet - 8-04-2019

  12. ​Biabırçı videosu yayılan müğənni Rüfət Axundova ZƏRBƏ

    Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.
    Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. 
    REKLAM
    MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.
    Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. 

    Muxalifet - 8-04-2019

  13. Şamaxıda sel körpünü dağıdıb? - RƏSMİ AÇIQLAMA

    Bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığını, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Son günlər ərzində sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Muxalifet - 8-04-2019

  14. Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi - SƏBƏB

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.
    Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Bildirilir ki, səfər çərçivəsində türkiyəli liderin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.
    Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

    Muxalifet - 8-04-2019

  15. Bu gün AŞPA-nın yaz sessiyası başlayır

    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayır.

    ONA-nın Qərbi Avropa bürosunun verdiyi xəbərə görə, sessiya çərçivəsində çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqla mübarizədə yeni çağırışlar, demokratiya, qanunun aliliyi və fundamental hüquqlar üzrə yeni mexanizmlərin yaradılması, sosial medianın insan haqlarına təsiri, Moldovada fevralın 24-də keçirilmiş parlament seçkilərinin nəticələri, Avropa Şurasında büdcə böhranı və digər mövzular müzakirə olunacaq.

    Muxalifet - 8-04-2019

  16. Poroşenkodan Zelenskinin çağırışına cavab olaraq ŞOK ADDIM: Narkotik vasitə və...

    Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko spirtli içki və narkotik vasitədən asılılılıqla bağlı tibbi yoxlanışdan keçib.
    Prezident seçkilərin birinci mərhələsində açıq fərqlə üstünlük qazanan rəqibi Vladimir Zelenskinin çağırışına cavab olaraq bu addımı atıb.
    Belə ki, Zelenski çıxışlarının birində “Ukraynaya spirtli içki və narkotik vasitə asılılığı olan bir prezident lazım deyil. Səni analiz verməyə dəvət edirəm” sözlərini işlətmişdi. Poroşenko da rəqibinin bu çağırışına cavab olaraq həmin analizdən keçməyi qərar alıb.

    Muxalifet - 8-04-2019

  17. Yəhudilər Trampa etiraz etdi: “Sən müasir Fironsan”

    ABŞ prezidenti Tramp Yəhudi Koalisiyasının (RJC) Las Vegasda keçirilən Konqresində çıxış edən zaman İsraili dəstəklədiyi üçün bir qrup Yəhudi gənclər tərəfindən etiraz edilib.
     

    Muxalifet3 - 8-04-2019

  18. Tanınmış hüquq müdafiəçisindən Deputata qarşı ŞOK İTTİHAM - "Yoldaşımı öldürdü..."

    "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həyat yoldaşının ölümünə görə Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovu günahlandırır.
    Mirvari Qəhrəmanlı açıqlamasında bildirib ki, o, xaricdə səfərdə olan zaman həyat yoldaşı Mürşüd Hacıyev Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat edilib:

    Muxalifet - 8-04-2019

  19. ​Azərbaycanda 51 yaşlı kişi özünü niyə yandırdı - SƏBƏB MƏLUM OLDU

    Dünən Mingəçevirdə 51 yaşlı kişinin özünü yandırmasının səbəbi məlum olub.
    Şəhər sakini 51 yaşlı Zakir Süleymanov məişət zəminində baş vermiş mübahisədən sonra intihara cəhd edib.
    İlkin araşdırmalar zamanı Z.Süleymanovun əsəb xəstəliyindən əziyyət çəkdiyi və qeydiyyatda olduğu məlum olub.
    Qeyd edək ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir./Publika.az 

    Muxalifet - 8-04-2019

  20. Azərbaycanlı rəqqasədən ehtiraslı rəqs: Yerə yıxılıb... - VİDEO

    Azərbaycanlı  rəqqasə  Aygünün sosial şəbəkələrdə maraqlı videosu yayılıb.
    Bakıda baş  tutan  mərasimlərin birində qeydə alınan görüntüdə rəqqasənin yerə uzanaraq ehtiraslı rəqs etməsi əks olunub. Həmin videonu təqdim edirik:/Oxu24
     

    Muxalifet - 8-04-2019

Pages