Axtarış

The search found 105768 results in 0.023 seconds.

Search results

  1. Haftarın ordusu Tripoli aeroportunu ələ keçirdi

    Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanına nəzarəti tam ələ keçirib.
    Bu barədə bəyanat Liviya Milli Ordusunun “Facebook” səhifəsində yer alıb.
    Bildirilir ki, aeroport ərazisindən Tripolinin mühüm obyektlərinin ələ keçirilməsi üçün istifadə olunacaq. Aeroport 5 ildir fəaliyyət göstərmir.
    Al Arabiya telekanalı isə Liviya Milli Ordusunun Tripolinin Halya-əl-Furcan rayonuna daxil olduğu barədə məlumat yayıb.
     

    Muxalifet3 - 6-04-2019

  2. İranda gəmiqayırma zavodunda partlayış: ölənlər var

    İranın Bəndər-Abbas limanı yaxınlığında gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü bildirilir.
    Muxalifet.az xəbər verir ki, Bəndər-Abbas limanından 37 kilometr aralıda yerləşən gəmiqayırma zavodunda bilinməyən səbəblərdən partlayış baş verib. İnsident zamanı burada işləyən İranın müdafiə sənayesi əməkdaşlarından ən azı 3 nəfəri həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya da partlayıb.

    Muxalifet3 - 6-04-2019

  3. Türkiyədə bu bölgədə təkrar sayım bitdi: Nə AKP, nə də CHP...

    Qırıqqala bələdiyyə seçkilərinin nəticələrinin yenidən hesablanması prosesi başa çatıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Qırıqqalada bələddiyə sədri seçilən Məhməd Siyam Kəsimoğlu Tvitterdə paylaşıb.
    Seçkilərdə müstəqil namizəd olaraq iştirak edən Kəsimoğlu bildirib ki, 170 sandıqda olan səslərin təkrar sayımından sonra 112 səs fərqi ilə yenə də qalib özü olub.
     

    Muxalifet3 - 6-04-2019

  4. Rüstəm Orucov Antalyada medal qazandı - YENİLƏNİB

    Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya bölgəsində keçirilən Qran-Pridə finala yüksəlib. Muxalifet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Orucov ardıcıl olaraq, cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi üstələyib. Həlledici qarşılaşmada onun rəqibi cənubi koreyalı Çanqrim An olacaq. An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

    Muxalifet3 - 6-04-2019

  5. Milli Məclis səhvən qanun qəbul etdi - SİYASİ QALMAQAL YARANDI

    Milli Məclis dövlət atributlarından istifadə ilə bağlı qanunda dəyişiklik edərkən səhvə yol verib. 

    Muxalifet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə Slovakiyada baş verib. Qanunda edilən dəyişikliyə görə, Slovakiyada başqa ölkələrə məxsus Dövlət Himnlərinin səslənməsi qadağan olunub. Himn yalnız həmin ölkələrim rəsmi təmsilçilərinin iştirak etdiyi mərasimlərdə istifadə oluna bilər. Qanunun qəbulundan sonra deputatların sözügedən düzəlişlə maraqlanmadığı və sənədə inanaraq oxumadan lehinə səs verdikləri məlum olub. 
     

    Muxalifet3 - 6-04-2019

  6. ​Bizə bombalar yağanda "Patriot"ları söküb apardılar - Çelik

    Türkiyə S-400-ü almaq barədə qərarından dönməyəcək. Muxalifet.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib. O, Türkiyənin daha əvvəl "Patriot" almaq istədiyini, lakin bu sistemlərin uyğun şərtlərlə ölkəsinə verilmədiyini bildirib: “Bizim müstəqil dövlət olaraq Suriyadan qaynaqlanan terror hücumları ilə əlaqədar sərhədlərimizi qorumağa ehtiyacımız var. Üstəlik bizim qoruduğumuz bu sərhədlər Avropa Birliyi və NATO sərhədləridir. NATO sərhədlərini qoruduğumuz zaman lazımi yardımı görmədik, bəzi ölkələr göndərdikləri "Patriot"ları söküb geri apardılar.

    Muxalifet3 - 6-04-2019

  7. ​İsraillə İŞİD arasındakı yeganə fərq budur - Professor

    İsraillə İŞİD arasındakı yeganə fərq sionist köşə yazarlarının yəhudi dövlətinin törətdiyi teraktları müdafiə etməsidir.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın Kolumbiya Universitetinin professoru Həmid Dabaşi Feysbuk səhifəsində yazıb. O, oxşarlığa nümunə kimi Qolan təpələrini göstərib:

    Muxalifet3 - 6-04-2019

  8. Cəlilabadda kütləvi dava: xəsarət alan var

    Cəlilabad rayonunda kütləvi dava baş verib.
    Report-un məlumatına görə, hadisə Gülməmmədli kəndində qeydə alınıb.
    Həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Əzizov İsaq Əli oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı üz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. İ.Əzizova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 6-04-2019

  9. ​ABŞ-da əzilən, suda batan maşınlar Bakıda necə satılır?

    Amerika və ya Avropa ölkələrində qəzaya uğramış avtomobilləri ölkəmizə gətirib satışını həyata keçirirlər. Hazırda Bakıda bu işlə məşğul olan çoxlu sayda şirkət var. Belə avtomobillərin qiyməti nisbətən ucuz olduğundan onlara tələbat da böyükdür.
    Muxalifet.az-in məlumatına görə, qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda bu işlə məşğul olan şirkətlərin sayı artmaqdadır. Buna səbəb sözügedən avtomobillər ölkə bazarındakı maşınlardan ucuz başa gəldiyindən onlara tələbatın çox olmasıdır.

    Muxalifet3 - 6-04-2019

  10. Ferqyuson Həbibi qorxaq adlandırdı

    MMA döyüşçüsü Toni Ferqyuson Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında mümkün döyüş barədə fikirlərini açıqlayıb.
    Amerikalı idmançı twetter hesabında yerləşdirdiyi şərhdə Konorla Həbibi idmana sadiq olmamalarında ittiham edib. 
    “Konor, sən təslim oldun və qancıq kimi qaçdın. İndi isə mənə məxsus döyüşü əlimdən almağa çalışırsan. Həbib sən isə axmaqsan, hazırlaş. Bəsdir məndən gizləndin qorxaq. Sizin idmana sadiqliyiniz yoxdur. Yalnız mən burada çempionam, əsl çempionam”, - deyə o vurğulayıb.

    Muxalifet3 - 6-04-2019

  11. Əhali sayının 10 milyon olması tarixi hadisədir - Nazir müavini

    Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması tarixi hadisədir. Bu münasibətlə nazirliyin kollektivi adından ilk öncə cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirik. Mən ixtisasca coğrafiyaşünasam, bu barədə eşidən kimi dərhal statistik araşdırma apardım. Dünyada 250-yə yaxın ölkə var. Azərbaycan 10 milyonuncu sakini ilə bu siyahıda 88-ci yerdə qərarlaşıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri report -a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

    Muxalifet3 - 6-04-2019

  12. ​Moskvada hava limanında bomba həyəcanı

    Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedova hava limanında bomba həyəcanı yaşanıb.
    Muxalifet.az xəbər verir ki, Moskva-Tokio reysi üzrə uçuşa hazırlanan təyyarədə bomba olması ilə bağlı naməlum şəxs tərəfindən informasiya daxil olub. Lakin göyərtəsində sərnişinlər olan təyyarədə aparılan araşdırmalar zamanı isə heç bir bomba tapılmayıb.
     

    Muxalifet3 - 6-04-2019

  13. ​8 il evindəki hücrədə gizlənən məhbus yaxalandı

    Türkiyədə Van zəlzələsi zamanı həbsdən qaçmağa nail olan şəxs 8 ildən sonra yaxalanıb.
    Muxalifet.az xəbər verir ki, məhkum gizlənmək üçün evində hazırlatdığı gizli bölmədə ələ keçib.
    Onun 2011-ci ildə narkotik maddələrin emalı və ticarətində ittiham edilərək həbs edildiyi bildirilib.
    Qeyd edək ki, 2011-ci ilin oktyabrın 23-də Türkiyənin Van şəhərində 6.7 bal gücündə baş verən zəlzələ böyük həcmdə dağıntı və insan tələfatı ilə nəticələnib.
     

    Muxalifet3 - 6-04-2019

  14. 10 milyonuncu sakinimizə görə Bakıda atəşfəşanlıq olacaq

    Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə sabah paytaxtda bir sıra tədbirlər keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, aprelin 7-də Bakının bütün rayonlarında agacəkmə aksiyası və saat 17:00-da Bakı bulvarında konsert proqramı keçiriləcək.
    Tədbirlər axşam saat 21:00-da böyük atəşfəşanlıqla davam edəcək.
     

    Muxalifet3 - 6-04-2019

  15. "Qalatasaray" rəqibini darmadağın etdi

    Aprelin 6-da futbol üzrə Türkiyə Superliqasının XXVII turu çərçivəsində keçirilən oyunda “Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib.

    Muxalifet3 - 6-04-2019

  16. Təbrizli qadın dünya rekordunu yenilədi - 12 TONLUQ MAŞINI DARTDI / Video

    İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük avtomobilini 30 metr çəkərək dünyanın ən güclü qadın rekordunu yeniləyib.

    Trend-in məlumatına görə, Giti Ginnes rekordları üzrə iranlıların müşaviri və Təbrizin məsul şəxsləri qarşısında yük maşınını çəkərək avstraliyalı qadının rekordunu yeniləyib.

    Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını çəkərək dünyanın ən güclü qadını kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

    Muxalifet4 - 7-04-2019

  17. Daşqın İranı viran qoyub - Çox sayda kənd təxliyə edilir

    İran dövlət televiziyasının şənbə günü verdiyi məlumata görə, rəsmilər ölkənin cənub-şərqində yerləşən Xuzestan vilayətində su altında qalan daha altı kəndin təxliyəsinə göstəriş verib.

    Vilayətin qubernatoru Qolamrza Şariati dövlət televiziyasına bildirib ki, xilasedici komandalar sakinləri yaxınlıqdakı sığınacaqlara aparır. Bu sığınacaqlar arasında üç ordu barakı var.

    Muxalifet4 - 7-04-2019

  18. Azərbaycan məhkumların sayına görə Avropada üçüncüdür - SİYAHI

    Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında məhkumların sayına görə üçüncü yerdədir.

    Avropa Şurasının "2018-ci ildə Avropada həbsxanalar və məhkumlar" adlı hesabatında bu barədə məlumat dərc olunub.

    Məlumata görə, Azərbaycanda hər on min nəfərə 235 məhbus düşür.

    Bu göstərici ilə Azərbaycan Rusiya Federasiyası və Gürcüstandan geri qalır.

    Avropa dövlətlərindən Litva az fərqlə Azərbaycana yaxın nəticə göstərib. Avropa ölkələrinin hər 100 min nəfərə orta göstəricisi 123-dür.

    Muxalifet4 - 7-04-2019

  19. İntihar edən şagirdin rəfiqəsindən DƏHŞƏTLİ AÇIQLAMA: “Mən də özümü öldürəcəyəm...” – FOTO

    Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva bu gün vəfat edib.
    Yenicag.az xəbər verir ki, Elinanın Züleyxa adlı rəfiqəsi “Facebook”da paylaşım edərək rəfiqəsinin ölümündə məktəbi günahlandırıb: “Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. O, mənim üçün dostdan da artıq idi. Onun anası ilə də çox yaxşı münasibətimiz olub. Onun anasını intiharda günahlandıran ağılsızlar ölsün”.

    Muxalifet4 - 7-04-2019

  20. Bu gün 27 mindən çox şagird imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

    Muxalifet4 - 7-04-2019

Pages