Axtarış

The search found 105768 results in 0.027 seconds.

Search results

  1. Trampın namizədi Dünya Bankının sədri oldu

    ABŞ Maliyyə nazirinin beynəlxalq əlaqələr üzrə müavini Devid Malpass Dünya Bankının sədri seçilib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.

    5 illik müddətə seçilən Malpass 9 apreldən etibarən vəzifəsinin icrasına başlayacaq.

    Qeyd edək ki, onun namizədliyini ABŞ Prezidenti Donald Tramp irəli sürmüşdü.

    Muxalifet4 - 6-04-2019

  2. Türkiyəyə veriləcək F-35-lər İsraili vahiməyə saldı

     Türkiyənin Şərqi Aralıq dənizi və Yaxın Şərqdə ali hərbi qabiliyyət və konkret güc verəcək S-400 və F-35-lərə malik olması İsraili təlaşlandırıb. “Jerusalem Post” qəzeti Türkiyənin ABŞ-da F-35 təyyarələrini almasının İsrailin bölgədəki təsirinə zərbə vuracağına diqqət çəkib. Xəbər, "Türkiyənin F-35 itkisi ilə İsrail hava üstünlüyünü qoruyacaq” başlığı ilə verilib.
     

    Muxalifet3 - 6-04-2019

  3. “Pəncə” əməliyyatının hədəfi: PKK terrorçubaşıları məhv ediləcək

    Türkiyədə MİT və TSQ koordinasiyasında həyata keçirilən “Pəncə” Hava Hərəkatı PKK-ya ağır zərbə endirir. PKK-nın öndə gələn adamlarından olan Rza Altun və qrupunun vurulması təşkilatın Avropa ilə əlaqəsi kəsilərkən, dağ heyətini də qorxu bürüdü. Hədəfdə Karayılan, Bayık və Duran Qalxan kimi terrorçubaşıları olan hərəkat, bütün rəhbər heyət təmizlənını qədər davam edəcək.
     

    Muxalifet3 - 6-04-2019

  4. AK Partiya İstanbuldakı səslərin sayılmasında son rəqəmi açıqlayıb

     AK Partiyanın sədri müavini Əli İhsan Yavuz mətbuat konfransı keçirib. Yavuz İstanbulda bu gün etibarilə AK Partiya adına yazılan səs sayının 13 969-a çatdığını, AK Partiya ilə CHP arasında fərqin 18 minin altına düşdüyünü açıqlayıb.
     
    Əli İhsan Yavuzun açıqlamalarından sətir başları:
     
    4 RAYONDA SƏSLƏRİN HAMISI SAYILIR
     
     Hazırda İstanbulun 4 rayonunda Rayon Seçki Komissiyasının qərarları nəticəsində səslərin hamısı sayılır. Bunlar Çatalca, Silivri, Maltəpə və Çekmeköy.

    Muxalifet3 - 6-04-2019

  5. Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI

    Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxıb.
    Siyasi şərhçi, professor Fikrət Sadıqov da Publika.az-a açıqlamasında bildirir ki, Paşinyana qarşı bu davranış olduqca yerində və haqlıdır.

    Muxalifet - 6-04-2019

  6. Özünü yandıran kişi xəstəxanada öldü

    Aprelin 2-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə özünü yandıran şəxs xəstəxanada dünyasını dəyişib. 
    Aprelin 2-də içki aludəçisi olan Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb.
    Bədəninin 70 faizi yanan K. Dadaşov əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
    Onun vəziyyəti ağır olduğundan Bakı şəhər 5 nömrəli xəstəxanaya göndərilib. Həkimlərin səylərinə baxmayaraq o 4 gündən sonra dünyasını dəyişib.
    Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib./ONA

    Muxalifet - 6-04-2019

  7. ABŞ-dan “Venesuela” açıqlaması

     ABŞ vitse-prezidenti Mayk Pens gələn həftənin çərşənbə günü BMT Təhlükəsizlik Şurasında Venesueladakı humanitar vəziyyətə dair sessiyaya qatılacağını açıqlayıb
     
    ABŞ-ın BMT TŞ-da dünyaya Maduronun uğursuz rejimini rədd etmək, Venesuela xalqının yanında olmaq və humanitar böhrana son qoymaq üçün yardım çağırışı edəcəyini ifadə edən Pens, Maduro hökumətinə qarşı bütün variantların isə masada olduğunu bildirib.
    Qeyd edək ki, BMT TŞ gələn həftə çərşənbə ABŞ-ın tələbi ilə Venesueladakı insanı vəziyyəti müzakirə etmək üçün toplanacaq.

    Muxalifet3 - 6-04-2019

  8. İmamoğlunun imzaladığı dəftər götürüldü - Anıtqəbir qalmaqalı davam edir

    Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə CHP-dən namizəd olan Əkrəm İmamoğlunun Anıtqəbir ziyarəti zamanı xatirə dəftərinə "sədr" kimi qeyd yazması ətrafında qalmaqal davam edir.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ziyarətdə protokol qaydalarının pozulduğunu və bu səbəbdən həmin dəftərin Milli Müdafiə Nazirliyi tərəfindən götürüldüyünü bildirib.
    "Anıtqəbirin protokol qaydalarından xəbəri yoxdur. Dəftərə necə yazacağını da bilmir. Bu səbəbdən həmin dəftər oradan götürüldü".

    Muxalifet - 6-04-2019

  9. NATO-dan Ermənistana xəbərdarlıq, Bakıya “pas”...

    Qarabağ və Azərbaycan Alyansın gündəmində; Azərbaycan isə NATO üzvü Türkiyə və nüvə dövləti Pakistanla hərbi bağları möhkəmlədir - hədəf... Azərbaycan Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirəcək. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində bildirib. Nazir Türkiyə ordusu haqda da danışıb. Qardaş ölkənin NATO-da ən güclü ordulardan birinə sahib olduğunu xatırladan Zakir Həsənov silahlı qüvvələrimizin döyüş hazırlığının artırılmasında daim Türkiyənin potensialından istifadə olunduğunu vurğulayıb.

    Muxalifet - 6-04-2019

  10. ERMƏNİLƏRİN SAXTA TARİXİNİN İFŞASI – Video

    Ermənilərin özləri barəsində pafoslu danışmaları və ən qədim tarixə malik xalq olmaları ilə bağlı söylədikləri cəfəngiyyatlar həmişə istehza doğurur. Ermənilər onlar üçün yaradılmış əfsanələrə o qədər uyublar ki, psixoterapevtik nöqteyi-nəzərdən yanaşılsa, demək olar ki, paronoylaşıblar.

    Muxalifet - 6-04-2019

  11. Lavrov: Moskvanın mövqeyi dəyişməzdir, işğal edilmiş ərazi...

    ABŞ Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıyaraq, beynəlxalq hüquq bazasını dağıtmağa çalışır.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Misirin “Al-Ahram” qəzetinə müsahibəsində söyləyib.

    Muxalifet - 6-04-2019

  12. Melih Gökçəkdən İstanbulla bağlı BOMBA AÇIQLAMA: Aradakı fərq yalnız 635 səsə düşür

     Ankaranın keçmiş bələdiyyə sədri Melih Gökçək son seçki nəticələrinə dair sosial media hesabından bir hesab edərək İstanbulda seçkidə qalib gələnin Binalı Yıldırımın olacağını deyib.
     
    Melih Gökçək AK Partiyanın son bölüşdüyü İstanbuldakı səs faizləri üzərindən yeni bir hesablama aparıb. Gökçəyə görə, səslərin hamısının sayıldığı təqdirdə, aradakı fərq bağlanacaq və Binalı Yıldırım seçkiləridə qalib gələcək.

    Muxalifet3 - 6-04-2019

  13. "Narahat deyilik, istədikləri qədər saysınlar" - İMAMOĞLU / Video

    Türkiyədə bələdiyyə seçkiləri beş gün öncə başa çatıb. Lakin ölkənin ən böyük şəhəri İstanbulda etibarsız bülletenlərlə bağlı etirazlar, şəhərin bəzi rayonlarında səslərin yenidən hesablanmasına dair tələblər hələ də davam edir.

    Türkiyə Ali Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, İstanbul bələdiyyə seçkilərində AKP-nin namizədi Binali Yıldırımın önündə olan müxalif CHP partiyasının namizədi Əkrəm İmamoğlu məsələ ilə bağlı "Amerikanın Səsi"nə müsahibə verib.

    İmamoğlu etirazların seçkinin nəticələrini dəyişdirməyəcəyini iddia edib.

    Muxalifet4 - 6-04-2019

  14. ​“Altes Plaza”-da yanğın oldu - VİDEO

    Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib. Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb. FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib. “Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb. Hadisə zamanı evdə heç kəs olmayıb.

    Muxalifet - 6-04-2019

  15. “Müstəqil parlament olmayan ölkədə məhkəmə müstəqil ola bilməz” – HÜQUQ MÜDAFİƏÇİSİ

    Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev “Amerikanın Səsi”nə müsahibəsində məhkəmə-hüquq sistemindəki problemlərdən danışıb.
     
    - Azərbaycan prezidenti "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Sizcə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi üçün daha hansı addımlar atılmalıdır?
     

    Muxalifet4 - 6-04-2019

  16. ABŞ SEPAH-ı terror təşkilatı elan edəcək!

     ABŞ mərkəzli “Wall Street Journal” (WSJ) qəzeti Donald Tramp hökumətinin İrandakı İnqilab Mühafizəçiləri Komandanlığını xarici terror təşkilatı kimi təqdim edəcəyini bildirib.
     
    “WSJ”-nin verdiyi xəbərə görə, ABŞ rəhbərliyi 8 apreldə İran Silahlı Qüvvələrinə bağlı quru, hava, dəniz və raket qüvvələrinə malik böyük bir ordu olan İran İnqilab Mühafizəçilərini xarici terror təşkilatları siyahısına daxil edəcək.
    İddia “Reuters”-ə məlumat verən üç müxtəlif mənbədən təsdiqlənib.

    Muxalifet3 - 6-04-2019

  17. Ermənistan silahlı bölmələri atəşkəsə əməl etmir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Muxalifet - 6-04-2019

  18. Azərbaycanlı tələbə beşinci mərtəbədən yerə düşdü - TÜRKİYƏDƏ

    Türkiyədə təhsil alan azərbaycanlı tələbə beşinci mərtəbədən yıxılıb.

    Bu barədə DHA məlumat yayıb. 

    Məlumata görə, yıxılan şəxs 20 yaşlı Həmdəmin Balakişiyevdir. Hadisə Karaman əyalətindəki yataqxanada baş verib. 

    İddiaya görə o, eyvana hava almaq üçün çıxıb və beşinci mərtəbədən yerə düşüb. 

    Onun epilepsiya xəstəsi olduğu, hava almaq üçün eyvana çıxan zaman tutma yarandığı, bu səbəbdən yıxıldığı iddia olunur. 

    Muxalifet4 - 6-04-2019

  19. Qadın cüdoçumuz olimpiya çempionuna qalib gəldi - FOTO

    Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq Qran Pri yarışına start verilib. Oxu.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb. Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib. Qeyd edək ki, Antalya Qran Prisində 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.

    Muxalifet4 - 6-04-2019

  20. ABŞ-dan Rusiyaya “Venesuela” təhdidi!

     ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Rus əsgərlərinin Venesueladakı varlığına cavab verməyə hazır olduqlarını bildirib.
     
    Pompeo NATO xarici işlər nazirləri görüşündən keçirilən mətbuat konfransında, görüşdə Rus əsgərlərin Venesueladakı varlığını da gündəmə gətirdiklərini və Rus əsgərlərin Venesueladan ayrılması lazım olduğunu təkrar etdiklərini söyləyib.

    Muxalifet3 - 6-04-2019

Pages