Axtarış

The search found 105768 results in 0.041 seconds.

Search results

  1. Diplomatiya bitdi, müharibə başlayır - Administrasiyadan AÇIQLAMA

    ABŞ-da Venesuelaya təsir üzrə diplomatik alətlər qurtarır.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Amerika administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.
    Onun sözlərinə görə, Vaşinqton Karakasla bağlı hərbi variantın tətbiqinə ciddi baxır. Amerika administrasiyasının nümayəndəsi mümkün hərbi müdaxilənin tarixi barədə danışmayıb.
    “Gözlənilməzlik elementi son iki ayda bizim hərəkətlərimizin müvəffəqiyyətinin mərkəzindədir. Və biz təəccübləndirməyə davam edəcəyik”, - mənbə deyib.

    Muxalifet - 6-04-2019

  2. Məşhur aktyor yapon sevgilisi ilə evləndi — FOTO / VİDEO

    Beynəlxalq Portağal Çiçəyi Karnavalı çərçivəsində vətəni Adanaya gedən aktyor Rıza Akın ailə qurub.

    Muxalifet4 - 6-04-2019

  3. Rusiyanı və Putini Qərb sanksiyaları çökdürə bilmir - səbəb...

    Natiq Cəfərli: “Amerika və Avropa Birliyi dövlətlərindəki şirkətlər başqa ölkələr üzərindən əlaqə quraraq sanksiyalardan yan keçməyə başladılar”; Elxan Şahinoğlu: “Putinin hazırki praktikası ondan ibarətdir ki, Qərbin böyük şirkətlərini şirnikləşdirici təkliflərlə Rusiyada müəyyən layihələrə cəlb etsin”

    Muxalifet - 6-04-2019

  4. Terror təşkilatı PKK/YPG-dən Afrin təhdidi

     Terror təşkilatı YPG/PKK terrorçubaşlarından Aldar Xəlil Afrini yenidən işğal etmək üçün çalışdıqlarını, İŞİD-ı ABŞ dəstəyi ilə Deyrizordan çıxarmalarından sonra bu planın asanlaşdığını söyləyib.
     
    Terrorçubaşı Aldar Xəlil bu sözləri ABŞ mərkəzli “Defense Post” xəbər saytına açıqlama verərkən deyib.

    Muxalifet3 - 6-04-2019

  5. Məşhur alimdən VACİB SÖZLƏR: “Əslində bütün xəstəliklər...”

    Rusiyanın tanınmış professoru İvan Neumıvakin dəri xəstəliklərinin müalicəsində hidrogen peroksidin ciddi rolu olduğunu qeyd edib.
    Rusiya mətbuatı xəbər verir ki, İ.Neumıvakin dərmanlar və ağır xəstəliklər barədə bütün stereotipləri sındıraraq sağlam həyat tərzi haqqında öz üsullarını təklif edir. Bu da təəccüblü deyil, çünki istedadlı həkim, tibb elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifidir.
    Oxucuları mərhum professorun dəri xəstəliklərinin müalicəsi üçün hazırladığı unikal üsul ilə tanış edirik.

    Muxalifet - 6-04-2019

  6. SAHİBKARLARLA ABUTALIBOV ARASINDA MİLYONLUQ QALMAQL – Şok iddialar

    Baş nazirin müavini Hacıbala Abutalıbov yenə narazılıq yaradıb. Budəfəki narazılıq Abutalıbovun on iki sahibkarla sövdələşməsi nəticəsində ortaya çıxıb. Bu barədə xəbər “Unikal” qəzetinin bugünki sayında dərc edilib.

    Muxalifet - 6-04-2019

  7. “Tramadol” satan narkotik alverçisi tutuldu

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb. 

    Muxalifet - 6-04-2019

  8. ​Azərbaycanın 10 milyonuncu sakini doğuldu

    Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.
    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Azərbaycan vətəndaşı Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində dünyaya gələn qızın çəkisi 3,6 kilo, boyu 52 santimetrdir.

    Muxalifet - 6-04-2019

  9. Zülfiyyə Xanbabayevanın ailəsi ilə İLK FOTOSU

    Xalq artisti Zülfiyyə Xanbabayevanın ilk dəfə ailəsi ilə fotosunu yayımlayıb.
    O, qardaşı və bacısı ilə olan fotosunu instagramda palaşıb:
    "Anam və atamın mənə ən böyük hədiyyəsi, qardaşım və bacım - iki doğma insan... Bu gün varlığından dünyalar qədər xoşbəxt olduğum əziz və həssas ürəkli qardaşımın 70 yaşı tamam olur. Xoşbəxt  insansan, səni əhatə edən övladların, nəvələrin, bütün ailen səni çox sevir. 
    Allahımdan sənə möhkəm can sağlığı arzulayıram.
    Ad günün mübarək, canım qardaşım!"

    Muxalifet - 6-04-2019

  10. Pakistan 360 hindistanlını azad edəcək

    Pakistan apreldə 360 Hinistan vətəndaşını azad etmək niyyətindədir. Məhkumların çoxu balıqçılardır və onlar Pakistanın ərazi sularında qanunsuz balıq ovu səbəbindən həbs olunublar.

    "Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal məlumat verib.

    "Biz humanist siyasətimizi göstəririk, həmçinin qarşı tərəfin də adekvat addım atmasına ümid edirik"- deyə Feysal bildirib.

    Qeyd edək ki, Hindistanlı vətəndaşlar 8-29 aprel tarixlərində bir neçə qrup şəklində azad ediləcəklər.

    Muxalifet - 6-04-2019

  11. AZTV-dən dünyaya “Aprel zəfəri” mesajı - VİDEO

    Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramı keçirilib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Televiziyası növbəti dəfə canlı konsert proqramını Horadizdən yayımlayıb. Ana Televiziya bununla da cəmiyyətdə bir daha aprel döyüşlərinin əhəmiyyətini önə çəkib.

    Muxalifet - 6-04-2019

  12. ABŞ-dan İrana qarşı SENSASİON ADDIM - Bu, ilk dəfə olur

    ABŞ İran İnqilab keşikçiləri Ordusunu terror təşkilatı elan edəcək.
    Bu barədə ABŞ-ın “Wall Street Journal” qəzeti məlumat yayıb.
    Qəzetin yazdığına görə, Donald Tramp höküməti İran silahlı qüvvələrinə bağlı quru, hava, dəniz və raket qüvvələri olan İran İnqilab keşikçiləri Ordusunu xarici terror təşkilatları sırasına daxil edəcək.
    Bu məlumatı Röyters agentliyi 3 müxtəlif mənbədən dəqiqləşdirib. Ağ Ev belə bir addım atmaqla ilk dəfə bir ölkənin ordusunu terror təşkilatı elan etmiş olacaq./Publika.az 

    Muxalifet - 6-04-2019

  13. Özünü məktəb binasından atan şagird öldü

    İki gün əvvəl intihar məqsədilə özünü məktəbin 3-cü mərtəbəsindən aşağı atan 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva öldü. 
    Şagird yerləşdirildiyi Klinik Tibbi Mərkəzin reanimasiyasında keçinib.  
    Bu barədə uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadə məlumat verib./Baku.ws

    Muxalifet - 6-04-2019

  14. Üç ay ərzində qəzalar zamanı 70 piyada ölüb

    Üç ay ərzində ölkədə baş vermiş yol qəzaları zamanı 70 piyada ölüb. Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu il yanvarın 1-dən martın 31-nə qədər ölkə ərazisində piyada vurulması ilə nəticələnən 180 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 70 nəfər dünyasını dəyişib, 121 piyada isə müxtəlif bədən xəsarətləri alıb.

    Qeyd edək ki, piyada vurulması ilə nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 48.1 faizini təşkil edir.

    Muxalifet - 6-04-2019

  15. Məktəbli qızın intiharının dəhşətli təfərrüatı - Oğlanlar təpikləyib, müəllimlər gizlədib

    Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin təfərrüatları məlum olub. Özünü məktəbin üçüncü mərtəbəsindən atan qızcığaz uşaqlara xas olmayan qəddarlığın qurbanı olub. O özünə qapılaraq, intihara əl atıb. 
    14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyeva Oxu.Az-a qızının intihara əl atmazdan əvvəl ətrafında cərəyan edən hadisələr barədə danışıb.
    Onun sözlərinə görə, məktəbli qızı aprelin dördü, 09:11 radələrində özünü məktəbin dördüncü mərtəbəsindən atıb.

    Muxalifet - 6-04-2019

  16. 17 yaşlı oğlan idman fəndi ilə qətlə yetirildi

    Lənkəran rayonunda qətl hadisəsinin üstü açılıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

    Muxalifet - 6-04-2019

  17. Sinoptiklər yağışlı və küləkli hava vəd edirlər

    Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin məlumatında bildirilir.
    Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.

    Muxalifet - 6-04-2019

  18. “SOVET İDARƏÇİLƏRİNDƏN XİLAS OLMALIYIQ…” – “ABŞ-da təhsil sistemimizin inkişafına dəstək istədim”

    Milli Məcisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

    - Asim bəy, Amerika səfəriniz hansı məqsədlə həyata keçirilirdi, bu Milli Məclis xətti ilə olan səfər idi, yoxsa sırf tədbirə dəvət olunmuşdunuz?

    Muxalifet - 6-04-2019

  19. ​Paşinyan Baş Qərargah rəisini Qarabağa göndərdi

    Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.
    Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, o burada qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşüb. Tərəflərin görüşünə qondarma rejimin “müdafiə naziri” Karen Abramyan da qatılıb.

    Muxalifet - 6-04-2019

  20. ABŞ-dan Rusiyaya müharibə xəbərdarlığı: "Biz hazırıq"

    “Rusiyanın Venesueladakı hərbi varlığına cavab verməyə hazırıq”.
    Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
    Rusiya ilə Amerika arasında yeni bir gərginliyə yol açan Venesuela böhranı ilə bağlı danışan dövlət katibi bildirib ki, NATO xarici işlər nazirlərinin görüşündə rus əsgərlərinin Venesueladan çıxarılmasının zəruri olduğu müzakirə edilib.

    Muxalifet - 6-04-2019

Pages