Axtarış
The search found 105768 results in 0.041 seconds.
Search results
10 milyonuncu sakinin valideynləri kimdir? - Polis və müəllim...
Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkünOcaqova Nigar Çərkəz qızıiləHəsənov Rauf Yunis oğlununailəsində Azərbaycanın 10 milMuxalifet4 - 6-04-2019
32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu - FOTO
Türkiyədə 1987-ci ildə 23 aprel Milli Suverenlik və Uşaq Bayramında bələdiyyə kreslosunda oturan Cəlal Alper İbaş 32 il sonra bələdiyyə sədri seçilib.
42 yaşlı İbaş Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədliyini irəli sürüb və qələbə qazanıb.
Nevşehirin Avanos ərazisində vəzifəsinin icrasına başlayan İbaşı valideynləri ziyarət edib. Ayşə və Əli İbaş oğullarına 10 yaşında bələdiyyə sədrinin kreslosunda oturub çəkdirdiyi fotonu hədiyyə edib.
Muxalifet4 - 6-04-2019
"Bu hakimiyyət bizi erməninin qabağında kiçik düşürür" – SƏRDAR CƏLALOĞLU
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü, eyni zamanda, ölkə başçısı tərəfindən ard-arda imzalanan çoxsaylı sosial xarakterli fərman və sərəncamlarla bağlı söhbətləşdik.
"Ölkənin insan, maliyyə və diplomatik resursları Dağlıq Qarabağın hərbi yolla azad edilməsinə, erməni aqressiyasının qarşısının alınmasına sərf olunmalıdır"
Muxalifet4 - 6-04-2019
DƏHŞƏT: Başqa kişiyə lüt şəkillərini göndərən arvadının dərisini soydu - VİDEO
İstanbulda törədilən cinayətin təfərrüatı məlum olub.
Milli.az xəbər verir ki, İstanbulda gündəlik ev tutan əfqan əsilli kişi 25 yaşlı, kəbinli arvadını öldürüb, sonra da cəsədini tanınmaz hala salıb.
Zivar G. 25 yaşlı Najia Arabzaini öldürdükdən sonra onun üz dərisini soyaraq tualetə atıb, barmaqlarını kəsib, kimliyi bilinməsin deyə ovuzlarını qazıyıb.
Muxalifet4 - 6-04-2019
Bakıda şagirdin intiharı ilə bağlı məktəb direktoru ifadə verir
Bakıda şagirdin intiharına görə cinayət işi başlanılıb.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 162 saylı məktəbin 8ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və bu gün xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Muxalifet4 - 6-04-2019
Qadınlar niyə kişilərdən daha çox yaşayırlar? - 6 SƏBƏB
İrene Berres
Der Spiegel (Almaniya), 05.04. 2019
Muxalifet4 - 6-04-2019
50 avtomobil eyni anda toqquşdu - VİDEO
İspaniya paytaxtı Madriddən təxminən 90 kilometr aralıda yerləşən avtomagistralda 50-dən çox avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Nəticədə 35 nəfər həlak olub.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, qəza sahəsinin uzunluğu iki kilometrə yaxındır.
Hadisənin əlverişsiz hava şəraiti, o cümlədən bölgəyə düşmüş güclü qarla əlaqədar olduğu deyilir.
Muxalifet4 - 6-04-2019
17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı - Lənkəranda
Lənkəran şəhərində iki gəncin mübahisəsi dəhşətli cinayətlə nəticələnib.
Muxalifet4 - 6-04-2019
ŞOK RÜSUMLAR – İxras olunan kartofun hər kiloqramı üçün 1 dollar, soğan və kələm üçün 2 dollar rüsum alınacaq
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb. Muxalifet.az xəbər verir ki, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram üçün 2 ABŞ dolları gömrük rüsumu tutulacaq. Qeyd edək ki, bu qərar son günlər ölkə daxilində bu 3 məhsulun qiymət artımını nizamlamaq üçün verilib.
Muxalifet4 - 6-04-2019
"Ermənistanda daş-daş üstə qalmayacaq" - MÜHARİBƏ XƏBƏRDARLIĞI
Vyana görüşündən sonra Ermənistan rəhbərliyi yenidən danışıqların pozulmasına cəhdlər göstərməkdədir. Düzdür, xarici işlər nazirlərinin Rusiyada bir araya gəlməsi ilə bağlı anlaşma əldə olunub, amma rəsmi İrəvan paralel olaraq təxribatlarını davam etdirir. Qarabağ məsələsi ilə bağlı Ermənistanla yox, birbaşa Rusiya ilə danışıq aparmağımızı təklif edən BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
Muxalifet4 - 6-04-2019
Ruslar Şamaxıda ağır qəzaya düşdü - 6 yaralı
Şamaxı rayonunda yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 6-04-2019
Putinlə Ərdoğan ABŞ-ın... - Rusiya və Türkiyədən 8 apreldə ORTAQ ADDIM
Rusiya prezidenti Vladimir Putin 8 apreldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qonaq edəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, liderlər tez-tez gündəmə gələn və geniş müzakirələrə səbəb olan S-400 zenit raket kompleksinin Türkiyə ordusuna tədarükü məsələsindən danışacaq.
Bunu Kremlin xarici əlaqələr üzrə məsləhətçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, görüşdə Suriya məsələsi ilə yanaşı, enerji layihələri və hərbi əməkdaşlığın detalları müzakirə olunacaq.
Muxalifet4 - 6-04-2019
Gürcüstanda müxalif partiyanın lideri azərbaycanlıların yaşadığı kəndə getdi
Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının lideri, deputat David Bakradze azərbaycanlıların yaşadığı Marneuli rayonunun Alget kəndində yerli sakinlərlə görüşüb.
Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
D.Bakradze Avropalı Gürcüstan Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyevlə birgə kəndin problemləri ilə maraqlanıb.
Sakinlər Alget kəndində infrastruktur problemlərin mövcud olduğunu qeyd edərək bir ildən çoxdur kəndin yalnız bir hissəsinin içməli su ilə təmin olunduğunu diqqətə çatdırıblar.Muxalifet - 6-04-2019
Lavrov Misirə getdi: Sisi ilə görüş başladı
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Misirə gedib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, Misirdə onun prezident Əbdülfəttah Sisi ilə görüşü başlayıb.
Görüşdən sonra onun Misir Xarici İşlər naziri Sameh Şükri ilə danışıqlar aparacağı bildirilib.Muxalifet - 6-04-2019
Lotu Bəxtiyarın o VİDEOSU YAYILDI: Gizlin baş tutan məclisdən...-VİDEO
osial şəbəkələrdə Lotu Bəxtiyar adı ilə tanınan kriminal avtoritet Kərimov Bəxtiyar Ağababa oğlunun yeni videosu yayılıb.
Muxalifet - 6-04-2019
Masallıda ər arvadını qətlə yetirdi
Masallıda rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, rayon sakini, 45 yaşlı Nicat Şəbiyev həyat yoldaşı 35 yaşlı Günay Şəbiyevi qarnından bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 6-04-2019
"Çelsi" Azarı İspaniyaya göndərdi
"Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azar "Real Madrid"ə transfer olunmağa hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri informasiya yayıb.
Xəbərə görə, klublar arasında keçidə dair razılıq əldə olunub. Bununla bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Transfer “Kral klubu”na 100 milyon avroya başa gələcək.
Qeyd edək ki, 28 yaşlı Eden Azar 2012-ci ildən “Çelsi”də çıxış edir.Muxalifet - 6-04-2019
Orduya döyüş əməliyyatlarının başlamasına hazır olmaq əmr edildi
Aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.Muxalifet - 6-04-2019
ERMƏNİPƏRƏST APARICININ NÖVBƏTİ YARAMAZLIĞI: Polşalı ekspertə cavab verə bilmədi və… - VİDEO
“Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov növbəti dəfə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə tuş gəlib.
Muxalifet.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, aparıcı öz proqramına qonaq qismində dəvət etdiyi polşalı ekspertin arqumentləri və ittihamları qarşısında aciz qaldığından, mühafizəçilərdən onu studiyadan çıxarmalarını tələb edib.
Muxalifet - 6-04-2019
Psixoloqlar xatirələrin təhlükəli olduğunu açıqlayıblar
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin psixoloqları apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, gözəl xatirələr heç də təhlükəsiz deyil. Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, tədqiqatlar onu deməyə əsas verir ki, əsasən həyatında hər şey yolunda olmayan insanlar nostalji hisslərə qapılır, xatirələrə dalırlar. Nostalji hisslər əsasən qəmgin anlarda, gün içərisində bir neçə dəfə yaşana bilər. Eksperiment iştirakçıları gözəl xatirələri xatırladıqdan sonra kədər, tənhalıq, peşimanlıq, gərginlik hiss etdiklərini bildiriblər.
Muxalifet - 6-04-2019