Axtarış

The search found 105768 results in 0.083 seconds.

Search results

  1. Ukraynanın Macarıstandakı səfiri XİN-ə çağırıldı

    Ukraynanın Macarıstandakı səfiri Lyubov Nepol ölkənin xarici işlər nazirliyinə çağırılıb. Bu barərə məlumatı "Agerpres" nəşri yayıb.

    Bunan səbəb kimi Rumıniya Demokratik Venqerlər birliyinin rəhbəri Hunor Kelemenin Ukraynaya buraxılmaması olub.

    Belə ki, H. Kelemen səbəbi izah edilmədən Ukrayna-Macarıstan sərhədində saxlanılıb və 2020-ci ilə qədər ölkəyə gəlməsinə qadağa qoyulması barədə məlumatlandırılıb. XİN-dən səfirə bu cür addımın qəbuledilməz olduğu bildirilib.

    Muxalifet4 - 7-04-2019

  2. Tbilisidə yaşayış binasında partlayış - XƏSARƏT ALANLAR VAR

    Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib. “Report”un xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.

    Nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

    Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

    Muxalifet4 - 7-04-2019

  3. Məktəb binasından özünü atan şagird dəfn edildi - FOTO

    Bir neçə gün əvvəl Səbail rayonunda yerləşən 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atan və dünən xəstəxanada vəfat edən 14 yaşlı Elina Hacıyeva dəfn edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat paylaşıb.

    Qeyd edək ki, məlum hadisə ilə bağlı prokurorluqda cinayət işi açılıb, araşdırmalar həyata keçirilir.

    Muxalifet4 - 7-04-2019

  4. “Az avtomobil, çox həyat"!” - BAKIDA VELOYÜRÜŞ KEÇİRİLDİ

    Aprelin 7-də Bakıdakı Veloparkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.

    Veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

    Muxalifet4 - 7-04-2019

  5. Bakıda 30 nəfərin böyrəyi... - Böyrək alverçiləri ilə bağlı ŞOK FAKTLAR

    Tez-tez Bakıya gələrək, buradakı müxtəlif klinikalarda müayinə və müalicələr aparmış iranlı həkim barəsində cinayət işi başlanıb.

    Muxalifet4 - 7-04-2019

  6. Poroşenko Zelenskini bu yolla bitirməyə çalışır - "Qara piar" işə düşüb...

    Ukraynan prezident seçkilərinin birinci turunda ən çox səs toplamış namizəd olan aktyor, şoumen Vladimir Zelenskiyə qarşı cinayət işinin açılması tələb olunub.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Qeraşenko çıxış edib.

    İrina Qeraşenko sosial şəbəkədəki səhifəsində qeyd edib ki, Zelenski çəkildiyi filmdə fiziki məhdudiyyətli şəxsləri "daunlar", "oliqofrenlər" adlandıraraq təhqir edib.

    Muxalifet4 - 7-04-2019

  7. Böyük Almaniya-Amerika eşqi davam edir - Alman mediası

    ABŞ-ın keçmiş prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə səfər edib.

    2016-cı ildə prezidentlik postundan gedəndən sonra Obama Merkellə ikinci dəfə bir araya gəlib.

    Sıx qrafikinə rəğmən Angela Merkel Obamaya 75 dəqiqəsini ayırıb və onu qapıda qarşılayıb. Almaniyanın nüfuzlu "Bild" nəşri tərəflərin birgə fotosuna "Bir-birinin gözlərinə baxırdılar, sanki böyük Almaniya-Amerika eşqi davam edirmiş kimi" qeydini yazıb.

    Muxalifet4 - 7-04-2019

  8. Futbolçu diş həkiminə getmədiyi üçün cəzalandırıldı

    "Şalke" müdafiəçisi Həmzə Mendili qeyri-adi səbəbdən cəzalandırıb.
     
    "Bild" nəşrinin yaydığı xəbərə görə, mərakeşli futbolçu diş həkiminə getmədiyi üçün əsas komandadan kənarlaşdırılıb.
     
    Klub rəhbərliyi iş gününün sonunda futbolçuların müayinəsi üçün stomatoloji klinika ilə razılıq əldə edib. Bütün futbolçular deyilən vaxtda klinikada olasalar da, Mendil ora getməyib. Nəticədə 21 yaşlı oyunçu əvəzedici komandaya göndərilib.

    Muxalifet4 - 7-04-2019

  9. Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

    Dövlət İmtahan Mərkəzi aprelin 7-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib.
    DİM-dən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

    Muxalifet3 - 7-04-2019

  10. ​Mübarizə bitdi, İraqdan çıxırıq - Fransa

    İŞİD-ə qarşı mübarizə sona çatdı, İraqdan çıxırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa ordusunun sözçüsü Patrik Steyger deyib.
    “Fransa əsgərlərinin regiondakı missiyası sona çatdı. Bir müddət sonra əsgərlərimizin çəkilmə prosesi başlayacaq”, - deyə ordu nümayəndəsi bildirib.
    Qeyd edək ki, Fransa hərbçiləri İŞİD-ə qarşı koalisiyanın tərkibində yer alırdı.
     

    Muxalifet3 - 7-04-2019

  11. Xəstəxanada keçinən məktəbli qızın rəfiqəsinin açıqlaması hər kəsi ŞOKA SALDI - FOTO

    İntihar edən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.

    Muxalifet3 - 7-04-2019

  12. Gözlənilməz cavab: AKP-nin tələbi rədd edildi

    Ankara Seçki dairəsi paytaxtda bələdiyyə seçkiləri ilə bağlı toplanan səslərin yenidən sayılması ilə bağlı AKP-nin tələbəni rədd edib.
    Muxalifet.az xəbər verir ki, hakim partiyanın 12,180 seçki qutusunda səslərin yenidən sayılması yönündə tələbi qəbul edilməyib.
    AKP-nin Ali Seçki Qurumuna (ASQ) müraciət edəcəyi gözlənilir.
     

    Muxalifet3 - 7-04-2019

  13. ABŞ-ı bu yolla bataqlığa salmaq istəyirlər - Zərif

    İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək istəyənlərin məqsədi bəllidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
    "Netanyahunun rəhbərliyi altında bu istiqamətdə iş aparan şəxslər ABŞ-ı bataqlığa salmaq istəyirlər. ABŞ lideri Tramp ölkəsinin necə bir faciə ilə üz-üzə qaldığının fərqində olmalıdır", - Zərif bildirib.
    Qeyd edək ki, ABŞ mediası Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa hazırlaşdığını yazıb.
     

    Muxalifet3 - 7-04-2019

  14. SON DƏQİQƏ: Sumqayıtda partlayış: yaralılar var

    Aprelin 7-də səhər saatlarında Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.
    Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.
    Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.
    Faktla bağlı polis idarəsində araşdırma aparılır.
     

    Muxalifet3 - 7-04-2019

  15. Muxtarovun binasında cinayət baş verib - Bəstəkar yazdı

    Xalq artisti Aygün Səmədzadə Bakıdakı 162 saylı məktəbdə 8-ci sinif şagirdinin özünü 3-cü mərtəbədən atması nəticəsində dünyasını dəyişməsi faktına münasibət bildirərək ictimaiyyətə müraciət edib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bəstəkar özünün İnstaqramdakı səhifəsində məktəbdəki hadisəyə sərt reaksiya verib.

    Muxalifet3 - 7-04-2019

  16. AKP-dən ASQ-yə etiraz: Səslər yenidən sayılsın!

    Türkiyənin hakim Ədalət və İnkişaf partiyası (AKP) İstanbulun 38 ilçəsində səslərin yenidən sayılması ilə bağlı Mahal Seçki Dairəsinə etiraz məktubu ünvanlayıb.
    Muxalifet.az “Hüriyyət”ə istinadən xəbər verir ki, etiraz məktubunun Ali Seçki Qurumuna (ASQ) göndərilməsi istənilir.
    Qeyd edək ki, AKP-nin sədr müavini Əli İhsan Yavuz dünənki çıxışında 38 ilçədə səslərin yenidən sayılması yönündə müraciət edəcəklərini bildirmişdi.
     

    Muxalifet3 - 7-04-2019

  17. Türkiyədə zəlzələ: əhali təşvişə düşdü

    Türkiyənin Antalya şəhərində 3,1 bal gücündə zəlzələ olub.
    Muxalifet.az xəbər verir ki, zəlzələnin episentrinin Manavqat mahalı olduğu bildirilib.
    Bir neçə saniyə davam edən təkanlar əhali arasında təşvişə səbəb olub.
     

    Muxalifet3 - 7-04-2019

  18. Türk ordusu dronlarla vurdu: 5 ölü

    Türkiyə Silahlı Qüvvələri Şırnak vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Muxalifet.az xəbər verir ki, dronlarla keçirilən əməliyyat nəticəsində 5 terrorçu məhv edilib. Əməliyyat keçirilən ərazidə terrorçulara məxsus xeyli silah-sursat aşkarlanıb.

    Muxalifet3 - 7-04-2019

  19. Azərbaycanın böyük hissəsi okeanın dibində yerləşirmiş - FOTO

    "Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb”.
    Muxalifet.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib.
    Onun sözlərinə görə, tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır:

    Muxalifet3 - 7-04-2019

  20. İranda daşqın qurbanlarının sayı 70-ə çatdı

    Ötən ayın sonunda İranda yağan leysan yağışlar səbəbindən bir çox vilayətdə başlayan daşqın qurbanlarının sayı 70-ə yüksəlib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
    Bildirilir ki, İranın 13 vilayətində qeydə alınan daşqın nəticəsində ölənlərin sayı artır. Qurbanların sayı daha çox Fars əyalətində qeydə alınıb. Burada 20-dən çox iranlı həyatını itirib.

    Muxalifet3 - 7-04-2019

Pages