Axtarış

The search found 105768 results in 0.027 seconds.

Search results

  1. Netanyahudan daha bir qalmaqal: Fələstinlilərin səs verdiyi mərkəzlərdə gizli çəkiliş

    İsrailin baş naziri Binyamin Netanyahunun partiyası Likudun İsrail vətəndaşı Fələstinlilərin səs verdiyi seçki mərkəzlərində gizli çəkiliş təşkil etdiyi ortaya çıxıb.
     
    “Yediot Ahronot” qəzetinin internet səhifəsində yer alan xəbərə görə, Likud Partiyası İsrail vətəndaşı Fələstinlilərin yaşadığı bölgələrdəki seçki mərkəzlərinə göndərdiyi 1300 aktivistə gizli kamerayla icazəsiz çəkiliş apartdırıb.

    Muxalifet3 - 9-04-2019

  2. “Fərmanla, əmr və sərəncamla xalq şairi olmaq olmaz...” - ƏLİSA NİCAT AYB RƏHBƏRLİYİNİ "YIXIB-SÜRÜDÜ"

    Müsahibimiz tanınmış yazıçı-publisist Əlisa Nicatdır. Onunla söhbətimizdə Xalq şairi Fikrət Qocanın ölkə mətbuatında dərc olunan müsahibədə səsləndirdiyi bəzi fikirlərə münasibətini öyrənməyə çalışdıq.
     
    - Əlisa müəllim, xalq şairi, AYB-nin birincisi katibi Fikrət Qoca mətbuata müsahibəsində deyir ki, vaxtilə Heydər Əliyevə zarafatyana teleqram göndərib və mərhum prezident iki saat sonra ev verib. Sizcə, kiçik bir teleqramla iki saata adama ev verərlərmi?

    Muxalifet4 - 9-04-2019

  3. Leninin jileti, Stalinin frençi, Xruşovun enli kostyumu, Brejnevin qalstuku – sovet liderlərinin geyim özəllikləri

    Belə bir deyim var ki, insanı geyiminə görə qarşılayır, ağlına görə yola salırlar. Yəqin elə bu deyimə görə siyasi liderlərin xidmət personalında birincilərin geyiminə cavabdehlik daşıyan xüsusi adamlar fəaliyyət göstərir. 

    SSRİ rəhbərləri üçün geyim çox da ciddi məsələ sayılmayıb, sovet rəhbərləri zəngin qarderoba malik olmayablar, dəblə geyinməyi isə heç ağıllarına belə gətirməyiblər.

    Muxalifet - 9-04-2019

  4. Məktəbli bacılar analarına görə evdən qaçıblar - DİN rəsmisi

    Gəncədə 14 və 9 yaşlı iki bacı itkin düşüb. 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.

    Muxalifet - 9-04-2019

  5. ​SON DƏQİQƏ: “Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ: Qaz sayğaclarının...

    “Azəriqaz” İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.

    Muxalifet - 9-04-2019

  6. 2 məktəbli qızı maşın vurub

    Lənkəranda iki məktəbli avtomobillə vurulub.

    ONA-nın cənub bürosundan verilən məlumata görə, qızların hər ikisi rayonun 8 saylı tam orta məktəbinin şagirdidir.

    Məktəbdən çıxıb evə gedərkən rayonun Lüvəsər kənd sakini, 2008-ci il təvəllüdlü Nərmin Sadiq qızı Adıgözəlova və Bəlləbur kənd sakini, 2009-cu il təvəllüdlü Xeyrənisə Hüseyn qızı Cəfərzadəni maşın vurub. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Muxalifet - 9-04-2019

  7. “Vəd verdi ki, park, yaşıllıq salınacaq, amma evlər, obyektlər tikildi…” - “Bu işlərə icra başçısının qardaşı başçılıq etdi” - FOTOLAR

    Bakının Abşeron rayonunda 2 il əvvəl yerində park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib.

    Sakinlərin verdikləri məlumata görə, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

    Muxalifet - 9-04-2019

  8. Kürdəmirdə DSMF-nin əməkdaşları NAZİRİN ADINDAN PUL TOPLAYIR - "Deyirlər ki, Sahil Babayevin haqqı çatmalıdır”

    Muxalifet.az xəbər verir ki, Kürdəmir rayonunun bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçilər yazır:
    “Hörmətli Sahil Babayev!

    Muxalifet4 - 9-04-2019

  9. Büdcədən 23 milyonu kim oğurlayıb? - “Üstü açılsa, qaytarıb yerinə qoyaram”

    "Biz sadəcə Hesablama Palatasının fəaliyyətinə qiymət verməli deyilik. Həmçinin, Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan olaraq hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq”.

    Muxalifet - 9-04-2019

  10. İstanbulu necə əldə saxlamalı... - AKP-NİN ÜÇ PLANI VAR, BİRİ YENİ SEÇKİLƏRDİR

    Türkiyədə hakim AKP-nin martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini şübhə altına alması ilə bağlı yaranmış ziddiyyət davam edir. Son məlumatlara görə Yüksək Seçim Kurulu (YSK) AKP-nin İstanbulda bütün səslərin yenidən sayılmasına dair tələbini qəbul etməyib, amma 51 məntəqədə səslərin yenidən sayılmasına qərar verib. Etibarsız hesab edilmiş 330 minə yaxın səsin yenidən sayılması isə başa çatmaq üzrədir.

    Muxalifet - 9-04-2019

  11. İranlı deputatlar parlamentin iclasına hərbi formada gəldilər

    Aprelin 9-da İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri plenar iclasa hərbi formada gəliblər.

    Bununla da İran parlamentinin nümayəndələri ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salmasına etirazlarını bildiriblər. “Sepah”ın hərbi formasını geyib iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti “Sepah”ı dəstəkləyir və hər zaman onun yanında olacaq. İran ordusunun əsasını təşkil edən “Sepah” regionda terrora qarşı mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirib.

    Muxalifet - 9-04-2019

  12. Məşhur görüntülər Ermənistan gömrüyündə çəkilib - VİDEO

    Ötən gün sosial şəbəkələrdə yayılan stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videosunun Ermənistan gömrüyündə çəkildiyi məlum olub.

    Open.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

    Bildirilib ki, sözügedən görüntülər Ermənistanın Baqrataşen nəzarət-keçid məntəqəsində qeydə alınıb.

    Xatırladaq ki, sosial şəbəkə istifadəçilərinin bəziləri sözügedən videonun Azərbaycandakı gömrüklərdən birində çəkildiyini iddia edirdilər. Ancaq Dövlət Gömrük Komitəsi bu gün yaydığı açıqlamada məlumatları təkzib edib.
     

    Muxalifet - 9-04-2019

  13. “Taro” 10 il sonra “Qara delfin”i tərk edir, böyük müharibə gözlənilir...

    Nüfuzlu kriminal avtoriritet, “Taro” ləqəbli Tariel Oniani Orenburq vilayətində 10 ildir saxlanıldığı məşhur “Qara delfin” həbsxanasını cəza müddətinin başa çatması ilə bağlı tərk edib. Rusiya hakimiyyətinin qərarına görə Oniani həbsxanadan çıxandan sonra bir neçə saat xüsusi saxlanma məntəqəsində qalıb, daha sonra doğulduğu Gürcüstana deportasiya edilib. Lakin “Taro” Gürcüstanda da ləngiməyəcək və onun oradan Türkiyəyə yola düşəcəyi bildirilir.

    Muxalifet - 9-04-2019

  14. ​Əlcəzairə müvəqqəti prezident seçildi

    Əlcəzairdə boş qalmış prezident postunu qarşıdakı 90 gün ərzində parlamentin yuxarı palatasının spikeri Əbdülqadir Bensalah tutacaq. Prezident vəzifələrinin müvəqqəti icraçısı üç ay ərzində ölkədə prezident seçkiləri təşkil edib, keçirməlidir. 
    “RİA Novosti”nin məlumatına görə, bu barədə aprelin 9-da ölkə parlamentinin aşağı palatası və Millətlər Şurası (yuxarı palata) nümayənədlərinin iştirakı ilə keçirilən geniş tərkibli xüsusi iclasda bəyanat verilib.

    Muxalifet - 9-04-2019

  15. Məktəb direktoru Elinanın anasına rüşvət təklif etdi - SUSMASI ÜÇÜN

    "Mən qızımın qanını yerdə qoymayacağam. Ədalətin bərqərar olması üçün bu işin sonuna qədər gedəcəyəm. Çünki mənim balam çox təmiz və mələk idi. Mən həmin direktorun və ya bundan sonra müəllimə işləyəcəksə müəllimə kimi digər anaların uşaqlarını məhv etməsinə icazə verməyəcəm".

    Muxalifet - 9-04-2019

  16. F-35 döyüş təyyarəsi havada yox oldu

     Yapon Hava Qüvvələrinə məxsus bir F-35a döyüş təyyarəsi ilə havadaykən əlaqə kəsilib. Yapon Müdafiə Nazirliyindən edilən açıqlamada, təyyarənin yerli vaxt etibarilə 07.30-da radardan itdiyi və heç bir xəbərin alınmadığı bildirilib.
     
    Qeyd edək ki, Yaponiya uzun perspektivdə 105 F-35a almağı planlaşdırır ki, bunlardan da 42 dənəsi F-35b model təyyarələridir.
    Ölkəyə ilk gətirilən F-35a eskadrilyası 12 təyyarə ilə bu ayın əvvəlində xidmətə başlamışdı.
    Müxalifət.az

    Muxalifet3 - 9-04-2019

  17. ​Ramin Hacılı AZADLIQDA

    Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş Ramin Hacılı azadlığa buraxılıb.
    Bu barədə R.Hacılının özü sosial şəbəkədə məlumat paylaşıb.
    O, fotosunu paylaşaraq "Salam dostlar. Azadlıqdayam! Hər şey yaxşı olacaq!"şərhini yazıb

    Muxalifet - 9-04-2019

  18. Əlcəzairdə kütləvi aksiya yenidən başladı - Xalq müvəqqəti prezidentə də etiraz edir

    Əlcəzair paytaxtında kütləvi etiraz aksiyası keçirilir.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları parlamentin Yuxarı Palatasının spikeri Əbdülqadir Bensalehin müvəqqəti prezident təyin edilməsinə etiraz edirlər.
    Parlamentdə əksər deputatların da onun namizədliyinə qarşı olduğu deyilir.
    Qeyd edək ki, Əlcəzairin bundan öncəki prezidenti Əbdüləziz Buteflika etirazlar nəticəsində istefa edərək vəzifədən gedib.

    Muxalifet - 9-04-2019

  19. ​“Ölülər” tamaşası beynəlxalq festivalda nümayiş olunacaq

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə Azərbaycanı Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək. 
    Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. 
    Bu, Dağıstanda ilk dəfə keçirilən Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalıdır. 
    Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək.

    Muxalifet - 9-04-2019

  20. Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır

    Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.
    Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
    O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:
    “Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”.

    Muxalifet - 9-04-2019

Pages