Axtarış

The search found 105768 results in 0.041 seconds.

Search results

  1. ABŞ-dan Misirə silah təhdidi

     ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Misirin Rusiyadan Su-35 döyüş təyyarələrini aldığı təqdirdə sanksiyalar tətbiq olunacağını bildirib.
     
    ABŞ Senatında çıxış edən Pompeo, "Bu cür qəbulların CAATSA çərçivəsində ölkə rəhbərliyinə qarşı sanksiya tətbiqinə yol açdığını dəqiq bir şəkildə ortaya qoyduq. Misirdən bunu başa düşdüklərinə dair zəmanət almışıq. Onların bu silah alışı məsələsində daha çox addımlar atmasına ümid edirəm" deyib.

    Muxalifet3 - 10-04-2019

  2. Putin sözünü doğru tərcümə etməyən tərcüməçinin sözünü kəsdi

     Rusiya prezidenti Putin İsveçin baş naziri Stefan Löfven ilə keçirdiyi görüşdə, İsveçli iş adamları üçün istifadə etdiyi "dostlar” sözünü qarşı tərəfə “tərəfdaşlar” olaraq çatdıran tərcüməçinin sözünü kəsib.
     
    Tərcümənin doğru olmadığını fərq edən Putin, tərcüməyə müdaxilə edib və gülərək, "Mən dostlar dedim, o isə tərəfdaşlar” - dedi. O bir quldurdur" deyə söyləyib.
    İki ölkə arasında münasibətlərin "bütün çətinliklərə baxmayaraq inkişaf etdiyini qeyd edən Putin, keçən il iki ölkə arasındakı ticarət həcminin  30 faizdən çox artdığını vurğulayıb.

    Muxalifet3 - 10-04-2019

  3. ABŞ universitetlərindəki rüşvət qalmaqalında yeni pərdə

     ABŞ-da uşaqlarının ölkənin nüfuzlu universitetlərində təhsil almalarını təmin etmək üçün milyonlarla dolar rüşvət verməklə günahlandırılan, aralarında Hollivud ulduzları və iş adamlarının da olduğu 16 nəfərə "qara pul yumaq" ittihamı da yönəlib.
     
    Amerika mətbuatında yer alan xəbərə görə, rüşvət qalmaqalı səbəbi ilə davam edən məhkəmədə mühakimə olunan 16 nəfər barəsindəki ittihamlara, "qara pul yumaq" ittihamı da əlavə olunub.

    Muxalifet3 - 10-04-2019

  4. ŞOK: Elinanın intihar anının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO​

    Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri yayımlanıb.
    Videoda məktəbli Elina Hacıyeva darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır.
    Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

    Muxalifet - 10-04-2019

  5. Parlamentdə məmurlara sərt cəza çağırışları

    Hesablama Palatasının illik hesabatında deputatlardan sərt çıxışlar: “Büdcəni mənimsəyənlər, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”; deputatlar “bu gün oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram" yanaşmasına etiraz edir və Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını istəyirlər   

    Aprelin 9-da Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim etdi.

    Muxalifet - 10-04-2019

  6. FETÖ dəstəkçisi Neo-Con Maykl Rubindən qalmaqal mesaj

     15 iyul dövlət çevrilişi cəhdindən əvvəl və sonra Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana yönəlik qalmaqal sözləri ilə tanınan Maykl Rubindən təxribat xarakterli daha bir mesaj paylaşılıb.
     
     Maykl Rubin bu dəfə 31 mart seçkiləri ilə bağlı qalmaqal bir mesaj yazaraq paylaşıb.
    Rubin sosial media hesabından yazdığı mesajda, prezident Ərdoğan haqqında həqarət fikirlər qeyd edib.
    Bununla kifayətlənməyən FETÖ dəstəkçisi Rubin, yenə küçələri ünvan göstərərək xalqı ikinci bir “Gəzinti” etirazlarına təşviq edərək yol göstərib.

    Muxalifet3 - 10-04-2019

  7. Almaniyadan 53 azərbaycanlı deportasiya olundu - BİR GÜNDƏ

    Bu gün Almaniyadan daha 53 nəfər azərbaycanlı deportasiya olunub. Onlar aprelin 9-da Düsseldorf hava limanından Bakıya göndərilib.
    Təyyarədə deportasiya olunan azərbaycanlıları 100-ə qədər alman polis müşayiət edib. Onlar təhlükəsizliyi təmin etmək məqsədilə təyyarədə göndəriliblər.
    Bu barədə "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb. Onun sözlərinə görə, deportasiya olunanlar 10-a qədər ailənin üzvləri olub.

    Muxalifet - 10-04-2019

  8. Bakıda gəlin qaynanasını döyüb xəstəxanalıq etdi - VİDEO

    Hadisə gecə saatlarında baş verib
    Muxalifet.az Baku.tv-yə istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində baş verən hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
    Hadisə zamanı gəlin 1959-cu il təvəllüdlü qaynanasına - İsayeva Sara Abbas qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
    Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-04-2019

  9. ABŞ Senatorlarını S-400 qorxusu bürüdü

     4 ABŞ-lı senator “New York Times” qəzetinə Türkiyənin Rusiyadan satın alacağı S-400 hava müdafiə sistemlərindən bəhs edən bir məqalə yazıb. Amerikalı senatorlar Türkiyənin ABŞ və Rusiya arasında seçim etməsi lazım olduğunu qeyd etdikləri məqalədə, ilin sonunda Türkiyə ya F-35-lərə, ya da S-400-lərə sahib olacaq. İkisinə birlikdə sahib ola bilməz” deyə yazıblar.
     

    Muxalifet3 - 10-04-2019

  10. Sığorta şirkəti vətəndaşı necə aldadır?- İddia var - VİDEO

    Sumqayıt sakini sığorta şirkətinin dələduzluğu ilə üzləşdiyini iddia edir. Öz şəxsi yük avtomobilini sığorta etdirən vətəndaş ona yazılan cərimələrdən sonra aldadıldığını bilib. Sığorta şirkəti isə dələduzluq edən şəxsin artıq işdən uzaqlaşdırıldığını bildirir. Hadisəni polis də araşdırır.

    Bir neçə vətəndaş sığorta şirkətinin onları aldatdığını iddia edir.

    Muxalifet - 10-04-2019

  11. ABŞ-da yaşayan qarabağlı memar-rəssam - FOTO

    Daxilən zəngin adamları gözlərindən tanımaq olur. Belə insanların heç zaman dilə gətirməyəcəkləri fikir və düşüncələrini baxışlarından duyub anlayırsan. Əbəs yerə, "gözlər qəlbin aynasıdır", deməyiblər ki. Mən o aynada dərdə, qəmə boyun əyməyən, həyatın çətin imtahanlarından alnıaçıq, üzüağ çıxan bir xoşbəxt insanı gördüm.

    Muxalifet - 10-04-2019

  12. ​Mətanət rəqs etdi, göbəyi göründü - VİDEO

    Müğənni Mətanət Əsədovanın yeni yayılmış videosu tənqidlərə səbəb olub.
    İnstaqram səhifələrinin birində paylaşılan videoçarx  birmənalı qarşılanmayıb.
    Məclislərin birində müğənni Türkan Vəlizadənin ifa etdiyi mahnıya şıdırğı rəqs edən ifaçının göbəyi görünüb.  Bu da sosial şəbəkədə istifadəçiləri tərəfdən sərt şəkildə tənqid edilib. Hətta ifaçını lağa qoyanlar da olub:
    “Bunun maykası hanı bala?”, “Mətiş qardaşın görmür göbəyini?”.

    Muxalifet - 10-04-2019

  13. Sabiq təhlükəsizlik zabitinin qətl sifarişini şirkət sahibi veribmiş

    Qətli icra etmiş şəxsin axtarışları isə davam etdirilir

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, 1973-cü il təvəllüdlü Fariz Mirzahid oğlu Vahabovun qətlini sifariş etmiş şəxsin kimliyi məlum olub. Qanlı cinayətin sifarişçisi kimi saxlanılan şəxs Saleh Ağayevdir. O, məşhur “Dəniz karqo” şirkətinin rəhbəridir. Bu haqda criminal.az saytı xəbər yayıb.

    Muxalifet - 10-04-2019

  14. İngilislər Kiprə güc toplayır! Yüzlərlə F-35b təyyarəsi...

     Daha əvvəl Fransızlara baza yaratması üçün icazə verən Yunan Kipri, İngiltərənin F35b tipli döyüş təyyarələrini ərazisinə yerləşdirməsinə icazə verib.
     
    ABŞ və İsrail dəstəyini arxasına alan Yunanlar ilə Türkiyə arasında Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının çıxarılması üçün davam edən qazma işləri səbəbi ilə başlayan gərginlik davam edərkən, İngiltərədən yeni addım atılıb.
    Britaniya Hava Qüvvələrinə məxsus 121 ədəd F-35b tipli qırıcının payızda Yunan Kipri sektorundakı Ağrotur Bazasına gələcəyi bildirilib.
     

    Muxalifet3 - 10-04-2019

  15. Bu gün dünyanın gözü İngiltərədə olacaq

    Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son 2 oyunu baş tutacaq.
    Muxalifet.az xəbər verir ki, günün ən gözlənilən matçı "Mançester Yunayted" ilə "Barselona" arasında olacaq.
    "Qırmızı şeytanlar" doğma meydanda ispanları qəbul edəcək. Digər bir matç isə Amsterdamda start götürəcək. Turnirin sürpriz komandası "Ayaks" doğma azarkeşləri önündə "Yuventus"u sınağa çəkəcək. “Yuventus” turnirin ardıcıl 3 dəfə qalibi olan “Real”ı sürpriz şəkildə məğlub edən “Ayaks”la ehtiyatlı davranmağa məcburdur.

    Muxalifet - 10-04-2019

  16. Təmir sexində avtomobil alovlandı – SUMQAYITDA

    Sumqayıtda avtomobil yanıb.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanan "Mercedes" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 10-04-2019

  17. Elinanı intihardan sonra məktəbdə belə sorğu-sual etdilər- VİDEO

    Bakı şəhərinin 162 saylı məktəbində intihar edən 15 yaşlı Elinanın daha bir videosu yayılıb.
    Muxalifet.az-ın məlumatına görə, videonu prodüser Tolik yayıb.
    Videoda görüntülərin Elinanın özünü atmasından sonra çəkildiyi bildirilir. Məlum olur ki, qız özün də olsa da vaxtında yardım edilməyib. Qeyd olunur ki, o intihara cəhdən sonra uzun müddət sorğu suala tutulub. Məhz buda ölümə səbəb olub.

    Muxalifet - 10-04-2019

  18. Soğan nə vaxt ucuzlaşacaq? - Vaxt açıqlandı

    "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib ki, bu da 2017-ci ildən 25 min 503 ton çoxdur. Müqayisə üçün qeyd edim ki,ölkədə 2013-cü ildə 158 min ton, 2016-cı ildə isə 178 min tona soğan tədarük olunub. Göründüyü kimi ötən 5 il ərzində soğan istehsalında artım müsbət olub”.
    Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

    Muxalifet - 10-04-2019

  19. Ukraynada monoetnik dövlət modelinin UĞURSUZLUĞU - Niyə seçici təcrübəsiz Zelenskini Poroşenkodan üstün tutdu?

    Leonid Raqozin

    “Əl-Cəzirə”, 09.04.2019

    Rus dilində danışan Şərqi Ukrayna və Ukraynaca danışan Qərb arasındakı siyasi böhran Ukrayna haqqında ən çox istifadə edilən klişelerdən biridir.

    Muxalifet - 10-04-2019

  20. Rəşad İlyasov AzTV-yə buraxılacaqmı? - QƏRAR VERİLDİ

    Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır. Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.

    Muxalifet - 10-04-2019

Pages