Axtarış
The search found 105768 results in 0.023 seconds.
Search results
Ermənilər hərbi xidmətə getməmək üçün görün nələr edirlər - İşğalçı ölkənin RÜSVAYÇI ÜZÜ
Ermənistanda geylərin sayının sürətlə artması ciddi müzakirə mövzusuna çevrilib. Bu məsələ ötən həftə transgender Lilit Martirosyanın Ermənistan parlamentində çıxışı və parlamentin deputatı Naira Zoqranyanın onu tribunadan qovmasından sonra gündəmi zəbt edib.
Erməni Apostol Kilsəsinin informasiya bölməsinin koordinatoru Yesai Artenyan ölkədə geylərin sayının kəskin artdığını bildirib.Muxalifet - 10-04-2019
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq -SƏRƏNCAM
Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Muxalifet - 10-04-2019
Fəttah Heydərov nəvəsinin istefasından danışdı: “Təəccübləndim”
Xəbər verdiyimiz kimi, "Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
Məsələ ilə bağlı Tale Heydərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun babası, millət vəkili Fəttah Heydərov qısa açıqlama verib. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib: "Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".Muxalifet - 10-04-2019
Azərbaycan ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr...
Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr müzakirə olunub.
Muxalifet - 10-04-2019
Göyçayın icra başçısından PREZİDENTƏ ŞİKAYƏT - 35 ailə çarəsiz vəziyyətdədir... / FOTOLAR
Göyçay şəhəri, Nizami küçəsi, dalan 20-də yaşayan sakinlər tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediən şikayətçilər yazırlar: “Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirik ki, bizim şikayətimizə özləri baxsınlar, tədbir görsünlər. Çünki Göyçay rayon icra başçısı Mehdi Səlimzadə vətəndaşların heç bir problemini həll etmək istəmir. Onun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay günü-gündən bərbad vəziyyətə düşür.
Muxalifet4 - 10-04-2019
Koalisiya qüvvələri Sanaya havadan HÜCUM ETDİ
Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri Yəmənin paytaxtı Sana şəhərində Husilərə qarşı hava hücumu həyata keçiriblər. Şahidlərin verdiyi məlumata görə, koalisiya qüvvələrinə məxsus təyyarələr Husilərin nəzarəti altındakı paytaxtın şimalında bir plastika fabrikasını vurublar. Hava hücumu nəticəsində böyük bir yanğın baş verdiyi bildirilir.
Muxalifet - 10-04-2019
Mərkəzi Bank dolların məzənnəsi barədə
Aprelin 11-nə manatın məzənnəsi açıqlanıb.Mərkəzi Bankdan verilən məlumata görə, 11.04.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il aprelin 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
Muxalifet - 10-04-2019
İranda sel nəticəsində 5158 kəndi su basıb
İranda sel nəticəsində 269 şəhərə, 5 158 kəndə ziyan dəyib.
“Report” “Fars”a istinadən xəbər verir ki, bunu İranın Fəlakətlərin İdarəedilməsi Milli Təşkilatının sözçüsü Behnam Səidi bildirib.
Onun sözlərinə görə, son 200 ildə Gülüstan və Xuzistan, son 500 ildə isə Lorestan əyalətlərində belə təbii fəlakət qeydə alınmayıb.
Qeyd edək ki, martın 25-də İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Muxalifet - 10-04-2019
Şaxtada işləyən gəncin üstünə lift düşdü - Vəziyyəti ağırdır
Ötən gün Bakıda bədbəxt hadisə baş verib.
Paytaxtın Xanlar küçəsi 27 ünvanında İlqar Böyükağa oğlu Əbilova məxsus tikilidə liftin trosu qırılıb.
Hadisə nəticəsində liftin şaxtasında çalışan 1997-ci il təvəllüdlü İlham Mənsum oğlu Cəfərov ağır xəsarət alıb.
O təcili olaraq yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilib./oxu.azMuxalifet - 10-04-2019
Qaşıqçı-nın ailəsindən qan pulu açıqlaması
İngilis xəbər agentliyi “Reuters”-in “Al Ərəbi” televiziyasının məlumatından bildirdiyinə görə, İstanbulda öldürülən Camal Qaşıqçı-nın ailəsinin cinayətlə əlaqədar olaraq hər hansı bir qan pulu görüşməsi etmədiklərini bildirib.
Muxalifet3 - 10-04-2019
“Bu əclaf Ukraynaya o qədər ziyan vurub ki…” - Poroşenkonun plakatı qalmaqala səbəb olub
Ukraynda seçki günü yaxınlaşdıqca, prezidentliyə namizədlər öz “arsenallarındakı” bütün “silahlardan” istifadə etməyə çalışırlar.
Muxalifet.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, hazırkı prezident Pyotr Poroşenkonun son seçki plakatı həm Ukraynada, həm də Rusiyada böyük səs-küyə səbəb olub.
Muxalifet - 10-04-2019
Trampdan çox danışılacaq açıqlama: “Bu, bir çevriliş cəhdi idi”
ABŞ prezidenti Donald Tramp gündəmə dair mühüm açıqlama verib.
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosu (FTB) tərəfindən aparılan, Rusiya və Trampın 2016 prezident seçkiləri üçün gizli anlaşdığına dair iddiaların ələ alındığı istintaqı çevriliş cəhdi kimi qiymətləndirib. Tramp "Bu bir dövlət çevrilişinə cəhdiydi. Bu bir prezidenti vəzifədən alma cəhdi idi. Və onları məğlub etdik" deyib.
İsraildəki seçkilərə də toxunan Tramp, Binyamin Netanyahunun qalib olmasını "sülh göstəricisi" kimi şərh edib və bu uğurdan dolayı da təbrik edib.Muxalifet3 - 10-04-2019
Bakının mərkəzində restoranda QORXUNC ANLAR - FOTO
Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi-70 ünvanında yerləşən "Təndir&Kabab" restoranının havalandırma sistemində yanğın olub. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, binanın birinci mərtəbəsinin arxa hissəsində restorana məxsus havalandırma sisteminin generatorunda qısaqapanma olub. Nəticədə elektrik kabelləri əriyib və generatorda tüstülənmə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Restoranın yerləşdiyi binaya elektrik enerjisinin verilişi dayandırılıb. Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları cəlb olunub və yanğının qarşısı alınıb.
Muxalifet - 10-04-2019
Pakistan: “Kəşmir qazanı bu cür qaynamağa davam edə bilməz”
Pakistanla Hindistan arasındakı mövcud mübahisələr yalnız dialoq vasitəsilə həll oluna bilər.
Bunu Pakistanın baş naziri İmran Xan BBC-yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Hindistanla Pakistan arasında mübahisəyə və gərginliyə səbəb olan yeganə mövzu Kəşmir problemidir. “Hindistanın baş naziri Narendra Modiyə və ölkəsinə hansı mesajı göndərmək istəyərdiniz?” sualına cavabında İmran Xan bildirib ki:Muxalifet - 10-04-2019
Qənirə Paşayevadan Zöhrabyana: Üzr istə!
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın çıxışında Azərbaycan haqqında yanlış məlumatlar verməsi təəssüf doğurur. Halbuki Xocalı soyqırımını törədən, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq həmin insanlardan üzr istəməliydi.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yaz sessiyası çərçivəsində müzakirələr zamanı bildirib.Muxalifet3 - 10-04-2019
Əhalimizin 10 milyon olması Küveyt mediasında
Azərbaycan Respublikasının 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkəmizin Küveytdəki səfirliyi tərəfindən məlumatlar hazırlanaraq Küveyt kütləvi informasiya vasitələrinə göndərilib.
Muxalifet3 - 10-04-2019
İrandan Türkiyənin əməliyyatına reaksiya: Bunun zərəri olacaq
Kürd problemi hərbi yolla həll edilə bilməyəcək, onlara qarşı əməliyyatın yalnız zərəri olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə deyib.
Muxalifet3 - 10-04-2019
Nazirlər Kabineti yetkinlik yaşına çatmayanlarla bağlı iclas keçirdi
Aprelin 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.Muxalifet3 - 10-04-2019
Trampa oğlundan şad xəbər
ABŞ Prezidenti Donald Trampın bu ilin avqustunda onuncu dəfə baba olacağı gözlənilir.
Muxalifet.az xəbər verir ki, Donald Trampın oğlu Erik və onun həyat yoldaşı Lara yenidən uşaq gözləyirlər.
“Lara və mən sevinclə elan edirik ki, avqust ayında ailəmizin daha bir üzvü dünyaya gələcək! Lyuk çox gözəl böyük qardaş olacaq”, - Erik Tramp özünün Tvitter səhifəsində belə yazıb.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında cütlüyün bir oğlu olmuşdu. Buna qədər Ağ Ev rəhbərinin 8 nəvəsi var idi. Onlardan 5-i prezidentin kiçik oğul Trampın, 3-ü isə qızı İvankanın övladıdır.
Muxalifet3 - 10-04-2019
"Diqlas"dakı sahibkarların hesabına 364 min köçürüldü
Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manat ödənilməsi qərara alınıb.
Muxalifet3 - 10-04-2019