Axtarış

The search found 105768 results in 0.023 seconds.

Search results

  1. “Barselona” qalib gəldi, “Yuventus”dan heç-heçə - Nəticələr

    Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçirilib.
    Muxalifet.az xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması İngiltərədə baş tutub. 
    1/8 finalda PSJ-ni yarışdan uzaqlaşdıran "Mançester Yunayted" öz meydanında "Barselona"nı qəbul edib. Maraqlı epizodlarla yadda qalan görüş qonaqların minimal (0:1) hesablı qələbəsilə yekunlaşıb. 
    Günün digər oyununda isə qalib müəyyənləşməyib. Belə ki, "Ayaks" doğma azarkeşlər önündə "Yuventus"la heç-heçə (1:1) edib. 
    Qeyd edək kİ, komandalar arasında cavab qarşılaşmaları aprelin 16-da olacaq. 

    Muxalifet - 11-04-2019

  2. Pompeodan gülünc “F-35” və “S-400” açıqlaması

    ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Türkiyənin F-35 döyüş təyyarələri və Rusiya istehsalı S-400 havadan müdafiə sistemini eyni anda istifadə edilməsinin texniki olaraq mümkün olmadığını ifadə edib.
     

    Muxalifet3 - 11-04-2019

  3. ​Sudanda prezident və hökumət istefaya göndərildi - YENİLƏNDİ

    ​Sudan hərbçiləri prezidentin və hökumətin istefaya göndərildiyini bəyan ediblər.
    Trend-in məlumatına görə, bundan əvvəl Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilib. Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib.

    ***

    Muxalifet - 11-04-2019

  4. Azərbaycanlı xadimədən şok cinayət – Çayına yuxu dərmanı qatıb...

    Azərbaycanlı xadimə Türkiyədə şok cinayət törədib.
    Mərmum rejissor Osman Yağmurdərəlinin həyat yoldaşı Esin Yağmurdərəli bu haqda açıqlama verib. O, bildirib ki, evdə tək yaşayır. Bir müddət əvvəl ona kömək etməsi üçün şirkətlərin vasitəçiliyi ilə azərbaycanlı qadını evinə gətirib. 
    Qadın ona üç gün ev işlərində yardım edib. Sonra isə azərbaycanlı xadimə onun çayına yuxu dərmanı qatıb. Rejissorun həyat yoldaşı yuxuya getdikdən sonra onun bütün zinət əşyalarını oğurlayaraq Azərbaycana qaçıb.

    Muxalifet - 11-04-2019

  5. Rusiyadan 'F-35' əvəzinə “Su-57” açıqlaması: Türkiyə ilk ölkə ola bilər

    Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlunun ABŞ-ın F-35 döyüş təyyarələrini tədarük etmədiyi təqdirdə Türkiyənin bunun alternatifini tapacağına dair açıqlamasını qiymətləndirən rus hərbi ekspert Korotçenko, Vaşinqtonun təhdidlərə davam etməsi halında Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi olan Su-57-ni idxal etmək üçün ilk ölkə ola biləcəyini söyləyib.
     

    Muxalifet3 - 11-04-2019

  6. ​Prezident Şeyx Əbdülə mənzil hədiyyə etdi

    Prezident İlham Əliyev  tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Mahmudov Abduləhəd Əlirzaoğluna (Şeyx Əbdül Mahmudbəyov) mənzil hədiyyə edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Unikal.org-a kinorejissorun  özü məlumat verib:

    Muxalifet - 11-04-2019

  7. Hindistanda tarixin ən böyük seçkisi başladı

    Hindistanda parlament seçkilərinin birinci mərhələsi start götürüb.
    Bu barədə TASS informasiya yayıb.
    Məlumata görə, bu seçkilər dünya tarixində ən kütləvi seçkilər olacaq. Belə ki, səsvermədə təxminən 900 milyona yaxın insanın iştirakı nəzərdə tutulur.
    Seçkilər Hindistanın 29 ştatında və 7 ittifaq ərazisində keçirilir. Səslərin sayılması prosesinin mayın 23-də başa çatması gözlənilir./Axar

    Muxalifet - 11-04-2019

  8. Ermənilər kəndlərimizi atəşə tutdular

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 11-04-2019

  9. Bakıda yanan binada xəsarət alanların adları məlum oldu – SİYAHI

    Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.

    Trend-ə daxil olan məlumata görə, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğluyanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

    Muxalifet - 11-04-2019

  10. Türkiyəyə təzyiq davam edir: Qondarma "erməni soyqırımı” layihəsi Konqresdə

    ABŞ-ın Nümayəndələr Palatası və Senatına 1915 hadisələrinin sözdə 'erməni soyqırımı' olaraq tanınmasına dair bir qərar layihəsi təqdim edilib.

    Layihədə Konqressin iki qanadının sözdə "erməni soyqırımı"nı tanıma və xatırlamağı ABŞ siyasəti olaraq gördüyü' ifadə edilib. Qətnamə layihəsi məcburi öhdəliklər yaratmasa da, Amerika Konqresinin bir məsələ ilə bağlı fikirlərini ortaya qoyur.

    Müxalifət.az

    Muxalifet3 - 11-04-2019

  11. ​“Elina ilə danışan icra başçısının müavinidir” - ŞOK AÇIQLAMA - VİDEO

    Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə özünü öldürən Elina Hacıyeva ilə bağlı paylaşım edib.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, müğənni E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğu qeyd edib:

    Muxalifet - 11-04-2019

  12. Sudanda dövlət çevrilişi! Ordu həbslərə başladı

    Dövlət çevrilişinin gündəmdə olduğu Sudanda dövlət televiziyası ordunun qısa müddət içərisində əhəmiyyətli açıqlama verəcəyini bildirib. Gələn ilk məlumatlara görə, ordu dövlət televiziyasını mühasirəyə alaraq içəri girib. Sudanda siyasi mənbələr hərbçilərin iqtidardakı hakim Milli Konqres Partiyası liderlərini nəzarətə almağa başladığını bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 11-04-2019

  13. Bir gündə 2 min manat cərimə olundular - YOL POLİSİ HƏRƏKƏTƏ KEÇDİ

    Tranzit nömrə və ya xarici nömrə ilə avtomobil sürənlərin cərimələnməsi problemi aradan qaldırılıb.
    Bu barədə nəqliyyat üzrə ekpsert Ərşad Hüseynov məlumat paylaşıb.
    Ekspert bildirib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları "sayan" və cəmləndikdə 2000 manata yaxın cərimələnənlərə son günlər tez-tez rast gəlinir.

    Muxalifet - 11-04-2019

  14. “Qaçqınkom” keçmiş sektor müdirini məhkəməyə verdi – Cinayət işi açıldı

    Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.
    Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
    Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.

    Muxalifet - 11-04-2019

  15. Tale Heydərov istefasından danışdı - “Vaxtı çatmışdı…”

    "Dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir".
    Bu barədə klubun yaydığı məlumatda bildirilir.

    Muxalifet - 11-04-2019

  16. Kim pulla daha yaxşı davranır - kişilər, ya qadınlar...

    İlginc psixoloji araşdırmalar və nəticələri; varlı kişi gözəl qadın, varlı qadın uğurlu kişi seçir...

    Bu günlərdə “BBC Azərbaycanca”da dünyanın ən varlı qadınları ilə bağlı dosye hazırlanıb. Həmin dosyedə dünyanın varlı qadınlarının kimliyi, onların bu sərvəti necə əldə etməsi ilə bağlı məqamlara toxunulub. Amma burada sual doğuran məqamlardan biri də hər iki cinsin var-dövlət amilinə nə qədər, hansı prinsiplərlə önəm verməsidir. Daha bəsit formada desək, hansı cins pulla necə davranır?

    Muxalifet - 11-04-2019

  17. ​AĞDAŞDA DƏHŞƏT: Hamilə qadın özünü çaya ataraq intihar etdi

    Ağdaşda intihar hadisəsi baş verib.
    ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü rayon ərazisindən keçən Türyançay çayına atıb. Nəticədə qadın boğularaq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
    Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
    Qeyd edək ki, S.İslamova yeddi aylıq hamilə imiş.

    Muxalifet4 - 11-04-2019

  18. “Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı - MİSLİ GÖRÜNMƏMİŞ ADDIM

    ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq Radiosu”nun baş redaksiyası bəyan edir ki, radionun tacik xidməti bu ölkədə “Emomali Rahmonun repressiv rejimi ilə” sistemli şəkildə əməkdaşlıq edir. Nəticədə “Azadlıq Radiosu”nun rəhbərliyi tərəfindən “Radio Ozodi”yə qarşı təhqiqat başladılıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, radionun bu bəyanatı OpenDemocracy saytında yerləşdirilib.

    Muxalifet - 11-04-2019

  19. Pensiyalarla bağlı yenilikdən nə qədər insan yararlandı?

    Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
    Məlumatda bildirilir ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

    Muxalifet - 11-04-2019

  20. Məşhur hüquqçu ilə həkimin qurduğu cinayətkar şəbəkə - Dələduzluq içində hansı məmurların adı hallanır...

    "Mən Rafael Qasımovu tanışımın vasitəsi ilə 10-12 il bundan qabaq tanımışam. İlk baxışdan bu adam normal insandır, müəllim işləyir. Bir gün mənə zəng etdi ki, oğlunu prezident aparatına işə düzəldəcəm, təcili gəl, görüşüb danışaq. Getdim danışdım, bu məsələnin həlli üçün 34 min dollar pul istədi. Bunun 4 min dollarının dövlət qulluğuna, qalanının isə işi düzəldənə çatacağını dedi”. 

    Muxalifet - 11-04-2019

Pages