Axtarış

The search found 105768 results in 0.107 seconds.

Search results

  1. ​Kütləvi dava baş verən restoran sahibi SAXLANILDI

    Xırdalanda baş verən kütləvi dava ilə əlaqədar bir nəfər saxlanılıb. 
    Restoranın sahiblərindən biri Abşeron rayon Polis İdarəsinə gedərək könüllü təslim olub. Hazırda onun ifadəsi alınır.
    Qeyd edək ki, restoranın sahibləri üç qardaşdır. (ONA)

    Muxalifet - 11-04-2019

  2. ​XİN-dən ermənilərə CAVAB: "Dəfələrlə..."

    Erməni kütləvi informasiya vasitələri Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikir səsləndirib.

    Muxalifet - 11-04-2019

  3. ​"Nazpəri mənə 200 verib, özü milyon qazandı" - Bəstəkar

    Bir müddət öncə ölüm xəbəri yayılan bəstəkar Ətiqə Ələkbərova ARB TV-nin “Səhər-Səhər” proqramına açıqlama verib. 
    Muxalifet.az-ın məlumatına görə, bəstəkar həyatından danışıb:

    Muxalifet - 11-04-2019

  4. ​DYP-dən növbəti reyd: 50 avtomobil saxlanılıb

    Sumqayıt şəhəri ərazisində "Təmiz Hava" aylığı çərçivəsində maarifləndirci-profilaktik tədbir keçirilib.

    Muxalifet - 11-04-2019

  5. Savelyev: 42 yaşında prezident olmaq...

    42 yaşında ölkə Prezidenti olmaq, xüsusən hakimiyyət sükanını respublikanı uçurumdan xilas etmiş milli lider Heydər Əliyevdən qəbul etmək böyük məsuliyyətdir.
    Muxalifet.az xəbər verir ki, bunu azərtac -a açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
    Deputat əlavə edib:

    Muxalifet3 - 11-04-2019

  6. Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu

    Tarixdə ilk dəfə azərbaycanlı gənc Cənubi Koreyada dövlət məmuru olub.
    Muxalifet.az-ın  modern.az-a istinadən məlumatına görə, gənc soydaşımız Nihat Xəlilzadə Seul İcra Hakimiyyətinin Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyət göstərir. O həmçinin, Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır.
    Qeyd edək ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır, Soongsil Universitetinin magistridir.
     

    Muxalifet3 - 11-04-2019

  7. Valideyn müəllimə haqq qazandırmalıdır - Sona Vəliyeva

    İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri “Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı deyib.
    Sona Vəliyeva təlim-tərbiyə işində məktəblə valideynin birgə çalışmasının zərurətini bildirib:

    Muxalifet3 - 11-04-2019

  8. Məsuliyyət məktəbin üzərinə atılmamalıdır - Azər Ayxan

    Ailələr övladlarını təkcə məktəbin ümidinə buraxmamalıdırlar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı səsləndirib.

    Muxalifet3 - 11-04-2019

  9. Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəlib

    Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
    Muxalifet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib. O, finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək. 
    Yarımfinalda məğlub olan Tatyana Omelçenko (62 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq. 

    Muxalifet3 - 11-04-2019

  10. Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşdı

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,24 dollar və yaxud 1,7% artıb.
     “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,98 dollar təşkil edib.
    Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
     

    Muxalifet3 - 11-04-2019

  11. Türkiyədən Fransaya qondarma soyqırım etirazı

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akar fransalı həmkarı Florens Perli ilə telefon söhbəti aparıb. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət zamanı Suriyadakı son siyasi proseslər və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Akar danışıq zamanı Fransanın 24 aprel qondarma erməni soyqırımı ilə bağlı qərarından dolayı da narahatlığını ifadə edib. Qeyd edək ki, Fransa Prezident Emmanuel Makron 24 aprel tarixinin qondarma erməni soyqırımını anma günü kimi elan edib və bu barədə fərman imzalayıb.

    Muxalifet3 - 11-04-2019

  12. Haftarın ordusu hökumətin bazasını bombaladı

    Liviya Milli Ordusu (LMO) Tripolinin şimal-şərqində hökumətə məxsus hərbi bazaya aviazərbə endirib.
    Muxalifet.az xəbər verir ki, “Skay Arab Nyus” məlumat yayıb.
    Hücumla bağlı əlavə məlumat verilməyib.
     

    Muxalifet3 - 11-04-2019

  13. Xınalıq yolunda hərəkət bərpa edildi - Yeniləndi

    Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib.
    Bu barədə report -a 5 saylı Quba Yol İstismarı İdarəsinin sahə rəisi Əliqulu Orucov məlumat verib.
    Onun sözlərinə görə, 5 ekskavator və 2 buldozerin köməkliyi ilə yol açılıb, gediş-gəliş təmin olunub.
     

    Muxalifet3 - 11-04-2019

  14. Sudan çevrilişinin arxasında bu şəxs dayanır - Şok iddia

    Sudanda baş verən çevrilişin arxasında Misir Prezidenti Əbdülfəttah Sisinin dayandığı iddia edilib.
    Belə ki, çevrilişdən dərhal sonra Sudanın Müdafiə naziri Əhməd bin Avf Misirə təcili səfər edib.
    O, Misirin Əmək naziri Hişam Tevfik tərəfindən qarşılanaraq hökumət idarəsinə gətirilib.
    Bəzi mənbələr isə, Misir başda olmaqla, BƏƏ, Səudiyyə Ərəbistanı, o cümlədən Qərb dövlətlərinin Əhməd ibn Avfa dəstək verdiyi, gələcəkdə onun dövlət başçısı kürsüsünə gətiriləcəyini istisna etmir.
     

    Muxalifet3 - 11-04-2019

  15. Usubovun sıra baxışının vaxtı dəyişdirildi

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun DİN-in Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilib.
    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet3 - 11-04-2019

  16. Öldüyü deyilən adam bir saat sonra həyata döndü- QƏRİBƏ OLAY

    Öldüyü deyilən boğulan adam bir saat sonra həyata döndü. 
    Muxalifet.az xəbər verir ki, hadisə ABŞ-da baş verib. Belə ki, 14 yaşlı Jon Smit iki yoldaşıyla birlikdə donmuş gölün üzərində oynayarkən buz sınıb və o, suya düşüb. Yoldaşları isə qaçmağa müvəffəq olub. Sonradan sudan çıxarılaraq xəstəxanaya çatdırılan gənc haqda həkimlər hər şeyin gec olduğunu və onun öldüyünü bildiriblər. 

    Muxalifet3 - 11-04-2019

  17. Azərbaycanlı dayə türkiyəli siyasətçinin xanımını qarət etdi

    Azərbaycanlı dayə vəfat etmiş siyasətçi və kinorejissor Osman Yağmurderelinin həyat yoldaşı Eşin Yağmurderelinin evini qarət edib. 
    Ntv.com.tr portalının məlumatına görə, azərbaycanlı qadın üç gün əvvəl həmin evə işə düzəlibmiş. 
    O, Yağmurderelinin çayına yuxu dərmanı qatdıqdan sonra əməlini həyata keçirib. 
    Qadın evdən qızıl-zinət əşyalarını və Osman Yağmurderelinin şəxsi əşyalarını oğurlayaraq, Azərbaycana qayıdıb. 
    E.Yağmurdereli qadını dayə şirkətlərindən birindən çağırdığını deyib və insanlara bu zaman diqqətli olmalarını tövsiyə edib.

    Muxalifet3 - 11-04-2019

  18. Trampdan Assancla bağlı qəribə açıqlama

    ABŞ Prezidenti Donald Tramp bu gün həbs edilən “Vikiliks” saytının qurucusu Culian Assancla bağlı gözlənilməz açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri “Vikiliks” haqqında heç bir məlumata malik olmadığını və Assancı tanımadığını bildirib.
    Qeyd edək ki, bu gün Ekvador Assanca sığınacaq verməkdən imtina edib və o, bu ölkənin səfirliyindən çıxarıldıqdan sonra London polisi tərəfindən həbs edilib.
     

    Muxalifet3 - 11-04-2019

  19. Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar - Matviyenko

    Aprelin 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə parlament sədrlərinin təkbətək görüşü olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

    Muxalifet3 - 11-04-2019

  20. Türkiyədən Sudan bəyanatı

    Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Sudanda dincliyin, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün qardaş Sudan xalqının yanındadır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Sudandakı çevriliş olayı ilə bağlı bəyanatında deyilib.
    Bəyanatda siyasi proseslərin demokratik yolla və milli uzlaşma çərçivəsində həllinin vacibliyi vurğulanıb.
    “Sudanda təhlükəsizliyin və sabitliyin qorunması bütün region üçün sabitliyinin təminatıdır”, - deyə bildirilib.
     

    Muxalifet3 - 11-04-2019

Pages