Axtarış
The search found 105768 results in 0.073 seconds.
Search results
Prezident sərəncam imzaladı - 7 milyon manat ayırdı
Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 11-04-2019
Qarabağda növbəti erməni təxribatı - DÜŞMƏN HƏRBİ TƏLİMLƏR KEÇİRİR
Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan ordusu işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisi ilə yanaşı, rayonun Şahbulaq, Tərnöyüt və Kəngərli kəndləri ərazisində də hərbi təlimlər keçirir. Təlimlərə atıcı silahlarla bərabər artilleriya vasitələri və digər hərbi texnika da cəlb edilib.
Muxalifet - 11-04-2019
Sürücülərin NƏZƏRİNƏ: Quba-Xınalıq yolu bağlandı
Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib.
Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.
Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.Muxalifet - 11-04-2019
Sudanda çevriliş! Prezident Ömər Əl Bəşir həbs olundu
Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb və bəzi əsgərlər içəri girib. Sudanın müdafiə naziri Avad bin Avf dövlət başçısı Ömər Əl Bəşirin həbs olunduğunu və təhlükəsiz bir yerdə saxlanıldığını bildirib. Ölkəni qurulacaq hərbi şuranın idarə edəcəyini, 3 ay ərzində ölkədə fövqəladə vəziyyət elan ediləcəyini bildirib. Konstitusiyanın hökmünün təxirə salındığını, seçkinin keçid dövründən sonra keçiriləcəyi bildirilib. Sudanlı aktivistlər müdafiə naziri Avad bin Avfa qarşı etiraz aksiyalarının davam etdirilməsinə çağırıb.
Muxalifet3 - 11-04-2019
"İntihar etməmişdən iki gün öncə..." - Elinanın atası DANIŞDI
Bakı şəhəri 162 saylı tam orta məktəbin intihar etmiş 8-ci sinif şagirdi Elina Hacıyevanın adının ətrafında yaranmış söz-söhbətlər bitmək bilmir.
Bununla bağlı News24.az mərhum qızın atası Ədalət Hacıyevlə görüşüb, eksklüziv müsahibə alıb.
Müsahibəni olduğu kimi təqdim edirik:
- Elina sizə məktəblə bağlı hər hansı şikayət etmişdimi?Muxalifet - 11-04-2019
"Dedim mağaza açsanız, özümə cavabdeh deyiləm" - MƏHKƏMƏDƏ ŞOK SÖZLƏR
Hacıqabul rayonunda qətl törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Natiq Ədilov və onun qardaşı, 1965-ci il təvəllüdlü Davud Ədilov, onların qardaşı oğlanları, 2000-ci il təvəllüdlü Nəcəf Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Natiq Ədilovun qardaşı Habil Ədilov 8 avqust 2015-ci ildə həmkəndlisi Sərhəd Şirəliyev tərəfindən öldürülüb.Muxalifet - 11-04-2019
Çavuşoğlundan Makrona sərt təpki: Türkiyəyə təzyiq davam edir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü elan edən qətnaməni təsdiq etməsilə bağlı "Bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Bu məsələdə biz də lazımi tədbirləri onsuz da alacağıq. Bununla bağlı Ankarada bəzi cəhdləri başladıq" deyib.
Muxalifet3 - 11-04-2019
Paşinyan Avropada da təsdiq etdi: Ermənistana Azərbaycanın yeni əraziləri lazımdır
Ermənistanın baş naziri Nikol Paşinyan hesab etmir ki, onun bəyanatlarında və müdafiə naziri David Tonoyanın şərhlərində hər hansı ziddiyyət var.
Virtualaz.org “Novisti Armeniya”ya istinadən bildirir ki, N.Paşinyan Avropa Şurasının baş katibi Turbern Yagland ilə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən deyib: "Bu, olsa-olsa vəziyyətin təfsir olunması məsələsidir".Muxalifet - 11-04-2019
İrandan heroin gətirən dəstə üzvlərinə hökm oxundu - ATA AZADLIĞA ÇIXDI, OĞLU İSƏ TÜRMƏYƏ GETDI
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Şahlar Qasımov, Əhməd Əhmədov, Yaşar Qasımov, Süleyman Məhərrəmov və İran vətəndaşı Cavadi Rzanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Şahlar Qasımov əməlindən peşmançılıq çəkdiyini, lakin atası Yaşar Qasımovun sözügedən cinayət işində heç bir günahı olmadığını söyləyib. Ə. Əhmədov və İran vətəndaşı Cavadi Rza ittihamlarla razılaşmayıb,onları əsassız, şər və böhtan adlandırıblar.Muxalifet - 11-04-2019
Ali Baş Komandanın bayrağı təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə" nin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında əsasnamədə deyilir:Muxalifet - 11-04-2019
“Ailəlikcə özümüzə qəsd etmək dərəcəsinə çatmışıq” – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT
Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi ev 22-də yaşayan Rəhimova Göyçək Aslan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban xanım! Mən mülki iş üzrə xususi mülkiyyətçi 81 yaşlı anam Hacıyeva Zümrüd Əhmədovna qızının etibarnaməsi əsasında onu rəsmi təmsil edirəm.
Muxalifet4 - 11-04-2019
MƏZHƏKƏÇİ ZELENSKİ PREZİDENT OLARSA… – “Ukrayna: proqram əvəzinə bədii təxəyyül”
Görəsən, heç bir praktik proqram təqdim etməyən bir adam Ukrayna prezidentliyinə necə iddialı ola bilər? 31 mart tarixində Ukraynada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri bu barədə düşünməyə vadar edir. Seçkilərin nəticəsinə görə məzhəkəçı Vladimir Zelenski səslərin 30,2%-ni qazanıb.
Muxalifet - 11-04-2019
Ərinin bir milyon borcunu Işın ödəyir
Türkiyəli müğənni Işın Kara əri Sedat Doğandan ayrılsa da, aralarında olan problem bitməyib.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir müddət öncə məhkəməyə müraciət edərək, qızının soyadını da dəyişdirib.
Karacanın eks-ərinə olan nifrətinin səbəbi məlum olub. Bildirilir ki, Doğan bir milyon lirə borc alıb və həmin pulları bugünədək Işın Karaca ödəyir.
Hazırda Braziliyada olan Sedat bir müddət öncə orada həbs edilmişdi.Muxalifet - 11-04-2019
Növbədənkənar parlament seçkiləri olacaq? - Siyavuş Novruzov AÇIQLADI
“Azərbaycan Milli Məclisinə erkən seçkilərin keçirilməsi gündəmdə deyil”.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. YAP rəsmisi bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi üçün ya konstitusiyada dəyişiklik edilməlidir, ya da parlament özü-özünü buraxmalıdır:
“Bu ilin dekabırında bələdiyyə seçkiləri olmalıdır. Qanunvericiliyə uyğun olaraq növbəti il isə parlamentə seçkilər keçiriləcək. Nə baş verəcəyini biz proqnozlaşdıra bilmərik”.Muxalifet - 11-04-2019
BÖYÜK OYUNUN SİRLƏRİ: İran qonşu Omanda ABŞ-ın hərbi qüdrətinə nə üçün səssiz qalır?
“Əl-Monitor”, 10.04.2019
ABŞ strateji qüvvələrinə Omanın Duqm və Sələlə limanlarından istifadə etmək imkan verən Vaşinqton və Məsqət arasında hərbi razılaşma Birləşmiş Ştatların İrana qarşı təzyiqi kontekstində geniş şərh edilib. Ancaq İranın niyə müqaviləyə təpki vermədiyinə təəccüb edənlər çoxluqdadır.
Muxalifet - 11-04-2019
"Həbiblə döyüşdən 3 həftə əvvəl ayağımı qırdım" - Konor Makqreqor
3 çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovla döyüşdən 3 həftə əvvəl zədələndiyini bildirib.
Bu barədə idmançı şəxsi Twitter hesabında yazıb.
İrlandiyalı döyüşçü "Mübarizədən 3 həftə əvvəl ayağımı qırdım. Buna baxmayaraq oktaqona getdim və gecənin son zərbələrini vurdum" deyə yazıb.
Qeyd edək ki, 6 oktyabr 2018-ci ildə yüngül çəkidə kəmər döyüşündə Konor Həbibə məğlub olmuşdu./Milli.AzMuxalifet - 11-04-2019
Erməni generaldan ŞOK AÇIQLAMA: Ordumuz hücum əmrini...
“Ermənistanda bir il əvvəl “məxməri inqilab”ın yaratdığı eyforiya artıq sona çatıb. Ölkədə keçirilən aksiyalarda narazı vətəndaşlar məyus olduqlarını tez-tez dilə gətirirlər. Hətta Paşinyan hakimiyyətinə dəstək verən qüvvələr də onun siyasətini və komandasını sərt tənqid etməyə başlayıblar”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni general Arkadi Ter-Tadevosyan deyib.Muxalifet - 11-04-2019
ABŞ-ı tamamilə məhv edə biləcək raket hazır oldu
Rusiya prezidenti Vladimir Putin bu gün etdiyi açıqlamada, Rusiyanın yeni nəsil hipersonik qitələrarası ballistik raketi “Sarmat”ın son test mərhələsinə gəldiyini bildirib. “Xəncər” adlı hipersonik sürətlə hərəkət edə bilən raket və lazer silah sistemi “Peresvet”in testlərinin tamamlandığını da qeyd edən Putin, bu sistemin inventara qəbul edildiyini ifadə edib.
Muxalifet3 - 11-04-2019
Prokuror qayınanasını öldürən kürəkənə 20 il cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını öldürməkdə, arvadına isə ağır xəsarət yetirməkdə ittiham olunan Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, Cəsarət İsgəndərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi aprelin 18-də davam etdiriləcək.Muxalifet - 11-04-2019
Britaniya Assanji ABŞ-a təslim etməyəcək
Əgər “Wikileaks” saytının qurucusu, avstraliyalı jurnalist Culian Assanjı ABŞ-da ölüm hökmü gözləyəcəksə, onda Böyük Britaniya onu Vaşinqtona təslim etməyəcək.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya xarici işlər nazirinin müavini Alan Dankan bəyan edib: “Bizim istənilən vəziyyətlə bağlı ümumi siyasətimiz bundan ibarətdir və bu, eyni dərəcədə Culian Assanja da şamil edilir. Ona görə də, əgər Assanjı ölüm hökmü təhlükəsi gözləyəcəksə, ABŞ-a ekstradisiya olunmayacaq” – Dankan vurğulayıb.Muxalifet - 11-04-2019