Axtarış
The search found 105768 results in 0.039 seconds.
Search results
Yanan binadakı 23 ailəyə kirayə pulu verilib - Hər birinə...
Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana baş vermiş yanğın nəticəsində ziyan dəymiş 23 ailəyə dövlət tərəfindən verilən kirayə pulunun məbləği açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Azvision.az -a açıqlamasında bildirib ki, 23 ailənin hər birinə 300 manat məbləğində ödəniş edilib.Muxalifet - 11-04-2019
Elinanın intiharı ilə bağlı İlham Əliyev və xanımı TAPŞIRIQ VERDİ
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbinin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir. Bu məsələ ilə bağlı bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın".
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.Muxalifet - 11-04-2019
Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq öldü
Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.Muxalifet - 11-04-2019
Əlilliyi olan şəxslərin təqaüdü nə üçün verilməyib? - AÇIQLAMA
Əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aprelin 1-dən təsis edilən Prezident təqaüdünün verilməsində problemlər yaranıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, ödənişlər ayın sonuna kimi veriləcək.Muxalifet - 11-04-2019
Avropa İttifaqı ilə danışıqlarda gizli detallar varmı? - POLİTOLOQDAN AÇIQLAMA
Qabil Hüseynli:“Müxalifətin bildiyi varsa, açıqlasın”
“Mən burada gizlilik elementinin olduğu fikrində deyiləm”Muxalifet - 11-04-2019
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan aprelin 15-də Moskvada görüşəcək.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan XİN başçıları martın 29-da Vyanada görüşüblər.Muxalifet - 11-04-2019
Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI
İnsanlığı geri salan səhv düşüncədir, səhv düşüncə qədər ziyanlı heç nə yoxdur.
Mənə din lazımdırmı? Yoox! Niyə? Çünki ehtiyac duymuram, həyatımda onun yeri yoxdur, yerini görmürəm, din mənimçün düşüncələrin ən pisi, çıxdaşıdır...
Axı, bir vaxtlar...Muxalifet4 - 11-04-2019
Bakıda ana və qızının eyni gündə ölümünün DƏHŞƏTLİ SƏBƏBİ - TƏFƏRRÜAT
Martın 28-də Bakı şəhər Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində ana və qızının eyni gündə intihar etməsi hadisəsinin dəhşətli təfərrüatları üzə çıxıb.
İlkin araşdırmalar zamanı meyiti tapılan şəxslərdən ilk olaraq 24 yaşlı Qasımova Fatimə Daşqın qızının intihar etdiyi üzə çıxıb. Qızının özünü asdığını görən 40 yaşlı Qasımova Aidə Ələkbər qızı ona kömək etməyə çalışıb, lakin artıq gec olub. O, övladının asılı vəziyyətdə olan meyitini kəndiri kəsərək yerə endirib və üzü qibləyə çevirərək dua oxuyub. Daha sonra qadın həmin yerdə özünü asaraq həyatına son qoyub.Muxalifet - 11-04-2019
Gürcüstan hökuməti xarici ölkələrdəki bir neçə səfiri geri çağırdı
Gürcüstanın Estoniya, İsrail, Moldova və Küveytdəki səfirləri geri çağırılacaq. Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze qərar qəbul edib.
Dörd səfirin işdən azad olunması ilə bağlı hökumət başçısı ölkə Prezidenti Salome Zurabişviliyə müraciət edib.
Müraciətə əsasən, Gürcüstanın Estoniyadakı səfiri bu ilin iyunun 1-dən, İsrail və Küveytdəki səfirləri bu ilin iyulun 1-dən, Moldovadakı səfiri isə 2020-ci ilin yanvarın 1-dən etibarən tutduqları vəzifələrdən azad olunacaqlar.Muxalifet - 11-04-2019
BMT-də gərgin anlar: Venesuela və ABŞ rəsmiləri üz-üzə
ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuelanın daimi nümayəndəsi Samuel Monkadanın BMT Təhlükəsizik Şurasının iclasını tərk etməsini istəyib.
İclasın görüntüsü Birləşmiş Millətlər Təşkilatının saytında yayımlanıb.
“Hörmətsizlik olmasın, amma cənab səfir, siz burada olmamalısınız. Siz öz prezidentinizin yanına qayıdıb, onun vaxtının çatdığını deməlisiniz”, - deyə amerikalı siyasətçi Venesuela ilə bağlı vəziyyətin müzakirəsi zamanı bildrib.
Monkada təbəssümlə cavab verərək, Pensin müraciətinə məhəl qoymayıb.Muxalifet - 11-04-2019
"Açıq deyim ki, Damla ilə evlənərdim" - Qalmaqallı toyu ilə gündəmə gələn Elnar - VİDEO
ARB TV-nin "Hüseynova bacıları" proqramının növbəti qonağı yenicə ailə həyatı qurmuş müğənni Elnar Xəlilov olub.
Son dəfə efirdə qonaq olarkən evlənməyəcəyini bildirərək gündəmi zəbt edən müğənni, daha sonra ailə həyatı qurması ilə hər kəsi şoka salıb. Məsələ ilə bağlı açıqlama verən sənətçi, bu söhbətə son qoymaq istədiyini bildirib:Muxalifet - 11-04-2019
Azərbaycan Avropa Birliyi ilə gizli danışıqlar aparır? – POLİTOLOQ AÇIQLADI
“Mən burada gizlilik elementinin olduğu fikrində deyiləm”
Muxalifet4 - 11-04-2019
Çingiz Abdullayevə “Şərəf” ordeni təqdim olundu
Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə "Şərəf” ordeninin təqdimatı mərasimi keçirilib.
Dünya şöhrətli yazıçıya mükafatı mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.
Çingiz Abdullayev Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm. Bu günə qədər, yəni son üç gündə 6 ölkə məni mükafatlarla təltif edib. Buna baxmayaraq, mənim üçün ən yüksək mükafat Azərbaycan dövlətinin verdiyi ordendir".Muxalifet - 11-04-2019
Mübariz İbrahimovu tənqid edən Nərmin haqda QƏRAR VERİLDİ – Məhkəmə onu təqsirləndirilən şəxs kimi tanıdı
Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin 22 yanvar tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet4 - 11-04-2019
İntihar edən Elinanın ölümündə adı hallanan oğlanı QAÇIRMAQ İSTƏDİLƏR
14 yaşlı Elina Hacıyevanın ölümündə təqsirli olduğu bildirilən 11-ci sinif şagirdi Cavidin (ad şərtidir) fotoları sosial şəbəkələrdə paylaşılır. Sosial şəbəkə istifadəçiləri Cavidin yataqdakı rəsimlərini yayaraq qeyd edirlər ki, Elinanın intihar etməsinə bu oğlanın tərbiyəsiz davranışları səbəb olub. Həmin paylaşımlara isə çox emosional şərhlər gəlir və hətta oğlanı öldürməyin lazım olduğunu vurğulayanlar belə olur.
Muxalifet - 11-04-2019
Xalq artisti ölümlə hədələnir - VİDEO
Xalq artisti Aygün Kazımova ölümlə hədələnib.
Muxalifet4 - 11-04-2019
Azərbaycanda 10 ayın gəlinindən TÜKÜRPƏDƏN ƏMƏL: gecə saat 3-də…
Ağdaşda dəhşətli intihar hadisəsi baş verib.
Ağdaş rayonun Tofiqkənd kəndinin sakini, keçən ilin iyun ayında rayonun Nehrəxəlil kəndinə gəlin köçmüş 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü Türyançaya ataraq intihar edib. O, ötən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq kənddəki körpüyə gəlib və özünü çaya atıb. 24 yaşlı S.İslamovannı meyiti batdığı yerdən bir qədər aralıda aşkarlanıb.Muxalifet - 11-04-2019
“BAKÜ’NÜN FETHİ” TRT DİZİSİ OLMALI
Türkün şanlı tarixinə qanlarıyla zəfərlər yazan, Türk İslam ülküsünü uca tutan, qəlbindəki Allah eşqi və vətən sevgisiylə düşmənləri Türkün toprağında barındırmayan qəhrəmanlarımız hər zaman bizim qürur qaynağımız olmuşdur.
Fatih Sultan Mehmet Han Gaziyə aid edilən “Türk olmaq zordur, çünki dünya ilə savaşırsan, Türk olmamaq daha zordur, çünki Türk ilə savaşırsan.” sözü, əslində tariximizin özüdür diyə bilərik.Muxalifet4 - 10-04-2019
SON DƏQİQƏ: Xırdalanda kütləvi dava - İKİ POLİS BIÇAQLANDI
Xırdalanda kütləvi dava olub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə “Sultan” kafesində qeydə alınıb. Müştərilərlə kafenin işçiləri arasında baş verən kütləvi dava zamanı Çevik Polis Alayının əməkdaşı Rəşad Alışov, Daxili Qoşunların əməkdaşı Orxan Nağıyev və onun qardaşı Rauf bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.Muxalifet - 11-04-2019
Bu gün üç güləşçimiz medal görüşlərinə çıxacaq
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın dördüncü günündə üç qadın güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
Bunlar Türkan Nəsirova (-50 kq), Elmira Qəmbərova (-59 kq) və İrina Netrebadır (-68 kq). İlk iki idmançımızın rəqibi müvafiq olaraq Evin Dəmirhan (Türkiyə) və Anqelina Lisakdır (Ukrayna).
İrina Netreba isə Aqneşka Veşçek-Kordus (Polşa) – Yeni Franson (İsveç) cütünün qalibi ilə bürünc medal görüşündə üz-üzə gələcək.Muxalifet - 11-04-2019