Axtarış
The search found 105768 results in 0.079 seconds.
Search results
“Wikileaks”in yaradıcısı həbs olundu
"Wikileaks” saytının yaradıcısı Cullian Assanj həbs olunub.
Ekvador səfirliyi ona sığınacaq verməkdən imtina edib.
Assanj səfirlik hüdudlarını tərk edəndə isə polislər güc tətbiq etməklə jurnalisti səfirliyin binasından çıxararaq avtomobilə mindiriblər.
Onun saxlanılmasının səbəbi 2012-ci ildə girov müqabilində azad edilmə şərtlərini pozması olub.
Bundan əlavə, Assanj İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur./BakuPostMuxalifet - 11-04-2019
Qətərdə erməni təxribatı
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın aprelin 6-dan 10-dək Qətərin paytaxtı Dohada keçirilən “Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırlımasında parlamentlərin rolu” mövzusunda 140-cı assambleyasında iştirak ediblər.
Parlamentin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirə dünyanın 150-dən artıq ölkəsindən 2200-dən çox nümayəndə qatılıb.Muxalifet - 11-04-2019
Elinanın intihar etdiyi məktəbin direktoru ilə bağlı QƏRAR VERİLDİ
Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova rəsmi olaraq işdən çıxarılıb. Bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib.
Musavat.com xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Təhsil Nazirliyi aprelin 8-də də məktəb direktoru haqda məlumat yaymışdı.
Muxalifet - 11-04-2019
Qarabulaqda restorandan qaçan ayı sakinlərə HÜCUM ETDİ
İnquşetiyanın Qarabulaq şəhərində ayı sakinlərə hücum edib.
Ayının hücumu nəticəsində 2 nəfər xəsarət alıb. Yarlılardan biri xəstəxanya yerləşdirilib, digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisə yerinə gələn polis işçiləri vəhşi heyvanı silahla neytrallaşdırıblar.
Şəhər administrasiyasından isə ayının özl restoranların birindən diqqətsizlik üzündən qaçdığı bildirilib. Həmin restoranda qəfəsdə daha bir neçə heyvan saxlanıldığı qeyd edilir. Faktla bağlı araşdırmaya başlanılıb./UnikalMuxalifet - 11-04-2019
Yaqland bəyan etdi: "Ermənistan Avropa ölkəsi olub"
Avropa Şurasının baş katibi Turbern Yaqland Ermənistanı Avropa tarixində və dəyərlərində kök salmış Avropa ölkəsi adlandırıb. O, Ermənistandakı hadisələri və Konstitusiya əsasında aparılan demokratik dəyişiklikləri alqışlayıb.
Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, Strasburqda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı keçirən T.Yaqland konstitusiyanın hazırlanmasında Avropa Şurasının fəal iştirak etdiyini xatırladıb və "hər şeyin işlədiyini görmək çox xoşdur" deyib.Muxalifet - 11-04-2019
Eldar İbrahimovun qardaşının iddiası əsasında məhkəmə başlayıb
Milli Məclisin deputatı Eldar İbrahimovun qardaşı Heydər İbrahimovun vətəndaş Cəlal Əliyevə qarşı iddiası üzrə məhkəmə başlayıb.
Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə mülki iddia rayon məhkəməsinə aid olub-olmaması araşdırılıb, anket məlumatlar dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 16-na təyin edilib./ONA/Muxalifet - 11-04-2019
Azərbaycan parlamentində cinsi azlıqların müdafiəsi TƏKLİF OLUNDU - "Onlar diskriminasiyaya məruz qalırlar..."
“Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil almasını istəmirlər”.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bunu bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elşən Musayev deyib.
Deputat belə halın təmsilçisi olduğu Zaqatala və şimal bölgəsində də müşahidə olunduğunu təəssüf hissi ilə vurğulayıb:
Muxalifet4 - 11-04-2019
Bütün məktəblərdə pəncərələr ləğv edilir - Təhsil Nazirliyindən ŞOK TAPŞIRIQ
162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 4-cü mərtəbəsindən atıb öldürməsinin ajiotajı səngimir.
Bakupost.az-a daxil olan məlumata görə, intihar hadisəsindən sonra məktəbin direktoru Sevinc Abbasovanı işdən qovan Təhsil Nazirliyinin rəhbərliyi şok qərar verib.Muxalifet - 11-04-2019
Kənddəki ağacları kəsdi - 2950 manat cərimələndi
Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə,fakt nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.Muxalifet - 11-04-2019
"Ölkədə 2 milyona yaxın yeni iş yeri açılıb" – YAP SƏDRİNİN MÜAVİNİ
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir".
Muxalifet4 - 11-04-2019
“O qədər sırtıqlaşıblar ki, qollarımızı arxaya burmağa çalışırlar...” - LUKAŞENKO RUSİYA HAQDA
Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiyanın ünvanına sərt mesajlar verib. Virtualaz.org xəbər verir ki, Lukaşekonu qəzəbləndirən “Rosselxoznadzor”un ötən gün Belarusdan Rusiyaya alma və armud idxalına qadağa qoymasıdır. Bu qadağa ilə bağlı Lukaşenko hökumətin iqtisadi blokunun yığıncağını keçirib. O yada salıb ki, mart ayında Rusiya Türkiyə armudlarının Belarus üzərindən ixracını qadağan etmişdi. Lukaşenkonun sözlərinə görə, bütün bu addımlar Rusiya bazarının Belarus üçün bağlanması deməkdir.
Muxalifet - 11-04-2019
Rusiyadan S-400 açıqlaması: Türkiyədə istehsal edə bilərik
Kremlin sözçüsü Dmitri Peskov S-400-ün bəzi hissələrinin birgə olaraq Türkiyədə istehsal edilə biləcəyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında hərbi və texnika sahəsində əməkdaşlıq etmək üçün imkan var və iki ölkənin yüksək texnologiyalı hərbi vasitələri müştərək olaraq istehsal olunacağını ifadə etmişdi. Jurnalistlərin bu baxımdan Kreml sözçüsü Peskova, S-400 sistemlərinin müştərək istehsalı olub olmadığını soruşub.
Muxalifet3 - 11-04-2019
Fazil Mustafa: “Direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”
“Mən direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”. Bu sözləri deputat Fazil Mustafa bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı səsləndirib.
Muxalifet - 11-04-2019
Sudanda hərbi çevriliş! Prezident Ömər Əl Bəşir istefa verdi
Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb və bəzi əsgərlər içəri girib. “Reuters”-dən gələn son dəqiqə məlumatına görə, prezident Ömər Əl Bəşir istefa verib.
“Reuters” Sudan prezidenti Ömər el Beşirin vəzifədən getdiyini və keçid şurası yaradılması üçün işlərin başlanıldığını bildirib.
Sudan rəsmi xəbər agentliyi Suna Sudan ordusu tərəfindən mühasirəyə alınıb. Hakim partiya liderlərinin ordu tərəfindən nəzarətə alındığı da bildirilib.
Müxalifət.azMuxalifet3 - 11-04-2019
Aprelin 14-də 28919 şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcəkdirHəmin gün ümumilikdə 28919 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Muxalifet - 11-04-2019
30 min nəfərə ŞAD XƏBƏR
Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb.
Muxalifet - 11-04-2019
Dövlətin pulu belə TALAN OLUNUR - Nazirin federasiyasında qalmaqal
Mikayıl Cabbarovun rəhbəri olduğu Azərbaycan Qılıncoyunatma Federasiyasında idmançılar ayağa qalxıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, qılıncoyandanlar baş məşqçi Çingiz Mustafayevin “siyasətinin” “qurbanı” olurlar. Ç.Mustafayev milli komandaya öz tanışları və yaxılarının övladlarını qəbul edir, istəmədiyi idmançıları isə komandadan uzaqlaşdırır.
Muxalifet4 - 11-04-2019
Bakıda bankda YANĞIN: 5 nəfər zəhərləndi
"Accessbank”da yanğın baş verib.
Hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.
Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar./UnikalMuxalifet - 11-04-2019
REKTORUN ŞOK YEYİNTİ FAKTLARI ÜZƏ ÇIXARILDI - BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb
Hesablama Palatası Bakı Slavyan Universitetində aparılan audit yoxlamasının nəticəsini açıqlayıb.
ONA-nın məlumatına görə, Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.
Muxalifet4 - 11-04-2019
Müsəlman ölkələrində hərbi çevriliş planı - TƏHLİL
Haber7.Com-un müəllifi Taha Dağlı son günlərdə üç ölkədə artan hərbi hərəkətliliyin pərdə arxasını nəzərdə tutan "Liviya, Əlcəzair və Sudanda nələr olur" adlı bir köşə yazısı yazıb.
3 ölkə, üçü də Müsəlman, üçü də Ərəb, üçü də Afrika məkanında, üçü də yeraltı ehtiyatları və strateji mövqeləri diqqət mərkəzində və üçünün də küçələri qarışıqdır. Birində vətəndaş müharibəsi, birində xalq qiyamı, digərində hərbi çevriliş cəhdi var.
LİVİYADA 8 İLDİR DAVAM EDƏN XAOS, YENİ BİR DAXİLİ MÜHARİBƏ BAŞLADI
Muxalifet3 - 11-04-2019