Axtarış

The search found 105768 results in 0.02 seconds.

Search results

  1. Rusiyanın daha bir aviaşirkəti ölkəmizə uçuşlara başlayır

    Rusiyanın “Smartavia” şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək.
    Trend-in məlumatına görə, bunu şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.
    Onun sözlərinə görə, ümumilikdə “Smartavia” yay mövsümündə 60-dan çox marşrut üzrə uçuşlar həyata keçirəcək.
    Yeni istiqamətlər arasında Vladiqafqaz, Mineralnıye Vodı, Gelencik şəhərləri də yer alacaq.
    Bundan başqa, aviaşirkət Gürcüstanın Tiflis və Batumi şəhərlərinə reysləri artırmağı və Türkiyəyə reyslər həyata keçirməyi planlaşdırır.
     

    Muxalifet3 - 11-04-2019

  2. “Mən deyəndə ki, mavisiniz..." – Paşinyan TƏHQİR ETDİ

    Ermənistanın Baş naziri Nikol Paşinyan transseksual Lilit Martirosyanın parlament iclasındakı çıxışından danışıb.
    O, buna görə keçmiş hakim partiya Respublikaçı və Çiçəklənən Ermənistan Partiyasını ittiham edib.
    Paşinyan bunu iki partiyanın hakimiyyətə qarşı yönəlmiş siyasi təxribatı adlandırıb:
    “2015-ci ildə “mühafizəkar” Respublikaçı Partiyası Vaqarşak adında bu kişiyə Lilit Martirosyan adında pasport verib. Respublikaçıları homoseksual adlandıranda haqlı idim”.

    Muxalifet3 - 11-04-2019

  3. İrandan Sudan açıqlaması: Həmişə müsəlman ölkələrində...

    İranın prinsipial siyasətlərindən biri də digər dövlətlərin daxili işlərinə müdaxilənin qəbuledilməzliyidir.
    Muxalifet.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Sudandakı hərbçi çevrilişlə bağlı açıqlamasında deyib.
    “Son günlərdə Sudanda baş verənlər ölkənin daxili işləri ilə bağlı olan məsələdir. İran hər zaman müsəlman ölkələrində sabitliyin və təhlükəsizliyin təminatından yana olub və gələcəkdə də belə olacaq”, - deyə XİN sözçüsü bildirib.
     

    Muxalifet3 - 11-04-2019

  4. Kamal Abdulla rumın alimlərlə görüşdü

    Aprelin 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu söyləyib. O, qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib.

    Muxalifet3 - 11-04-2019

  5. BMT TŞ Sudana görə toplanır

    BMT Təhlükəsizlik Şurası ABŞ və Avropa Birliyi ölkələrinin çağırışı ilə Sudandakı vəziyyəti müzakirə etmək üçün toplantı keçirəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Conatan Allen jurnalistlərə açıqlamasında deyib.
    O bildirib ki, aprelin 12-də Sudandakı çevriliş hadisəsi və son siyasi proseslər müzakirəyə çıxarılacaq.
     

    Muxalifet3 - 11-04-2019

  6. Uşağın xəstə doğulmaması üçün... - Həkim

    Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun və “UPDATE medicine”nin təşkilatçılığı, “Avrasiya” kliniki elmi jurnalının informasiya dəstəyi ilə Fetal Exokardioqrafiya modulu keçiriləcək. Bu barədə danışan “Elmed” Tibb Mərkəzinin USM mütəxəssisi, radioloq Taleyə Aslanova deyib ki, belə seminarlar həkimlərin təkmilləşməsində böyük rol oynayır. “Biz bu modulları davamlı tibbi təhsil kimi dəyərləndiririk. Budəfəki modulda radiologiya və fetal ultrasonoqrafiya üzrə lektor doktor Azər Fərəcdir. 2 moduldan sonra bizə texniki vərdişləri təkmiləşdirmək üçün tapşırıqlar veriləcək.

    Muxalifet3 - 11-04-2019

  7. İsrailin "Bereşit" aparatı Aya eniş zamanı qəzaya uğrayıb

    İsrailin "Bereşit" aparatı Aya eniş zamanı qəzaya uğrayıb.

    TASS xəbər verir ki, bu barədə Uçuş üzrə İdarə Mərkəzinin missiya rəhbərlərindən biri xəbər verirb.

    "Təəssüf ki, biz aparatı yerə endirməyi bacarmadıq", - deyə o bildirib.

    Muxalifet4 - 12-04-2019

  8. Müxalifətçilərlə polis arasında qarşıdurma - GÜRCÜSTANDA

    Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb.

    "Report" xəbər verir ki, VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

    Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Pataranı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktıüzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.

    Muxalifet4 - 12-04-2019

  9. ŞOK GÖRÜNTÜ: Roma Papası prezidentin ayağından öpdü - FOTO

    Cənubi Sudan prezidenti Salva Kiir Mayardit nümayəndə heyətində yer alan müxalifət liderləri ilə Vatikana səfər edib.
     

    Muxalifet.az xəbər verir ki, Roma Papası Fransisk görüş zamanı Cənubi Sudan liderindən Sudanda baş verən hərbi çevrilişlə bağlı kömək istəyib.
     
    82 yaşlı Papa qonaqların ayağından öpərək Sudanda sülhün davam etməsi üçün dəstək göstərmələrini xahiş edib.
     
    Fransisk ölkədə yenidən vətəndaş müharibəsinin baş verməməsi üçün təcili olaraq hərəkətə keçmələrinin vacib olduğunu bildirib./qafqazinfo

    Muxalifet4 - 12-04-2019

  10. Ukrayna prezidentindən Putini qəzəbləndirəcək AÇIQLAMA - "Referendum keçiriləcək..."

    Ukrayna lideri Pyotr Poroşenko NATO-ya giriş üzrə referendum keçirəcəyinə söz verib.
    UNİAN agentliyi xəbər verir ki, dövlət başçısı bu haqda Kiyevdə təhlükəsizlik üzrə forumda bildirib.
    “NATO üzrə referendum olacaq. Bu o zaman baş verəcək ki, biz NATO-ya girişə hazırlaşacağıq və xalq Konstitusiyaya dəyişikliklər edəcək”, - deyib.
    Poroşenko vurğulayıb ki, hazırlığı artıq indi başlamaq lazımdır./publika

    Muxalifet4 - 12-04-2019

  11. Azərbaycan ordusu şəhid verdi - CƏBHƏDƏN ACI XƏBƏR

    Cəbhə xəttində xitmət aparan əsgərimiz Füzuli rayonu ərazisində şəhid düşüb.
     
    Muxalifet.az orman.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonundan 12.04.2018-ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlu 11.04.2019-cu il N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub.
     

    Muxalifet4 - 12-04-2019

  12. "Heykəl məhbusları" niyə yenidən təzyiqlərə məruz qaldı? - TƏHLİL

    Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı - Qiyas İbrahimov və Bayram Məmmədov.

    Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası - mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular.

    Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında "Gül Bayramı" əvəzinə "Qul Bayramı" münasibətilə təbrik yazısı əks olunurdu.

    Muxalifet4 - 12-04-2019

  13. Trampın Vikileaks sevgisi başına dərd oldu

    ABŞ prezidenti Donald Trampa Wikileaksın qurucusu Culian Assanjın İngiltərənin paytaxtı Londonda çıxarıldığı məhkəmədə həbs olunması haqqında sual yönləndirilib. Tramp suala cavablındırmaqdan qaçaraq, "Wikileaks haqqında heç bir şey bilmirəm. Bu mənim işim deyil" İfadəsini işlədib.
     
    Təxminən 3 il əvvəl "Wikileaksə aşiqəm" açıqlaması ilə əlaqədar tənqid olunan Trampa bir jurnalist Assanjın həbs olunduğunu xatırladaraq "Wikileaks-i hələ də sevirsinizmi sualını yönəldib.

    Muxalifet3 - 12-04-2019

  14. 1 milyard dollar verdilər! Hədəfdə Türkiyədir

     Suriyada Eyn əl-Arab (Kobani) döyüşlərinin ilk günlərindən etibarən PKK ilə yaxın münasibət qurmağa başlayan BƏƏ və Səudiyyə Ərəbistanının bu günə qədər terror təşkilatına 1 milyard dollar vəsait köçürdüyü ortaya çıxıb.
     

    Muxalifet3 - 12-04-2019

  15. 5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQ

    Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi 15 apreldə baş tutacaq.
    Muxalifet.az xəbər verir ki, münaqişə tərəflərinin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.
    Martın 29-da keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşündən sonra prosesdəki rolunu yenidən aktivləşdirən Rusiyanın növbəti görüşə ev sahibliyi etməsi diqqət çəkir.

    Muxalifet - 12-04-2019

  16. "Təsdiq edilsəm Türkiyəyə təzyiq edəcəyəm” – ABŞ səfiri

    ABŞ prezidenti Donald Trampın Türkiyə səfirliyinə namizəd göstərdiyi David Michael Satterfield, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almaq məsələsində seçim etməsi lazım olduğunu bildirərək “Türkiyə F-35 proqramında iştirakını böyük riskə atır və sanksiyalarla üzləşə bilər” - deyib.
     
    Satterfield ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin namizədlik iclasında suallara cavab verib.
     
    TƏSDİQ OLUNSAM TÜRKİYƏYƏ TƏZYİQ EDƏCƏYƏM
     

    Muxalifet3 - 12-04-2019

  17. Ermənistandan Putinə terror ittihamı - KREMLİN CAVABI AĞIR OLACAQ

    Elxan Şahinoğlu: “Putinin bundan mütləq şəkildə xəbəri var idi”

    Muxalifet - 12-04-2019

  18. İsrail dünyaya rəzil oldu! “Bacarmadıq”

     İsrailin kosmos peyki “Beresheet”-in Aya enişi uğursuz oldu. İsrailli kosmos şirkəti “Spaceıl” “Beresheet” adlı kosmik peyki 22 fevralda “Spacexin Falcon 9” raketi ilə ABŞ-ın Cape Canaveral Kosmos Bazasından müvəffəqiyyətlə buraxmışdı.
    “Spaceılin” Twitter hesabından edilən açıqlamada, Aya enişin uğursuzluqla nəticələndiyi məlumatını "İnamınızı itirməyin! Çox yaxınlaşdıq, ancaq eniş zamanı təəssüf ki, uğurlu olmadıq" mesajı ilə paylaşılıb.
    Müxalifət.az

    Muxalifet3 - 12-04-2019

  19. Binəli Yıldırım sükutu pozdu – “Seçici söyləyəcəyini söylədi, indi söz…”

    Türkiyənin hakim partiyasının İstanbuldan olan bələdiyyə başqanlığına namizədi Binəli Yıldırım susqunluğunu pozub.

    O, sosial mediadakı şəxsi hesabında seçkinin nəticələrindən yazıb.

    “Son günlər seçki prosesilə bağlı susqunluğumu yanlış qiymətləndirənlər var. Seçici söyləyəcəyini söylədi. Artıq söz YSK-nındır. Nöqtə. Sayqılarla”, deyə B.Yıldırım qeyd edib/Teleqraf.com.

    Muxalifet - 12-04-2019

  20. İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI - MÜTLƏQ OXUYUN!

    Dahi şərq alimi İbn Sinanın müalicə üsulları bu günədək öz aktivliyini qoruyub saxlayır.
    Türkiyə mətbuatı görkəmli təbibin təbii müalicə üsullarını təqdim edir.

    İshal üçün

    İshal için;

    İnqrediyentlər: 2 litr su, 100 qram turş nar qabığı
    Hazırlanması: Nar qabığını suda qaynadın, soyuduqdan sonra tox qarına 1 stəkan için. Təsiri qısa müddət ərzində hiss olunur.

    Muxalifet - 12-04-2019

Pages