Axtarış

The search found 105768 results in 0.202 seconds.

Search results

  1. CHP 8 səs irəlidə idi: YSK “Seçkilər yenidən keçirələcək”- dedi!

    Türkiyənin Ali Seçki Komissiyası (YSK) Dənizlinin Honaz rayonunda seçkilərin yendən keçirilməsinə qərar verib.
     
    Honaz-da CHP-nin namizədi 8 səs fərqlə qalib gəlmişdi. AK Partiyanın şikayətindən sonra məhdud seçicilərin səs verdiyi müəyyənləşdiyi üçün seçkilər ləğv edilib.
    Müxalifət.az

    Muxalifet3 - 12-04-2019

  2. Mehman Hüseynov 9 ildən sonra ilk dəfə ölkədən xaricə buraxıldı

    Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri, bloger Mehman Hüseynov bu gün, aprelin 12-də ölkədən xaricə buraxılıb. Bu barədə Hüseynov öz facebook səhifəsində yazıb.
     
    “Nəhayət ki, girovluqdan azad oluna bildik. Baş Prokurorluq niyə, nəyə görə ölkədən çıxışıma qadağa qoymuşdu, o, sualın cavabını hələ də tapmadıq. Amma, problem ictimailəşəndən sonra öz həllini tapdı. 9 ildən sonra hava limanının qapıları üzümə açıldı,” o qeyd edib.
    Hüseynov bildirib ki, Avropa ölkələrinə səfər edəcək.

    Muxalifet3 - 12-04-2019

  3. RATİ-dən Azərbaycan hökumətinə çağırış: “Jurnalistləri həbsdən azad edin”

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini jurnalistlər Əfqan Muxarlı, Araz Quliyev, Elçin İsmayıllı, Seymur Həzi və Ziya Əsədlini hər hansı əlavə məhdudiyyət tətbiq etmədən, dərhal və qeyd-şərtsiz həbsdən azad etməyə çağırır.
     
    Bu barədə RATİ-nin bəyanatında deyilir.
    Qurum həmçinin beynəlxalq ictimaiyyəti dərhal bu jurnalistlərin və Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olmağa çağırır.

    Muxalifet3 - 12-04-2019

  4. “Talin” dəstəsinin komandiri: “Mikaelyandan soruşun, 1993-cu ilin qışında Kəlbəcərdən niyə qaçdı?

    “Yerkrapah təşkilatının yeni seçilən sədri Sasun Mikaelyandan soruşmaq lazımdır ki, 1993-cu ilin qış ayında azərbaycanlılar Kəlbəcəri geri götürəndə niyə qaçdı?”.
     
    Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı “Talin” dəstəsinin komandiri Sarkis Karapetyan bildirib.

    Muxalifet3 - 12-04-2019

  5. İcra hakimiyyətinin vəzifəli şəxsinin dələduzluq cinayətləri

    Sabunçu rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin mühəndisi vəzifəsində işləmiş Həbib Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     
    Həbib Alıyev Maştağa qəsəbəsi sakininə fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini vəd edib, ondan 3000 manat alaraq ələ keçirib.
    Bundan başqa, fərdi yaşayış evlərinin tikintisinə razılıq almaq adı ilə Pirşağıda 2, Maştağada 3, Kürdəxanıda isə 3 nəfərə qarşı dələduzluq edib.

    Muxalifet3 - 12-04-2019

  6. Ermənilərin yeni İŞĞAL PLANI: Kür və Araz çayına qədər... - Sensasion ETİRAF

    “Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb”.
     
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Levon Şirinyan deyib.
     
    Şirinyan iddia edib ki, müharibə başlasa, erməni hərbi birləşmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaq.
     

    Muxalifet4 - 12-04-2019

  7. Füzuli istiqamətində əsgərimiz şəhid oldu - MUSALI KƏNDİ ŞƏHİDİNİ QARŞILAYIR - FOTOLAR

    Qarabağda, qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində şəhid olub. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə, o cümlədən “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupunda yayılıb. Məlumata əsasən 12.04.2018-ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini (Həmin rayondan hərbi xidmətə çağırılıb) Mayılzadə Məhərrəm Qafar oğlu ötən gün aprelin 11-də N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub.

    Muxalifet4 - 12-04-2019

  8. Bakıda şagirdin müəllim tərəfindən döyülməsinə RƏSMİ MÜNASİBƏT

    Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə rəsmi münasibət bildirilib.
     

    Muxalifet4 - 12-04-2019

  9. Böyrəyini satan şəxs: "12 minə razılaşmışdıq, 2 min ala bildim"

    Orqan alveri ilə məşğul olmaq da ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

    Prosesdə zərərçəkmiş qismində Rasim Bayramov ifadə verib.

    Muxalifet4 - 12-04-2019

  10. Şagird onu müəllimin döydüyünü TƏSDİQLƏDİ - Yeni məktəb QALMAQALI

    "321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib".

    Muxalifet.az xəbər verir ki, bu barədə Lent.az-a 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib.

    Muxalifet4 - 12-04-2019

  11. BDU rektorunun müşaviri İŞDƏN ÇIXARILDI

    Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayevmüvafiq əmr imzalayıb.

    Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

    Muxalifet4 - 12-04-2019

  12. Sudan xalqı fövqəladə hal rejimini tanımadı – Minlərlə sudanlı mülki keçid hökuməti tələb edir

    Prezident Ömər əl-Bəşiri devirən hərbçilərin Sudanda fövqəladə hal rejimi elan etməsinə baxmayaraq, qərarı tanımayan minlərlə sudanlı paytaxt Hartumun küçələrinə çıxıb.

    Muxalifet.az avropa.info-a ys istinadən xəbər verir ki, etirazçılar müdafiə naziri və Hərbi Şuranın sədri Avad bin Əvf və Ömər əl-Bəşir rejimində vəzifə tutan şəxslərin istefasını, mülki keçid hökumətinin qurulmasını tələb ediblər.

    Muxalifet4 - 12-04-2019

  13. Bakıda TÜKÜRPƏDİCİ OLAY - 11 yaşlı şagirdi qəbiristanlıqda... - FOTO

    Bakının Sabunçu rayonunun sakini olan 11 yaşlı Mehdiyev Nihad keçən həftənin bazar günü yoxa çıxıb.

    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, məktəblinin anası "Səni axtarıram"da yoxa çıxan övladının tapılması üçün kömək istəyib.

    Muxalifet4 - 12-04-2019

  14. Bakıda 15 avtobusun son dayanacaq məntəqəsi dəyişdirildi

    Bakıda 15 avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib.

    Muxalifet.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83, 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi kimi Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzi müəyyən edilib.

    Belə ki, avtobuslar 13 apreldən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq.

    Muxalifet4 - 12-04-2019

  15. AQTA un kisəsindən heyvan sümüyünün çıxmasını araşdırır

    Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.

    AQTA-dan verilən məlumata görə, sözügedən hadisə ilə bağlı video-görüntü mətbuatdan götürülüb və agentlikdə araşdırmalara başlanılıb. 

    “Araşdırmalar başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

    Qeyd edək ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb. Bu barədə KİV-lərdə məlumat yayılıb. /azvision.az/

    Muxalifet4 - 12-04-2019

  16. Dörd azərbaycanlı Rusiyanın gənc liderlərinin sırasında

    Fransanın “Institut Choiseul” müstəqil analitik mərkəzi “Choiseul 100 Rusiya” layihəsini təqdim edir.

    Layihə müəllifləri müasir nəslin 40 yaşına qədər olan ən parlaq və istedadlı, potensialları ölkə iqtisadiyyatının modernləşdirilməsinə uyğun gələn nümayəndələrini seçir.

    Maraqlıdır ki, Rusiyanın TOP-100 siyahısına dörd azərbaycanlı da daxil edilib.

    Muxalifet4 - 12-04-2019

  17. 3 uşaq anası intihar etdi - ŞABRANDA

    Şabran rayonunda intihar hadisəsi baş verib.

    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırdaoymaq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Əliyeva Pəri Nəbi qızı özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

    Xatırladaq ki, P.Əliyeva 3 uşaq anası olub.

    Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet4 - 12-04-2019

  18. Şagirdin intihar etdiyi məktəbin direktoru ilə bağlı şok: "Sizi tutduraram, uşaqlarını da yatdığı yerdə götüzdürərəm"

    İntihar edən məktəbli qız Elina Hacıyevanın oxuduğu 162 saylı məktəbin işdən çıxarılan direktoru ilə bağlı sensasion fakt irəli sürülüb.

    Muxalifet4 - 12-04-2019

  19. Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

    Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib. Muxalifet.az xəbər verir ki, hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir. Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər. Bundan başqa, fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcəyi bildirilib.

    Muxalifet4 - 12-04-2019

  20. “Ömər əl-Bəşir Beynəlxalq Tribunala verilməyəcək, onu özümüz cəzalandıracağıq...” - SUDAN ORDUSU

    Ötən gün hərbi çevriliş edib hakimiyyəti ələ alan Sudan ordusu bəyan edib ki, devrilmiş diktator Ömər əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməyəcək.

    Virtualaz.org xəbər verir ki, bunu hərbçilərin qurduğu Hərbi Şuranın siyasi komitəsinin rəhbəri, general Ömər Zeyn əl-Abidin paytaxt Xartumda keçirdiyi mətbuat konfransında bildirib.

    Muxalifet4 - 12-04-2019

Pages