Axtarış

The search found 105768 results in 0.022 seconds.

Search results

  1. Sudanda Baş Qərargahın binası önündə kütləvi etiraz... - YENILƏNDİ

    Aprelin 12-də yüz minlərlə sudanlı etirazların davam etdiyi Sudan Ordusunun Baş Qərargah binasının qarşısına gəlib.
    Etirazçılar hərbi keçid şurasının qərarını qınayan şüarlar səsləndirir.
    Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə Prezidenti Ömər əl-Bəşirin həbs olunduğunu, həmçinin iki il ərzində ölkəni idarə edəcək hərbi şuranın qurulduğunu və 2005-ci ildə qüvvəyə minən konstitusiyanın fəaliyyətinin dayandırıldığını bəyan edib. Bununla yanaşı, ölkənin hava məkanı bir sutkalıq bağlanıb.

    Muxalifet3 - 12-04-2019

  2. Azərbaycan Rusiya ilə Çinin "döyüş oyunu"nu izləyəcək

    Rusiya Milli Qvardiyası Çinlə keçirəcəkləri hərbi təlimlərə Azərbaycanı müşahidəçi qismində dəvət etmək niyyətindədir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Federal Milli Qvardiya Qoşunları Xidmətinin direktoru, ordu generalı Viktor Zolotov bildirib.
    O, cari ilin sonunda keçiriləcəyi nəzərdə tutulan təlimləri müşahidə etmək üçün həmçinin Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan nümayəndələrini də dəvət etməyi düşündüklərini qeyd edib.

    Muxalifet3 - 12-04-2019

  3. ABŞ-la əsas danışılası məsələ S-400 deyil... - Çelik

    Bizə görə Türkiyə-ABŞ əlaqələrində əsas danışılması lazım olan məsələ S-400 deyil, YPG-yə verilən dəstəkdir. Türkiyə bir NATO üzvü kimi müttəfiqlərindən yardım görməyib, suveren bir ölkə kimi öz işinə baxıb.
    Muxalifet.az xəbər bu sözləri AKP sözçüsü Ömər Çelik bildirib.
    Rusiyanın qərbdəki imicindən istifadə edilərək Türkiyəyə qarşı təbliğat aparıldığını deyən Çelik ölkəsinin ilk öncə müttəfiqlərindən müdafiə sistemləri almaq istədiyini, ancaq bunun alınmadığını deyib:

    Muxalifet3 - 12-04-2019

  4. Nazirlikdən gənclərə çağırış: Qoşulun...

     Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır.

    Muxalifet3 - 12-04-2019

  5. Əmr VERİLDİ: Hərbiçilərimiz intensiv atışlara başladı - VİDEO

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.
    Müdafiə Nazirliyindən  verilən məlumata görə, səhra şəraitində keçirilən dərslərdə təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış edirlər.
    Hərbi qulluqçular müxtəlif atıcı silahlardan istifadə qaydalarını məşq etdirir və praktiki atış çalışmalarını icra edirlər.
     

    Muxalifet3 - 12-04-2019

  6. Bu rəqəm ildən-ilə artacaq - Matviyenko

    Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevlə görüşündə bildirib.
    Matviyenko Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirib:

    Muxalifet3 - 12-04-2019

  7. ​Azərbaycanda həkim yad cismi xəstənin qarnında unutdu - Foto

    Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub.
    Report-un məlumatına görə, hadisə Bərdə rayonunda qeydə alınıb.

    Muxalifet3 - 12-04-2019

  8. Astronomiya tarixində ilk dəfə bu qara dəliyə ad qoyuldu

    Harvard və Smitsonian Astrofizika Mərkəzində yerləşən “Event Horizon” teleskopunun astronomiya tarixində ilk fotoşəkilini çəkdiyi qara dəliyə ad qoyulub.
    Muxalifet.az xəbər verir ki, bu qara dəliyi havay dilində “dərin, gizli qaranlıq materiya” mənasını verən “Povehi” adlandırıblar. Havay adalarında nəşr olunan “Star Advertiser” qəzetinin yazdığına görə, kainat möcüzəsinə bu adı dilçilik üzrə professor Lari Kimuranın təklifi əsasında qoyublar.

    Muxalifet3 - 12-04-2019

  9. Heç bir NATO ölkəsində hərbi əməliyyat keçirilmir - Zaxarieva

    NATO genişlənməkdə davam etməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın Xarici İşlər naziri Ekaterina Zaxarieva Sofiyada keçirilən “Bolqarıstan NATO-da 15 il. Alyansın 70 illiyi və gələcəyi” adlı konfransda deyib.
    E.Zaxarieva bildirib ki, Bolqarıstan NATO-nun layiqli müttəfiqidir və bu qurumun genişlənməsi dayanmamalıdır. O qeyd edib ki, NATO ilə müttəfiq ölkələrin heç birində hərbi əməliyyatlar keçirilmir, münaqişələr baş vermir.

    Muxalifet3 - 12-04-2019

  10. Roma Papası Sudanlı rəsmilərin ayaqlarını belə öpdü – ANBAAN VİDEO

    Roma Kilsəsinin rəhbəri Papa Fransis Vatikanda Cənubi Sudanın heyətini qəbul edib.
    Muxalifet.az xəbər verir ki, Papa ölkələrində sülhün davam etməsi üçün heyətdəki liderlərin ayağını öpüb. Papa Cənubi Sudandan gələrin rəsmiləri ölkələrində baş verən böhranın yenidən vətəndaş müharibəsinə çevrilməməsi üçün təcili hərəkətə keçməyə çağırıb.
    Cənubi Sudanın prezidenti Salva Kiir Mayardit və müxalifət liderləri Papanı ziyarət ediblər. 82 yaşlı din xadimi əyilərək onların ayağından öpüb.

    Muxalifet3 - 12-04-2019

  11. ABŞ dürüst şəkildə rəqabət aparacaq gücdə deyil - Lavrov

    ABŞ iqtisadiyyat sahəsində artıq dürüst şəkildə rəqabət aparacaq gücdə deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    ABŞ-ın sanksiya və təhdidlərə əl atdığını deyən Lavrov S-400-lə bağlı Türkiyəyə yönəldilən təhdidləri misal gətirib:
    "Şimal axını 2" ilə bağlı hadisələr buna bir nümunədir. NATO üzvü Türkiyənin müdafiə qabiliyyətini artırmaq üçün Rusiya silahı almaq qərarı da təhdidlərə səbəb oldu".
     

    Muxalifet3 - 12-04-2019

  12. “Qazprom”dan Ermənistandakı əməkdaşlarına pis xəbər

    Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı “Qazprom Armeniya” müəssisəsində əməkdaşların ixtisar edilməsi məsələsi müzakirə olunur.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Qazprom Armeniya”dan məlumat verilib.
    Bildirilib ki, hazırda “Qazprom Armeniya”da iqtisadi vəsaitlər də daxil olmaqla kompleks məsələlər üzrə müzakirələr aparılır: “Ştat cədvəlinə yenidən baxılması da gündəlikdədir”.
    Qeyd edək ki, 2018-ci ilin son gününədək Rusiya Ermənistana təbii qazın min kubmetrini 150 dollara satırdı. 2019-cu ilin yanvarından bu rəqəm 165 dollar olub.
     

    Muxalifet3 - 12-04-2019

  13. Türkiyənin şərqində güclü zəlzələ oldu

    Türkiyənin şərq bölgəsində rixter cədvəli üzrə 5.2 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 8:31-də Elazığ vilayətinin şərqində baş verib. Zəlzələnin episentri həmin vilayətin Sivricə rayonunun 9,4 kilometrliyində olub.
    Elazığ valisi Çətin Oktay Kaldırım bildirib ki, zəlzələ nəticəsində heç bir tələfat yoxdur. Onun sözlərinə görə, bölgəyə xilasedicilər göndərilib.
     

    Muxalifet3 - 12-04-2019

  14. Ermənistan bu sahədə də Azərbaycana müharibə ELAN EDİB

    Azərbaycan qonşu Ermənistanın “hibrid müharibə” hücumları ilə dəfələrlə üzləşib.
    Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin AŞ PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında “Sosial media: ictimai mövzular, yoxsa insan haqları üçün təhlükələr?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı deyib.

    Muxalifet3 - 12-04-2019

  15. İvanka Dünya Bankının rəhbəri ola bilər - Tramp

    İvanka Trampın rəqəmlərlə arası çox yaxşıdır, onu Dünya Bankının rəhbəri olması üçün düşündüm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
    Qızı İvankadan bəhs edərkən Tramp onu anadangəlmə diplomat kimi səciyyələndirib.
     

    Muxalifet3 - 12-04-2019

  16. Ona xərçəng diaqnozu qoydular… – Millət vəkilindən ŞOK

    Millət vəkili Fazil Mustafa olduqca diqqətçəkici bir status paylaşıb. Muxalifet.az xəbər verir ki, o, qohumu olan bir xanıma bəlkə də 15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu quyduqlarını və hər il bədəninə “kimya” yeridildiyini yazıb. “Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan, anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb.

    Muxalifet3 - 12-04-2019

  17. Azərbaycanda bu bankda ciddi kadr dəyişikliyi oldu

    “Kapital Bank”ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub.
    Muxalifet.az xəbər verir ki, Müştəri Menecmenti departamentinin direktoru Samir Məmmədov baş marketinq inzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev baş komplayens inzibatçısı vəzifəsinə təyin olunub.
    Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri olub.
    Bundan başqa, Hüquq departamentinin adı dəyişərək Hüquq və Komplayens departamenti, İT İnnovasiya və İnkişaf departamenti isə İnformasiya Sistemlərinin İnkişafı departamenti olub.
     

    Muxalifet3 - 12-04-2019

  18. Bir milyon insan İstanbulu tərk etməlidir - İmamoğlu

    Suriyalı qaçqınların vətənlərinə geri qayıtmasını istəyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rəsmi olmayan nəticələrə əsasən, İstanbul böyükşəhər bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu bildirib.

    Muxalifet3 - 12-04-2019

  19. Bakı ilə Brüsselin razılaşdıra bilmədiyi 10% nədir?

    Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov aprelin 4-də Brüsselə səfəri zamanı dedi ki, Bakı ilə Brüssel arasında imzalanacaq saziş 90 faiz razılaşdırılıb. Siyasi ekspertlər arasında bundan sonra belə bir sual aktualaşıb: “Görəsən, razılaşdırılmayan 10 faizdə nələr var?”
    Muxalifet.az xəbər verir ki, bu suala “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində cavab axtarılıb. Bildirilib ki, sazişdə bir çox bənd var.

    Muxalifet3 - 12-04-2019

  20. Rusiya "Qatil"i artıq hazırdır - General

    S-500 “Prometey” zenit-raket kompleksi və bir sıra perspektivli radiolokasiya stansiyalarının hazırlaması prosesi başa çatır.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Qırmızı ulduz” nəşrinə Rusiya hava hücumuna qarşı və raket əleyhinə müdafiə qoşunlarının komandanı, Hava-kosmik güclərinin baş komandanının müavini, general-leytenant Yuri Qrexov bildirib.

    Muxalifet3 - 12-04-2019

Pages