Axtarış
The search found 105768 results in 0.035 seconds.
Search results
Ukraynanın İngiltərədəki səfirliyi qapadıldı: Silahlı hücum
İngiltərədəki silahlı hücumdan sonra Ukraynanın Londondakı səfirlik binası bağlanıb. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb. Məlumata görə, səfirliyə yaxın ərazidə maşından 3 dəfə atəş açılıb.
Polislər silahlı şəxslərə cavab atəşi açıb və hücumdan dərhal sonra səfirlik binası qapadılıb.
Muxalifet3 - 13-04-2019
Trampdan Kimin sammit açıqlamasına - Reaksiya
Şəxsi münasibətlərimizin əla olması ilə bağlı Şimali Koreya lideri Kim Çen İnlə razıyam. Bəlkə üçüncü sammit mövqelərimizin tam müəyyənləşməsinə səbəb olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Donald Trampın Tvitter hesabında qeyd edib.Muxalifet3 - 13-04-2019
Fuad Abbasov Rusiyadan deport olunur - ŞOK İTTİHAMLAR
Moskva məhkəməsi azərbaycanlı jurnalistin aprelin 15-də deport edilməsi haqqında qərar çıxarıb.
Muxalifet.az Yeniçağ-a istinadən xəbər verir ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb.
Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyini ən qatı müdafiəçisi kimi tanınır.Muxalifet3 - 13-04-2019
Rusiyada terror aktının qarşısı belə alındı
Rusiyaın xüsusi təyinatlıları Sibirin Tümən şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Muxalifet.az xəbər verir ki, keçirilən əməliyyatlarda iki terrorçü öldürülüb. Rusiya Milli Terrorla Mübarizə Komitəsindən verilən məlumata görə, təşkilatın yaxın vaxtda həyata keçirməyi planlaşdırdığı terror aktının da qarşısı alınıb.
Muxalifet3 - 13-04-2019
Avropada "Buyurun, mən müsəlmanam" aksiyası - Foto
Avropa ölkələrində müsəlmanlara qarşı formalaşan mənfi münasibəti aradan qaldırmaq məqsədilə “Buyurun, mən müsəlmanam” adlı aksiya keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiya çərçivəsində Almaniya, Avstriya, İsveçrə, Hollandiya, Belçika, Fransa, Danimarka, İsveç, Norveç, İtaliya, Avstraliya və Kanadada stendlər yaradılıb.
Aksiyada könüllü gənclər meydan və küçələrdə qurulan stendlərdə 210 mindən çox şəxsə gül və İslam dinindən bəhs edən açıqcalar paylayıb.
Muxalifet3 - 13-04-2019
Eldəniz Əzizli bürünc medal qazandı - YENİLƏNİB
Dünya çempionu, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Muxalifet.az xəbər verir ki, bürünc mükafat uğrunda mübarizədə o, türkiyəli Şərif Kılıca qalib gəlib.
Muxalifet3 - 13-04-2019
Bu sənədlərdə ərazimiz müzakirə mövzusu ola bilməz - XİN
Avropa İttifaqı (Aİ) ilə imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola da bilməz.
Muxalifet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.
L.Abdullayeva deyib: "Son zamanlar bəzi KİV-də ölkəmizin Aİ ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, guya ki, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.Muxalifet3 - 13-04-2019
SON DƏQİQƏ: Azərbaycan ordusu Ermənistanı SİLKƏLƏDİ– ANBAAN VİDEO
Sosial şəbəkədə ordumuzun erməni hərbi texnikasını məhv etdiyi anın görüntüləri yayılıb. Səngərlərin möhkəmləndirilməsi üçün çalışan ermənilər texnikası məhv edilib. Muxalifet.az sfera.az-a istinadən xəbər verir ki, görüntüdə ordumuzun cəbhə istiqamətində yerləşən müvafiq bölməsinin mühəndis istehkam işləri apararkən partlatdığı hərbi istehkam texnikasının görüntüləri əks olunub. Partlayış nəticəsində iki erməni əsgəri məhv edilib. Bu barədə Azərbaycanlı hərbi jurnalist Elgün Gəncimsoy məlumat verirb.
Muxalifet3 - 13-04-2019
Assancın daha bir yaxını həbs edildi
“Vikiliks”in rəhbəri Culian Assancla əlaqəsi olan isveçrəli kompyuter proqramçısı Ekvadorda həbs edilib.
Muxalifet.az xəbər verir ki, 36 yaşlı isveçrəli Ola Bin Yaponiyaya uçmaq istəyən zaman hava limanında həbs edilib. Ekvador Daxili İşlər naziri Maria Paula Romo Binin Assancla Londondakı Ekvador səfirliyində 12 dəfə görüşdüyünü bildirib.
O, həbs edilərkən üzərində 30 elektron yaddaş cihazı tapılıb.
Muxalifet3 - 13-04-2019
Sudanda komendant saatı ləğv edildi
Sudanda komendant saatı ləğv edilib.
Muxalifet.az xəbər verir ki, bunu Sudan dövlət televiziyasına açıqlamasında Sudanın Hərbi Şurasının yeni sədri Əbdülfəttah əl-Burhan deyib. O, bütün vilayətlərin rəhbərlərinin vəzifəsinə xitam verildiyini bildirib. Ölkədəki keçid dövrünün maksimum 2 il davam edəcəyini deyən Burhan daha sonra hakimiyyətin xalqdan təşkil olunan mülki hökumətə təhvil veriləcəyini söyləyib.
Qeyd edək ki, aprelin 12-də Sudanda komendant saatı tətbiq olunmağa başlamışdı. Bu vəziyyətin bir ay davam edəcəyi bildirilirdi.
Muxalifet3 - 13-04-2019
Oğuza güclü dolu yağdı: əkin sahələrinə ziyan dəydi - Video
Oğuz rayonuna güclü dolu yağıb.
Muxaliet.az-ın məlumatına görə, bu gün günorta saatlarında başlayan yağıntı, təxminən, 10-15 dəqiqə davam edib.
Nəticədə əkin sahələrinə, fərdi təsərrüfatla və meyvə ağaclarına ziyan dəyib.
Muxalifet3 - 13-04-2019
Poroşenko: Makron bu məsələ ilə bağlı Putinlə görüşəcək
Kerç boğazı böhranından sonra Rusiya tərəfindən girov götürülən 24 dənizçinin sərbəst buraxılması üçün Fransa Prezidenti Emanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Pyotr Poroşenko Makronla görüşdən sonra sosial media hesabında paylaşıb. O bildirib ki, Makron dənizçilərin azad edilməsi üçün Putinlə danışacağına söz verib:
"Fransa prezidentinə 24 dənizçinin sərbəst buraxılması üçün Putinlə görüşəcəyinə görə minnətdaram".Muxalifet3 - 13-04-2019
Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda qiymətlər aşağı salındı - VİDEO
Muxalifet.az bax.tv-yə istinadən həmin video reportajı təqdim edir:
Muxalifet3 - 13-04-2019
Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
Sistemli olaraq erməni gəncləri siyasətçilərin və generalların səsləndirdiyi möcüzəli yalanlarla yetişir. Erməni gəncliyi beynəlxalq qanunlara baxmayaraq, Azərbaycana qarşı işğal siyasəti aparan hakimiyyətin ambisiyaları uğrunda öz qanını daha az axıtmaq istəyir.
Muxalifet.az xəbər verir ki, bununla bağlı erməni veteran Artur Armenyanın Feysbuk səhifəsində müraciəti diqqət çəkir.Muxalifet3 - 13-04-2019
İsrail İran ordusunu vurdu: ölənlər var
İsrail Suriyanın Həma şəhəri yaxınlığında olan İran hərbi qüvvələrinə hücum edib.
Muxalifet.az xəbər verir ki, orta mənzilli raketlərdən atılan atəş nəticəsində İran ordusundan çox sayda əsgər ölüb.
Rejim qüvvələrindən 17 nəfərin yaralandığı bildirilir.
Muxalifet3 - 13-04-2019
Xəstənin qarnından nəhəng mioma çıxarılıb
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasına müraciət edən xəstənin qarın boşluğundan nəhəng ölçülü törəmə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətraf toxumalardan uğurla ayırmağa nail olublar.
Əməliyyatı aparan Onkoloji Klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, 55 yaşlı xanım Ukraynadan gəlib. USM VƏ KT ilə müayinə zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 sm ölçüsündə abdominal-pelvik törəmə aşkarlanıb.Muxalifet3 - 13-04-2019
"Taxt oyunları"nın aktyorları nə qədər qazanır?
Dünyada milyonlarla insanın izlədiyi "Taxt oyunları" ("Game of Thrones") serialının aktyorlarının nə qədər qazandıqları bəlli olub.
Muxalifet.az xəbər verir ki, serialda rol alan aktyorların hər bölüm üçün aldıqları məbləğ aşağıdakı kimidir:
Kit Harinqton - 500 min dollar
Lena Hedey - 500 min dollar
Emiliya Klark - 500 min dollar
Piter Dinkleyc - 500 min dollar
Nikolay Koster -Valdau - 500 min dollar
Sofi Turner - 175 min dollar
Maisi Viliams - 175 min dollar
İsak Hempstid Ray - 175 min dollar.
Muxalifet3 - 13-04-2019
SON DƏQİQƏ: Fuad Abbasov DANIŞDI: Kim deyir ki, həbs edilmişəm - AÇIQLAMA
Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.
Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.Muxalifet3 - 13-04-2019
Bakıda tunelin üzərində asfalt örtüyü çökdü - Video
Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub.
Çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb. Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub.
Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir. Bəs, tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?Muxalifet3 - 13-04-2019
Qurbanov "Qarabağ"ın darmadağınından danışdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turunda "Sabah"a evdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
Muxalifet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş haqda danışıb.
O, vacib qələbə qazandıqlarını bildirib:
"Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. "Sabah"a qalib gələ bilməmişdik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirilər. Dinamik komanda gördük".Muxalifet3 - 13-04-2019