Axtarış
The search found 105768 results in 0.041 seconds.
Search results
Madurodan “Wikileaks” açıqlaması: “ABŞ-a təhvil verilsə, öldürüləcək”
Venesuelanın prezidenti Nikolas Maduro Wikileaksın qurucusu Culian Assanj-ın ABŞ-a ekstradisiya edildiyi təqdirdə öldürüləcəyini deyib.
Nikolas Maduro Assanj-a yönəldilən cinayətlərin aydın olmadığını bildirərək ABŞ-ın tələbi ilə Vaşinqtona ekstradisiya edildiyi təqdirdə həyatının təhlükəyə girəcəyini bildirib.Muxalifet3 - 13-04-2019
Avropa İttifaqından Azərbaycanla saziş haqda açıqlama - Müsahibə
Avropa İttifaqının mətbuat katibi Adam Kaznovski Aİ ilə Azərbaycan arasında müzakirə olunan saziş barədə Amerikanın Səsinin suallarını cavablandırıb. Amerikanın Səsi: Bağlanacaq sazişin mətni ilə bağlı suallar dolaşır. Niyə Avropa İttifaqı sazişin ilkin layihəsini ictimaiyyətə açıqlamayıb? Danışıqlar niyə Azərbaycan ictimaiyyətindən gizli saxlanılır? Adam Kaznovski: Avropa İttifaqı sazişi ittifaqa 28 üzv dövlətlin üzərində razılaşdığı mandat əsasında aparır və mütəmadi olaraq Şuraya və Avropa Parlamentinə danışıqların gedişatı haqda raport verir.
Muxalifet3 - 13-04-2019
“Strasburq siyasi məhbusların hamısının azad edilməsini istəyir” – Rəsul Cəfərov
Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın monitorinq və hüquqi məsələlər və insan hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbirin təşkilatçıları bu ilin mart ayında onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra siyasi məhbus probleminin hələ də tam həllini tapmadığını vurğulayıb, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı təxminən 70 nəfərin hələ də həbsdə olduğunu bildirib.
Muxalifet3 - 13-04-2019
Şeron Stoundan İNANILMAZ SÖZLƏR: Heç bir kişi bunun qarşısında tab gətirə bilməz və cinsi yaxınlıq...
Şeron Stoun 60 yaşı olmasına baxmayaraq, gənc qızların və kişilərin heyranlıqla izlədiyi aktrisadır. O, hələ də çiçəklənən gözəlliyi ilə insanları ruhlandırmağa davam edir.
Muxalifet.az oxuyucuları Şeron Stounun aforizmə çevrilən hikmətli, eyni zamanda tikanlı fikirləri ilə tanış edib.Qadınlar və gözəllik haqqında
Muxalifet - 13-04-2019
Köçəri uşaq, pirat yeniyetmə, haker gənc, dünyanı çalxayan yetkin – Assanjın ömür yolu
“Wikileaks” saytının qurucusu Culian Assancın dəstəkçiləri onu həqiqətin izində olan cəsur bir fəal adlandırır. Onu tənqid edənlərə görəsə, həssas məlumatları cəmiyyətin gözü qabağına çıxararaq, həyatını təhlükəyə atan bir diqqət dəlisidir.
Musavat.com BBC Türkcəyə istinadən son günlərin ən çox müzakirə olunan bu şəxsi barədə bilinməyənləri nəzərə çatdırır.Culian Assanj onunla birlikdə çalışanlar tərəfindən kompüter kodlarını qırmaqda üstün qabiliyyəti ilə yanaşı, “təsirli, əzmli və çox ağıllı bir insan” olaraq qiymətləndirilir.
Muxalifet - 13-04-2019
Parkda ailəli qadının etdiyi hərəkət HAMININ QƏZƏBİNƏ SƏBƏB OLDU - VİDEO
Bakıda parkda tum çırtlayaraq yeri zibilləyən qadın ictimai qınağa səbəb olub.
Muxalifet.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Nərimanov rayonunda yerləşən parkda video çəkən şəxs həmin valideynə yaxınlaşıb və niyə belə etdiyini soruşanda "süpürgəçi nə işə yarayır?" cavabını alıb.
Video çəkən şəxs isə zibili atması üçün ona paket verib və qadına süpürgəçinin yarpaq, toz kimi təbii zibilləri təmizləməli olduğunu izah edib.Muxalifet - 13-04-2019
Sumqayıtda intihar edən gəncin FOTOSU - Arvadı tərk etmişdi
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 22 yaşlı gənc özünü asıb.
Muxalifet.az bidirir ki, news24.az Kənan Eynur oğlu Verdiyevin fotosunu əldə edib. Eləcə də mərhumun intihar səbəbi bəlli olub.
Əldə etdiyimiz məlumata görə hadisə Sumqayıtın 16-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. K.Verdiyevin həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Bundan yana onun həyat yoldaşı küsərək, atası evinə gedib. Buna dözməyən Kənan Verdiyev özünü yaşadığı evdə asıb.
Ölən gəncin fotosunu təqim edirik:Muxalifet - 13-04-2019
“Onkoloji diaqnozları ciddiyə almayın” - Deputat çağırış etdi
Deputat Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara müraciət edib.
Bu barədə sosial şəbəkədə yazan F. Mustafa xəstələrə bu diaqnozları ciddiyə almamağı tövsiyə edib:Muxalifet - 13-04-2019
SON DƏQİQƏ: Tanınmış müğənninin halı QƏFİL PİSLƏŞDİ - FOTO
Müğənni Samira Allahverdinin səhhətində problem yaranıb.
Muxalifet.az Axşam.az-a istinadən məlumat verir ki, sənətçi xəstəxanaya yerləşdirilib.
Əməkdaşımızın əldə etdiyi məlumata görə, ifaçının qəfil halı pisləşib, təcili yardımla klinikaya çatdırılıb. Hazırda həkim nəzarətində olan Samiranın qızılca olduğu bildirilib.
Müğənni ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verməyib.Muxalifet - 13-04-2019
Azərbaycan ordusu erməni əsgərlərini belə məhv etdi –VİDEO
Sosial şəbəkədə ordumuzun erməni hərbi texnikasını məhv etdiyi anın görüntüləri yayılıb. Səngərlərin möhkəmləndirilməsi üçün çalışan ermənilər texnikası məhv edilib.
Sfera.az xəbər verir ki, görüntüdə ordumuzun cəbhə istiqamətində yerləşən müvafiq bölməsinin mühəndis istehkam işləri apararkən partlatdığı hərbi istehkam texnikasının görüntüləri əks olunub. Partlayış nəticəsində iki erməni əsgəri məhv edilib.Muxalifet - 13-04-2019
Yəhudilərdən ABŞ prezidentinə məktub: “Netanyahunu dayandırın”
İsraildəki doqquz Yəhudi qrupu ABŞ prezidenti Donald Trampa məktub yazaraq baş nazir Netanyahunun seçki vədi olaraq Qərbi Şerianı ilhaq etməsindən imtina edilməsini istəyib.
İsraildə İslahat və Mühafizəkar hərəkata bağlı doqquz Yəhudi qrupu ABŞ prezidenti Donald Trampa məktub yazaraq, Netanyahunun dayandırılmasını istəyib.Muxalifet3 - 13-04-2019
İntihar edən məktəblinin anım mərasiminə polis müdaxilə edib
Aprelin 13-də saat təqribən 12 radələrində bir qrup ictimai fəal 162 saylı məktəbin önündə, həmin təhsil müəssisəsinin intihar etdiyi bildirilən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı anım mərasimi keçiriblər.
Mərasimə gələn ictimai fəallar məktəbin darvzası önünə gül dəstəsi qoyublar, şamlar yandırıblar.Muxalifet3 - 13-04-2019
Putinin Əliyevə təklifi İrəvanı ŞOKA SALDI
Rəsmi Moskva 2019-cu ilin sonunda keçirilməsi nəzərdə tutulan Rusiya-Çin genişmiqyaslı hərbi təlimlərinə Azərbaycanı da dəvət etmək niyyətindədir.
Muxalifet3 - 13-04-2019
İrandan Ermənistana XƏBƏRDARLIQ: Buna son qoyun!
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb.
Muxalifet3 - 13-04-2019
Qiyas İbrahimov universitetdə təhsilini davam etdirə bilmir
Təhsil hüququ Azərbaycan Konstitusiyasında təsbit edilib, bu barədə "Təhsil haqqında" qanunda da deyilir. Lakn bu ilin martında prezident İlham Əliyevin əfvilə azad edilmiş Qiyas İbrahimov təhsilini davam etdirə bilmir.
Qiyasın sözlərinə görə, 2016-cı ilin mayında onu həbs edəndə Slavyan Universitetinin dördüncü kurs tələbəsi olub.Muxalifet3 - 13-04-2019
AXCP fəalına inzibati cəza verilib
Aprelin 12-də polis tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədova 20 sutka inzibati cəza verilib. Bu barədə partiyadan bildiriblər.
Partiyadan bunu da bildiriblər ki, T.Məmmədovun saxlanmasının əsl səbəbi məlum deyil. "Amma rəsmi ittihama görə, AXCP fəalı Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-1-ci maddəsini (polisin qanuni əmrinə tabe olmamaq) pozmaqda təqsirli bilinib.
Partiyadan bu ittihamı əsassız sayıblar.Muxalifet3 - 13-04-2019
Marneuli bütün Gürcüstanı bu məhsullarla təmin edir - Baxtadze
Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları bölgələrə diqqəti artıracaq. Bu bölgələrin inkişafı hökumət üçün çox vacibdir.
Muxalifet3 - 13-04-2019
"Zirə" qalib gəldi: "Qarabağ" "Sabah"a qarşı...
Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.
Muxalifet.az xəbər verir ki, turun ilk görüşündə "Zirə" "Sumqayıt"ı 2:0 məğlub edib.
Görüşdə ilk qolu "Zirə"nin legioneri Xulio Sezar Rodrigez matçın 31-ci dəqiqəsində vurub. İlkin Qırtımov isə 90+1-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.
Ggünün digər matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəlir.
Muxalifet3 - 13-04-2019
Moskva və Vaşinqton yenidən dialoqa başlayıb - Lavrov
Moskva və Vaşinqton arasında terrorla mübarizə dialoqu yenidən başlayıb.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, həm Rusiyanın, həm də Vaşinqtonun mənafeyinə uyğun olan bölgələrdə ABŞ-la birgə işlədiklərini bildirib:
“Ordularımız arasında terrorla mübarizə dialoqu uzun müddətdən sonra yenidən başlayıb. Suriyadakı qarşıdurmaların qarşısını almaq mexanizmi aktiv və səmərəli şəkildə işləyir. Suriyada problemin həllinə istiqamətlənmiş siyasi mövzular haqqında da dialoq qurulub”.Muxalifet3 - 13-04-2019
Sudanda daha bir istefa - Quş da getdi
Sudan Kəşfiyyat Xidmətinin rəhbəri Salah Quş vəzifəsindən istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.
Məlumata görə, Sudan Hərbi Şurası bəyanat yayaraq şuranın sədri Əbdülfəttah əl-Burhanın Salah Quşun istefasını qəbul etdiyini bildirib.
Muxalifet3 - 13-04-2019