Axtarış

The search found 105768 results in 0.04 seconds.

Search results

  1. Azərbaycandan külli miqdarda pul çıxaran şəxs yaxalandı

    Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub.
     
    Həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.
     
    Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.
     

    Muxalifet4 - 14-04-2019

  2. İSMAYILLIDA DƏHŞƏT: Yeni ailə quran 18 yaşlı gəlin özünü asdı

    İsmayıllı rayonunda intihar hadisəsi baş verib. ONA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil. İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbləşərək intihar edib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

    Muxalifet4 - 14-04-2019

  3. 4 yaşlı oğlan 6 yaşlı bacısını güllələyib öldürdü

    ABŞ-ın Corciya ştatında dəhşətli hadisə baş verib.

    Publika.az xəbər verir ki, ştatdaxili yolda avtomobili ilə alış-verişə gedən Kourtey Kelli baş vermiş nasazlıq səbəbindən nəqliyyat vasitəsini saxlayıb. Maşından düşən qadın az sonra avtomobilin salonundan silah səsi eşidib. Dərhal qapını açan qadın 4 yaşlı oğlunun 6 yaşlı bacısı Milie Dryu Kellinin güllələdiyini görüb. Kourtey Kelli avtomobillə yaralı övladını Atlantadakı xəstəxanaya çatdırsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet4 - 14-04-2019

  4. Bu təbii dərman görmə qabiliyyətinizi bərpa edəcək

    Aloe göz problemlərindən əziyyət çəkənlər üçün əsl qurtuluşdur. Aloe vera ilə hazırlanan sehirli resepti publika.azda oxuyun.

    Bəli bu məcun gözünüz üçün əsl bombadır. Sizə lazım olacaq ərzaqlar 100 qram aloe, 500 qram xırdalanmış qoz, 300 qram bal və 3-4 ədəd limon.

    Öncə limonların şirəsini sıxın. Sonra digər tərkib hissələrini də brenderdə xırdalayıb şirəyə əlavə edin.

    Gün ərzində 3 dəfə yeməkdən əvvəl bir xörək qaşığı qəbul edin. Bu müalicə üsulunu 3 ay əzində davam etməyiniz tövsiyə olunur.

    Muxalifet4 - 14-04-2019

  5. Şeyxdən sonra sabiq nazir də xaricdəki şirkətini bağladı - İCTİMAİ QINAQ, YOXSA...

    Keçmiş nazir Hüseynqulu Bağırov ailəsinə məxsus çoxsaylı şirkətlər barədə sənədlər yayılandan sonra bəzi profilaktik tədbirlərə əl atıb.
     
     
    Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb.
     
    O, bildirib ki, sabiq ekologiya və təbii sərvətlər naziri Londonda qızı Sevinc Bağırovanın adına olan STAMINA CONSULTANCY & DEVELOPMENT LIMITED (şirkət qeydiyyat nömrəsi: 07838302) şirkətini bağlamaq üçün qızının adından Britaniya ədliyyəsinə rəsmi müraciət edib.
     
     

    Muxalifet4 - 14-04-2019

  6. “Vikiliks”dən yeni fayllarla bağlı açıqlama

    “Vikiliks” portalı ictimaiyyəti nəşrin yaradıcısı Culian Assancın öz həbsinə cavab olaraq gizli məlumatları paylaşmasına dair iddialara inanmamağa çağırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA yazıb.
    Portal Assanc tərəfindən həbsinə cavab olaraq hazırlandığı iddia olunan faylın uzun illərdir mövcud olduğunu və məsələyə aidiyyatı olmadığını açıqlayıb.
     

    Muxalifet3 - 14-04-2019

  7. İsmayıllıda dəhşətli qəzanın VİDEOSU YAYILDI – YENİLƏNDİ 16+

    Ismayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.
    Belə ki, İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolunda "BMV" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu hadisə yerində ölüblər.

    Muxalifet3 - 14-04-2019

  8. BƏƏ-dən Burhana dəstək

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudanda hərbi keçid şurasının yeni təyin olunmuş başçısı Əbdülfəttah əl-Burhanı dəstəklədiyini bəyan edib.
    Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, BƏƏ-nin prezidenti şeyx Xəlifə bin Zayed Əl Nahyan Sudana humanitar yardımın tezliklə göndərilməsinin yollarının araşdırılması üçün ölkənin keçid hərbi şurası ilə əlaqənin yaradılması barədə tapşırıqlar verib.

    Muxalifet3 - 14-04-2019

  9. Voleybolçumuz dünya rekordu qırdı

    Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan dünya rekorduna imza atıb.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, “Toray” klubunda legioner həyatı yaşayan təmsilçimiz Yaponiya V-Liqasında fərqlənib.
    O, “Hisamitsu” ilə final mərhələsinin ikinci qarşılaşmasında 60 xal yığıb. Bununla da millimizin üzvü voleybol tarixinə bir matçda ən çox xal toplayan oyunçu kimi düşüb.

    Muxalifet3 - 14-04-2019

  10. Onlar ermənilərin əcdadları deyil - Türk tarixçi

    Ermənilər Anadoluya qərbdən, Balkanlardan gəliblər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli tarixçi, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində təşkil edilən “Qafqaz tarixi” adlı konfransda çıxışı zamanı deyib.

    Muxalifet3 - 14-04-2019

  11. Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər (YENİLƏNİB)

    Ötən gecə Moskvada yolda 1 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan atışmanın təfərrüatları məlum olub.
    Muxalifet.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, atışmada ölən və yaralananların azərbaycanlı sahibkarlar olduğu üzə çıxıb.

    Muxalifet3 - 14-04-2019

  12. Ən sərfəli ipoteka hansı rayondadır? - Video

    İpoteka üçün ən sərfəli evlərin olduğu rayonlar açıqlanıb.
    Əmlak ekspertlərinin sözlərinə görə, Bakıda ipoteka ilə ev almaq üçün ən ucuz yer Sabunçu rayonudur. Burda qiymətlər binalardan və yerləşmə yerindən asılı olaraq dəyişir.
    İkinci ən ucuz rayon isə Binəqədi hesab olunur. Burda da evlər 50-60 mindən başlayır.
    Ən bahalı evlər isə Səbail rayonunda yerləşir.
    Daha sonra ən bahalı rayonlar isə Nərimanov, Nəsimi və Yasamal hesab olunur. Bu rayonlarda ikiotaqlı mənzillər təxminən 80 min manatdan təklif olunur.

    Muxalifet3 - 14-04-2019

  13. Haftar ordusuna aid qırıcı məhv edildi

    Liviya Milli Ordusuna (LMO) məxsus qırıcı hökumət qüvvələri tərəfindən vurulub.
    Muxalifet.az xəbər verir ki, qırıcının paytaxt Tripoli yaxınlığında hədəf alındığı deyilib.
    Pilotun sağ olub-olmaması ilə bağlı məlumat yoxdur.
    Liviya Milli Razılıq hökumətinin hərbi qüvvələrinin nümayəndəsi Məhəmməd Qanunu da Haftar ordusuna aid qırıcının vurulmasını təsdiqləyib.
    “Vadi – Ər-Rabiada qüvvələrimizə hücum edən qırıcınının vurulması məlumatını təsdiq edirik”, - deyə Qanunu bildirib.
     

    Muxalifet3 - 14-04-2019

  14. İki yaşlı uşaq atasını həbs etdirdi

    Rusiyanın Çelyabinsk vilayətində 35 yaşlı kişi dörd ildir ki, birinci nikahdan olan üç uşağına aliment ödəməkdən yayınırmış. Yığılan alimentin məbləği 15 min dollara gəlib çıxıb. Alimenti ödəmədiyinə görə o, məhkəmə qərarının icrasından boyun qaçırmaqda təqsirli bilinərək, 20 saat islah işləri cəzasına da layiq görülüb. Amma bu cəzanı da çəkməyib.

    Muxalifet3 - 14-04-2019

  15. Kiyevdə bomba həyəcanı: insanlar təxliyyə edilir

    Ukraynanın paytaxtı Kiyev şəhərinin müxtəlif ərazilərində bomba olması ilə bağlı xəbərdarlıq edilib.
    Muxalifet.az xəbər verir ki, kimliyi bəlli olmayan şəxs polisə zəng edərək şəhərin müxtəlif obyektlərində, Azadlıq Meydanında, Müasir Sənət Mərkəzində və otellərində bomba olduğunu bildirib.
    Bu xəbərdarlıqdan sonra sözügedən ərazilərdə insanlar təxliyyə edilib.
     

    Muxalifet3 - 14-04-2019

  16. Onlar ilk dəfə başlarına gələn olayları danışacaqlar

    27 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində “Hekayəm var” adlı stand-ap şou keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, şounu təşkil edən “Hekayəm var” komandasının üzvləri şair və yazıçılardır. Şou əsnasında onlar başlarına gələn yumoristik, dramatik, psixoloji hekayələri insanlarla bölüşəcək.
    Hər çıxışçıya 15 dəqiqə vaxt veriləcək və çıxışlar arasında musiqi fasiləsi olacaq.
    Biletlərin qiyməti 7 və 10 manat təşkil edir.
    Bilet sifariş etmək istəyənlər 0505602111, 0554059000 (Votsap) nömrələri ilə əlaqə saxlaya bilər.

    Muxalifet3 - 14-04-2019

  17. Mənzil almaq istəyən əcnəbilərin sayı artır - Video

    Ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu öncəki illərlə müqayisədə çoxdur. Mənzillərə maraq göstərən xaricilər isə daha çox şərq ölkələrin vətəndaşlarıdır.
    Ekspertin sözlərinə görə əldə edilən daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır.Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür.

    Muxalifet3 - 14-04-2019

  18. ​ “SSRİ geri qaytarılsın...” – Poroşenkodan ŞOK AÇIQLAMA

    Vladimir Zelenskinin tərəfdarlarına hörmət edirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
    O bildirib ki, hətta rəqibinin tərəfdarları arasında SSRİ-nin qayıtmasını istəyənlər var ki, onlara da böyük hörmət bəsləyir:
    “Bəzi tərəfdarları Rusiyanın, SSRİ-nin qayıtmasını istəyirlər. Mənim ideologiyam onlarla bir deyil, lakin seçimlərinə hörmət edirəm”.
     

    Muxalifet3 - 14-04-2019

  19. ABŞ hərbi gəmisi Türkiyə sularına girdi

    ABŞ Dəniz Qüvvələrinə məxsus hərbi gəmi İstanbul boğazından keçərək, Qara dəniz sularına girib. Muxalifet.az xəbər verir ki, "USS Ross" adlı gəminin uzunluğunun 154 metr olduğu bildirilib. Gəmi Türkiyə Sahil Təhlükəsizliyinin şəxsi heyətinin müşayiəti ilə İstanbul boğazını tərk edib.

    Muxalifet3 - 14-04-2019

  20. 105 dəqiqəlik derbi bitdi: 2 qol, 1 qırmızı kart...

    Türkiyə Super Liqasının 28-ci turunda "Fənərbaxça" və "Qalatasaray" derbisi baş tutub.
    Muxalifet.az xəbər verir ki, gərgin keçən matç 1-1 hesabı ilə başa çatıb.
    Oyunun 45-ci dəqiqəsində qırmızı vərəqə alan Həsən Əli Kaldırım "Fənərbaxça"nı azlıqda qoyub.
    "Qalatasaray" 66-cı dəqiqədə Onyekurunun qolu ilə hesabı açıb. 5 dəqiqə sonra Əlif Almas hesabı bərabərləşdirib. Əlavə vaxtlarla birlikdə 105 dəqiqədən çox oynanılan derbi 1-1 yekunlaşıb.
    Bu nəticədən sonra "Qalatasaray" lider "Başakşəhər"lə arasındakı xal fərqini 3-ə endirmək şansını əldən verib.
     

    Muxalifet3 - 14-04-2019

Pages