Axtarış

The search found 105768 results in 0.154 seconds.

Search results

  1. ​Bu oğlan 44 gündür axtarılır - FOTO

    Qusarda 28 yaşlı gənc itkin düşüb.
    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin (DİN) Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonunun İmamqulukənd kənd sakini, 28 yaşlı Vilyeddin Əlixlalov 2019-cu ilin mart ayının 2-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
    Vilyeddin Əlixlalov əlamətləri belədir: Boyu 175 sm., qara saçlı, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub.

    Muxalifet - 15-04-2019

  2. ​Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu

    Gürcüstan prezidenti Salome Zurabişvili  Ana dili günü münasibətilə cənub bölgəsində yerləşən Axalkalaki şəhərinə baş çəkib. Adı çəkilən şəhərdə etnik ermənilər kompakt şəkildə yaşayır.
    “Novosti-Qruziya”nın yazdığına görə, Zurabişvili Mədəniyyət evinin fasadında gürcü əlifbasının hərflərindən ibarət pannonun (divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthi - red.) açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.
    Vətəndaşlara müraciətində Zurabişvili dövlət dilini mükəmməl səviyyədə bilməyin vacibliyindən söz açıb.

    Muxalifet - 15-04-2019

  3. Bahar Lətifqızı toyda yıxıldı -VİDEO

    Müğənni Bahar Lətifqızının başına iş gəlib.
    Müğənni toyda yıxılıb. Hadisənin görüntüləri sosial mediada yayılıb. Bəylə gəlini rəqsə qaldıran müğənni qəfildən yerə düşüb.
    Sözügedən görüntüləri sizə təqdim edirik./Aznews.az

    Muxalifet - 15-04-2019

  4. ​Nizami Paşayev 8 illik cəza aldı - DOPİNQƏ GÖRƏ

    2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddəti açıqlanıb.
    Muxlifet.az “Report”a istinadən xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. 38 yaşlı veteran idmançının orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb.
    N.Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır.

    Muxalifet - 15-04-2019

  5. ​Paşinyan onu ifşa edənləri həbs etdirdi - VİDEO

    Bu gün səhər saatlarında Ermənistan polisi baş nazir Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasətdən narazı olan, onun “məxməri inqilab” zamanı verdiyi vədlərin yalan olduğunu və hələ də yerinə yetirilmədiyini bəyan edən #SaxtaNikol (#SutNikol) hərəkatının 8 üzvünü və canlı efir operatorunu həbs ediblər.
    “Antifake.am” xəbər verir ki, həbs edilənlər küçələrdə #SaxtaNikol graffitləri çəkərək etiraz aksiyası keçirən zaman həbs ediliblər. Polis məntəqəsinə aparılan hərəkat üzvləri aksiyaları barədə izahat verməkdən imtna ediblər. 

    Muxalifet - 15-04-2019

  6. “Əmrahbank”dan MÜDHİŞ FIRILDAQ: 77 yaşlı tənha qadının pullarını necə oğurladılar? – FİLM KİMİ HEKAYƏT

    "Ömrü boyu halal zəhmətimlə qazandığım pullar "Əmrahbank” tərəfindən mənimsənilib. Hüquq mühafizə orqanları isə bu cinayəti ört-basdır edir”.
    "BakuPost”ın məlumatına görə, bu sözləri Azərbaycanda fəaliyyət göstərən Rus İcmasının rəsmi üzvü, Bakı şəhər sakini Burlaçuk Qalina Aleksandrovna redaksiyamıza ünvanladığı şikayət məktubunda yazıb.

    "Əlimdə olan pulu 2006-cı ildən başlayaraq,  "Əmrahbanka” yerləşdirməyə başladım”

    Muxalifet - 15-04-2019

  7. PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?… – Türkiyə kritik seçim qarşısındadır!

    Bu ilin sonunda Tükiyədə ya müasir “F-35” təyyarələri, ya da Rusiyanın “S-400” zenit-raket sistemləri olacaq. Türkiyə eyni vaxtda onların hər ikisini ala bilməyəcək.

    Prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi seçim Türkiyənin dünyadakı yeri, ABŞ-la münasibətləri və NATO-dakı mövqeyi baxımından mühüm nəticələr doğuracaq.

    Muxalifet - 15-04-2019

  8. ​Qaynı arvadını başqa kişi ilə gördü və... - İmişlidəki dəhşətli qətlin TƏFƏRRÜATI

    İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri - 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus "Mercedes-BENZ" markalı, "99 CF 146" dövlət nömrə nişanlı avtomobillə İmişli şəhərinə gəlib.

    Muxalifet - 15-04-2019

  9. İmamoğluna mandat vermədilər, SƏSLƏR ÜÇÜNCÜ DƏFƏ SAYILACAQ

    Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim partiya ilə müxalifət arasında mübahisə davam edir. Virtualaz.org xəbər verir ki, AKP-nin tələbi ilə İstanbulda etibarsız hesab edilmiş 330 minə yaxın səsin, o cümlədən 60-dan çox məntəqədə bütün səslərin  yenidən sayılması başa çatmaqda ikən Yüksək Seçim Kurulu Maltəpə rayonunda yenidən təkrar sayım qərarı verib.

    Muxalifet - 15-04-2019

  10. ​Qobuda dəhşətli qəza - Ölən və yaralanan var

    Abşeron rayonunda ağır yol qəzası baş verib.
    Qobu qəsəbəsi ərazisində "Vaz 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.
    Nəticədə "Vaz 2107"də olan 50 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Publika

    Muxalifet - 15-04-2019

  11. DYP sürücülərə dumanla bağlı xəbərdarlıq etdi

    "Hansı ərazidə duman varsa, sürücülər duman işıqlarını yandırıb hərəkət etməlidirlər".
    Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
    O bildirib ki, sürücülərə yaxın işıqlarını yandırıb hərəkət etmək, sürəti minumuma endirmək, ara məsafə normadan artıq saxlamaq tövsiyə olunur: “Hər bir sürücü çalışmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Bunun üçün də diqqətli olmalıdırlar”.

    Muxalifet - 15-04-2019

  12. ​Kompensasiya ala bilməyənlərin şikayətinə baxılacaq - Siyahı artıq hazırdır

    Problemli kreditlər üzrə kompensasiya alacaq bütün vətəndaşların siyahısı hazırdır. 
    Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib ki, siyahı artıq bazada yerləşdirilib.
    Qurum rəsmisinin sözlərinə görə, adı siyahıda olmayan və kompensasiya ala biləməyəcək şəxslər apellyasiya şikayəti verə bilərlər. Onların da şikayətlərinə baxılacaq.

    Muxalifet - 15-04-2019

  13. SON DƏQİQƏ: Eldar Əzizov daha bir kadrına VƏZİFƏ VERDİ

    Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizov daha bir kadrına meriyada vəzifə verib.
    Məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə, Səbail Rayon İcra Hakimiyyətinin keçmiş Sektor müdiri-baş mühasib Sadayeva Ülviyyə Əli qızı Bakı Şəhər İcra Hakimiyyətində mühasib vəzifəsinə təyinat alıb.
    Səbail Rayon İcra Hakimiyyətinin  başçısı Vüqar Zeynalovun əmri ilə, Cəfərova Bəsirət Havadar qızı rayon icra hakimiyyətinin sektor müdiri-baş mühasib vəzifəsinə təyin olunub.
    Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 15-04-2019

  14. Müğənni Vasif Məhərrəmli polisə şikayət etdi

    Əməkdar artist Vasif Məhərrəmli polisə müraciət edərək  instaqramda ünvanına təhqir yazan izləyicilərdən şikayətçi olub.

    Bu barədə ifaçının özü xəbər yayıb.
     
    Müğənni sözügedən şəxsin fotosunu paylaşaraq onun Moskavada yaşadığını qeyd edib. Vasif Rusiyada yaşayan dostlarından xahiş edib ki, Ruslan adlı bəyi tapmaqda köməklik göstərsinlər:
     
    “Bu şəxsin yerini bilən varsa, mənə desin. Adında uçub gələcəyəm. Ondan rəsmi qaydada şikayət edirəm. Səni hava limanından birbaşa polisə gətirəcəklər, orada görüşərik”.

    Muxalifet4 - 15-04-2019

  15. 210 mindən çox xanıma gül hədiyyə olundu - FOTOLAR

    Avropa ölkələrində müsəlmanlara qarşı islamafobik düşüncələri dəyişmək üçün “Salam, mən müsəlmanam” adlı sosial aksiya keçirilib.

    “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu münasibətlə Almaniya, Avstriya, İsveçrə, Hollandiya, Belçika, Fransa, Danimarka, İsveç, Norveç, İtaliya, Avstraliya və Kanadada ekspozisiyalar açılıb.

    Muxalifet4 - 15-04-2019

  16. Dünyanı Hind okeanı xilas edəcək - PREZİDENT 124 METR DƏRİNLİKDƏN ÇAĞIRIŞ ETDİ

    Seyşel Adaları respublikasının prezidenti Hind okeanının dərinliyinə enərək dünya okeanını qorumağa çağırış edib. Danny Faure suyun altında 124 metr dərinlikdən yayımlanan çıxışı zamanı deyib ki, dünya okeanının saflığı "bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir". O, okeanın dərinliklərini kəşf edən bir İngilis liderlik ekspedisiyasına qatıldı. Seyşel prezidenti okean dərinliyini öyrənmək məqsədiylə Britaniyanın təşkil etdiyi sualtı ekspedisiyaya qoşulub. Ekspedisiyanın məqsədi Seyşel adalarını əhatə edən suları yoxlamaq və öyrənməkdir.

    Muxalifet4 - 15-04-2019

  17. “Bakı Metropoliteni”ndə 200 nəfər işsiz qaldı - ŞTATLAR İXTİSAR OLUNUB

    “Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıqödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.
    Bu barədə Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

    Muxalifet4 - 15-04-2019

  18. Azərbaycanda ən çox satılan ikinci əl avtomobillər - SİYAHI

    Rusiyanın ikinci əl avtomobil bazarında ən populyar avtomobillərin siyahısı hazırlanıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə "Avtostat” şirkəti reytinq tərtib edib.

    Məlumata görə, siyahıya "Ford Fokus” avtomobili liderlik edir. 2019-cu ilin ilk 3 ayında Rusiya əhalisi bu ailəyə aid 27.9 min avtomobil əldə ediblər. 21.9 minlik göstərici ilə "Toyota Corolla” siyahının ikinci pilləsində yer alıb. Növbəti yerləri "Hunday Solaris” (20.7 min), "KİA Rio” (19.2 min), "Şevrolet Niva” (17.5 min) tutub.

    Muxalifet4 - 15-04-2019

  19. Bakıda ŞOK CİNAYƏT – 170 min manatlıq toyuq oğurlandı

    Bakıda oğurluq etmiş 4 nəfər tutulub.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 15-04-2019

  20. S-400 iddiasına Rusiyadan CAVAB! - 250 yox, 400 km mənzilə malikdir

    Son günlərdə S-400 hava hücumundan müdafiə sistemlərini gücsüz göstərmək üçün ortaya atılan iddialara Rusiyadan cavab gəlib. Rusiya S-400 raketlərinin mənzilinin 250 km yox, 400 km olduğunu bəyan edib.
    Türkiyənin Rusiyadan S-400 alması sövdələşməsi həyata keçirilməkdədir və iyul ayında ilk təhvil əməliyyatının baş verməsi gözlənilir.
    Bu proseslə bağlı ABŞ ilə Türkiyə arasında gərginlik baş veriri. ABŞ, S-400 sistemlərini alacağı təqdirdə Türkiyəyə qarşı sanskiya tətbiq edəcəyi ilə təhdid edir.

    Muxalifet - 15-04-2019

Pages