Axtarış

The search found 105761 results in 0.097 seconds.

Search results

  1. Bakıda evlərdən 100 mindən çox pul oğurlayan dəstə ələ keçdi - DETALLAR

    Bakıda yaşayış evlərindən külli miqdarda pul oğurlayan dəstə üzvləri yaxalanıb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulan İ.Salayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurladığı müəyyən edilib.
    Əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev saxlanılıb.

    Muxalifet - 15-04-2019

  2. ​Aprelin 20-də keçirilməsi planlaşdırılan mintiqlə bağlı QƏRAR VERİLDİ

    Bir qrup müxalifyönlü şəxsin təmsil olunduğu Qarabağ komitəsi keçirəcəyi mitinqin vaxtını dəyişdirib.
    “Report” xəbər verir ki, mitinqin aprelin 20-də deyil, mayın 4-də keçirilməsi planlaşdırılır.
    Xatırladaq ki, aksiya Bakının Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsi nəzərdə tutulurdu.

    Muxalifet - 15-04-2019

  3. ​Bakıda daha bir İNTİHAR: 19 yaşlı oğlan özünü asdı

    Bakıda intihar olub. Muxalifet.az Ona-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 2000-ci il təvəllüdlü Rəhman Rəsulov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet - 15-04-2019

  4. Чавушоглу: «Среди террористов ПКК много армян»

    Министр иностранных дел Турции Мевлют Чавушоглу призвал Армению вывести войска с оккупированных земель Азербайджана, сообщает агентство Anadolu.
     
    По его словам, представители Армении должны быть в первую очередь честны перед самими собой в том, что касается событий в регионе.
     
    «Все международные структуры, в которые входит Армения, четко фиксируют факт оккупации азербайджанских земель. Почему Армения не выводит свои войска из Карабаха?», - отметил Чавушоглу.
     

    Muxalifet4 - 15-04-2019

  5. Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR

    Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

    Muxalifet - 15-04-2019

  6. Yüksək vəzifələrdə işləmək istəyənlər, DİQQƏT - Müsahibə elan edildi

    Dövlət İmtahan Mərkəzi (DİM) 5 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edib.
    DİMdən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 36-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 23-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

    Muxalifet - 15-04-2019

  7. Roza oğullarının əsl anasını göstərdi - Foto

    Müğənni Roza Zərgərli övladlığa götürdüyü oğullarının anasının fotosunu yayımlayıb. 
    Sənətçi dünyasını dəyişən Leyla xanımın ad günü olduğunu vurğulayıb. 
    "Allah sənə rəhmət etsin, gözün yolda qalmasın heç zaman Leylam... 2 gül balanı, mələklərini göz bəbəyim kimi qoruyuram. Kaş onları hərbi geyimdə görərdin. Vətənin keşiyində dağ kimi dayanıblar. Sənin ad günündür, yerin cənnət olsun. Övladlarım üçün təşəkkürlər, yerin cənnətlik olsun" deyə, Roza paylaşımına qeyd edib. 

    Muxalifet - 15-04-2019

  8. Türkiyə S-400-dən daha çox qazandı - ARAŞDIRMA

     Türkiyə Rusiya ilə qurduğu yaxın əlaqələrin bəhrəsini görməyə başlayıb. Rusiyadan Kremlin sözçüsü Dmitri Peskov S-400-lərin bəzi hissələrinin Türkiyədə birgə istehsal edilə biləcəyini deyib. Beləliklə Türkiyə hava müdafiə sistemlərində istehsalçı mövqeyinə gələcək.
     

    Muxalifet3 - 15-04-2019

  9. Paşinyanın dayısı oğlu barəsində istintaq başladı - “ÇOX YAXŞI YANAŞIRAM, ONDAN İNCİMİRƏM...

     Ermənistanın istintaq komitəsi Baş nazir Nikol Paşinyanın yaxın qohumuna açılmış cinayət işinin istintaqına başlayıb. Bu iş daha əvvəl istintaqı aparan Milli Təhlükəsizlik Xidmətindən alınıb.
    Baş nazirin qohumu bu ilin fevralında “Dilican” milli parkının direktor müavini təyin edilmişdi. O, sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

    Muxalifet - 15-04-2019

  10. Azərbaycanda dələduzluq edən şəxs Rusiyada saxlanıldı

    Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo hava limanında polis tərəfindən federal axtarışda olan 37 yaşlı şəxs saxlanılıb.
    “Report” yerli KİV-ə istinadən xəbər verir ki, o, Azərbaycanda yol verdiyi dələduzluq əməlinə görə axtarışa verilib.
    Bir ildir axtarışda olan saxlanılan şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham olunur.

    Muxalifet - 15-04-2019

  11. ​Vəkilliyə imtahanla bağlı məhdudiyyət aradan qaldırıldı

    Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1521-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Muxalifet - 15-04-2019

  12. ​Rusiyada məktəbdən 600 nəfər təxliyyə olundu - Bomba təhlükəsi

    Rusiyanın Yekaterinburq şəhərində orta məktəb anonim zəngdən sonra təxliyyə olunub.
    Trend-in məlumatına görə, məktəbdə bomba yerləşdirilməsi xəbərdarlığından sonra 32 müəllim və 568 şagird binadan çıxarılıb.
    Aparılan axtarışlardan sonra zəngin əsassız olduğu müəyyən edilib.
    Hazırda anonim zənglə bağlı araşdırrmalar aparılır.

    Muxalifet - 15-04-2019

  13. Apellyasiya Komissiyası fəaliyyətə başlayır - Problemli kreditlərlə bağlı

    Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası yaxın günlərdə fəaliyyətə başlayacaq.
    Bu barədə Mxalifet.az-a Palatadan bildirilib.
    Məlumata görə, Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş gün müddətində baxılıb cavab verilməsi nəzərdə tutulub.

    Muxalifet - 15-04-2019

  14. LUKAŞENKO ƏRDOĞANLA MÜNASİBƏTLƏRİ HAQDA: “Türkiyə prezidenti mənə “qardaş” deyir, mən isə...”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məni “qardaş” adlandırır.

    Virtualaz.org bildirir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

    “Mən Ərdoğanı “dostum” adlandırıram. Türk lider mənə “qardaş” deyə müraciət edir. Biz yaxın və doğma insanlarıq. Bir-birimiz başa düşür, bütün beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik. Bizim əməkdaşlıq üçün heç bir qapalı mövzumuz yoxdur”, - o bildirib.

    Muxalifet - 15-04-2019

  15. DƏHŞƏT: Paşinyanın səfərinə etiraz edən azərbaycanlıya işgəncə verildi / FOTO

    Güney Azərbaycanın “Traktor” (Təbriz) və İranın “Sepahan” futbol klubları arasında keçirilmiş oyunda Azərbaycan bayrağını qaldıran soydaşımız təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb.

    Muxalifet4 - 15-04-2019

  16. ​Müəllimin iddialarına Təhsil Nazirliyindən CAVAB

    2 nömrəli ümumi orta internat məktəblə bağlı müəllimin iddialarına Təhsil Nazirliyi rəsmi cavab verib.
    Nazirlikdən Trend-ə bildirilib ki, müəllim Leyla Ucalın yazdığı fikirlər bu gün onun iştirakı ilə müzakirə ediləcək:
    "Ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

    Muxalifet - 15-04-2019

  17. ​Bu ərazidə iki gün işıq olmayacaq

    Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
    “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
    Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

    Muxalifet - 15-04-2019

  18. "Tək amalın dələduzluqla pul toplamağın idi..." - Fuad Abbasova azərbaycanlı jurnalistdən SƏRT İTTİHAMLAR

    AZRU informasiya portalının baş redaktoru, politoloq Roman Ağayev Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovın haqqında ağır ifadələrdən ibarət olan açıqlama verib. 

    Muxalifet.az demokrat.az-a istinadən həmin açıqlamanı olduğu kimi təqdim edir: 

    "Doğma Azərbaycanımızın füsinkar təbiətli Xaçmaz rayonunun çayxanasındakı VİP kabinetdən ilk efirin mübarək, ay Fuad!

    Muxalifet4 - 15-04-2019

  19. Doğu Perinçek-dən Makrona "24 Aprel" məktubu

    Türkiyədə Vətən Partiyasının sədri Doğu Perinçek Fransa prezidenti Emmanuel Makrona 24 apreli "anma günü" elan etməsi səbəbilə məktub yazıb.
     
    Doğu Perinçek Fransa prezidenti Emmanuel Makrona yazdığı məktubda, "Cənab prezident, hüquqdan kənar “erməni soyqırımı” yalanını Türkiyənin Şərqi Aralıq dənizində ABŞ və İsrail təhdidlərinə qarşı müqavimətinə və Suriyanın şimalında ABŞ-la əlaqəli PKK terror təşkilatını təmizləmə əzminə qarşı gündəmə gətirmə səyi içərisindəsiniz" deyə qeyd edib.

    Muxalifet3 - 15-04-2019

  20. ​İlham Əliyev sərəncam imzaladı - 3 milyon manat ayrıldı

    Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 15-04-2019

Pages