Axtarış
The search found 105761 results in 0.045 seconds.
Search results
Azərbaycan-Ermənistan XİN rəhbərlərinin birgə bəyanatı yayılıb
Azərbaycan, Ermənistan, Rusiya XİN rəhbərlərinin, eləcə də ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb.
Bu barədə ATƏT məlumat yayıb.
Sənəddə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyana sammitində əldə olunmuş razılığa uyğun olaraq görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyət, həmçinin humanitar sahədə əlaqələrin perspektivinə dair müzakirə aparıblar.
Bundan başqa bildirilir ki, münaqişənin həlli ilə bağlı əsas aspektlər istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.Muxalifet - 15-04-2019
Azərbaycanda işsizlərə ŞAD XƏBƏR
Bakıda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə turizm sahəsində gənclərin məşğulluğu məsələlərinin həlli məqsədi ilə əmək yarmarkası keçirilib.
Yarmarka barədə Trend-ə Assosiasiyanın rəhbəri Səkinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, yarmarka "Gənclərin həmrəyliyinə dəstək” İctimai Birliyinin reallaşdırdığı gənclər layihəsi çərçivəsində keçirilib:Muxalifet - 15-04-2019
“İstanbulda seçki murdar olub” – Binəli Yıldırım
Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyəsi sədrliyinə namizədi, sabiq baş nazir və parlament sədri Binəli Yıldırım martın 31-də keçirilmiş seçki ilə bağlı ilk dəfə açıqlama verib.
ONA yerli mətbuata istinadən xəbər verir ki, Yıldırım səsvermə və səslərin sayılması prosesinə heyrətləndiyini deyib: “İnsan heyrətlənir. Bu seçki murdar olmuş bir seçkidir. Murdar ətin qovurması olmaz”.
Muxalifet - 15-04-2019
Abel Məhərrəmovun kadrları işdən qovuldu - ELÇİN BABAYEVDƏN İKİ REKTORLA BAĞLI QƏRAR
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb.
Muxalifet4 - 15-04-2019
Gözləyirik ki, ABŞ öhdəliklərini yerinə yetirsin - Akar
Türkiyənin NATO ilə bağlı öhdəliyində dəyişiklik olmayıb. S-400-ün qəbulu Türkiyənin milli qərarıdır. Biz F-35 hərbi təyyarələri ilə bağlı təkcə alıcı deyil, proqramın bir hissəsiyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Akar F-35-lə S-400 sisteminin əlaqələndirilməsini bəxtsizlik adlandırıb:
"ABŞ-dan öhdəliklərini yerinə yetirməsini gözləyirik".
Muxalifet3 - 15-04-2019
Güləşçilərimiz erməni rəqiblərini tatamiyə çıxmalarına PEŞİMAN ETDİ - VİDEO
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı yığmalarımız üçün uğurlu nəticə ilə yadda qaldı.
Muxalifet.az 8-14 aprel tarixlərində mübarizə aparan yığmalarımızın çıxışını təhlil edir.
Sərbəstlər
Dağıstanın Kaspiysk şəhərində keçirilmiş ötənilki Avropa çempionatından fərqli olaraq, ilk olaraq sərbəst güləşçilər - Mahir Əmiraslanov, Hacı Əliyev, Ağahüseyn Mustafayev, Cəbrayıl Həsənov və Nurməhəmməd Hacıyev mübarizəyə qoşuldu. Əvvəlcədən onu qeyd edək ki, bütün bu idmançılarımız çempionatı medalsız tərk etmədi.Muxalifet3 - 15-04-2019
İsraildən gözlənilməz addım: Konfransdan imtina etdi
İsrail Bəhreyndə keçiriləcək "2019 Beynəlxalq Sahibkarlıq" konfransına qatılmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan İsrail İqtisadiyyat və Sənaye naziri Eli Koen 30 nəfərlik nümayəndə heyətinin Manamada keçiriləcək konfransa getməyəcəyini bəyan edib.
İsrailin hansı səbəbdən konfransdan imtina etdiyi açıqlanmasa da, Bəhreyn hökumətinin Təl-Əvivə dəvət göndərməsi, xalqın etirazına səbəb olmuşdu.
Muxalifet3 - 15-04-2019
Daha bir ölkədən Venesuelaya zərbə: 43 nəfər...
Kanada da Venesuelaya qarşı növbəti sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Kristina Friland məlumat verib.
O qeyd edib ki, daha 43 Venesuela vətəndaşına qarşı sanksiya tətbiq edilib.
Qeyd edək ki, daha öncə Kanada Venesuelanın 70 vətəndaşına sanksiya tətbiq edib.
Muxalifet3 - 15-04-2019
Azərbaycandakı tras əladır - Hemilton
Ötən iki mövsümdə orada problemlərimin yaranmasına baxmayaraq, Azərbaycandakı tras əladır. Bu, maraqlı uik-end idi. Mən orada əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Mersedes”in pilotu Lyuis Hemilton "Formula 1" Çin Qran-Prisindən sonra deyib.
Britaniyalı pilot qeyd edib ki, bolidin sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxti gətirib. “Mən Valtteri Bottasın və xüsusilə “Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”, -deyə o əlavə edib.Muxalifet3 - 15-04-2019
“Ermənistan müharibədən qorxmur. Bir yolunuz var...” – Paşinyandan Azərbaycana İSMARIC
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar davam edir. Tərəflər danışıqlarda dürüst və eyni dalğada olmalıdır.”
Muxalifet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin bugünkü Moskva görüşünü şərh edərkən deyib.
İşğalçı ölkənin sülhpərvər imic yaradan lideri hətta riyakarcasına, Azərbaycanı münaqişənin hansı yolla həllinə tərəfdar olduğunu dəqiqləşdirməyə çağırıb.Muxalifet3 - 15-04-2019
10 milyonuncu sakinimiz İsveçrə mediasında
İsveçrənin “www.zeitung.ch” portalında “Azərbaycan sakinlərinin sayı 10 milyon nəfərə çatıb” sərlövhəli məqalə verilib.
Muxalifet.az xəbər verir ki, məqalədə bu il aprelin 6-da dünyaya göz açan körpə ilə Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatdığı qeyd edilib. Məqalədə, həmçinin son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salınıb.Muxalifet3 - 15-04-2019
Dünyanın ən böyük kompüter istehsalçıları açıqlandı
“IDC” analitik şirkəti fərdi kompüterlər bazarında aparılan tədqiqatın nəticələrini açıqlayıb. Cari ilin birinci rübünün yekunları üzrə lider tədarük həcmi 13,58 milyon qurğu təşkil edən ABŞ-ın “HP Inc.” şirkəti olub. Bu, bazarın ümumi həcminin 23,2 faizinə bərabərdir.
Muxalifet3 - 15-04-2019
Ziyafət Əsgərovun qızının toyundan görüntülər - Ən son VİDEO və FOTOLAR
Xəbər verdiyimiz kimi, bu günlərdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov qızına toy edib.
Muxalifet.az-ın məlumatına görə, məclis paytaxtın ən dəbdəbəli restoranlarından sayılan "Böyük saray"da baş tutub. Toyun aparıcıllığını Nanə Ağamalıyeva edib.
Gecədə əməkdar artistlər Eyyub Yaqubov, Röya Ayxan, Miri Yusif, Babək Niftəliyev, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni Səbinə Ərəbli, dj Çina və başqaları yer alıblar.
Məclisin qonaqları toyun görüntülərini sosial şəbəkədən paylaşıblar.Muxalifet3 - 15-04-2019
Türkiyənin narahatlığı var, bunu anlayırıq - Ceffri
Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı var, biz bunu anlayırıq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Suriya üzrə özəl nümayəndəsi Ceyms Ceffri çıxış edib.
"Türkiyə ilə YPG-nin olmayacağı təhlükəsiz bölgə üçün çalışırıq", - Ceffri qeyd edib.
Muxalifet3 - 15-04-2019
Bu ölkədə də hava taksisi sınaqdan keçirilir
Sinqapur Mülki Aviasiya İdarəsi (CAAS) 2019-cu ildə hava taksisini sınaqdan keçirməyi planlaşdırır.
Muxalifet.az xəbər verir ki, məlumata görə, hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.
Uçuş və yerə enmə vertikal vəziyyətdə həyata keçiriləcək. İdarəetmə məsafədən və ya tamamilə avtonom həyata keçirilir.
Muxalifet3 - 15-04-2019
Parisdə güclü yanğın: Kilsə yanır
Fransanın paytaxtı Parisdə XII əsrə aid Paris Notr-Dam kilsəsinda güclü yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Xəsarət alanlar barədə hər hansı məlumat yoxdur.
Muxalifet3 - 15-04-2019
Sudanda gərginlik daha da artır: Əhali geri çəkilmir
Ordunun dağılışmaq barədə çağırışına baxmayaraq, Sudan Silahlı Qüvvələri baş komandanlığının Xartumun mərkəzindəki mənzil-qərargahı önündə oturaq tətil iştirakçılarının sayı artmaqda davam edir.
Muxalifet.az xəbər verir ki, minlərlə sudanlı həmkarlar ittifaqları assosiasiyasının tətilə qatılmaq barədə çağırışına qoşularaq paytaxtın mərkəzinə axışır.Muxalifet3 - 15-04-2019
Prezidentdən qərar: Bu sistemdə “qaynar xətt” yaradıldı
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olub.
Muxalifet3 - 15-04-2019
ABŞ-ın bizi itirəcəyinə inanmıram - Qalın
ABŞ-ın Türkiyəni itirməyi gözə alacağına inanmıram. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bildirib. "S-400 raket əleyhinə müdafiə sistemi ilə bağlı qərar bir gecədə verilmədi. ABŞ tərəfindən bizə təqdim olunan paket isə bizim ehtiyaclarımızı tam ödəmirdi. Biz bu prosesdə S-400 prosesini tam şəffaf bir şəkildə yürütdük", - Qalın söyləyibş
Muxalifet3 - 15-04-2019
Alimlər bunu da etdi: Pasiyentin hüceyrələrindən ürək...
İsrail alimləri tibb elmi və texnologiya sahəsində sensasiya olan kəşfə imza atıblar. Onlar pasiyentin hüceyrələrindən 3D formatında ürək hazırlayıblar.
Muxalifet3 - 15-04-2019