Axtarış

The search found 105760 results in 0.045 seconds.

Search results

  1. Fransada DƏHŞƏTLİ YANĞIN: hər şey... - YENİLƏNDİ/VİDEO

    Kilsədə baş vermiş yanğın söndürülüb. Bu haqda yanğınsöndürənlərə istinadən "Le Figaro" qəzeti yazıb.
    Kilsənin əməkdaşı D.Olivyenin jurnalistlərə açıqlamasına görə, orada saxlanılan tarixi əsərləri xilas etmək mümkün olub.

    ***

    Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, yanğından sonra kilsənin bərpası mümkün olmaya bilər. Qeyd edilir ki, hazırda binada baş verən yanğını söndürmək mümkün deyil.

    ***

    Muxalifet - 16-04-2019

  2. ​SON DƏQİQƏ: Rüfət Axundov və Rəşad İlyasov MƏHKƏMƏYƏ VERİLDİ

    Müğənnilər Rüfət Axundov və Rəşad İlyasov “Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilib. 
    Şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalandırılması tələb edilir. 
    İş Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə araşdırılacaq. 

    Muxalifet - 16-04-2019

  3. YPG Afrinə hücum etdi

    Türkiyənin Milli Müdafiə Nazirliyi Türk əsgərinin olduğu Afrin bölgəsinə PKK-lı terrorçuların Suriyadakı Tel Rifat ərazisindən hücum etdiyini bildirib.
     
    Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "Afrin bölgəsində xidmət edən qüvvələrimizə PKK/YPG-li terrorçular Tel Rifat ərazisindən hücüm edib. Hücumda heç bir zərər və itki olmayıb. Bölgədə olan tank və toplarla terrorçulara layiqli cavab verilib" deyə qeyd olunub.
    Müxalifət.az

    Muxalifet3 - 16-04-2019

  4. ​Çavuşoğlu Krimini sancdı: "Əcdadını qətlə yetirənlərə aşiq olan..."

    Əcdadlarını qətlə yetirənlərə aşiq olandan tarix öyrənəcək deyilik.
    Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tunis əsilli Fransa parlamentinin millət vəkili Soni Krimi barədə danışarkən bildirib.
    "Öz soyuna edilənləri unudan, tarixini unutmaq istəyənlərdən dərs alacaq deyilik. Biz keçmişimizlə, tariximizlə fəxr edirik. Çünki bizim tariximizdə soyqırım yoxdur. Bizim tariximizdə müstəmləkə də yoxdur", - Çavuşoğlu vurğulayıb.

    Muxalifet - 16-04-2019

  5. Rusiyaya qarşı 5 vertolyot və 110 əsgər göndərildi

    İngiltərə Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, Estoniyadakı NATO qüvvələrinə əlavə 5 Apaçi hücum vertolyotu göndərildiyi bildirilib.
     
     Suffolktaki Wattisham bazasından bu gün hərəkət edən vertolyotların regionda 3 ay müddətinə qalacağaı qeyd edilib.
    İngilis ordusunun Estoniyada hazırda mövcud Wildcat müharibə kəşfiyyat vertolyotları ilə xidmət edəcəyi bildirilən Apaçi-lərin Estoniyanın “Bahar Fırtınası” hərbi təlimində da yer alacağı qeyd edilib.
     
    Rusiya təhdidi
     

    Muxalifet3 - 16-04-2019

  6. “VƏHŞİLƏRİN” OXUDUĞU MƏKTƏBDƏ 2 HƏFTƏ… – Gənc müəllimədən dəhşət saçan açıqlamalar

    Elinanın intiharı Azərbaycan ictimaiyyətinin diqqətini məktəblərdə olan problemlərə yönəldib. Problemlər isə həddən artıq çoxdur. Təhsilimizdəki ümumi problemlər məlumdur:şagirdlər həddən artıq çox yüklənir, dərsliklərin dili mürəkkəbdir, təlim-tərbiyə işləri aşağı səviyyədədir, psixoloji hazırlıq demək olar ki, aparılmır, rüşvət geniş yayılıb və sair. Bunlar azmış kimi ayrı-ayrı məktəblərdə rəhbərliyin yerində olmaması da müəyyən ciddi problemlərə yol açır.

    Muxalifet - 16-04-2019

  7. ​Cəbhədən SON XƏBƏR

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 16-04-2019

  8. ​Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb

    Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
    İclasın gündəliyinə 23 məsələ daxildir. 
    İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında", "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Standartlaşdırma haqqında" və s. qanun layihələrinə, o cümlədən Mülki, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələri müzakirə olunacaq./Azvision 

    Muxalifet - 16-04-2019

  9. "Bu gün Şamaxı-İsmayıllı bölgəsində bir neçə yeraltı təkan qeydə alınıb" - Qurban Yetirmişli

    “Şamaxı, İsmayıllı və Ağsu zonasında afterşoklar hələ də davam edir. Zəlzələ ocağının tam sönməsi hələlik mümkün deyil. Hazırda orada 0,5, 0,7, 1,2 bal gücündə zəlzələlər qeydə alınır. Bu gün isə Pirqulu stansiyası yaxınlığında bir neçə yeraltı təkanlar qeydə alınıb”.
    Muxalifet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

    Muxalifet - 16-04-2019

  10. “Amerika, İtaliya, Dubay Avropa ölkələridir” - Şəbnəm Tovuzludan yeni “COĞRAFİ BİLGİ”

    ARB-də yayımlanan “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
    Muxalifet.az xəbər verir ki, verilişin əvvəlində aparcılar Tovuzlu ilə qısa oyun keçirmək qərarına gəliblər. Oyunun şərtlərinə görə, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli idi. 
    Elə maraqlı və yaddaqalan məqamlar da bundan sonra yaşanıb. Oyun başlayıb...
    Sadə suallardan sonra iş bir az çətinləşib, çünki sıra qəliz suallara gəlib. Belə ki, aparıcının 
    “Avropada dörd ölkə” sualı müğənniyə əməlli-başlı çətin anlar yaşadıb.

    Muxalifet - 16-04-2019

  11. Yüksək vəzifəli məmurun polkovnik qardaşı vəfat etdi

    Bakının “8-ci kilometr bazarı”nın “Meyvə bazarı” kimi tanınan hissəsinin sahibi keçmiş polis polkovniki, iş adamı Rasim Qurbanov qəfil vəfat edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, R.Qurbanov aprelin 15-nə keçən gecə dünyasını dəyişib.
    Qeyd edək ki, R.Qurbanov Prezident Adminstrasiyası Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri müavini İlqar Qurbanovun qardaşıdır.
    Allah rəhmət eləsin!

    Muxalifet - 16-04-2019

  12. ​İcra başçısı DSMF müdirini özünə müavin TƏYİN ETDİ

    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov özünə müavin təyin edib.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Elşən Salahovun müvafiq əmri ilə, Qurbanov Elşən Elşad oğlu Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. O, bu təyinata qədər Xəzər Rayon Sosial Müdafiə Fondunun müdiri vəzifəsində çalışıb.
    Xəbəri Xəzər Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

    Muxalifet - 16-04-2019

  13. Azərbaycanlı müğənni erməni ilə DUET OXUDU - Foto/Video

    Rusiyada yaşayan azərbaycanlı müğənni Elman Zeynalov Qazaxstanda çəkilən klipini təqdim edib.
    “Новая Фабрика звезд” müsabiqəsinin finalçısı “Уставший город” adlı mahnısında erməni həmkarı Artur Bestlə duet oxuyub.
    Qeyd edək ki, Elman Zeynalov Sumqayıtda doğulub. O, daha sonr ailəsi ilə birgə Rusiyanın Rostov şəhərinə köçüb. Müğənni Rusiyada qatıldığı yarışma ilə məşhurlaşıb.
    Artur Best isə erməni əsilli ifaçı və bəstəkardır. O, “Qolos”, “X – factor” kimi yarışmaların iştirakçısı olub./Axşam

    Muxalifet - 16-04-2019

  14. Pentaqon ilk dəfə F-35 qırıcılarını Yaxın Şərqə göndərdi - MƏQSƏD İRANDIR, YOXSA...?

    Pentaqon tarixdə ilk dəfə 5-ci nəsil F-35 qırıcılarını rəsmən Yaxın Şərq regionuna göndərdiyini elan edib. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəz komandanlığının (AFCENT) yaydığı məlumatda deyilir.

    Bəyanata əsasən ən yeni silahlarla silahlanmış və radarlara görünməyən F-35 qırıcıları regionda “Amerikanyönümlü koalisiyanın” döyüş potensialını gücləndirəcək.

    Muxalifet - 16-04-2019

  15. Qiyamçılara qoşulan marşalın uğursuz de-marşı – Ölümü zabit şərəfinin zədələnməsindən üstün tutan Axromeyev

    O həyatının 51 ilini hərbi xidmətə sərf edib, sıravi əsgərdən marşal rütbəsinə qədər gedən yol Bakıdan Uzaq Şərqə, Uzaq Şərqdən Moskvaya qədər uzanıb, 1941-1945-ci illərdə ən ağır döyüş bölgələrində xidmət edib. Əvvəl Moskvada hərbi-dəniz məktəbini bitirib, sonra Frunze adına Hərbi Akademiyada ali təhsil alıb. Müasirlərinin xatirələrində marşal Sergey Axromeyev təmiz, vicdanlı, heç bir qalmaqallı hadisədə adı hallanmayan və son dərəcə peşəsinə bağlı olan peşəkar, məsuliyyətli hərbçi kimi xarakterizə olunub.

    Muxalifet - 16-04-2019

  16. ​ŞAD XƏBƏR: Bu şəxslərin pensiyası ARTIRILIR

    Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılır.
    Bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik edilir.
    Hazırkı qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.

    Muxalifet - 16-04-2019

  17. Ayselə görə ailəsini dağıtdığı deyilən zəngin iş adamından ŞOK AÇIQLAMA

    13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə eşq yaşadığını iddia edən Turanə Nəcəfovanın başı üzərindən qara buludlar çəkilmək bilmir.
    Muxalifet.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı "Səni axtarıram"da böyük qızı Zeynəbi anası Turanədən ayıran Elçinin ("Yetim") ona dediyi sözləri efirdə açıqlayıb:

    Muxalifet - 16-04-2019

  18. Türkiyə S-400-ləri Azərbaycanda yerləşdirəcək - Düşməni silkələyəcək SENSASİON İDDİA

    Türkiyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə saxlaya bilər.

    Muxalifet.az xəbər verir ki, bu iddia Türkiyə mediasında yer alıb.
    Xəbərə görə, Ankara hələ ki, seçimlər üzərində düşünür.
    Məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirilməyib.
    Qeyd edək ki, daha öncə S-400 zenit raket komplekslərinin hərbi heyətinin Azərbaycanda təlimlər keçəcəyi ilə bağlı xəbər verilmişdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir./publika

    Muxalifet - 16-04-2019

  19. ​İranın xarici işlər naziri Suriyaya səfər edib

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyaya səfər edib.
    ONA-nın Tehran bürosunun məlumatına görə, M.C.Zərifin başçılıq etdiyi nümayəndə heyətinin Suriya səfəri bu gün başlayıb. İki günlük səfər çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair məsləhətləşmələr aparılacaq.
    Daha sonra iranlı nazir Suriyadan Türkiyəyə gedəcək. Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və iki ölkə prezidentlərinin əldə etdiyi razılıqların icrası haqqında müzakirələr aparılacaq.

    Muxalifet - 16-04-2019

  20. YAP-dan müxalifətə dialoq təklifi - "Qapılar həmişə açıqdır"

    Əvvəllər Azərbaycan siyasi meydanında iqtidar-müxalifət dialoquna tez-tez şahidlik edirdik. Amma son illərdə bu cür dialoqlar aparılmır. İqtidar və müxalifət nümayəndələri arasında bu fikir mübadilələrinə sanki maraq azalıb.

    İqtidar – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə isə təmsil etdiyi partiyanın belə dialoqlara hazır olduğunu deyib. O, Modern.az-a açıqlamasında qeyd edib ki, müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək:

    Muxalifet4 - 16-04-2019

Pages