Axtarış
The search found 105761 results in 0.054 seconds.
Search results
“Qanunsuz yollarla mənə 11 il iş verdirdi…” – Dost olan iş adamları arasında ŞOK qalmaqal
İş adamı Arzuman İsa oğlu Əliyev, 12 oktyabr 1967-ci ildə Naxçıvan MR, Şərur rayonunun Sədərək kəndində anadan olub. Sədərək orta məktəbini bitirdikdən sonra 1986-cı ilədək doğulduğu kənddə inşaat sahəsində işləyib.
1986-1988-ci illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib.Muxalifet - 16-04-2019
Azərbaycanda bu ərzaqların qiyməti UCUZLAŞDI
Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.
Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən Trend-ə verilən birgə məlumatda deyilir.Muxalifet - 16-04-2019
“Oğlumu “psixi xəstə” adı ilə hərbi xidmətdən yayındırdılar” - Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinə qarşı ŞOK İTTİHAMLAR
Xəzər rayonu, Qala qəsəbəsi, “Zeytun bağları” yeni yaşayış massivində yaşayan Fərəcullayeva Afət Vəzir qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən A.Fərəcullayeva oğlu Yalçının “psixi xəstə” adı altında hərbi xidmətdən yayındıran məsul şəxslərin qanunsuz hərəkətlərindən şikayətçidir:
Muxalifet4 - 16-04-2019
Bakı Metropoliteni işə qəbul elan edib
“Bakı Metropoliteni” QSC özünün sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edib.
Muxalifet.az quruma istinadən xəbər verir ki, namizədlərə qarşı müvafiq olaraq ali və orta ixtisas təhsili, idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, Azərbaycan dilini mükəmməl bilmək, kompyuter bilikləri kimi tələblər qoyulub.
Vəzifə öhdəlikləi metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərmək və maşinistləri reysqabağı tibbi müayinədən keçirməkdir. İş rejimi saat 09:00-dan saat 17:00-a qədərdir.Muxalifet - 16-04-2019
Azərbaycanda 17 yaşlı qız bıçağı götürüb sevdiyi oğlanın evinə getdi və... - ŞOK HADİSƏ
2017-ci ildə Şirvan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Tamara Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) məhkəməsi başa çatıb.
Tamara Babayeva qonşusu Faiq Mirzəyevin Şirvan şəhəri, Naxçıvan küçəsindəki evinə gəlib.
Tamara aralarında sevgi münasibətləri olduğu halda başqa qıza elçi göndərmək barədə eşitdiklərini Faiqə irad tutub.Muxalifet - 16-04-2019
Körpələr evlərində və uşaq sığınacağında NÖQSANLAR AŞKARLANDI
Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığı əsasında Təhsil, Səhiyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri İcra hakimiyyətinin əməkdaşlarından ibarət monitorinq qrupu tərəfindən 1 saylı körpələr evi, Azərbaycan Uşaqlar Birliyi QHT-nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində, 60 saylı körpələr evi – uşaq bağçasında monitorinqlər keçirib.
Muxalifet - 16-04-2019
Millət vəkilləri Cocuq Mərcanlıda
Bu günlərdə xalqımız Milli Ordumuzun məşhur Aprel döyüşlərində qazandığı möhtəşəm qələbənin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edib. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilib və Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması mümkün olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən kənddə yaşamaq üçün lazım olan bütün infrasturuktur yaradılıb və kənd öz yeni həyatına qayıdıb.Muxalifet - 16-04-2019
“Mənə dedi ki, icarə haqqını ödəməsən, sənin başına oyun açacağam” - HÜSEYN ABDULLAYEVİN MƏHKƏMƏSİNDƏN
Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.Muxalifet - 16-04-2019
ABŞ-ın S-400-lərin niyə əleyhinə çıxdığı bəlli oldu: Almanlardan xəbərdarlıq
Türkiyənin S-400 almasına ABŞ çox sərt bir şəkildə qarşı çıxır. Bunun səbəbi yalnız Rusiya ilə "düşmən" olması deyil. S-400-ün alınmasının Türkiyə prizmasında çox həlledici əhəmiyyəti var. Alman jurnalı “Stern”-də dərc olunan bir yazı məhz o kritik əhəmiyyəti izah edir.
“Stern”-də yer alan yazıya görə, ABŞ dünyanın hər bir ölkəsinin hava məkanında təyyarələriylə uçan bir ölkədir. Dolayısıyla Türk hava məkanında da başda Aralıq dənizi olmaqla, radara görünmədən uça bilir.
GÖRÜNMƏZ TƏYYARƏLƏRİ TƏSBİT EDƏ BİLİR
Muxalifet3 - 16-04-2019
SON DƏQİQƏ: Bakıda yaşayış binasında güclü yanğın BAŞLAYIB - VİDEO
Hazırda Bakının 9-cu mikrarayon ərazisi, Mir Cəlal 139 ünvanında yerləşın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində güclü yanğın başlayıb.
Yanğınsöndürən maşınları hadisə yerinə gəlib./AxarMuxalifet - 16-04-2019
“ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır” - Səfir
"ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır"
Bunu ABŞ-ın ölkəmizdə yeni təyin olunan səfiri Örl Litzenberqer müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı deyib.
Amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini vurğulayıb.Muxalifet - 16-04-2019
ABŞ-dan İrana daha bir sanksiya: Qasım Süleymaninin sosial media hesabını bağladılar
ABŞ-ın İran ordusunu terror təşkilatları siyahısına almasından sonra sosial paylaşma saytı İnstagram, Qüds Gücü komandanı Qasım Süleymaninin hesabını bağlayıb.
Süleymaninin Instagram səhifəsini ziyarət etmək istəyənlər səhifənin bağlanıldığı elanı ilə qarşılaşıblar.
ABŞ terror siyahısına aldı
Muxalifet3 - 16-04-2019
AVROPA MƏDƏNİYYƏTİNİN QƏLBİ YANDI: konstruksiyasından alimlərin hələ də baş açmadığı Notr-Dam de-Paridən nələr qalıb?
Artyom Filippov
vzqlyad.ru, 16.04.2019
Bazar ertəsi axşam ağlagəlməz hadisə baş verdi: bütün dünya siyasi davaları, idman görüşlərini və ailə işlərini unutdu. Milyonlarla adam qədim Paris Nort-Dam kilsəsinin (Tanrı Anası Kilsəsi-red.) – təkcə Fransa paytaxtının ən qədim binalarından biri deyil, həm də Avropa mədəniyyətinin simvollarından birinin necə yandığını seyr edirdi. Bu abidə nəyi ilə belə dəyərlidir və nəticədə orada nəyi xilas etmək mümkün olub?
Muxalifet - 16-04-2019
AK Partiyadan YSK-ya seçkinin ləğvi üçün fövqəladə etiraz müraciəti
AK Partiya sədrinin müavini Əli İhsan Yavuz İstanbulda seçkilərin yanidən keçirilməsi üçün fövqəladə etiraz ərizəsini saat 15.30-da YSK-ya təqdim edəcək.
Bu barədə AK Partiyadan məlumat verilib.
Yavuz Twitter hesabından apardığı bölgüdə "Bir azdan İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisinin ləğvi və yenilənməsi tələbi ilə fövqəladə etirazımızı Ali Seçki Şurasına təqdim edəcəyik" deyə qeyd edib.
Müxalifət.azMuxalifet3 - 16-04-2019
Bakıda deputatlar, məmurlar və cinlər, üstəlik böyük pullar... - “DEDİ HƏYƏTDƏ İÇİ QIZIL DOLU KÜPLƏR VAR,, ÜSTÜNDƏ CİN OTURUB...”
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin işi üzrə qalmaqallı məhkəmə prosesi başlayıb. Dələduzluq əməlləri üzrə işlərin məhkəmələrdə aşıb-daşdığı bir vaxtda bu iş bəlkə də geniş diqqət cəlb eləməzdi, əgər ortada cinlər olmasaydı. Bəli, məhz cinlər. Özü də cinayət işinin epizodlarına əsasən xirtdəyə qədər korrupsiyalaşmış və hər işi rüşvətlə görən cinlər. Bu əhvalat heç də Cəlil Məmmədqulizadə və Mirzə Fətəli Axundov kimi klassiklərin əsərlərində yer almır, 21-ci əsrdə, Bakıda baş verir.
Muxalifet - 16-04-2019
“Bu cür həyatdan bezdim” - Keçmiş siyasi məhbusdan intihar anonsu
Azərbaycan Milli Azadlıq hərəkatının fəal üzvlərindən biri, uzun müddət ADP İmişli rayon təşkilatının sədri olmuş, keçmiş siyasi məhbus Məhbub Zülfüqarlının səhhəti ağır durumdadır.
Muxalifet4 - 16-04-2019
XƏBƏRDARLIQ: Bakının mərkəzində yollar bağlanacaq - TAM SİYAHI
Bakı şəhərində növbəti "Formula 1” Azərbaycan Qran Prisi yarışının keçirilməsi üçün son tamamlanma işləri aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yarış zamanı paytaxtımıza gələcək çox saylı tədbir iştirakçıları və qonaqların sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilir.Muxalifet - 16-04-2019
47 yaşlı türkiyəli məşhur gözəllik sirrini açdı
Cem Yılmazın sevgilisi Defne Samyeli gözəlliyi ilə gənc qızlara meydan oxuyur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı ulduz gənc qalmaq üçün 10 ildir yoqa ilə məşğul olur.
“10 ildir ki, üz yoqası edirəm, bunun üçün yoqa kursuna gedib dərs almışam”, - deyə məşhur etiraf edib.
Aktrisa daha sonra bir ildir sevgili olduğu Cem Yılmazla bağlı danışıb:
“Cem ilə çox xoşbəxt və rahatam. Əyləndiyim, özümü güvəndə hiss etdiyim bir münasibətim var”.Muxalifet - 16-04-2019
ABŞ-dan qalmaqal PKK və Türkiyə açıqlaması!
ABŞ-ın Xarici İşlər Nazirliyi Suriya Əməliyyatları üzrə müşaviri təqaüddə olan polkovnik Rich Outzen, Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu Vaşinqton Ofisi (SEDA DC) tərəfindən təşkil olunan "Suriyada ABŞ-Türkiyə Əməkdaşlığındakı Çətinliklər" mövzulu paneldə çıxış edib.
Suriyada Türkiyə-ABŞ əməkdaşlığının uğursuz olmasını heç kimin görmək istəmədiyini bildirən Rich Outzen, ABŞ-ın YPG ilə olan əlaqəsini İŞİD ilə mübarizədə bir vasitə kimi səciyyələndirib.Muxalifet3 - 16-04-2019
4 səfirliyin yerləşdiyi göydələn boşaldıldı - Bomba xəbərdarlığı
İspaniyanın paytaxtı Madriddə “Torre Espacio” adlı göydələn bomba xəbərdarlığından sonra boşaldılıb.
“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, hazırda binada bomba axtarışı aparılır.
Qeyd olunur ki, binada Birləşmiş Krallıq, Hollandiya, Avstraliya və Kanadanın səfirlikləri yerləşir.Muxalifet - 16-04-2019