Axtarış
The search found 105768 results in 0.033 seconds.
Search results
Aybəniz Haşımovanın qızı: “Özümə süni gəlirəm”
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva makiyajsız fotosu ilə diqqət çəkib.
Məm bloger kimi fəaliyyət göstərən, həm də İtv-də yayımlanan “Solğun çiçəklər” serialında Sara obrazını canlandıran Aynişan Quliyeva makiyaj sevgisindən danışıb:Muxalifet - 17-04-2019
Məhkəmələrdəki problemli kreditlərlə bağlı işlərin hamısı təxirə salınıb
Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərin məhkəmə proseslərində iştirakı barədə danışıb.
Məlumata görə, R.Rzayev bildirib ki, media nümayəndələri açıq məhkəmə iclaslarının hamısında sərbəst şəkildə işıqlandıra iştirak edə və prosesi işıqlandıra bilər.
Ali Məhkəmənin sədri qeyd edib ki, yalnız dövlət sirri və ailə münasibətləri ilə bağlı məhkəmələr qapalı keçirilir və belə proseslərdə jurnalistlərin iştirakı qadağandır.Muxalifet - 17-04-2019
İcra hakimini bir gündə 3 dəfə döydülər - İranın daxili işlər naziri narahatdır
İranın daxili işlər naziri ölkədə baş verən dağıdıcı seldən sonra xalqın dövlət rəsmilərinin səriştəsizliyinə görə əsəbiləşdiyini bildirib. Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, Gümüşanın icra hakimi ona bir gün ərzində 3 dəfə xalq tərəfindən döyüldüyünü deyib. Bundan öncə “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur isə problemlərin çox olduğunu, böhran vəziyyətində idarəetmənin mövcud olmadığını, eləcə də heç bir məmurun Poldoxtərə gedib, əsəbi xalqın qarşısına çıxmağa cəsarətinin çatmadığını demişdi.
Muxalifet - 17-04-2019
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu yollar 8 gün bağlı olacaq
Aprelin 26-28-i tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək. Bununla əlaqədar 22-30 aprel tarixlərində bəzi küçələr bağlı olacaq.
Yarışla bağlı Neftçilər prospekti "Azneft" dairəsindən "Port Baku"yadək, Puşkin küçəsi - Neftçilər prospekti Xəqani küçəsinə kimi, Xəqani küçəsi - Puşkindən Behbudova kimi, Rəşid Behbudov - Xəqani küçələrindən Neftçilər prospektinə kimi, Zərifə Əliyeva küçəsi - Puşkindən Rəsul Rzayadək, Rəsul Rza küçəsindən Zərifə Əliyeva prospektinə kimi, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi küçələri nəqliyyat üçün bağlı olacaq.Muxalifet - 17-04-2019
Notr-Damdakı yanğın 7 il öncəki cizgi filmdə - VİDEO
Ötən gün Parisdə yerləşən Notr-Dam kilsəsinin yanmağı böyük ajiotaj yaradıb.
Hətta milyarderlər kilsənin bərpası üçün 100 milyondan çox pul belə ayrılıb.
Lakin hadisədən sonra yayılan bir video insanları dəhşətə gətirib. Belə ki, 2012ci ildə yayımlanan “I pet goat 2” adlı cizgi filmdə personajın gözündə alov əks olunur və arxa fonda buzdan olan Notr-Dam kilsəsi əriməyə başlayır.
Bundan başqa personajın alnında olan mason işarəsi də diqqət çəkir.
Qeyd edək ki, tarixi binanın tikilişi XII əsrdə başlayıb və 200 il davam edib./Axşam
Muxalifet - 17-04-2019
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyünün sonuna kimi davam edəcək.
Bu fikirləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı ehtimalı var.Muxalifet - 17-04-2019
Qərb Əli İnsanova “stavka” edir? – SABİQ NAZİR DİPLOMATİK KORPUSLARDA GÖRÜŞLƏR KEÇİRİR
Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanov xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarında bir sıra görüşlər keçirib.
Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, sabiq nazirin ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində həmin qurumların diplomatları ilə görüşləri olub.
Görüşlər sözügedən diplomatik korpusların binasında baş tutub.
Muxalifet4 - 17-04-2019
Azər Həsrət rusdillilərdən üzr istədi - VİDEO
"Facebook"da rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini yazmaqla rusdilli ictimaiyyəti qəzəbləndirən jurnalist Azər Həsrət üzr istəyib.
A.Həsrətin bu yanaşmasına ciddi etiraz edən 1News.az saytının baş redaktoru Rəhman Hacı onu İTV-nin “Diqqət mərkəzi”ndə proqramında debata çağırıb.
Debat zamanı R.Hacı opponentindən rusdillələrdən üzr istəməyi tələb edib.Muxalifet - 17-04-2019
“Hakim dedi ki, iki məhkəməni siz udmusunuz, imkan verin bu məhkəməni də Məqsəd udsun” – ŞOK DƏLƏDUZLUQ FAKTINI HAKİM NECƏ ÖRT-BASDIR EDİB...
Göyçay rayon Potu kənd sakini Abdullayev Kamil Məhəmməd oğlu tərəfindən Muxalifet.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Cənab Prezident! Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 21 iyul tarixli qərarı ilə ailəmizə 1,69 hektar pay torpaq sahəsi verilmişdir. Göyçay rayon Qızılağac kənd sakini Əsgərov Məqsəd Ərzuman oğlu bizi aldadaraq 03 mart 2017-ci ildə həmin torpaq sahəsinin ona satılması ilə bağlı bizimlə alqı-satqı müqaviləsi bağlamışdır.
Muxalifet4 - 17-04-2019
Fətullah Güləndən xəncərli mesaj!
Pensilvaniya malikanəsindən söhbət adı altında üzvlərinə hər həftə şifrəli mesajlar verən FETÖ başçısı Fətullah Gülən, bu dəfə də çıxışında yenə Ərdoğanı hədəf alıb. Prezident Ərdoğanın tez-tez istifadə etdiyi "Haradan haraya" sözünə istinad edərək, "Birləri haradan haraya” deyir, “Zirvədən dərəyə, pəyədən samanlığa.. Kimsə ağlını pendirlə yeməmiş. Haradan haraya, görür hər kəs onu" deyə Fətullah Gülən bildirib.
Prezident Ərdoğana "xəncər" li mesaj
Muxalifet3 - 17-04-2019
Fateh Mehmet Sultanın “Qızıl alma” xəyalı: “Notr Dam” Kilsəsinin qülləsinə bayraq taxmaq
Türkiyənin tarixçi yazıçısı Murad Bardakçı İstanbul Fatehi Sultan 2-ci Mehmetin “Qızıl Alma” xəyalının Parisdəki “Notr Dam” Kilsənin zəng qüllələrinə Osmanlı bayrağını ucaltmaq olduğunu yazıb.
Fransanın paytaxtı Parisdə olan və şəhərin simvollarından sayılan 850 illik tarixə malik “Notr Dam” Kilsəsinin damında ötən gün yanğın baş verib. 8,5 saat davam edən yanğın sonda söndürülsə də, tarixi kilsə böyük zədə alıb.
Fathhin “Qızıl Alması”
Muxalifet3 - 17-04-2019
Mövlud Çavuşoğlundan İran açıqlaması!
İranlı həmkarı Cavad Zərif ilə görüşən Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu, "ABŞ-a sanksiyaların yanlış olduğunu izah etməyə davam edəcəyik" deyib.
İranın xarici işlər naziri Zərif də "Suriyada Əsəd ilə uzun söhbət etdim. Bu söhbətin hesabatını cənab Ərdoğana təqdim etdim" deyə bildirib.
Müxalifət.azMuxalifet3 - 17-04-2019
ABŞ mediasından çağırış: “Ərdoğanın S-400 həmləsinə cavab verməliyik”
ABŞ-ın “Bloomberg” xəbər saytında prezident Ərdoğan və Türkiyə əleyhinə bir çağırış edilib. Saytda edilən xəbərdə, "Türkiyənin bu son S-400 həmləsi cavabsız qalmamalıdır. Cəsarətli bir şəkildə Rus hava müdafiə sistemini alan Ərdoğan çox irəli getdi" deyə qeyd edilib.
“Bloomberg” xəbər saytı, prezident Rəcəb Tayyib Ərdoğanın "bitmiş müqavilə" kimi səciyyələndirdiyi Rusiya S-400 hava müdafiə sistemlərinin satın alınmasının "cavabsız qalmaması lazım olduğunu" deyərək NATO-nu bu yöndə vəzifəyə çağırıb.Muxalifet3 - 17-04-2019
Ermənilər bu rayonumuza hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI
Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib.
Muxalifet - 17-04-2019
Erkən ölümün əlamətlərini belə müəyyən etmək olar
Normal vəziyyətdə (həyəcanlamayan zaman) ürəyi dəqiqədə 75 dəfə döyünən kişilərdə erkən ölüm riski iki dəfə yüksək olur.
“MedicalXpress” nəşrində dərc olunmuş məlumata görə, isveçrəli alimlər belə bir nəticəyə gəlib.
1993-cü ildə başlanılmış tədqiqatlarda 798 nəfər iştirak edib (onların hər biri 1943-cü ildə dünyaya gəlib). Həyat tərzi barədə anketi doldurarkən könüllülər keçirdikləri stress səviyyəsini və ailə şəcərəsində ürək-damar xəstəlikləri ilə bağlı tarixçəni göstərib.Muxalifet - 17-04-2019
Azərbaycanda təzə ət qıtlaşır, yerini dondurulmuş ət tutur - İKİ AYIN İDXAL STATİSTİKASI NƏ DEYİR…
Azərbaycan xaricdən dondurulmuş qırmızı ət idxalını getdikcə artırır.
Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb.
Bildirilir ki, Azərbaycana ixrac edilən dondurulmuş mal əti Ukraynanı ümumi ət ixracının 26.4 faizini təşkil edir.
Muxalifet - 17-04-2019
“Lotu Bəxtiyar” “Sanka Zver”i necə təhqir etmişdi?: “Xəyanətkardır, bizi biabır edib” - ÖZ DİLİNDƏN SÖYÜŞLƏR
Azərbaycanlı əfsanəvi qanuni oğru "Lotu Bəxtiyar” və "Sanka Zver” kimi ad qazanmış kriminal avtoritet Cabir Qasımovla bağlı maraqlı fakt ortaya çıxarıb. crimitime.ru xəbər verir ki, bu barədə "Lotu Bəxtiyar” 1994-cü ildə öz ad günündə keçirdiyi "sxodka”da danışıb. O bildirib ki, "Sanka Zver” bütün qanuni oğrulara xəyanət edib. Həmçinin qanuni oğru Cabir Qasımovun hərəkətlərinə görə xəcalət çəkdiyini deyib: "Bizi digər ölkələrdən olan qanuni oğruların içində biabır edib. Moskvada onun hərəkətinə görə xəcalət çəkdim, söz tapmadım danışam”.
Muxalifet - 17-04-2019
“Mənim burada əlavə etməyə nəsə sözüm yoxdur...” - LAVROV MƏMMƏDYAROVUN AÇIQLAMALARI VƏ MOSKVA RAZILAŞMALARI HAQDA
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Serbiya xarici işlər naziri ilə keçirdiyi brifinq zamanı “Moskva-Bakı” portalının müxbirinin Qarabağ danışıqları barədə sualına cavab verib.
Müxbir Lavrova xarici işlər nazirlərinin bu günlərdə Moskvada keçirilmiş görüşündən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamasını xatırladıb. Məmmədyarov demişdi ki, görüşdə Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflər (“Lavrov planı”) müzakirə edilib.
Muxalifet - 17-04-2019
"İşgəncə verib, bədənini yandırıb, döyüb" - 3 uşaq anası ərini niyə öldürüb?
Bakıda ərini qətlə yetirməkdə ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmədə hadisənin təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
Muxalifet - 17-04-2019
Azərbaycanda yüksək vəzifəli məmur İŞDƏN ÇIXARILDI - FOTO
Lənkəranın icra başçısının müavini işdən çıxarılıb.
Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Elşad Paşa oğlu İbrahimov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, E. İbrahimov bu vəzifədən əvvəl şəhərin baş memarı olub.(Report)Muxalifet - 17-04-2019