Axtarış
The search found 105768 results in 0.079 seconds.
Search results
“ASAN xidmət”in işçilərinin sayı artırılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidi müəyyən edilib.
“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dövlət Agentliyinin işçilərinin sayı indiyədək 715 nəfər olub.
Muxalifet - 17-04-2019
Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, G.Şərifova barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.Muxalifet - 17-04-2019
"Sahib müəllim dedi, məsələ yoluna qoyulacaq" - Nazim İbrahimovun qardaşının məhkəməsindən
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun məhkəməsi davam edib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Emin Ağayev ifadə verib.Muxalifet - 17-04-2019
Ermənilərdən XAİN HÜCUM: İki azərbaycanlı xəsarət aldı
Avstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə hücum olub, 22 yaşlı Mirzəyev Daşqın və 20 yaşlı Aydıni Qoşqar adlı azərbaycanlılar xəsarət alıblar.
Aprelin 13-ü axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birindən çıxan azərbaycanlı gənclər park etdikləri yerdən avtombillərini çıxardan zaman maneə ilə üzləşiblər.Muxalifet - 17-04-2019
ABŞ-dan xəritə qalmaqalı! İlk görüntünü göstərdilər
ABŞ prezidenti Donald Tramp 25 martda Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi görüşdə, "Holan Təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmən tanıdığını" elan edən prezident fərmanını imzalamışdı. ABŞ-ın xəritələrində bu bölgə İsrail torpağı olaraq yer almağa başlayıb.
Muxalifet3 - 17-04-2019
Təhsi naziri Bakıdakı direktorları topladı - XÜSUSİ TAPŞIRIQ
Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Nazirlikdən verilən məlumata görə, C.Bayramov görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.Muxalifet - 17-04-2019
Dövlət başçısı başına güllə sıxdı
Perunun keçmiş prezidenti Alan Garcia-nın özünü başından vurduğu açıqlanıb.
Keçmiş prezidentin özünü başından vurduğu və vəziyyətinin çox ağır olduğu bildirilib.
Rüşvət ittihamı ilə üz-qzə olan Garcia, polislər evinə gəldiyi an başına güllə sıxıb.
Səhiyyə naziri Zulema Tomas reanimasiyada olan Garcia-nın sağlamlıq vəziyyətinin çox ciddi olduğunu deyib.
Müxalifət.azMuxalifet3 - 17-04-2019
Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri oldu
İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.
Bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirib.
Ə.İmamoğlu vəsiqənin təqdim olunması çün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib./reportMuxalifet - 17-04-2019
Bakı meriyası Milli Şuraya yenə "YOX" DEDİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 20-nə təyin edilən mitinqinə icazə verməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə BŞHİ-dən modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, Milli Şuranın aprelin 6-da mitinq qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edib.
Bakı şəhər İcra Hakimiyyəti Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara da razılıq verməyib.Muxalifet - 17-04-2019
Təşkilat adından məhkəmə quran 8 PKK-lı yaxalandı
İstanbul, Diyarbəkir və Ağrıda terror təşkilatı PKK-ya qarşı təşkil olunan eyni zamanlı əməliyyatlarda təşkilat adından məhkəmə qurduqları müəyyən edilən 8 terrorçu yaxalanıb.
İstanbul mərkəzli 3 rayonda keçirilən əməliyyatda terror təşkilatı PKK adından fəaliyyət göstərdiyi və müxtəlif terror aksiyalarında yer alan 8 şübhəli saxlanılıb.
İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları ünvanlarda apardığı axtarışlarda, çox sayda təşkilati proqram və rəqəmsal material ələ keçirilib.
Şübhəlilərin polis əməliyyatları davam edir.Muxalifet3 - 17-04-2019
Nazpərinin qardaşı qızından ŞOK ETİRAF: “Atam mənə 6 yaşımda...” - VİDEO
Özünü Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı kimi təqdim edən Pərvanə Dostəliyeva müğənninin ailəsi haqqında şok faktları açıqlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Pərvanə atasının ona 6 yaşında bibisinin evində təcavüz etdiyini etiraf edib:Muxalifet - 17-04-2019
ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ
Vəkil Bəhruz Bayramov: “Arzu Əliyevin ADPU-dan çıxarıldığı üçün rektorun otağı qarşısında keçindiyi haqda informasiyanı sayta hadisənin canlı şahidləri verib və onlar məhkəmədə ifadə verməyə hazırdırlar” Bu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərovun Muxalifet.az xəbər portalına qarşı iddiasına baxılıb. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə Muxalifet.az saytının vəkili Bəhruz Bayramov qarşı tərəfin iddiasının bir neçə səbəbdən əsassız olduğunu bildirdi.
Muxalifet4 - 17-04-2019
Evdə bəslənən maral sahibinə hücum etdi - Kişi öldü, arvadı xəstəxanada
Avstraliyada ev şəraitində bəslənən maral sahiblərinə hücum edib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin Viktoriya ştatında baş verib. Hücum nəticəsində 47 yaşlı ev sahibi ölüb, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gəlmiş polis maralı güllə ilə vurmağa məcbur olub.Muxalifet - 17-04-2019
Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib
Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib.
ONA-nın məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.
Müsəddiq Məmmədov Nazirlər Kabineti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Muxalifet - 17-04-2019
Məşhur müğənni anasına 750 minlik villa aldı
Ötən il türkiyəli ifaçı Hadisenin anası intihara cəhd etmişdi.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, hadisələrdən sonra Gülnihal Açıkgöz Belçikaya köçüb.
Müğənni isə anasına Limburq şəhərindən 750 min lirə dəyərində olan iki mərtəbəli villa alıb.
Müğənni ötən həftə Belçikaya gedərək, anası ilə evin bütün əşyalarını təzələyib.Muxalifet - 17-04-2019
Prezident DTX-ya yeni səlahiyyətlər verdi - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, həmin qanunla Cinayət Məcəlləsinə “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili”nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.Muxalifet3 - 17-04-2019
İran Azərbaycanda avtobus zavodu tikəcək
İran Azərbaycanda avtobus zavodu tikəcək
Sabah İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. İranlı nazir aprelin 18-də İqiqtisadiyyat naziri Şahin Mustafayev, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, həmçinin Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyevlə görüşəcək.Muxalifet3 - 17-04-2019
Londonlular ayağa qalxdı: Qatarın hərəkəti əngəlləndi
Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqin 3-cü günündə etirazçılardan bir neçəsi metroda qatarın üzərinə çıxaraq nümayişi orada davam etdirib. Onlar qatarın hərəkətinə əngəl olublar.
Muxalifet.az xəbər verir ki, Londonun maliyyə bölgələrindən biri olan Kanari Varf stansiyasında nümayişçilər qatarın üzərinə çıxaraq “Fövqəladə İqlim” başlıqlı plakat açıblar. Polisin hadisəyə müdaxiləsi nəticəsində qatarın hərəkəti bərpa edilib nümayişçilər isə həbs olunublar.Muxalifet3 - 17-04-2019
Kılıçdaroğludan İmamoğlunun vəsiqəsini almasına - Reaksiya
Bu uğur birlikdə yaşamaq istəyən milyonların nailiyyətidir. Xoşbəxtliyimi ancaq belə ifadə edə bilirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlu Əkrəm İmamoğlunun İstanbul bələdiyyəsinin sədri vəsiqəsini almasına münasibət bildirərkən deyib.
"Rahatam, həyəcanlıyam. Böyük bir nailiyyət əldə etdik. Bu uğur bu cəmiyyətə xidmət etmək üçün yola çıxan insanların nailiyyətidir", - Kılıçdaroğlu bildirib.
Muxalifet3 - 17-04-2019
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Ölkənin ən gənc mobil operatoru “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mindən çox olub. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. Belə ki, son 1 ildə “Nar”-ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb.
Muxalifet4 - 17-04-2019