Axtarış

The search found 105768 results in 0.064 seconds.

Search results

  1. ​Kompensasiya ödənişi siyahısında adı olmayanlara VACİB XƏBƏR - VİDEO

    Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası fəaliyyətə başlayıb. 
    Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın icrası ilə bağlı şikayətləri araşdıracaq. Apellyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupları fəaliyyət göstərirk və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirir. 

    Muxalifet - 18-04-2019

  2. “Pompeo təklif edib ki, bu dəfə Vaşinqtonda görüşək...” - YEREVAN İSƏ ŞƏRH VERMİR

    ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda görüşməyi təklif edib.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Varşavada keçirdiyi brifinqdə açıqlayıb.
    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir  aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb.

    Muxalifet - 18-04-2019

  3. ​Tanınmış jurnalist müğənnilərin GİZLİNLƏRİNİ AÇDI: “Hərəmxanası var” - VİDEO

    Tanınmış jurnalist Sara Safura şou-biznes aləmində olan müğənnilərə pul xərcləyən kişiləri sərt tənqid edib.
    Muxalifet.az yencag.az-a istinadən xəbər verir ki, o, Rusiya bazarlarında alver edən bəzi kişilərin pullarını ailəsinə deyil, müğənni xanımlara xərclədiklərini bildirib.
    Jurnalist xanım bəzi məmurların ünvanına şok iddialar səsləndirib: “Hərəmxanası var”.
    S.Safura müğənni Aysel Əlizadənin də bostanını daşlayıb.
    Həmin videomüsahibəni təqdim edirik:

    Muxalifet - 18-04-2019

  4. ​Vidadi Zeynalov yenidən Ali Məhkəməyə müraciət edib - Əmlakına qoyulan həbsin götürülməsini istəyir

    Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov Ali Məhkəməyə müraciət edib.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, o, özünün və ailə üzvlərinin əmlakına qoyulan həbsin götürülməsini istəyir. Məhkəmə işi icraata götürüb. Şikayətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
    Qeyd edək ki, V. Zeynalov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə, cəzasının çox hissəsi çəkildiyi üçün vaxtından əvvəl azadlığa buraxılıb.

    Muxalifet - 18-04-2019

  5. Oqtay Şirəliyevin səlahiyyətləri məhdudlaşdırıldı - Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI

    Baş nazir Novruz Məmmədov"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Hurriyyet.org xəbər verir ki, qərar "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” təsdiqlənib.

    Muxalifet4 - 18-04-2019

  6. Avtobusu dayandırıb 14 nəfəri güllələdilər

     Pakistanın Belucistan əyalətində silahlı təcavüzkarlar bir sərnişin avtobusunu dayandırıb, 14 nəfəri qətlə yetirib.
     
    Gwadar-ın Polis komissarının müavini Muhammad Waseem mətbuat nümayəndələrinə verdiyi açıqlamada, silahlı şəxslərin Karaçi şəhəri ilə Gwadar Limanı arasındakı yolda gedən sərnişin avtobuslarını dayandırdığını və içindəki sərnişinləri çölə çıxardığını söyləyib.
     
    Sənədləri yoxlayandan sonra güllələyiblər

    Muxalifet3 - 18-04-2019

  7. PUTİNİN HƏDƏLƏRİ VƏ RÜSİYANIN İQTİSADİ GÜCÜ – İxrac potensialı 17 milyonluq Hollandiyadan geri qalırsa…

    Rusiya prezidenti Vladimir Putin yüksək vəzifəli zabitlər və prokurorlara mükafatlar təqdim olunması və onlara yeni yüksək təyinatlar verilməsi mərasimindəki çıxışında ambisiyalı yeni silahlar barəsində danışıb.

    Muxalifet - 18-04-2019

  8. “O qız qardaşımın gənclik səhvidir” - Nazpəri

    Xalq artisti Nazpəri Dostəliyeva özünü onun qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı açıqlama verib.
    Muxalifet.az-ın məlumatına görə, xalq artisti sosial şəbəkədə paylaşım edərək Pərvanəni qardaşının gənclik səhvi adlandıraraq bunları yazıb:

    Muxalifet - 18-04-2019

  9. Məşhur müğənnidən ŞOK HƏRƏKƏT: Azərbaycanlı arvadına görə satıcıları təhqir etdi və...

    Türkiyənin məşhur müğənnisi Yusuf Harputlunun başına iş gəlib.
    Muxalifet.az xəbər verir ki, ifaçı azərbaycanlı həyat yoldaşı ilə getdiyi mağazaların birində dava salıb.
    O, mağazada işləyən iki qadını öncə təhqir edib, daha sonra döyüb. Xəstəxanaya gedən qadınlar ifaçını polisə verib.
    Məhkəməyə çağırılan Yusufun həbs olunma ehtimalı var./Open

    Muxalifet - 18-04-2019

  10. ​Moskvada təyyarə uçuş zamanı alovlandı - VİDEO

    Moskvanın Vnukovo hava limanından havalanan təyyarəni alov bürüyüb.
    Gazeta.ru-nun məlumatına görə, təyyarə havaya qalxmaq istədiyi anda ikinci mühərrik alovlanıb.
    Sərnişinlərdən biri alovu görüb xəbər edincə, təyyarə dayandırılıb, sərnişinlər təxliyə edilib.
    Hadisənin səbəbi araşdırılır.
     

    Muxalifet - 18-04-2019

  11. ​Nazirlikdən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ: Nazirliyinin adından və loqotipindən...

    Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
    Muxalifet.az xəbər verir ki, bu bardə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

    Muxalifet - 18-04-2019

  12. ​Azərbaycan Ordusu Qarabağın 100 kilometrliyində aviasiya zərbə... - Ermənilər QORXU İÇİNDƏ

    Ermənistan mətbuatı Azərbaycan Ordusu ilə bağlı sensasion fikir yayımlayıb. 
    Erməni KİV-ləri həyəcan içərisində Azərbaycan ordusunun Ermənistana aviasiya zərbələri endirəcəyi halda ölkənin yerlə-yeksan olacağını yayıblar.
    Oxu24.com erməni dili üzrə mütəxəssis İsmayıl Tanrıverdiyə istinadən  xəbər  verir  ki, Ermənistan mətbuatı  "Azərbaycan  Hərbi Qüvvələri Qarabağın  100  kilometrliyində - Kürdəmir  ərazisində  Aviasiya  zərbə  qrupları  yerləşdirib" başlıqlı yazısı ölkədə panikaya səbəb olub.  

    Muxalifet - 18-04-2019

  13. İsrail prezidenti hökuməti qurma səlahiyyətini Netanyahuya verib

     İsraildə yeni koalisiya hökumətini qurma vəzifəsi prezident Reuven Rivlin tərəfindən Məclisə girən sağ partiyaların hamısının dəstəyini alan İsrail baş naziri Binyamin Netanyahuya verilib.
     
    Rivlin Qərbi Qüdsdəki prezident ofisində Netanyahunu qəbul edib. Prezident Rivlin Məclisə girən bütün sağ partiyaların dəstəyini alan Netanyahuya yeni koalisiya hökumətini qurmağı tapşırıb.

    Muxalifet3 - 18-04-2019

  14. ​Ermənistanda hərbi qulluqçu özünü güllələdi

    Ermənistanda gənc hərbçi güllə yarası alıb.
    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sinəsinin sol hissəsindən güllə yarası almış hərbçi Yerevanın Mikayelyan cərrahi xəstəxanasına yerləşdirilib.
    Məlumata görə, həmin hərbçi xəstəxanaya Kanaker hərbi hissəsinin qonşuluğundakı ərazidən gətirilib.
    Dəqiqləşdirmələrdən sonra məlum olub ki, yaralanan şəxs Kotayk vilayətinin sakini, 24 yaşlı A.Narekdir. O, müqaviləli hərbi qulluqçudur.
    İlkin məlumata görə, o özünü öldürmək istəyib.

    Muxalifet - 18-04-2019

  15. Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edilməsi və təhqir olunması hadisəsi ilə bağlı açıqlama verib.

    Muxalifet - 18-04-2019

  16. Poçettino oyunçularını qəhrəman sayır

    "İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. "Mançester Siti"ni gözəl oyuna görə təbrik edirəm. Ammma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər".
    Bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Paçettino Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (3:4) sonra deyib.

    Muxalifet - 18-04-2019

  17. Daha bir məşhur kilsədə YANĞIN TƏŞVİŞİ: bu dəfə ABŞ-da

    Daha bir məşhur kilsə yanğın təhlükəsi ilə üz-üzə qalıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, naməlum şəxs əlində yanacaq qutuları ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən St. Patriks kilsəsinə gəlib.
    O, əlindəki yanacağı kilsənin divarlarına doğru tökməyə başlayıb. Olaya dərhal müdaxilə edən Nyu-York polisi şübhəlini həbs edib. Polis şübhəlinin Nyu-Cersidə qeydiyyatda olan 37 yaşlı kişi olduğunu açıqlayıb.
    Hadisənin Fransanın məşhur Paris Notr Dam kilsəsinin yanaraq kül olmasından sonra baş verməsi diqqət çəkib.

    Muxalifet - 18-04-2019

  18. ​Dünyada ilk: Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır

    Yaponiyanın "Toyota Motor Corp.” şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib.

    Muxalifet - 18-04-2019

  19. ​Şəmkirdə DƏHŞƏTLİ QƏTL: Nisyə mal verməyən iki qardaşın...

    Şəmkirdə iki qardaşın şah damarını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Əsədoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası may ayının 1-nə təyin olunub.

    Muxalifet - 18-04-2019

  20. İvanka Tramp atasının təklif etdiyi vəzifədən imtina etdi

    İvanka Tramp Dünya Bankına rəhbər olması üçün atasının - ABŞ prezidenti Donald Trampın ona etdiyi təklifi rədd etdiyini açıqlayıb. 
    Bu barədə Musavat.com xarici KİV-ə istinadən məlumat verir.
    Ötən həftə Donald Tramp maliyyə məsələləri ilə arası yaxşı olan qızına Dünya Bankına rəhbər olmağı təklif edib.
    Lakin İvanka Tramp Ağ Evdəki vəzifəsindən razı olduğunu əsas gətirərək, bu vəzifədən imtina edib.
    Bundan sonra bu vəzifə amerikalı iqtisadçı Devid Malpasa təklif olunub. 

    Muxalifet - 18-04-2019

Pages